Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1500/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X2rşı “diplomun tanıması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Təhsildə X2rşı “B 18 seriyalı 205122 saylı xx.xx.2018-ci il tarixli diplomun tanıması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1438/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Ukrayna Respublikasında Ukrayna X6 Universiteti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş B 18 seriyalı 205122 saylı xx.xx.2018-ci il tarixli diplomun tanıması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cu il tarixdə Ukrayna Respublikasında “Ukrayna X6 Universitetinin” “Mühasibat Uçotu və audit” ixtisasına daxil olmuş, həmin ali təhsil müəssisəsini 2018-ci il tarixdə bitirmiş, xx.xx.2018-ci il tarixli B 18 205122 saylı diplom əldə etmişdir. Bununla bağlı o, 2020-ci ilin aprel ayında AR Təhsil Naizrliyinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Onun təhsil aldığı ali təhsil müəssisəsi Ukrayna Respublikasında yerləşir. Universitetin Ukrayna Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış və öz ölkəsində kifayət qədər tanınmış ali təhsil müəssisədir. Diplomun apostill təsdiqi bunu sübut edir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası)” qaydalarının 3.7-ci bəndində qeyd olunub ki, “hansı hallarda mənfi rəy verilə bilər”. AR Təhsil Nazirliyi diplomunun tanınmasından imtina məktubunda bu hallardan heç birinə istinad etməmiş, dil biliklərinin qeyri-qənaətbəxş olduğu vurğulanmışdır. Müsahibə zamanı o, suallara qənaətbəxş cavab vermiş, lakin nazirliyin əməkdaşları əsassız olaraq onun kompyuter biliklərini yoxlamış və buna görə imtina etmişlər. Lakin o, təhsilini kompyuter mühəndisliyi üzrə deyil, mühasibat uçotu və audit ixtisası üzrə almışdır. Onun təhsil aldığı ali təhsil ocağı Ukrayna Respublikasının qanunvericiliyinə uyğun qaydada yaradılmışdır və hal-hazırda da fəaliyyət göstərir. Bu halda isə ixtisasın tanınmasından imtina üçün heç bir əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1438/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla təşkil olunmuş müsahibə zamanı verilmiş suallara yaxşı cavab vermişdir. Tərəflərin izahatları: İddiaçı izahat verərək bildirmişdir ki, onun tələbi inzibati orqan tərəfindən təmin olunduğu üçün tərəflər arasında artıq mübahisə qalmamışdır. Cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, apellyasiya baxışı zamanı məhkəmənin təşəbbüsü ilə bağlı iddiaçının müsahibəsi inzibati orqan tərəfindən yenidən təşkil olunmuş və iddiaçıya diplomunun tanınması ilə bağlı şəhadətnamələr verilmiş, bununla da tərəflər arasında mübahisə qamamışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Təhsildə X2rşı tələbi “ona X8 Nəqliyatı Universteti” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş B 18 seriyalı 205122 saylı xx.xx.2018-ci il tarixli diplomun tanıması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müsahibə zamanı Ekspert qurupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Təhsildə X2rşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının təhsil aldığı Ukrayna X6 Universitetində tədris dilinin rus dili olmasına, müvafiq ekspert rəyinin verilməsi üçün iddiaçı ilə müsahibənın rus dilində aparılmasına, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraza əlavə etdiyi DVD video çəkilişindən iddiaçının rus dilini bilmə səviyyəsinin onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verdiyinə, cavabdeh tərəfindən imtinanın verilməsi üçün səbəb olan mənfi ekspert rəyinin əsaslı olmasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Hazırki işə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə kollegiyası tərfindən iş materiallarında olan (iddiaçı ilə keçirilmiş müsahibələri əks etdirən) diskə baxış keçirilmiş və iddiaçı ilə müsahibənin yenidən təşkil olunaraq onun dilbilmə səviyyəsinin yoxlanılması məqsədilə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş İ seriyalı 026541 saylı 2022-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Ukrayna X6 Universiteti tərəfindən verilmiş B 18 seriyalı 205122 saylı xx.xx.2018-ci il tarixli diplom Azərbaycan Respublikasında tanınmış və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. T seriyalı 027162 saylı 2022-ci il tarixli şəhadətnamədən görünür ki, iddiaçıya verilmiş B 18 seriyalı 205122 saylı xx.xx.2018-ci il tarixli diplom Azərbaycan Respublikasında 050409- mühasibat (bakalavr) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının B018 seriyalı 016682 saylı xx.xx.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1500/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1500/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver