Məhkəmə qərarları › İş №2-1(103)-1505/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1505/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1505/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1726/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı xx xxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən “xxxxxxxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyriyaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixlərdə iki ərizə ilə müraciət edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən “xxxxxxxxx” MTK-nın inşa etdiyi yaşayış binasının İ mərtəbəsinin İ səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin İİ səviyyəsinin qeyriyaşayış sahəsindən 1488,36 kv.metr olan sahələrini almasını və həmin qeyri-yaşayış sahələri üçün tam ödəniş etməsini, yuxarıda adı gedən ünvanda aldığı sözügedən sahələrin qeydiyyata alınaraq hər bir sahə üçün çıxarış verilməsini xahiş etmişdir. Ərizələr cavabdeh tərəfindən ********** və ********** sayla qeydiyyata alınmış və hər iki ərizəyə xx.xx.2019-cu il tarixdə eyni məzmunlu cavab verilmiş və cavab məktubları onunla əsaslandırılmışdır ki, qeyd olunan qeyriyaşayış sahələrinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan başqa məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlərə Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “Bəm Bəyaz” Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənədlər əlavə edilməmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi “xxxxxxxxx” ASC, podratçı isə “xxxxxxxxx” MTK qeyd edilmişdir. Lakin çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən istifadələrində olan mənzillərin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı idarəyə “xxxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən təsdiq edilən hüquqmüəyyənedici sənədlər təqdim edilir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, xx.xx.2005-cı il tarixli sərəncamı ilə “xxxxxxxxx” ASCyə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çox mərtəbəli yaşayış binasının “xxxxxxxxx” MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdehin bu cavab məktubları ilə faktiki olaraq iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrinin özəlləşdirməkdən imtinası qanunsuzdur. Belə ki, cavabdehin hər iki cavab məktubunda ərizələrdə telefon nömrəsi qeyd edilməməsinə istinad etməsi tam əsassız olmaqla bir bəhanədir. Çünki qanunvericilikdə ərizə ilə müraciət edilərkən orada telefon nömrəsinin qeyd edilməsi nəzərdə tutulmamışdır. Həmçinin ərizələrə əlavə edilmiş maliyyə arayışlarında “xxxxxxxxx” MTK-nın blanklarında telefon nömrəsi qeyd edilmişdir və əgər qeyd olunan qeyri-yaşayış sahələrinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisi gəlmək istəsə idi həmin telefonla birbaşa əlaqə saxlaya bilərdi. Bundan başqa cavabdeh hər iki hüquqi şəxs olan “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK arasında əlaqələndirici sənədlər əlavə edilməməsi dedikdə nəyi nəzərdə tutulması aydın deyildir. Halbuki hər bir qeyri-yaşayış sahəsi barədə edilən müraciətə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının” istismara qəbul aktı əlavə edilmiş, həmin aktda sifarişçi “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin olması, “xxxxxxxxx” MTK isə podratçı kimi qeyd edilmişlər. Həmçinin ərizələrə “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK-nın arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqavilələrinin surətləri də əlavə edilmişdir. Göründüyü kimi cavabdehin bu imtinaları formal və şablon xarakterlidir. Belə ki, cavabdeh təqdim edilmiş akt və podrat müqaviləsinin əlaqələndirici sənədlər olmasına diqqət yetirməmişdir. Həmçinin, cavabdehə də yaxşı məlumdur ki, özəlləşdirilməsi xahiş edilən qeyri-yaşayış sahələrinin yerləşdiyi binada artıq bir neçə mənzil xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçərək sahiblərinə müvafiq “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”lar verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1726/2019 saylı, x xxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən “xxxxxxxxx” MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1371,6 kv.metr, həmin mərtəbənin 2-ci səviyyəsinin qeyri-yaşayış sahəsindən 1488,36 kv.metr olan qeyri-yaşayış sahələrinə iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqmüəyyənedici sənədlərə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş «Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının» istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş «xxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti ilə «xxxxxxxxx» Mənzil Tikinti Kooperativi arasında əlaqələndirici sənədləri əlavə edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxx 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(103)1902/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-543/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1902/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edənn şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, “xxxxxxxxx” MTK-nın üzvlərinin ümumi iclasının 01 saylı protokolundan xx xxxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən iddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai prospekti 40a ünvanında, İ, İİ, İİİ giriş, İ mərtəbə, İ səviyyə, ümumi sahəsi 1371,56 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. “xxxxxxxxx” MTK-nın üzvlərinin ümumi iclasının 01 saylı protokolundan x xxxxxx 2018-ci il tarixli Çıxarışa əsasən iddiaçı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətai prospekti 40a ünvanında, İ, İİ, İİİ giriş, İ mərtəbə, 2-ci səviyyə, ümumi sahəsi 1488,36 kv.metr qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. “xxxxxxxxx” MTK tərəfindən verilmiş 134 saylı, xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binasının İ, İİ, İİİ giriş, İ mərtəbəsinin 1-ci səviyyəsində ümumi sahəsi 1371,56 kv.metr olan qeyri-yaşayış sahəsi olan ofisin dəyəri payçı iddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. “xxxxxxxxx” MTK tərəfindən verilmiş 124a saylı, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında yerləşən kooperativ yaşayış binasının İ, İİ, İİİ giriş, İ mərtəbəsinin 2-ci səviyyəsində ümumi sahəsi 1488,36 kv.metr olan qeyri-yaşayış sahəsi olan ofisin dəyəri payçı iddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 787-ci məhəllə, Xətai prospekti 40A saylı ünvandakı 16 mərtəbəli (+mansard) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktı təsdiq olunmuşdur. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının xx.xx.2015-ci il tarixli aktına əsasən akt Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı ərizəsinə baxılmış, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, qeyri-yaşayış sahəsinə texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan başqa ərizəyə əlavə edilmiş sənədlərə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 41 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” istismara qəbul aktında sifarişçi kimi qeyd edilmiş “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK arasında əlaqələndirici sənədlərə əlavə edilməmişdir. Belə ki, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçi “xxxxxxxxx” ASC, podratçı isə “xxxxxxxxx” MTK qeyd edilmişdir. Lakin çoxmənzilli yaşayış binasının sakinləri tərəfindən istifadələrində olan mənzillərin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı İdarəyə “xxxxxxxxx” MTK tərəfindən təsdiq edilən hüquqmüəyyənedici sənədlər təqdim edilir. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 107 saylı, xx.xx.2005- ci il tarixli sərəncamı ilə “xxxxxxxxx” ASC-yə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyri-yaşayış sahəsini tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş, tikintisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “xxxxxxxxx” MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətini təmin etməmişdir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul Komissiyasının Aktında da “xxxxxxxxx” ASC sifarişçi, “xxxxxxxxx” MTK isə podratçı kimi qeyd edilmişdir. Mübahisə olunan tikilinin sifarişçisi “xxxxxxxxx” ASC-dir, lakin “xxxxxxxxx” MTK-nın tərtib etdiyi sənədlərə görə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40 A ünvanında yerləşən yaşayış binası “xxxxxxxxx” ASCyə deyil, “xxxxxxxxx” MTK-ya məxsusdur. Binanın ASC-yə, yoxsa MTK-ya məxsus olmasına dair ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamışdır. “xxxxxxxxx” ASC ilə “xxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin tərəfləri Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 - (787-ci məhəllə) 3000 kv.m torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüş, yaşayış binasının tikintisini “xxxxxxxxx” ASC-nin sifarişi əsasında “xxxxxxxxx” MTK həyata keçirmişdir (1.1 və 1.2-ci bəndlər). “xxxxxxxxx” MTK “xxxxxxxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərti ilə, tikilən binadakı mənzillərin satışının “xxxxxxxxx” MTK tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur (2.1-ci bənd). Müqavilə şərtinə görə “xxxxxxxxx” MTK “xxxxxxxxx” ASC-nin sifarişi əsasında binanın tikintisini və “xxxxxxxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərtilə mənzillərin satışını həyata keçirir. Müqavilənin bu şərtinə də əməl edilməsi vəziyyəti məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçının adına ayrılan payların qiymətlərinin “xxxxxxxxx” ASC ilə razılaşdırılması, həmçinin xx.xx.2007-ci il tarixli müqavilədə binanın tikintisinin və “xxxxxxxxx” ASC ilə qiymətləri razılaşdırmaq şərtilə mənzillərin satışının həyata keçirilməsi nəzərdə tutulsa da, payların “xxxxxxxxx” MTK-ya aid olması ilə bağlı araşdırma aparılmamışdır. Apelyasiya məhkəməsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin “xxxxxxxxx” ASC, yaxud “xxxxxxxxx” MTK-ya aid olmasını, pay haqqının “xxxxxxxxx” MTK-nın hesabına ödənilməsi səbəbini araşdırmamışdır. Həmçinin qeyd olunmuşdur ki, işdə tikilinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə olmamış, məhkəmə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin olmamasına münasibət bildirməmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, həm “xxxxxxxxx” ASC-nin, həmçinin, “xxxxxxxxx” MTK-nın sədri İddiaçıdur. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində dəfələrlə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, tikilinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikiliyə dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan sənədləri məhkəməyə təqdim etməmiş, Ali Məhkəmənin göstərişlərinin icrasının təmin olunmasından yayınmışdır. Ona görə də iddia təmin olunmamalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1726/2019 saylı İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar