Məhkəmə qərarları › İş №2-1(103)-1501/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1501/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1501/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Sailova Aynur Rahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR VN yanında X1rşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2- 1(81)-8/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında X1rşı Cavabdeh yanında X5 xx.xx.2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-8/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)- 2477/2019 nömrəli (hakimlər Ülvi Mayılov- sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarından aydın olduğu kimi: - X5 xx xxxx 2014-cü il tarixli, **********788837 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iyul 2011-ci il – iyun 2014-cü il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx xxxxxx 2014-cü il tarixli, **********789245 saylı tələbnamə əsasında İddiaçı yoxlama ilə əhatə olunan xx.xx.2011–xx.xx.2014 vergi dövrü üzrə malların (işlərin və xidmətlərin) alışı və satışı ilə əlaqəli bağlanmış müqavilələr, gəlirlər və xərcləri təsdiq edən sənədlər, VHF-r qaimə fakturalar, bank və kassa sənədləri, debitor və kreditorlar barədə təsdiqlənmiş arayış, əsas vəsaitlərin mövcud olub-olmaması barədə arayış və sair mühasibatlıq və hüquqi sənədlər tələb edilmişdir. Lakin İddiaçı barəsində həbs qətimkan tədbiri seçilib həbs edildiyindən yoxlamaya sənədlər təqdim edilməmişdir. Sənədlərin təqdim edilməməsi barədə xx xxxxxx 2014-cü il tarixdə akt tərtib olunmuşdur. İddiaçı xx xxxxxxx 2014-cü il tarixdə aktda qeyd edərək, xx xxxxxx 2014cü il tarixindən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbsdə olduğundan sənədləri təqdim edə bilmədiyini, müvafiq sənədləri xx xxxx 2014-cü il, xx xxxxxx 2014-cü il və xx xxxxxx 2018-ci il tarixlərində istintaq orqanına təhvil verdiyini və bununla bağlı müvafiq aktlar tərtib olunduğunu bildirmişdir. - xx xxxxxxxx 2014-cü il tarixli, **********789293 saylı səyyar vergi yoxlaması aktından görünür ki, vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin digər pozuntularına görə iddiaçıya Vergilər Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin 4555,72 manat azaldılmasına görə 50% miqdarında, 2277,86 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyənnaməsinin və ya vergi öhdəliyinin yaranmaması barədə arayışın Vergi orqanına təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. X5 xx xxxxxxx 2014-cü il tarixli, **********816732 saylı qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 27.1-ci maddəsinin tələblərinin pozulmasına görə 40 manat, Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən hesablanmış 4456,08 manat sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - iddiaçı tərəfindən mübahisələndirilən xx xxxxxxx 2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar üzrə iddiaçıya Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına görə 40 manat, Vergi Məcəlləsinin 220.1 və 221.1-ci maddələrinə əsasən azaldılmış 4456,08 manat sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 2277,86 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən aparılan yoxlama “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması” Qaydalarına uyğun aparılmamışdır. (2014-cü ildə dəyişiklik edilmişdir.) Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2020-ci il tarixli, 12(102)-1(a)/2020 saylı qərarının müddəalarına əsasən iddiaçının iddia tələbi təmin olunmalıdır. Belə ki, həmin qərar «İddiaçı Azərbaycana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən qəbul edilmişdir. Ali Məhkəmənin Plenumunun xx xxxxx 2020-ci il tarixli qərarında deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim X7, hakimlər X4 və X3 ibarət məhkəmə tərkibi) İddiaçı, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, “X13” adlı qurumun sədri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cümaddələri ilə təqsirli bilinib, qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən, İddiaçı xx xxxxxx 2010 cu il tarixdə Bakı şəhərində təsis olunmuş «X13» adlı quruma təsisçilərin ümumi yığıncağının həmin tarixli qərarı ilə sədr vəzifəsinə seçilərək, xx xxxx 2000-ci il tarixli «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə zidd olaraq, dövlət qeydiyyatına alınmadan qeyri-hökumət təşkilatı adı altında hüquqi şəxs statusunda fəaliyyət göstərərək beynəlxalq və xarici dövlətlərin donor təşkilatlarından müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan müqavilələr üzrə qrant adı ilə külli miqdarda maliyyə vəsaitləri alıb, özünü təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri təyin etməklə, həmin pul vəsaitlərini təyinatı üzrə istifadə etməyib müxtəlif vəzifələrə işçilər cəlb edərək guya xidmətlərin göstərilməsi, işlərin görülməsinə görə xidmət haqlarının ödənilməsi barədə tərəflərin razılaşdırdıqları məzmununa biləbiləyalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş rəsmi sənəd olan müqavilə, təhvil-qəbulaktı, kassa məxaric orderləri və mədaxil qəbzləri əsasında 2010-2014-cü illər ərzində mənimsəmə yolu ilə talamış, qulluq səlahiyyətlərindən tamah niyyəti ilə sui-istifadə edib vəzifə saxtakarlığı ilə qanunsuz sahibkarlıqla məşğul olaraq külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İddiaçı haqqında cinayət işinə Ali Məhkəməninin Plenumunda baxılmasının nəticələrinə görə İddiaçı barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı, habelə onunla bağlı olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2015-ci il tarixi qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ləğv edilməli, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Bunları nəzərə alan kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 8/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında X1rşı Cavabdeh yanında X5 xx.xx.2014-cü il tarixli **********816732 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsinə dair iddia tələbi təmin edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar