Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-15/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-902/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********193802 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsnin xx.xx.2018-ci il tarixli **********156929 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi xidməti müşaviri X6 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Aksiz vergisi iyun 2015-may 2018, mədən vergisi iyun 2015-may 2018, sədaləşdirilmiş vergi 2-ci Rüb 2015-1-ci Rüb 2018, Torpaq vergisi 2016-ci il 2018-ci il, əmlak vergisi 2015- 2017-ci il, ödəmə mənbəyindən tutulan vergi 2-ci Rüb 2015-ci il 1-ci Rüb 2018, Əlavə dəyər vergisi iyun 2015 may 2018, Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin 1-ci Rüb 2016, sadələşdirilmiş vergi bəyannaməsi və mənfəət vergisi 2015-2017-ci il dövrlər üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə müvafiq olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli **********156929 saylı qərarının yekunu olaraq yoxlama zamanı əlavə dəyər vergisinin 312359.19 manat və BTFSV-nin 1440197.55 manat cəmi 1752556.74 manat vergilərin azaldılması müəyyən edilmişdir. Azaldılmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 876278.38 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Bundan başqa Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi və 2015-ci ilin iyun-sentyabr ayları üzrə ƏDV bəyannamələri təqdim edilmədiyindən Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən 200.00 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunması barədə 17 oktyabr 2019- cu il tarixdə **********156973 saylı səyyar vergi yoxlaması Aktı tərtib edilmişdir. 17 oktyabr 2019-cu il tarixdə **********156973 saylı səyyar vergi yoxlaması Aktında göstərilir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-də olan səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhvil-təslim aktları, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri) götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)- 1132/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gətirlər Departamentinə qarşı qərarın ləğv edilməsinə dair iddia ərizəsi üzrə işə baxılıb qurtarana və həmin mübahisə üzrə çıxardılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi" tələbinə dair iqtisadi işin icraatı dayandırılmışdır. Qeyd edilən qərardaddan Departament tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1132/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)182/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Akt tərtib edilən müddətdə iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllədə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********57028 nömrəli Tələbnamə göndərilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlərin (yoxlanılan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhvil-təslim aktları, Forma 2, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil məxaric sənədləri və s.) yoxlamanı keçirən Departamentin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Sənədlərin təqdim edilməsi ilə əlaqədar cavabdeh tərəfindən göstərilən iradlar (yəni göstərilir ki, sənədlərin təqdim edilməsi tərəfimizdən imtina edilmişdir) düzgün deyil. İddiaçı tərəfindən cavabdehə bildirilmişdir ki, müəsissədə heç bir sənəd yoxdur və bütün sənədlər Vergi Cinayətinin İbtidai Araşdırılması Departamenti tərəfindən götürülmüşdür. 2014-cü ilin sonlarından hal-hazıradək müəssisənin heç bir fəaliyyəti olmamışdır. İddaçı tərəfindən verilən yazılı cavaba cavabdeh məhəl qoymadan BTFSV-ni tədbiq etməklə yoxlama aparmışdır. Daha sonra cavabdeh tərəfindən əsassız olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixdə **********193802 № li qərar qəbul edilmişdir. Cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apardan yoxlama əsassız və qanunvericiliyə ziddir. Belə ki, SVY haqqında tərtib edilmiş aktda xərclər barədə sənədlərin təqdim edilmədiyinə istinad edilsə də, vergilərin hesablanması üçün seçilmiş üsul düzgün olmamışdır. SVY aktı də ƏDV və mənzil tikintisinə görə sadələşdirilmiş verginin hesablandığı qeyd edilsə də, hesablanmış verginin əsasları qeyd edilməmişdir. Aktda qeyd edilir ki, guya vergi orqanı xx.xx.2016-cı il tarixli **********009600 saydı bildiriş göndərərək məlumat formasını təqdim etmişdir. İddiaçı isə əvvəlki qaydada verginin ödənilməsini tələb etməmişdir. Ona görə də 2016-cı ilədək Vergi Məcəlləsi ilə nəzərdə tutulan qaydada vergi hesablanmamış, əvəzində xx.xx.2016-cı ildən qüvvəyə minən yeni qanuna əsasən vergi hesablanmışdır. Cavabdeh məlumat formasını göndərdiyini iddia etsə də, onu təsdiq edən sübutu təqdim etməmişdir. Bundan başqa köhnə qayda ilə ödənişi etmələrinə etirazının olduğunu da sübut etməmişdir. Yeni qaydada vergi ödəmələrinə isə razılığı sübut edə bilməmişlər. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********156929 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama nəticəsində iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin 2016-cı ilin 1-ci rübü üzrə 1440197,55 manat, ƏDV 2018-ci ilin may ayı üzrə 312359,19 manat azaldılması cavabdehin xx.xx.2019-cu il tarixli **********156973 saylı “Səyyar vergi yoxlama aktı” ilə aşkar edilmişdir. Azaldılmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 156179,60 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Həmin qərara əsasən hesablanmış umumi 1908736,34 manat vəsaitin 5 gün müddətində ödənilməsinə dair **********880400 saylı tələbnamənin göndərilməsi təmin edilmişdir. Yoxlamanın nəticələrinə dair tərtib edilmiş aktda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********57028 saylı Tələbnamə göndərilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlərin (yoxlanılan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhvil-təslim aktları, Forma-2, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil məxaric sənədləri və s.) yoxlamanı keçirən cavabdehin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********159528 saylı qərar çıxarılmışdır. Vergi ödəyicisinin rəhbəri yuxarıda qeyd olunan sənədlərlə tanış olsa da, vergilərin hesablanması üçün zəruri sənədləri təqdim etməmişdir. Beləliklə sənədlərin götürülməsi mümkün olmadığından imtina aktı tərtib edilmişdir. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qəran ilə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2018-ci il tarixli Tələbnamədə göstərilən, "xxxx" MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhviltəslim aktları, Forma 2, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri və s.) götürülməsi məqsədilə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(81)-1132/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı qərarın ləğv edilməsinə dair iddia ərizəsi üzrə işə baxılıb qurtarana və həmin mübahisə üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iqtisadi işin icraatı dayandırılmışdır. Qeyd edilən qərardaddan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1132/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı inzibati- iqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1(81)-182/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan "xxxx" MMC 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-541/2019 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmişdir. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş məhkəmə baxışı xx.xx.2020-ci tarixə təyin edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət yoxlanılan dövrdə yaşayış binasının tikintisi ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən "xxxx" MMC-də keçirilmiş əvvəllki səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2014-ci il tarixli **********754775 nömrəli aktında qeyd edilən ünvanda tikilmiş yaşayış binasının satışa yararlı sahədən 6671.6 kv.m (yaşayış sahəsi 6347.0 kv.m, qeyri-yaşayış sahəsi 324.6 kv.m) sahə əhatə olunmuş, 1337.56 kv.m (yaşayış sahəsi 766.0 kv.m, qeyri-yaşayış sahəsi 115.4 kv.m, zirzəmi sahəsi 456.16 kv.m) satışa yararlı sahə qalıq qalmışdır. Cəmiyyətin xx.xx.2019-cu il tarixli məktubuna əsasən isə həmin 1337,56 kv.m olan sahələr yoxlama dövründə satıldığı bildirmişdir. Qeyd edirlər ki, həmin bina Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş və binanın təməlqoyma işləri 2010-cu ilin 4-cü rübündə aparılmışdır. Tikintinin ümumi sahəsi 8866.07 kv.m (yaşayış sahəsi 7113.0 ky.m, qeyri-yaşayış sahəsi 440.0 kv.m, zirzəmi sahəsi 456.16 kv.m, pilləkən, dəhliz, lift sahəsi 856.91 kv.m), satışa yararlı sahəsi 8009.16 kv.m təşkil edir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər və ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsaslanaraq iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş yaşayış binasında xx.xx.2015-ci illər aralığında yaşayış və qeyri-yaşayış sahələrinin (habelə zirzəmi sahəsi) 1 (bir) kv.m real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə cavabdehin xx.xx.2019-cu il tarixli **********173912 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılmışdır. Belə ki, Vergi Məcəlləsinin 14.6.1.8-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınmır. Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddədə göstərilən qiymətləndirmə üsullarından biri ilə müəyyənləşdirilə bilər. Yoxlama zamanı Vergi Məcəlləsinin 14.6.3.1-ci və 14.6.3.2-ci maddələrini tətbiq etmək mümkün olmadığı üçün, bu Məcəllənin 14.6.3.3-cü maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirildi. Ekspert tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş yaşayış binasında xx.xx.2015-xx.xx.2018-ci illər aralığında yaşayış sahəsinin 1 (bir) kv.m-nin bazar qiməti 1300 (bir min üç yüz) manat, qeyri-yaşayış sahəsinin 1 (bir) kv.m-nin bazar qiməti 2000 (iki min) manat, zirzəmi sahəsi isə 1800 (bir in səkkiz yüz) müəyyən edilmişdir. Odur ki: - Yaşayış sahəsi üzrə 766.0 kv.m x 1300,0 = 843898.31 (995800.0/1.18) manat, qeyriyaşayış sahə üzrə 115.4 kv.m x 2000.0 = 195593.22 (230800.0/1.18) manat, zirzəmi sahə üzrə 456.16 kv.mx 1800.0 = 695837.29 (821088.0/1.18) manat Vergi Məcəlləsinin 67.15 və 159.1 maddələrinin tələblərinə uyğun olaraq 312359.19 manat (1735328.82 X18%) ƏDV hesablanmışdır. Əlavə olaraq cəmiyyət tərəfindən eyni ünvanda 2015-ci ilin 4-cü rübündə yüksək mərtəbəli yaşayış binasının tikintisi aparılmışdır. Qeyd edilən yaşayış binası üzrə MTFSV bəyannaməsi təqdim edilməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Qeyd edilən məlumat formasının qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi üçün İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixli **********009600 saylı bildiriş göndərilmiş və həmin məlumat forması və əvvəl ödənilmiş verginin nəzərə alınması qaydası bildirişə əlavə olunmuşdur. Lakin, iddiaçı qeyd edilən məlumat formasını təqdim etməmiş, eləcə də vergi öhdəliyini hər hansı formada yerinə yetirməmiş və bəyan etməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı MMC-nin 2015-ci ilin 4-cü rübündə təməlini qoyaraq tikdiyi binaya görə vergi öhdəliyi Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixdən qüvvədə olan müddəalarına əsasən müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında yüksək mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Obyektdə tikinti-quraşdırma işləri podratçı təşkilat "xxxx" MMC-yə həvalə olunmuşdur. iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən verilmiş tikintidən götürülmüş beton nümunələrinin sınaq nəticələri haqqında məlumatlarına əsasən müəssisənin təməl qoyma işlərinin xx.xx.2015-ci ildə apardığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələri (habelə zirzəmi sahəsi) yaşayış (mənzillər) və qeyri-yaşayış sahələrinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli **********173909 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən qeyd edilən ünvanda inşa edilən 1 ədəd 1 girişli 16 mərtəbəli 60 mənzilli binanın ümumi sahəsi 14182,59 kv.m qeyri-yaşayış sahəsi 10211,23 kv.m qeyri-yaşayış sahəsi, 729,72 kv.m piləkən, dəhliz, lift sahəsi, 2511,92 kv.m zirzəmi sahəsi 729,72 kv.m müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, Vergi Məcəlləsinin 220.8- 1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Rayonların ərazilərinin zonalar üzrə əmsallarına əsasən vergi ödəyicinin tikinti apardığı Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid 46 ünvanın 4cü zonaya aid edildiyi müəyyən olunmuş və yoxlama ilə 2016-ci ilin 1-ci rübü üçün Bina titkintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergisi üzrə 1440197,55 manat bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır. Yaşayış, zirzəmi və pilləkən, dəhliz, lift sahələri üzrə 1331834.13 manat (13452.87 x 45 x 2.2), qeyri-yaşayış üzrə 108363.42 manat (729.72 x 45 x 2.2 x 1.5) Digər tərəfdən yayındırılmış vergi məbləği üzrə Azərbaycan Respublikası CM-nin 213-cu maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar cavabdeh tərəfindən Hüquq baş idarəsinə göndərilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-902/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********156973 saylı səyyar vergi yoxlaması Aktından görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2018-ci il tarixli **********156929 saylı qərarına əsasən İddiaçı MMCnin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2019-cu il tarixli **********156973 saylı səyyar vergi yoxlaması aktından görünür ki, iyun 2015-may 2018-ci illər üzrə aksiz vergisi, iyun 2015-may 2018-ci illər üzrə mədən vergisi, 2-ci rüb 2015-1-ci rüb 2018-ci il üzrə sadələşdirilmiş vergi, 2016-cı il-2018- ci il üzrə torpaq vergisi, 2015-ci il-2017-ci illər üzrə əmlak vergisi, 2-ci rüb 2015-1-ci rüb 2018ci il üzrə ödəmə mənbəyindən tutulan vergi, iyun 2015-may 2018-ci il üzrə əlavə dəyər vergisi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyənnaməsi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlama zamanı əlavə dəyər vergisinin 312359,19 manat BTFSV-nin 1440197,55 manat, cəmi 1752556.74 manat vergilərin azaldılması müəyyən edilmişdir. Azaldılmış həmin vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 156179,60 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli məsuliyyətə cəlb etmə qərarı çıxarılmışdır. Səyyar Vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin lisenziyalı fəaliyyətlə məşğul olmadığı, yoxlama dövründə MMC-nin yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi ilə məşğul olduğu müəyyən edilmişdir. Qərara əsasən yoxlama tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin baş dövlət vergi müfəttişi X2 tapşırılmış, sonra “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********176829 nömrəli qərarı ilə X4 yoxlamadan çıxarılmış və yoxlama Departamentin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X6 tərəfindən aparılmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********187744 nömrəli qərar ilə yoxlamaya Departamentin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X5 əlavə edilmiş, sonradan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********190860 nömrəli qərara əsasən yoxlamanın keçirilməsi yenidən yalnız böyük dövlət vergi müfəttişi, vergi xidməti müşaviri X3 həvalə edilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-də olan səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (xx.xx.2015-ci il tarixdən xx.xx.2018ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhvil-təslim aktları, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri) götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-1132/2018 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsinə dair iddia ərizəsi üzrə işə baxılıb qurtarana və həmin mübahisə üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iqtisadi işin icraatı dayandırılmışdır. Qeyd edilən qərardaddan Departament tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1132/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-182/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019- cu il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Akt tərtib edilən müddətdə iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********57028 nömrəli Tələbnamə göndərilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlərin (yoxlanılan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturalan, qaimə-fakturalar, təhvil-təslim aktları. Forma 2, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri və s.) yoxlamanı keçirən Departamentin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********159528 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisinin rəhbəri yuxarıda qeyd olunan sənədlərlə tanış olsa da vergilərin hesablanmsı üçün zəruri sənədləri təqdim etməmişdir. Beləliklə sənədlərin götürülməsi mümkün olmadığından imtina aktı tərtib edilmişdir. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. xx.xx.2018-ci il tarixli Tələbnamədə göstərilən, "xxxx" MMC-də səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (01.01.201 S-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrə aid ilkin mühasibat sənədləri, müqavilələr, vergi hesab-fakturaları, qaimə-fakturalar, təhviltəslim aktları, Forma 2, alış aktları, əmək haqqı hesablanması və ödəniş sənədləri, lisenziya, bank hesablarından çıxarışlar, xəzinə sənədləri, mədaxil-məxaric sənədləri və s.) götürülməsi məqsədilə aidiyyatı üzrə məhkəməyə müraciət edilmişdir. MTK tərəfindən sənədlər təqdim edilməməsi səbəbdən yaşayış və qeyri-yaşayış sahələrinin satışı müəyyən etmək mümkün olmadı və bu səbəbdən yoxlama əldə olunmuş sənədlər, qarşılıqlı əlaqələrə dair təqdim olunmuş sənədlər, ekspert və mütəxəssis rəyinə əsasən aparıldı. Sənədlər təqdim olunmadığı səbəbdən MMC-nın dövrün sonuna müddəti ötmüş debitor və kreditor borcları olub-olmamasını müəyyən etmək mümkün olmadı. MMC yoxlanılan dövrdə yaşayış binasının tikintisi ilə məşğul olmuşdur. MMC yuxarıda qeyd olunan banklardan başqa Respublika ərazisində fəaliyyət göstərən digər bank idarələrində hesablar açılması üçün vergi orqanı tərəfindən “şəhadətnamə-dublikat”lar verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında yüksəkmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmin tikili üzrə tikintinin ümumi sahəsi 8866.07 kv.m (yaşayış sahəsi 7113.0 kv.m, q/yaşayış sahəsi 440.0 kv.m, zirzəmi sahəsi 456.16 kv.m, pilləkən, dəhliz, lift sahəsi 856.91 kv.m), satışa yararlı sahəsi 8009.16 kv.m təşkil edir. Binanın təməlqoyma işləri 2010-cu ilin 4-cü rübündə aparılmışdır. Vergi orqanı tərəfindən "xxxx" MMC-də keçirilmiş əvvəlki səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2014-ci il tarixli **********754775 nömrəli aktında qeyd edilən ünvanda tikilmiş yaşayış binasının satışa yararlı sahədən 6671.6 kv.m (yaşayış sahəsi 6347.0 kv.m, q/yaşayış sahəsi 324.6 kv.m) sahə əhatə olunmuş, 1337.56 kv.m (yaşayış sahəsi 766.0 kv.m, q/yaşayış sahəsi 115.4 kv.m, zirzəmi sahəsi 456.16 kv.m) satışa yararlı sahə qalıq qalmışdır. Qeyd edilənlərdən əlavə olaraq müəssisə tərəfindən eyni ünvanda 2015-ci ilin 4-cü rübündə yüksək mərtəbəli yaşayış binasının tikintisi aparılmışdır. Tikintinin ümumi sahəsi 14182.59 kv.m (yaşayış sahəsi 10211.23 kv.m, q/yaşayış sahəsi 729.72 kv.m, zirzəmi sahəsi 729.72 kv.m, pilləkən, dəhliz, lift sahəsi 2511.92 kv.m) təşkil edir. Qeyd edilən blok üzrə MTFSV bəyannaməsi təqdim edilməmiş və eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin satışı ilə bağlı hesablama verilməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikintiquraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Qeyd edilən məlumat formasının qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi üçün İddiaçı MMC-yə xx.xx.2016-cı il tarixli **********009600 nömrəli bildiriş göndərilmiş və həmin məlumat forması və əvvəl ödənilmiş verginin nəzərə alınması qaydası bildirişə əlavə olunmuşdur. Lakin, İddiaçı MMC qeyd edilən məlumat formasını təqdim etməmiş, eləcə də vergi öhdəliyini hər hansı formada yerinə yetirməmiş və bəyan etməmişdir. Vergi orqanı tərəfindən Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında müvafiq tələbnamə verilmiş, həmin tələləbnaməyə əsasən aktda qeyd olunan sənədlər tələb edilmişdir. Vergi orqanı tərəfindən aparılan yoxlama zamanı yoxlanılan dövr üzrə vergidən yayınma halları müəyyən olunduğu üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********159528 nömrəli qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən qərarda göstərilən sənədlər təqdim olunmadığı üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.10-cu maddəsinə uyğun olaraq Sənədlərin təqdim edilməməsi barədə akt tərtib olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********193802 saylı Qərarından görünür ki, əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesabat təqdim etməməklə yayındırılmasına yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. Həmin Məcəllənin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyriyaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmin Məcəllənin 220.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Vergi Məcəlləsinin tələblərinə əsasən tikinti fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayaraq, həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müəyyən olunmuş forma üzrə vergi orqanına bəyannamə təqdim etməlidir. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən tikinti-quraşdırma işlərinə başlanan zaman Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən sadələşdirilmiş vergi metodu seçilməmiş, o cümlədən bəyənnamə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 116 saylı Sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında yüksəkmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Obyektdə tikinti- quraşdırma işləri podratçı təşkilat "xxxx" MMC-yə həvalə olunmuşdur. İddiaçı MMC-nin 2015-ci ilin 4-cü rübündə tikdiyi binaya görə vergi öhdəliyi Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixinə qüvvədə olan müddəalarına əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 228-ci maddəsinə müvafiq olaraq İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş 1 ədəd 1 girişli 16 mərtəbəli 60 mənzilli binanın ümumi sahəsi 14182,59 kv.m-yaşayış sahəsi 10211,23 kv.m-qeyri-yaşayış sahəsi, 729,72 kv.m - piləkən, dəhliz, lift sahəsi, 2511,92 kv.m zirzəmi sahəsi 729,72 kv.m müəyyənləşdirilmişdir. Rayonların ərazilərinin zonalar üzrə əmsallar əsasında hesablandığını nəzərə alaraq, iddiaçı tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, Hüseyin Cavid 46 ünvanın 4-cü zonaya aid edildiyi, yoxlama ilə 2016-ci ilin 1-ci rübü üçün bina titkintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi üzrə 1440197,55 manat bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablandığının əsaslı olduğu qənaətindədir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-1018/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizaları təyin edilmiş, Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4635-9/6506 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş binanın ümumi sahəsinin 12.450,6 m2 (10914+1260+276,6) təşkil etdiyi müəyyən edilir. Həmçinin binanın yaşayış sahəsi 11.190,6 m2, qeyri-yaşayış sahəsi 1260 m2 təşkil edir. Hazırkı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinin nəticəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş binanın ümumi sahəsinin 12.450,6 m2 (10914+1260+276,6) təşkil etdiyi müəyyən edilir. Həmçinin həmin binanın yaşayış sahəsi 11.190,6 m2 , qeyri-yaşayış sahəsi 1260 m2 təşkil edir. Qeyd edilən ekspert rəyinin nəticələri nəzərə alınmaqla, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilər aşağıdakı kimi müəyyən edilir: Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.3-ci maddəsində edilmiş dəyişikliyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat olmaqla hesablanır. VM= S x ZƏ x 45 manat x 1,5 VM –ödənəcək vergi məbləği S – daşınmaz əmlakın sahəsi ( kvadrat metrlə) ZƏ – Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı 1,5 – qeyri-yaşayış sahələri üçün tətbiq olunan əmsal Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218-ci maddəsində edilmiş dəyişikliklərə uyğun olaraq sahibkar tərəfindən təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 46 ünvanında inşa edilmiş binanın ümumi sahəsi 12450,6 kv.m (o cümlədən yaşayış sahəsi 11.190,6 kv.m, qeyri yaşayış sahəsi 1260,0 kv.m) olduğu halda müəssisə üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır: Yuxarıda qeyd olunan daşınmaz əmlakların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalına uyğun olaraq qeyd olunan zonalara aid olması nəzərə alınmaqla fərdi "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlaklara görə 1294979,4 manat məbləğində sadələşdirilmiş vergi hesablanır, o cümlədən: 11190,6 kvadrat metr x 45 manat x 2,2 = 1.107.869,4 manat 1260,0 kvadrat metr x 45 manat x 2,2 x 1,5 = 187.110,0 manat Eyni zamanda ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında "xxxx" MMC-də yoxlanılan dövr üzrə (xx.xx.2015-xx.xx.2018) satışın nə qədər təşkil etməsi barədə sual qoyulmuşdur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən sual üzrə qeyd edilən tarixlər üzrə satışa yararlı faktiki ümumi sahə 1161,24 kv.m, həmin dövr üzrə satılmış mənzillərin ümumi satış məbləği 1967230,0 manat məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, ekspert rəyi digər sübutlarla təsdiq edilmədiyindən iş üzrə sübut qismində qəbul edilməməlidir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-79/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar və əlavə məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizaları təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2022-ci il tarixli, 10/4520-9/5055 saylı məktubu ilə tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmaması səbəbindən ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********193802 saylı qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-902/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-902/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-15/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-15/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver