Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1506/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2488/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2488/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmətdə olduğu dövrün iş stajına daxil edilməklə, xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin yanında Dövlət X6 Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya hüquqlarının yaranması əsasları, bu hüququn həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Bu qanunun 9-cu maddəsində (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh - cavabdeh DSMF-nin X5 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2039/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-673/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2039/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ərizə iləAzərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan ümumi və zərərli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus əmək kitabçasında və arayışda öz əksini tapmış işlədiyi bütün iş illərinin, habelə ona məxsus hərbi biletdəki həqiqi hərbi xidmət olduğu dövrün iş stajına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək penisyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin yanında Dövlət X6 Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmamış, mübahisəyə iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi yarandığı vaxt həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına əsasən qiymət verərək hesab etmişdir ki, iddiaçının güzəştli işlərdə əmək fəaliyyəti ilə məşğul olması işdə olan əmək kitabçası ilə təsdiq olunduğundan, iddiaçının həmin illərdə işləməsinin araşdırma aparılmadan ona həmin illər nəzərə alınmaqla əmək pensiyasının hesablanmasından cavabdeh tərəfindən imtina olunması qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının əmək kitabçasında olan peşələrin Siyahıda nəzərdə tutulan peşələrlə üst-üstə düşməsi ilə bağlı araşdırma aparmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Kollegiya qeyd edir ki, x xxxxxx 1956-cı il təvəllüdlü iddiaçının 57 yaşı 2013-cü ildə tamam olduğundan bununla da pensiya hüququ x xxxx 2017-ci ilə qədər yarandığından mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş normaları əsasında qiymət verilməlidir. Belə ki, xx.xx.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət X6 xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki halda iddiaçıya tələbinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2017-ci ilədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması və 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər iddiaçıya münasibətdə ödənilir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və ünvan 1 mənzil 46 ünvanında qeydiyyatdadır. xx.xx.1974-cü il tarixli, 110/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı təmir-tikinti idarəsinə xüsusi sahəyə 1-ci dərəcəli fəhlə qismində qəbul edilmiş və sovet ordusuna xidmətə çağırılması ilə əlaqədar xx.xx.1975-ci il tarixli, 45/k saylı əmrlə işdən azad edilmiş (7 ay 10 gün), NZ seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinə kimi hərbi xidmətdə olmuş (2 il), xx.xx.1977-ci il tarixli, 142 saylı əmrlə əkinçilik üzrə Azərbaycan ETİY təcrübə təsərrüfatına fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli, 154 saylı əmrlə işdən azad edilmiş (4 ay 13 gün) , xx.xx.1977-ci il tarixli, 140/k saylı əmrlə “Azneftximzavodtəmir” trestinin 1 saylı TTİ xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1 dərəcəli, xx.xx.1978-ci ildən 2 dərəcəli, xx.xx.1979-cu ildən 3 dərəcəli, xx.xx.1981-ci ildən 4 dərəcəli fəhlə işləmiş, xx.xx.1983-cü il tarixli, 74/k saylı əmrlə xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən keçirilmiş, xx.xx.1983-cü il tarixli, 91/k saylı əmrlə xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 13 saylı əmrlə xüsusi sahəyə prorab keçirilmiş, xx.xx.1987-ci il tarixli, 114 saylı əmrlə həmin sahədə usta keçirilmiş və xx.xx.1990-cı il tarixli, 324/k saylı əmrlə işdən azad edilmiş ( 13 il 9 gün), xx.xx.1991-ci il tarixli, 1/k saylı əmrlə “İstilik” Kooperativi ANXZT trestinin 1 saylı TTİ-dən köçürülmə yolu ilə kooperativin sədri vəzifəsinə təyin edilmiş və xx.xx.2001-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmiş (10 il 4 ay 1 gün), xx.xx.2001-ci il tarixli, 09 saylı əmrlə Azərbaycan Respublikası İnşaat İstehsalat və təsərrüfat İdarəsinə rəis vəzifəsinə təyin edilmiş və xx.xx.2002-ci il tarixli, 01/k saylı əmrlə işdən azad edilmiş (7 ay 11 gün), xx.xx.2003-cü il tarixli, 1 saylı təsis protokolu ilə MC AKO MMC-yə direktor təyin edilmiş və hal-hazırkı vaxta kimi işləyir (xx.xx.2019 ilə 15 il 11 ay 16 gün). Xətai təmir-tikinti-1 idarəsinin xx.xx.2015-ci il tarixli, 07 saylı arayışa əsasən İddiaçı “Azenftkimya zavodlar Təmir-Tikinti” trestinin 1 saylı Təmir-Tikinti İdarəsində xx.xx.1974cü ildən xx.xx.1990-cı ilə kimi ixtisaslaşdırılmış xüsusi sahədə odadavamlı materiallarla işləyən fəhlə, usta və iş icraçısı vəzifəsinə çalışmışdır. xx.xx.1974-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1975-ci ildən sovet ordusuna xidmətlə əlaqədar 2 həftəlik məzuniyyət vermək şərti ilə işdən azad olunmuş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə kimi sovet ordusunda hərbi xidmətə getmiş, xx.xx.1977-ci ildən ixtisaslaşdırılmış xüsusi sahəyə odadavamlı materiallarla işləyən 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1978-ci ildə odadavamlı materiallarla işləyən 2-ci dərəcəli müəyyən olunmuş, xx.xx.1979-cu ildən 3-cü dərəcə verilmiş, xx.xx.1981-ci ildə 4-cü dərəcə təyin edilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta əvəzedicisi işinə keçirilmiş, xx.xx.1983-cü ildə ixtisaslaşdırılmış xüsusi sahəyə usta təyin edilmiş, xx.xx.1986-cı ildə ixtisaslaşdırılmış xüsusi sahəyə iş icraçısı keçirilmiş, xx.xx.1990-cı il tarixdə köçürülmə yolu ilə 22-ci Qurultay adına Bakı Neftayırma zavodunun nəzdindəki “İstilik” kooperativinə köçürülmüş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 11.3-cü bəndi fəhlə, usta və iş icraçılarına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilir. Hazırki iş üzrə iddiaçının x xxxx 2017-ci il tarixə kimi ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı olan hal iddiaçının işlədiyi dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1977-xx.xx.1990-cu illərdə “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir-Tikinti İdarəsində ocaqçı, xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, icraçı olmaqla güzəştli iş stajı hüququ verən odadavamlı materiallarla işləmişdir. Birinci instansiya məhkəməsinin əmək şəraiti zərərli peşə kimi istinad etdiyi bölmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 11-ci bölmə olmaqla “Metal emalı” adlanır. 11.3-cü yarımbölmə isə Termiki emal adlanır və istinad edilən peşə Termiki soba futerlənməsi ilə məşğul olan odadavamlı materialla işləyənlər adlanır. Halbuki, iddiaçının əmək kitabçasında “Azneftximzavodtəmir” Trestinin 1 saylı Təmir- Tikinti İdarəsində ocaqçı, xüsusi sahəyə usta öhdəliklərini yerinə yetirən, xüsusi sahədə usta, icraçı (odadavamlı materiallarla) işlədiyi peşələrinAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölmədə “a” yarımbəndində fəhlələr: odadavamlı materialla işləyənlər peşəsi ilə üst-üstə düşdüyü, iddiaçının həmin peşədə nəzərdə tutulan funksiyaları yerinə yetirməsi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı qanunla tələb olunan ümumi və güzəştli iş stajını toplamışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina qanunazidd olmaqla iddiaçının qorunan pensiya hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəldiyindən və qərarın ləğv edilməsi əsasları müəyyən edilmədiyindən cavabdehin apelyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2488/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1506/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1506/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver