Məhkəmə qərarları › İş №2-1(103)-1499/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1499/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1499/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı1 vəkili X8, üçüncü şəxslər X7, X13 və X9, üçüncü şəxs F.Mirzəyevin vəkili X4 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1501/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, X10 və İddiaçı4 cavabdehə qarşı (üçüncü şəxslər F.Mirzəyev, İddiaçı3 və R.İsmayılov) məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi olan 765a nömrəli bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə F.Mirzəyevin adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasına dair ******* nömrəli RX seriyalı dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X2 İnkişafı və İstismarı Birliyi ilə F.Mirzəyev arasında bağlanmış Mərdəkan ərazisindəki 765a nömrəli bağın istifadəyə verilməsi haqqında 27828 saylı xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində 0,11 ha torpaq sahəsi olan 765a nömrəli bağ F.Mirzəyevin və onun ailə üzvlərinin, yəni iddiaçıların istifadəsinə verilmişdir. Belə ki, həmin müqavilənin 8-ci bəndində bağ sahəsinin F.Mirzəyevin və onun ailə üzvlərinin istifadəsinə verilməsi aydın şəkildə göstərilmiş və 10-cü bənddə bağ sahəsinin bağın istifadəçisinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi razılıqları ilə həmin bağ sahəsinin ailə üzvlərinin və kənar şəxslərin adlarına keçirilə bilməsi qeyd edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin bağ sahəsi iddiaçıların razılığı olmadan F.Mirzəyevin adına özəlləşdirilmiş və onun adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, sözügedən bağ sahəsi F.Mirzəyev ilə birlikdə iddiaçıların da istifadəsinə verildiyindən, bağ sahəsinin özəlləşdirilməsində onların da iştirak etmək hüququ olsa da, onlar bu hüquqdan məhrum edilmiş, xəbərləri olmadan bağ sahəsinə dair olan mülkiyyət hüququ təkcə F.Mirzəyevin adına dövlət reyestrində qeydə alınmışdır. Onlar bir ailə kimi 6 nəfər şəxsdən F.Mirzəyev, İddiaçı1, İddiaçı3, K.Bəhmanova, İddiaçı4 və İddiaçı3 ibarət olmuş, onların hər birinin adı qeyd edilən müqavilədə ailə üzvü kimi göstərilmiş və hər birinə bağ sahəsindən istifadə hüququ verilmişdir. Yəni, onlar qeyd edilən bağ sahəsinin qanuni istifadəçisi olmuş, həmin torpaq sahəsi üzərində iddiaçılar ilə F.Mirzəyevin birgə istifadə hüquqları olmuşdur. Beləliklə də, bağ sahəsinin dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində həqiqi hüquqi vəziyyətə uyğun deyil, əmlak özəlləşdirilən zamanı onların da mənafeyi nəzərə alınmalı idi. Çünki, onlar da qeyd edilən bağ sahəsinin qanuni istifadəçisi olmuş və qanunvericiliyə əsasən iddiaçıların da qanuni istifadəsində olan bağ sahəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq öz adlarına özəlləşdirmək hüquqları vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, qanunda bağ sahələri özəlləşdirilərkən ailə üzvlərinin razılığının alınması ilə bağlı hər hansı bir tələb nəzərdə tutulmamış, ərizə və torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında çıxarışın verilməsi qeyd edilmişdir. Bundan əlavə məhkəmə bildirir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(010)-5740/2017 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi İddiaçı1 və X5 birgə mülkiyyəti hesab edilməyərək aralarında bölünməmiş və iddiaçının həmin torpaq sahəsinin aralarında bölünməsi ilə bağlı tələbi təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha təşkil edən 765A nömrəli bağ sahəsi X5 adına dövlət qeydiyyatına alınarkən iddiaçıların razılığının alınmasına heç bir zərurət olmamışdır. Odur ki, onun adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə əsas yoxdur. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən qanunda ailə üzvlərinin razılığının alınması ilə bağlı tələbin nəzərdə tutulmamasına istinad edilməsi, məhkəmənin torpaq islahatı haqqında qanunu səhv təfsir etməsindən irəli gəlir. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9-10-cu maddələrində qeyd edilən vətəndaşlar, qanuni istifadəçi və icarəçilərin dairəsi məhkəmə tərəfindən müəyyən edilməmiş, araşdırılmamışdır. Hətta, bütün qeyd etdikləri məhkəmə tərəfindən nəzərə alınmasaydı belə, məhkəmə tərəfindən qanunda ailə üzvlərinin razılığının alınması ilə bağlı tələbin nəzərdə tutulmadığı əsaslandırdığı halda, məhkəmə Mülki Məcəllənin 11.1-ci maddəsini rəhbər tutaraq, qanunun analogiyasından istifadə etməli, oxşar münasibətləri tənzimləyən Mənzillərin özəlləşdiıilməsi haqqında qanunun 5-ci maddəsinə istinad etməli idi. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2585/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçılar ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-707/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçılar və İddiaçı1 vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, üçüncü şəxslər və üçüncü şəxs F.Mirzəyevin vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırma və X3 X2 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxs F.Mirzəyev arasında bağlanmış “Mərdəkan ərazisində 765a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı tarixli 27828 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində yerləşən sahəsi 0,11 ha olan 765a nömrəli bağ sahəsi F.Mirzəyevin istifadəsinə verilmiş, müqavilədə onun ailə üzvləri - həyat yoldaşı Elmira, övladları Elnarə, Kəmalə, İslam və İlhamın adları qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışa görə, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi sahəsi 0,11 ha təşkil edən 765A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxs F.Mirzəyevin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5740/2017 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli qətnaməsi ilə F.Mirzəyevlə İddiaçı1 arasında xx.xx.1978-ci ildə bağlanmış nikah pozulmuş, qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Qətnamədə göstərilmişdir ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi 765a saylı bağ sahəsi 2017-ci ildə üstün hüququna görə əvəzsiz şəkildə F.Mirzəyevin şəxsi mülkiyyətinə keçdiyindən, başqa sözlə, əvəzli əqd əsasında əldə edilmədiyindən, ər-arvadın birgə mülkiyyəti sayıla bilməz. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, F.Mirzəyev Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 765A saylı bağ sahəsi ünvanda yerləşən 0,11 ha olan torpaq sahəsinin 0,07 ha hissəsini oğlu İddiaçı3 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa görə, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 765A saylı bağ sahəsi ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, F.Mirzəyev Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 765A saylı bağ sahəsi ünvanda yerləşən 0,11 ha olan torpaq sahəsinin 0,04 ha hissəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa görə, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 765Q saylı bağ sahəsi ünvanda yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında R.İsmayılovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdən görünür ki, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçılar iddianın faktiki əsası kimi “Mərdəkan ərazisində 765a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı tarixli 27828 nömrəli müqaviləyə əsasən yarandığı irəli sürülən istifadə hüququna istinad edirlər. Onlar bu istinadı onunla əsaslandırırlar ki, Müqavilənin 8ci bəndində onların da adı qeyd olunmuşdur və eyni bənddə bağın onların da istifadəsinə verildiyi vurğulanmışdır. Məhkəmə kollegiyası iddianın faktiki əsası ilə razılaşmır. İlk olaraq, Müqavilə yalnız üçüncü şəxs F.Mirzəyev tərəfindən imzalanmışdır ki, bağlanmasında iştirak etmədiyi, tərəf olmadığı və götürdüyü öhdəlikləri imzası ilə təsdiq etmədiyi müqavilənin şəxsə münasibətdə hər hansı hüquq və vəzifələr meydana gətirməsindən bəhs oluna bilməz. Bundan əlavə, Müqavilənin preambulasında (“gələcəkdə “İstifadəçi” adlandırılacaq” kimi göstərilmişdir) və mətn üzrə sonrakı bəndlərdə yalnız üçüncü şəxs F.Mirzəyev “İstifadəçi” kimi qəbul edilmişdir. Misal olaraq, 1-ci bənddə “... İstifadəçi həmin bağı istifadəsinə götürür”, 2-ci bənddə “İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır”, 7-ci bənddə “İstifadəçiyə qadağan edilir:” və sair. Habelə, Müqavilənin 14-cü bəndindən məlum olur ki, bu hüquqi aktda iddiaçıların adlarının qeyd olunması sırf məlumat xarakterlidir və dövlət mülkiyyətində olan bu kateqoriya torpaqların idarəetməsi həvalə olunan inzibati orqan kimi Bakı ŞİH-in həmin bağlarda istifadəçilərdən əlavə daha kimlərin qaldığını bilmək istəyi ilə bağlıdır (“14. Ailə tərkibində, ... baş verən dəyişikliklər haqda İstifadəçi Birliyə müntəzəm məlumat verir.”). İddia qanunilik baxımından da əsassızdır. Belə ki, hər hansı şəxsin istifadə hüququnu əldə etməsi yaxud istifadə hüququna malik olmasından söz etmək üçün bu hüquq ilk növbədə qanunun müəyyən etdiyi hallarda və tələb etdiyi qaydada əldə olunmalıdır. Bu mənada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Torpaq sahəsi üzərində istifadə hüququ” adlanan 50-ci maddəsinin birinci bəndinə görə isə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Adıkeçən qanunvericik aktlarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçılar 765a nömrəli bağ üzərində həmin normativ-hüquqi aktların təsbit etdiyi qaydada istifadə hüququnu əldə etməməklə, bu hüquqa malik olmamışlar. Halbuki, onların iddianın qanuni əsası kimi istinad etdikləri “Torpaq islahatı haqqında” AR Qanununun 9 və 10-cu maddələri də məhz bu anlamda istifadə hüququnu mötəbər sayır (9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir; 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.) Bu kontekstdə, “Torpaq islahatı haqqında” Qanunun tələb etdiyi qanuni istifadə şərti dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara münasibətdə “... ərazisində ... nömrəli bağın istifadəyə verilməsi haqqında” və ya bənzər məzmunlu müqavilələrin tərəfi olan, onu şəxsən imzalamaqla əldə etdiyi əmlak hüquqları ilə yanaşı bir sıra öhdəlikləri üzərinə götürən şəxslər barəsində ödənir ki, məhkəmə təcrübəsi də uzun illər ərzində bu yöndə formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Savalan” X14 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət etdiyindən, iddiaçı da qanunvericiliyin tələblərini yerinə yetirərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan birini (bağın istifadəyə verilməsi haqqında müqaviləni) cavabdehə təqdim etmiş və bundan sonra onun bağ sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınaraq, dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da mübahisəli çıxarışın qanunsuzluğuna dəlalət edən əsasların iş üzrə müəyyən edilmədiyi deməkdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin “Torpaq islahatı haqqında” Qanunun 9-10-cu maddələrinin səhv təfsirindən irəli gələn birinci dəlili ilə razılaşmır. Apellyasiya şikayətinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 5-ci maddəsinin qanunun analogiyası üzrə tətbiq olunması ilə bağlı dəlili də əsaslı deyil. Belə ki, “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 13-cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər (13.1). Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir (13.2). Göründüyü kimi, qanunun analogiyasından istifadə oluna bilməsi üçün konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması başlıca şərtdir. Hazırkı işdə isə bu şərtə əməl olunmur. Çünki, yuxarıda müzakirə edildiyi kimi, iddiaçıların tələbinin maddi hüquqi əsasları mövcuddur. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Apelyasiya məhkəməsi F.M.Mirzəyev və onun iddia ərizəsində qeyd edilən ailə üzvlərinin istifadəsinə verilmiş bağ torpaq sahəsinin iddiaçıların rəsmi razılıqları ilə ailə üzvü olan F.M.Mirzəyevin adına keçərkən iddiaçıların həmin torpaq sahəsi üzərində istifadə hüququnun mövcud olubolmamasını, istifadə hüququ olduğu halda onların rəsmi razılıqları olmasını müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin ümumi, yoxsa inzibati məhkəməyə aid olması da məhkəmə tərəfindən yoxlanılmamışdır. xx xxxxxx 2006-cı il tarixli müqavilə X6 və İstismarı Birliyi ilə üçüncü şəxs F.M.Mirzəyev arasında bağlanmışdır. Müqavilədə həm də Bakı şəhər İcra Hakimiyyətinin x xxxx 1990-cı il tarixli 75 saylı sərəncamına istinad edilmişdir. İşdə belə sərəncam mövcud deyildir. F.M.Mirzəyevin torpaq sahəsini inzibati akt, yoxsa mülki hüquqi əqd əsasında əldə etməsi aydın deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Plenum qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır...İnzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Apelyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarı işığında mübahisənin məhkəmə aidiyyətinə hüquqi qiymət verməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı bildirir ki, hazırkı məhkəmə araşdırması ilə iddiaçıların mübahisəli bağ sahəsi üzərində istifadə hüquqlarının mövcud olması (yaranması) müəyyən edilmədiyindən, torpaq sahəsi üçüncü şəxs F.Mirzəyevin adına qeydiyyata alınarkən iddiaçıların buna rəsmi razılığı tələb olunmurdu. Hazırkı mübahisə isə inzibati məhkəməyə aiddir. Belə ki, bağ sahəsi inzibati orqanın (Bakı ŞİH) qəbul etdiyi qərar (xx.xx.1990-cı il tarixli 75 nömrəli sərəncam) əsasında həmin inzibati orqanla üçüncü şəxs F.Mirzəyev arasında bağlanmış “Mərdəkan ərazisində 765a nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı tarixli 27828 nömrəli inzibati xarakterli (dövlət mülkiyyətində olan daşınmaz əmlakın istifadəyə verilməsinə dair) müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən də hazırkı mübahisəyə baxılması inzibati məhkəmələrin səlahiyyətindədir. Formalaşmış məhkəmə praktikası da bu mövqeyi müdafiə edir. İşdə Bakı ŞİH-in xx.xx.1990-cı il tarixli 75 nömrəli sərəncamının olmasına da zərurət yoxdur. Çünki, bu sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulan alternativ əsaslardan (icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) biridir və iddiaçı da qeyd olunan alternativ hüququndan istifadə edərək 765a nömrəli müqaviləni qeydiyyat orqanına təqdim etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin vaxtilə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin lehinə aparılan mübahisəli ilkin qeydiyyat formasında həyata keçirdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin qanuniliyini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin hərəkətləri iddiaçıların hüquqlarını pozmamış, aparılan qeydiyyat mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1501/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı1, İddiaçı3, X10 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar