Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1503/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin X12 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, X1 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin X12 üzrə Mərkəzi Filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona əmək peşə fəaliyyəti nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki,iddiaçıya ünvanlanmış 19/4931-01 xx xxxx 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdi ki, “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahı üzrə çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1974-cü ildən başlamış, uzun müddət ərzində müxtəlif müəssisələrdə işləmiş və bu dövrün bir hissəsində boru quraşdırıcısı vəzifəsində çalışmışdır. Ümumi iş stajı 40 ildən artıqdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinada hüququn yaranmadığı qeyd olunmuşdur. O, bu imtina ilə razılaşmır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur. Cavabdehin etirazları: Cavabdehin etiaz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 67-ci maddəsinə müvafiq olaraq iddiaçının xx xxxxxx 2006-cı il tarixədək 12 il 6 aydan çox əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və 25 ildən artıq ümumi iş stajı olduğundan onun həmin Qanunun tələblərinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında vətənbdaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiysının təminatı sistemi xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusı sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə tərəfindən qərar qəbul olunarkən Qanunun tələbləri nəzərə alınmamış və heç bir əsas olmadan iddia ərizəsi təmin edilərək, maddi hüquq normaları pozulmuşdur. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-281/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixliqərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1725/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-281/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 1(103)-2478/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon şöbəsi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 X12 İdarəsi ilə əvəz edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)- 2478/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixliqərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-230/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2478/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya şikayəti üzrə sonuncu məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsininiştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. X3pellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onuntəmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı şikayət həddində, yəni iddianın təmin edildiyi hissədə yoxlanılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12 il 6 ayının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını tələb edir. xx xxxx 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə edilmiş dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 60 yaş həddinə çatma tələb olunsa da, həmin Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin Qanuna edilmiş xx xxxx 1997-ci il tarixli dəiyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı əmək fəaliyyətinə xx.xx.1974-cü ildə suvaqçı-rəngsaz peşəsi üzrə başlamış, xx.xx.1974-cü ildən Sovet ordusunda hərbi xidmət keçmiş, xx.xx.1974-xx.xx.1977-ci ilədək 5 saylı tikinti trestində 2-ci dərəcəli suvaqçı işləmiş, xx.xx.1977-xx.xx.1978-ci illər ərzində təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək 26 saylı sexdə 3-cü dərəcəli xarrat vəzifəsində, xx.xx.1980-ci ildən Abşeron montaj idarəsinin Mingəçevir m/sahəsinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildən 4-cü dərəcəli boruçu, xx.xx.1991-ci ildən isə 5-ci dərəcəli texnoloji boruların montajçısı dərəcəsi verilmiş, xx.xx.2002-ci ildə öz xahişi ilə vəzifədən azad edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək “Azfen” Birgə müəssisəsinə boruçu peşəsi üzrə, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “xxxxxxxxxxxxxxxxxx” ASC-də boru quraşdırıcısı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək 4-cü dərəcəli boruçu vəzifəsində işləmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 No-li Siyahıda nəzərdə tutulmasına və iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli iş stajı topladığına əsaslanaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qənaətinə gəlmişdir. Həmin qərarla apellyasiya instansiya məhkəməsi razılaşsa da, kassasiya instansiya məhkəməsi razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-230/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, “apellyasiya məhkəməsi iddiaçının 1980-2002-ci illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahında «2290000a-19233-sənaye dəmir beton borularının boruçəkənləri», Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» peşəsində çalışması barədə nəticəyə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamışdır.....Belə ki, iddiaçının işlədiyi boruçəkən peşəsi 2 №-li Siyahıda və 2007-ci ildə təsdiqlənmiş Siyahıda göstərilən işlərlə tutuşdurulduqda görünür ki, Siyahılarda boruçəkən peşəsinin adı çəkilir. Həm də aydın şəkildə görünür ki, bütün boruçəkənlər deyil, «sənaye dəmir-beton borularının boruçəkənləri» zərərli peşə sayılır. Bu halda işin düzgün həlli üçün iddiaçının Qafqaz enerjimontaj idarəsində xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə kimi boruçu işləyərkən məhz sənaye dəmir-beton borularını çəkməsi müəyyən olunmalı idi... İddiaçının iş yeri olaraq Azərbaycan Respublikası «xxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 16/k saylı məktubunda göstərilmişdir ki, Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən İddiaçı işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ var... Həmin arayış iddiaçının boruçu işlədiyi dövrün güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj kimi qəbul olunması üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki əvvəla həmin arayışda iddiaçının boruçu kimi icra etdiyi işi «sənaye dəmir-beton borularının çəkilməsi» kimi xarakterizə etməyə əsas verən məlumatlar qeyd olunmamış, çəkilən boruların dəmir borular və ya dəmir-beton borular olması əksini tapmamışdır. Arayışda «iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüd almaq hüququ daşıması» göstərilsə də, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 2007-ci ildə təsdiq olunmuş Siyahıda hansı sahədə əksini tapması konkret göstərilməmişdir.... Nəzərə alınmalıdır ki, xx xxxxxx 2017-ci ildə təsdiq edilmiş yuxarıda göstərilən Qaydaların 2 saylı Əlavəsinin 2.4.1-ci bəndində qeyd olunan «şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı»nın alınmasında əsas məqsəd, həm də məhz bu cür qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi daşıyır. Lakin təqdim olunmuş arayış, iddiaçının gördüyü işin Siyahıda göstərilən «sənaye dəmirbeton borularının boruçəkənləri» ilə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici texnoloji məlumatları (məsələn, müəssisənin sənaye dəmir-beton quraşdırılması sahəsində fəaliyyət göstərməsi və iddiaçının da məhz bu işi icra etməsi) əks etdirmir. Bu hallar məhkəmədən əlavə araşdırma aparılmasını, iddiaçının əmək funksiyasına «sənaye dəmir-beton borularının çəkilməsi» və ya dəmir boruların çəkilməsinin aid olmasını müəyyən etməyi tələb edirdi.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı hazırki işə apellyasiya instansiyası qaydasında yenidən baxılarkən iddiaçının işlədiyi müəssisənin fəaliyyət istiqamətlərinin müəyyən edilməsi üçün nizamnaməsinin, bu müəssisənin dəmir-beton quraşdırılması sahəsində fəaliyyət göstəribgöstərməməsi barədə məlumatın, eyni zamanda İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə qədər işlədiyi boruçu peşəsinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda “2290000a-19233-sənaye dəmir beton borularının boruçəkənləri” və Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – a) fəhlələr – sənaye dəmir-beton borularının boruçəkənləri” peşəsinin funksiyalarına uyğun olubolmaması barədə arayışın təqdim edilməsi məqsədilə 10 sentyabr və xx xxxxxxx 2020-ci il tarixlərdə Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məhkəmə sorğuları göndərilmişdir. Eyni məzmunlu sorğu başqa dövrlə bağlı “xxxxxxxxxx” Mühəndislik, Tikinti, Quraşdırma, Emalat Müəssisəsinə də verilmişdir. Məhkəmə sorğularına cavab olaraq Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən K-25 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Qafqazenerjiquraşdırma TREST-nin nəzdində olan idarələrin fəaliyyət növü elektrik və hidroelektrik stansiyalarının tikintisində metal konstruksiyaların, dəmir və dəmir-beton borularının quraşdırılmasından ibarətdir. X5 adı dəyişdirilərək “xxxxxxxxxxxxxxxxxxxx” ASC adlandırılmışdır (əmr 24/k xx.xx.2001-ci il). İddiaçı, həqiqətən də, sorğuda göstərilən xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə qədər dəmir-beton borularının boruçəkəni peşəsi üzrə fəaliyyət göstərmişdir. Həmçinin, o, xx.xx.2002-ci ilə qədər dəmir-beton borularının boruçəkəni peşəsində çalışmış, xx.xx.2002-ci ildə 14/k əmrinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi həmin dövrdə İddiaçı iş fəaliyyəti X2 yenidən qurulma işlərindən, dəmir-beton boruların quraşdırılmasından, Qazanxanalarda təmir işlərinin aparılmasından və dəmir-beton boruların kimyəvi maddələrlə təmizlənməsindən ibarət olmuşdur. X4 dəmir-beton boru xəttinin quraşdırılmasında, X6 dənizdən D-1200 mm diametrində dəmir borularla stansiyaya soyuq su vermək üçün, dəmir-beton üzərində nasosların quraşdırılmasında fəaliyyət göstərmişdir. X6 təmirə dayanan, həcmi böyük olan qapalı kondensatorun içərisində, dörd arakəsmədə olan boruları təmir etmək üçün qazla (qazarezka) ilə kəsib çıxarıb və onları yenisi ilə əvəz etmişdir. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilə qədər işlədiyi boruçu peşəsinin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda «29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr - sənaye dəmirbeton borularının boruçəkənləri» peşəsinin funksiyaları ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına (fəsil 29) əsasən işlədiyi sahələr zərərli olduğu üçün güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ daşıyır. İşlədiyi sahə zərərli olduğu üçün İddiaçı gündəlik olaraq süd məhsulları verilmiş və hər il əmək məzuniyyətinə gedərkən ona əlavə məzuniyyət hesablanmışdır. Eyni zamanda “xxxxxxxxx” Mühəndislik, Tikinti, Quraşdırma, Emalat Müəssisəsi məhkəmə sorğusuna münasibətdə AZF-2020/471/L saylı xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, Azfen BM X17 aid olan layihələr üzrə podratçı müəssisə olaraq dəmirbeton quraşdırılması sahəsində də fəaliyyət göstərir. X13 xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi X10 Azf-058 layihəsində boruçu peşəsində 02 il, 02 ay, 27 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixə kimi X10 Azf-067 layihəsində boruçu peşəsində 06 ay, 01 gün, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi X10 Azf-087 layihəsində boruçu peşəsində 01 il 03 ay, 21 gün olmaqla, cəmi 04 il, 19 gün işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr - sənaye dəmir-beton borularının boruçəkənləri» bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Beləliklə, iddiaçının iş stajının cavabdeh tərəfindən mübahisələndirilən dövrlərinə aydınlıq gətirilmiş və müəyyən olunmuşdu ki, onun işlədiyi yuxarıda adı çəkilən müəssisələr dəmir-beton boruların quraşdırılması sahəsində fəaliyyət göstərmiş, işlədiyi “boruçu” peşəsi onun güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün əsas yaradan həm 2 No-li Siyahı, həm də 2007-ci ildə təsdiqlənmiş Siyahıda nəzərdə tutulan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri- a) fəhlələr- sənaye dəmir-beton borularının boruçəkənləri“ zərərli peşəsinə aid olmuş və işlədiyi müəssisələr tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktublarına əsasən icra etdiyi iş məhz dəmir-beton borularının quraşdırılmasından ibarət olmuşdur, hansı ki, bu əmək funksiyası da yuxarıda qeyd olunan “boruçəkən” zərərli peşəsinin funksiyası ilə eynilik təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün cavabdehin mübahisələndirdiyi xüsusi staj ilə bağlı tələb tam olaraq ödənilir. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının güzəştli şərtlərlə pensiya təyinat hüququ verən sığorta stajının olmaması” barədə dəlilini əsassız hesab edir . Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilərək, ona 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X12 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X12 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı cavabdeh X12 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-981/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X16 publik hüquqi şəxsinin X12 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərrəmova Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1503/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1503/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver