Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1497/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı mənzillə ilə təmin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1110/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1110/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa olunması, mənzillə təmin olunmağına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən Şirvan şəhərində məskunlaşmışdır. 2007-ci ildə yaşadığı Qres yataqxanasının ərazisində tikinti işləri ilə əlaqədar olaraq məcburi köçkünləri həmin ərazidən bir hissəsini Şirvana, qalanlarını isə Sabirabad rayonunun Rüstəmli qəsəbəsinə məcburi şəkildə köçürülmüşlər. Onun valideynləri də həmin Rüstəmli qəsəbəsinə köçürülənlərin arasında idilər. O, Şirvan şəhərində işləməyi ilə əlaqədar olaraq, ailə təsərrüfatı ayrı olduğu üçün Şirvan şəhər 28 nömrəli texniki peşə məktəbində məskunlaşaraq yaşamışdır. 2019-cu ildə məcburi köçkünlərə mənzil tikilib verilməsi ilə əlaqədar Dövlət Qaçqınkomun nümayəndələri təkrar qeydiyyata alsalar da 2020-ci il yanvar ayında mənzillərin verilməsi zamanı ona mənzil verilməmişdir. Onunla əsaslandırmışlar ki, o, Şirvan şəhərində qeydiyatda deyildir. Sənədləri qonşuların şahidliyi ilə onlarla birlikdə yaşadığını desə də əhəmiyyət verməmişlər. Bu barədə Dövlət Qaçqınkom rəhbərliyinə poçt vasitəsi ilə ərizə ilə müraciət etsədə heç bir cavab verməmişdilər. Bununla da hüquqlarını kobud şəkildə pozaraq ona mənzil verməkdən imtina etmişlər. Onun da digər köçkünlər kimi mənzillə təmin olunmağa hüququ və ehtiyacı vardır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının izahatı: İddiaçı X11 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, digər məcburi köçkünlər kimi onun da mənzillə təmin olunmaq hüququ və ehtiyacı var. Belə ki, X3 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. O, 14.11.2007-ci il tarixdə Zəngilan rayon İHB-nın Ördəkli Ərazi Nümayəndəliyinə ərizə ilə müraciət edərək atasının tasərrüfatından ayrılmaq istədiyini bildirmişdir. Nümayəndəlik tərəfindən verdiyin ərizə nəzərə alınaraq ərazi nümayəndəsinin 19.11.2007-ci il tarixli 20 nömrəli əmri ilə iddiaçı müstaqil təsərrüfat kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Şirvan şəhər Hacıqabul rayon Bölməsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli 598 nömrəli arayışı təsdiq edir. İş materiallarında iddiaçının atası ilə 2007-ci ilin noyabr ayından ayrılaraq ayrı təsərrüfatda qeydə alınması Zəngilan rayon İH tərəfindən məhkəməyə ünvanlanan 11.11.2020-ci il tarixli 742 nömrəli, 18.12.2020-ci il tarixli 809 nömrəli məktublarla təsdiq olunur ki, iddiaçı Şirvan şəhəri 28 nömrəli Texniki Peşə Məktəbinin inzibati binasında qeydiyyatda olmaqla həmin ünvanda müvəqqəti məskunlaşmışdır. Bu barədə iddiaçıya verilən 30.03.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin hər il qeydiyyatdan köçmək barədə məlumatda iddiaçının yaşayış yeri dəqiq olaraq Şirvan şəhəri göstərilmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsini baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlçumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq olunmuş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Zəngilan rayonu Qaradər kəndində doğulmuşdur. Yaşayış yeri Zəngilan rayonu, Qaradərə kəndidir. - Azərbaycan Respublikası vətəndaşının AZE 15093205 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 15.12.1989-cu ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır. -Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Abasov X6 rayonundan məcburi köçkündür. - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin AZ-İİ 346380 №-li, 03.07.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Abasov X2 Samirə Rafiq qızı ilə 03.07.2019-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Şirvan şəhər- Hacıqabul rayon bölməsinin 24.01.2020-ci il tarixli, 93 nömrəli arayışından görünür ki, Abasov X6 rayonun işğalı ilə əlaqədar olaraq Şirvan şəhər 28N TPM-də qeydiyyatlı yaşayan məcburi köçkündür. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X15 arasında bağlanmış 138 №-li, 11.08.2009-cü il tarixli müqavilənin surətindən görünür ki, X15 və onunla yaşayan 5 nəfər ailə üzvü ilə birlikdə Sabirabad rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yeni yaşayış qəsəbədə 2 otaqlı 147 saylı evdə, sakini olduğu Zəngilan rayonunun Qaradərə kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmışdır. - Həmin müqaviləyə əlavə edilmiş məcburi köçkünlərin miqrasiya formasından görünür ki, ailə başçıcsı X15, onun ailə üzvləri X16, İddiaçı, X17, X12, X18, X10r. Həmin şəxslər Əli Bayramlı şəhəri, LESnin ərazisində qeydiyyatda olmuş, 03.12.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışlar. Köçürüldükləri yer Sabirabad rayonudur. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Saatlı- Sabirabad rayonları bölməsinin 59 №-li, 11.02.2020-ci il tarixli arayışından görünür ki, X1 rayonundan məcburi köçkündür. Sabirabad rayonunda müvəqqəti qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanına 2018-ci ildən məskunlaşıb. Ailə üzvləri X16 (həyat yoldaşı) və X4 (övladı) ibarətdir. - Zəngilan rayon İHB-nın Ördəkli ərazi nümayəndəliyi tərəfindən verilmiş 115 №-li, 04.12.2007-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayon Qaradərə kənd sakini İddiaçı 14 noyabr 2007-ci ildə nümayəndəliyə atasının təsərrüfatından ayrılmaq istəyi barəsində ərizə təqdim etmişdir. İddiaçı ərizəsi nəzərə alınıb və ərazi nümayəndəsinin 19 noyabr 2007-ci il tarixdə 20 №-li əmri ilə İddiaçı müstəqil təsərrüfat kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Şirvan şəhər- Hacıqabul rayon bölməsi tərəfindən verilmiş 04.09.2020-ci il tarixli, 598 nömərli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Abasov X6 rayonunun işğalından sonra, yəni 1993-cü ilin oktyabr ayından sonra ailə üzvləri ilə birlikdə (Şirvan) Əli Bayramlı şəhərinə gəlmiş və məcburi köçkün kimi Şirvan şəhərində qeydiyyatdadır. - Zəngilan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 563 №-li, 11.09.2020-ci il tarixli məktubdan görünür ki, Zəngilan RİH başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11.09.2020-ci il tarixli, 48 nömrəli, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Şirvan şəhər-Hacıqabul rayon bölməsinin 04.09.2020-ci il tarixli, 598 nömrəli arayışlarına əsasən İddiaçı təsərrüfatı noyabr 2007-ci il tarixdə atası X5 təsərrüfatından ayrılaraq təsərrüfatbaşma uçot kitabında ayrı təsərrüfat kimi qeyd edilmişdir. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 628 №-li, 02.10.2020-ci il tarixli məktubdan görünür ki, Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30.09.2020-ci il tarixli, 20 nömrəli arayışına əsasən Zəngilan rayonu, Qaradərə kənd sakini İddiaçı hal-hazırda Sabirabad rayon, Rüstəmli kəndi, yeni salınmış qəsəbədə müvəqqəti məskunlaşmışdır. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan 742 №-li, 11.11.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 10yəndəliyinin texniki səhvi ilə bağlı Zəngilan rayon sakini İddiaçı ünvanı barədə məlumat onlara düzgün çatdırılmadığına görə, Zəngilan rayon sakininin faktiki yaşayış yeri barədə məlumat yenidən aidiyyəti üzrə göndərilir. Belə ki, Abasov X13 şəhər 28 saylı TPM-in inzibatı binasında qeydiyyatda olmaqla, hal-hazırda həmin ünvanda müvəqqəti məskunlaşmışdır. Əsas: Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11.11.2020-ci il tarixli, 56 nömrəli arayışı. - Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanmış 809 №-li, 18.12.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubundan görünür ki, ünvan 10yəndəliyinin texniki səhvi ilə bağlı Zəngilan rayon. Qaradərə kənd sakini İddiaçı ünvanı barədə məlumat onlara düzgün çatdırılmadığına görə Zəngilan rayon sakininin faktiki yaşayış yeri barədə məlumat yenidən aidiyyəti üzrə göndərilir. Belə ki, Abasov X14 şəhərində qeydiyyatda olmaqla. Şirvan şəhəri. 28 saylı Texniki Peşə məktəbinin inzibatıi binasında müvəqqəti məskunlaşmışdır. Əsas: Zəngilan rayon İcra hakimiyyəti başçısının Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.12.2020-ci il tarixli, 21 nömrəli arayışı. -Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/8415 №-li, 02.03.2020-ci il tarixli məktubdan görünür ki, atası X5 ailə tərkibində dövlət tərəfindən 2007-ci ildə Sabirabad rayonu, Zəngilan qəsəbəsində 147 nömrəli 2 otaqlı mənzillə təmin olunmuşdur. Eyni zamanda qeyd etmişlər ki, atası X5 adına çıxarışlı ünvan 13 ünvanında 0.06 ha torpaq sahəsinin olduğu da aşkarlandı. Məlumat üçün bildirmişlər ki, mövcud qaydaların tələblərinə uyğun olaraq məcburi köçkün ailələri dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin olunurlar. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı 2007-ci ildə atası Tapdıq Abasovun ailə üzvü kimi Sabirabad rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş yeni yaşayış qəsəbədə 147 saylı ünvanında yerləşən 2 otaqlı mənzillə təmin olunmuşdur. X25 və İddiaçı nəzərə alınmaqla həmin ailəyə əlavə olaraq 152 saylı, 1 otaqlı mənzil də verilmişdir. Göründüyü kimi, İddiaçı məcburi köçkün statusu ilə atasının ailə tərkibinə aid olan şəxs kimi cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin edilmişdir. Hazırda isə o özünün müstəqil şəkildə məcburi köçkün kimi mənzillə təmin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı məcburi köçkün kimi cavabdeh tərəfindən artıq bir dəfə yaşayış sahəsi ilə təmin edildiyindən onun mənzillə təmin edilməsinə dair tələbindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olduğundan, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli, 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması və başqa yaşayış sahəsinə köçürülməsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlər müvəqqəti yaşayış sahələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq təmin edilirlər. Həmin Qaydanın: -1.3-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. - 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2-ci bəndinə əsasən yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3-cü bəndinə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4-cü bəndinə əsasən müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. - 2.11.2-ci bəndinə əsasən köçürülmə zamanı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2-1(112)-1110/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1497/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1497/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver