Məhkəmə qərarları › İş №2-1(103)-1504/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1504/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1504/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (3-cü şəxs X8 və X2) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadlarından İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Baki İnzibati Məhkəməsininə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2012-cü il tarixli 199 saylı sərəncama əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri yaşayış sahəsini xidməti məqsədlə X3 müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 24 oktyabr 2013-cü il tarixli **********49-05101-083001 saylı Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 66, qapı 1;2 ünvanına dair texniki pasportuna əsasən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə zirzəmidir, sahəsi 77,3 kv.m-dir. Bundan sonra satıcı kimi ƏMDK ilə alıcı X9 arasında bağlanmış 21 iyun 2013- cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 77,3 kv.m qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki Nəsimi rayonu MKTB-nin 13 saylı MKİS-in Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Mənzil Kommunal Departamentinin və s. orqanların sənədlərinə əsasən Bakı şəhəri, ünvan 7 ünvanının olmaması öz təsdiqini tapır, ünvan 8ərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla M.Qaşqay küçəsi 66 ünvanı adlandırılması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə olan halda iddiaçılar mübahisələndirilən Sərəncam ilə onların paylı mülkiyyətində olan qeyri yaşayış sahəsinin dövlətə məxsus olduğunu göstərməsinin qanunsuz olduğu üçün həmin Sərəncamın ünvan 9 ünvanında yerləşən 77.3 və 36.6 kvm sahədən ibarət zirzəmiyə aid hissədə məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4756/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X9 və X2 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının Dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyriyaşayış sahəsi kimi 77.3 və 36.6 kv.m zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 10 ünvanı kimi, balanssaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X1, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-1016/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1295/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı4 kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)780/2022 nömrəli qərarı ilə kasasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1295/2021 saylı 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)- 2622/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X8 və X2) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2- 1(112)-1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2-1(112)- 1016/2021 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar birinci instansiya qaydasında baxılarkən elektron məhkəmə sistemi vasitəsilə İddiaçı4 vəkili Vəkil2 tərəfindən xx.xx.2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 94/2023 saylı hüquqi yardım haqqında məktubuna əsasən bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 780/2022 saylı qərarından hazırkı iş üzrə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülməsi və bunun iddiaçı tərəfindən etirafı qeyd edilmişdir. O, müddətin buraxıldığını etiraf etmiş olsaydı onda niyə bu günə qədər şikayət etməkdə davam edirdi. Bu birinci instansiya məhkəməsinin mövqeyi olub və o, həmin mövqedən şikayət vermişdir. Ali məhkəməyə onun adından şikayəti maddi imkanı olmadığı üçün dövlət tərəfindən ona təyin olunmuş vəkil tərtib etmişdir. Əgər şikayətdə elə bir mövqe olubsa da, o, vəkilin mövqeyi olub. İddiaçı əvvəl gündən bildirmişdir ki, iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişlər. Belə ki, cavabdehlərlə aralarında olan mülki mübahisə ilə bağlı Mülki iş materiallarında ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamı aşkar olunmayıb. Eləcə də, onların tələbinə baxmayaraq həmin akt onlara təqdim olunmayıb. Onlar ilk dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ƏMDKnin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin böyük məsləhətçisi Gülnar Hüseynova xx.xx.2020-ci il tarixli, 2(006)- 1138/2015 saylı məktubla bildirmişdir ki, 2015-ci ilə aid məhkəmədə baxılan işləri AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmişdirlər. AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin müdürü Səadət Əkbərova xx.xx.2020-ci il tarixli, 10/84 saylı məktubla bildirmişdir ki, 2(006)-1138/2015 saylı mülki işdə ərizədə qeyd edilən 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın ksero surəti aşkar olunmayıb. Bundan sonra onlar AR ƏMDK-ya ərizə ilə müraciət edərək ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişlər. ƏMDK-nin sədr müavini Rafiq Cəlilov xx.xx.2020ci il tarixli, **********85 saylı məktubla bildirmişdir ki, qeyd edilən sərəncam digər şəxsin hüquqları ilə bağlı olduğu üçün yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilə bilər. Yuxarıda qeyd olunanlardan aydın olur ki, onlar əvvəllər nəinki sərəncamdan xəbərdar olmamışlar, hətta məhkəməyə müraciət edəndə belə həmin sərəncamı əldə edə bilməmişlər. Ona görə həmin sərəncamın İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində mübahisələndirməkdən söhbət gedə bilməz. Onlar həmin sərəncamdan xəbərsiz olmalarının əsası kimi əvvəlki müraciətlərinin surətlərini ərizəyə əlavə edərək məhkəməyə göndərmişdir. Əlavə olaraq bildirilir ki, Ali Məhkəmə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddəti onlar tərəfindən ötürülmüş hesab etsəydi onda kassasiya şikayətini təmin edib işi apellyasiya məhkəməsinə qaytarmazdı. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar iddia ərizəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin həmin əmlakın icarəyə verilməsi ilə bağlı sərəncam vermək hüququna malik olmadığını qeyd etmişdir. Bildirilir ki, iddiaçıların hazırki iddiasının əsassızlığı, həmçinin, onların mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində subyektiv hüquqa malik olmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)-2336/2018 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və X6 qarşı hazırda məhkəmə mübahisəsi predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli sahə üzərində hər hansı subyektiv hüquqa malik deyil, həmin sahə üzərində sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Bundan əlavə, iddiaçılar hazırda mübahisələndirdiyi inzibati aktın mövcudluğundan əvvəllər xəbərdar olduğu halda həmin aktı qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddətində mübahisələndirməmişlər, bununla da İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, iddiaçıların hazırki iddia tələbinin irəli sürməyə subyektiv hüququn elementlərinin mövcudluğunu təkzib etmiş olur. Yuxarıda göstərilən əsaslara görə iddiaçıların hazırki iddia ilə çıxış etmələrinə hər hansı bir subyektiv hüquqları yoxdur. Bundan başqa, onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamından məlumatlı olmuşlar. Bu hissədə də iddia mümkün sayılmamalıdır. Göstərilən əsaslara görə hazırki iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-94/2023 nömrəli qərardadı ilə iş üzrə İddiaçı4 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Eyni zamanda Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddiası mümkün sayılmamışdır. Həmin qərardadlardan narazı qalan İddiaçı4 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (112)-94/2023 saylı qərardadlarının ləğv olunması və məhkəmə baxışına verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin məktubda iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-780/2022 saylı qərarından hazırkı iş üzrə iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddətin iddiaçı tərəfindən ötürülməsi və bunun iddiaçı tərəfindən etirafı qeyd edilmişdir. Məhkəmənin bu mövqeyi düzgün deyil. O, savadsız adamdır. Ali Məhkəməyə onun adından şikayəti maddi imkanı olmadığı üçün dövlət tərəfindən ona təyin olunmuş vəkil tərtib edib. Əgər şikayətdə elə bir mövqe olubsa da bu, onun yox, vəkilin mövqeyi olub. O, əvvəl gündən bildirmişdir ki, o, iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutlmuş prosessual müddəti ötürməmişdir. Belə ki, cavabdehlərlə arasında olan mülki mübahisə ilə bağlı mülki iş materiallarında ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamı aşkar olunmamışdır. Eləcə də, onun tələbinə baxmayaraq həmin akt ona təqdim olunmayıb. O, ilk dəfə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin ona təqdim etməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin böyük məsləhətçisi Gülnar Hüseynova xx.xx.2020-ci il tarixli, 2(006)-1138/2015 saylı məktubla bildirmişdir ki, 2015-ci ilə aid məhkəmədə baxılan işləri AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmişdir. AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin müdürü Səadət Əkbərova xx.xx.2020-ci il tarixli, 10/84 saylı məktubla bildirmişdir ki, 2(006)-1138/2015 saylı mülki işin içində ərizəmizdə qeyd edilən 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın ksero surəti aşkar olunmayıb. Bundan sonra AR ƏMDK-nə ərizə ilə müraciət edərək ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamın təsdiq olunmuş surətinin ona təqdim edilməsini xahiş etmişdir. ƏMDK-nin sədr müavini Rafiq Cəlilov xx.xx.2020-ci il tarixli **********85 saylı məktubla bildirmişdir ki, qeyd edilən sərəncam digər şəxsin hüquqları ilə bağlı oduğu üçün yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilə bilər. Məhkəmə qərardadda qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, mülki məhkəmə icraatının gedişində həmin inzibati aktdan məlumatlı olmuşlar və bunun üçün prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmiş və bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı4 mübahisələndirilən sərəncamın mövcudluğundan məlumatsız olduğunu bildirsə də, lakin aparılmış mülki məhkəmə icraatı zamanı (məhkəmə qərarlarına əsasən) özü həmin məhkəmə icraatının iştirakçısı (tərəfi) olmasa da iddiaçı olan anası İddiaçı1 nümayəndəsi olaraq məhkəmə icraatında iştirak etmiş və müəyyən edilmiş faktlardan xəbərdar olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tutulmadığı aşkar olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli sorğuya cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdə də İddiaçı4 Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair heç bir hüqqumüəyyənedici sənədlərinin mövcud olması öz əksini tapmamışdır. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında İddiaçı4 məxsus olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi məlumatlarında onun, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 22 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin ünvan üzrə təqdim edilmiş arxiv qovluğundan və digər iş materiallarından da göründüyü kimi, İddiaçı4 qeyd edilən evə dair istifadə hüquqları müvafiq olaraq qeydiyyata alınmamış və onun həmin evə dair istifadə hüququnun mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisə predmeti olan zirzəmi onun evimimin altıdır, onun evinin zirzəmisidir. Ev şəxsi mülkdür. Bir şəxsin özü üçün tikdiyi mülkün zirzəmisi necə dövlətə məxsus ola bilər. Yaxud da bir evin zirzəmisinin yarısı bizə, yarısı dövlətə məxsus ola bilərmi. Bizim ev dövlət mülkiyyətinin üzərində tikilib, yoxsa dövlət bizim evin altını qazıb oranı zirzəmi edib. Bu ev də, bu zirzəmi də eyni vaxtda tikilmiş bir vahid bir mülkdür. Ya bu vahid mülk bütövlükdə bizə, ya da büyövlükdə dövlətə məxsusdur. Hakim E.Əliyevin qərardadına əsasən, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas da olmamışdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxanda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmədiyindən və digər tərəfdən də İddiaçı4 qeyd edilən zirzəmiyə dair hər hansı hüququnun mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Bir daha qeyd edirəm ki, bütün yuxarıdakı haqlı olaraq qeyd etdiklərimizə baxmayaraq Bakı İnzibati Məhkəməsində hakim E.Əliyev xx.xx.2023-cü il tarixli 2-1(112)- 94/2023 nömrəli qərardadı ilə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Tərəflərin izahatları İddiaçı4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, ona göstərilmiş hüquqi yardıma əsasən bildirmişdir ki, o, əslində Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-94/2023 nömrəli hər iki qərardadından narazıdır və apellyasiya şikayətinin hər iki qərardaddan verilmiş kimi nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilərək, prosessual müddətin isə buraxılmamış hesab edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və İddiaçı6, cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı onların iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbi “Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının Dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyri-yaşayış sahəsi kimi 77.3 və 36.6 kv.m zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 10 ünvanı kimi, balanssaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X1, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia müddətinin bərpası ilə bağlı verilmiş ərizəni təmin etməmiş və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdi ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd təqdim edilmədiyindən, iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas da olmamışdır. Odur ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmədiyindən, iddia qeyri-mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki qərardadda gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki iş üzrə iddiaçılar inzibati orqanın bundan təxminən 10 il əvvəl qəbul etdiyi sərəncamı mübahisələndirir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının qəbul etdiyi 2- 1(102)780/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Apelyasiya instansiya məhkəməsi xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamın İddiaçı4 nə vaxt təqdim (elan) olunduğunu müəyyən etməmiş, İddiaçı4 hüququnun pozulduğu vaxtı qərardadında qeyd etməmişdir. İşdə olan sənədlərlə cavabdehin sərəncamının ona nə vaxt təqdim (elan) olunduğu aydın deyildir..... iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı da araşdırma aparılmamışdır.... Ali Məhkəmənin 13 aprel 2018-ci il tarixli qərarında hazırkı iş üzrə kasasiya şikayəti vermiş İddiaçı4 MPM-in 46-cı maddəsi ilə müəyyən edilmiş işdə iştirak edən şəxslərin tərkibində olmamışdır. İddiaçı4 həmin işdə fiziki şəxs olan iddiaçının nümayəndəsi qismində iştirak etmişdir. Məhkəmə qətnaməsinin preyudisiallığının fiziki şəxsin nümayəndəsinə şamil edilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İPM-in 78-ci maddəsində də qanuni qüvvəyə minmiş məhkəmə qərarının fiziki şəxsin nümayəndəsi üçün məcburi olması nəzərdə tutulmamışdır. Odur ki, İddiaçı4 mülki işdə məhkəmə icraatının iştirakçısı olmadığına görə həmin iş üzrə məhkəmə qərarının preyudisiallığının ona tətbiq olunması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.” Qeyd olunan məsələlər işə birinci instansiya qaydasında təkrar baxılarkən yenidən araşdırılmışdır. Mübahisələndirilən xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamın İddiaçı4 nə vaxt təqdim (elan) olunduğu iş üzrə müəyyən olunmasa da, iddiaçının həmin inzibati aktın qəbulundan nə vaxt məlumatlı olduğu iş materialları ilə təsdiqini tapır. Belə ki, əvvəla İddiaçı4 mübahisələndirilən sərəncamın mövcudluğundan məlumatsız olduğunu bildirsə də və aparılmış mülki məhkəmə icraatı zamanı (Ali Məhkəmənin 2(102)-2336/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında da göstərilmişdir) özü həmin məhkəmə icraatının iştirakçısı (tərəfi) olmasa da, iddiaçı olan anası İddiaçı1 nümayəndəsi olaraq məhkəmə icraatında iştirak etmişdir və müəyyən edilmiş faktlardan, o cümlədən mübahisələndirilən xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamın mövcudluğundan xəbərdar olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Nəzərə alınmalıdır ki, müddətlə bağlı tələbə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə dövlət idarəçiliyində sabitliyi və hüquqi müəyyənliyi təhdid altına almaqda haqlı sayıla bilməzlər. Hazırki işdən müəyyən olunur ki, iddiaçılar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 199 saylı sərəncamının qismən ləğv edilməsini qanunvericiliklə müəyyən olunmuş müddət ötdükdən sonra mübahisələndirmişlər. İddiaçı4 da həmin inzibati aktın mövcudluğundan hələ 2018-ci ildə (mülki məhkəmə icraatı zamanı) məlumatlı olsa da, onu qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirməmişdir. İddiaçı4 apellyasiya şikayətində tərəflərindən iddia müddətinin ötürülmədiyini və onun ötürülməmiş sayılmasını tələb etsə də, iş materiallarında olan sənədlərdən də müəyyən edilir ki, bundan öncəki məhkəmə icraatlarında iddiaçılar tərəflərindən prosessual müddətin ötürüldüyünü etiraf etmişlər. Belə ki, İddiaçı4 kassasiya şikayəti ilə bağlı məhkəməyə müraciət ərizəsində bildirmişdir ki, “kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.” Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, mülki məhkəmə icraatının gedişində həmin inzibati aktdan iddiaçılar məlumatlı olmuşlar və bunun üçün prosessual müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirmiş və bununla əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Beləliklə, İddiaçı4 mübahisələndirilən inzibati aktdan hələ 2018-ci ildə məlumatlı olmasına baxmayaraq onu qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmədiyi, belə ki, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyi müəyyən olunur. Qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyü üçün tərəfindən verilmiş iddia müddətinin bərpası barədə ərizədə müddətin üzrlü səbəblərdən ötürülməsinə dair hər hansı hala istinad olunmamışdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq müddətin bərpasından imtina etmişdir. Daha sonra isə apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə istinad edərək, bu barədə ərizə verməklə onun ötürülməmiş sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı4 iradə ifadəsini tez-tez dəyişməsinə tənqidi yanaşır və hesab edir ki, o, iddia müddətinin tərəfindən ötürülməmiş sayılmasını bildirilsə də, bu barədə hər hansı mötəbər təsdiqedici hala və ya sübuta istinad etmədiyi üçün onun həmin ərizəsi əsassızdır və qəbul edilməməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən əlavə araşdırmalar aparılaraq qanuni qüvvəyə minmiş mülki məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan qeyriyaşayış sahəsinə (zirzəmi) dair hər hansı hüquqlarının müəyyən olunmadığı və zirzəminin onların texniki pasportunda nəzərdə tutulmadığı aşkar olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdə də İddiaçı4 Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair heç bir hüqqumüəyyənedici sənədlərinin mövcud olmadığı müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında İddiaçı4 məxsus olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi məlumatlarında onun, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 22 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə ünvan üzrə təqdim edilmiş arxiv qovluğundan və digər iş materiallarından İddiaçı4 qeyd edilən evə dair istifadə hüquqlarının müvafiq olaraq qeydiyyata alınmadığını və onun həmin evə dair istifadə hüququnun mövcudluğuna dair məhkəməyə hər hansı sübutun təqdim edilmədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış yerində müayinə (yerli baxış) zamanı müəyyən edilmişdir ki, yaşayış evi ilə mübahisəli qeyri-yaşayış sahəsi olan zirzəmi ayrı-ayrı sahələrdir. Belə ki, mübahisəli ünvanda faktiki olaraq iki zirzəmi mövcuddur. Onlardan biri ilə hansı ki, mübahisə predmeti olmayan qeyri-yaşayış sahəsi olan zirzəmi ilə ev arasında keçid (əlaqə) mövcuddur və həmin zirzəmi bilavasitə evin altında yerləşir, digər mübahisə predmeti olan zirzəmi ilə evin arasında isə heç bir əlaqə (keçid) mövcud deyildir. Beləliklə, məhkəmə araşdırmaları zamanı, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə (zirzəmi) dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığı və iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə dair hər hansı subyektiv hüquqlarının olmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, aparılan araşdırmalar yetərli olub, iş üzrə birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyü və həmin müddətin də bərpası ilə bağlı prosessual əsasların mövcud olmadığı, buna görə də müddətin bərpasından imtina etməklə iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibаti Məhkəməsinin 2-1(112)-94/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar