Məhkəmə qərarları › İş №2-1(103)-1506/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1506/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1506/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1506/2023 (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı şəhəri 18 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5043 nömrəli qərar ilə, Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 May 25 Yeni Qaydalarla 88 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus mağazada Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır;

2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211668214 nömrəli Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Mcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur;

3. DVX seriyalı 002575 nömrəli, 19 oktyabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25, yeni qaydalarla 88 ünvanda yerləşən mağazada operativ vergi yoxlaması zamanı 4 nəfər fiziki şəxsdən 3 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X4, X7, X6 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər;

4. DVX seriyalı 008070 nömrəli, 19 oktyabr 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May 25, yeni qaydalarla 88 ünvanda mağazada operativ vergi yoxlaması zamanı müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2,5 AZN (iki manat, əlli qəpik) pulun ödənildiyi və müştəriyə kassir tərəfindən NKA çeki verilmədiyi və həmin mağazada NKA-nın olmadığı və quraşdırılmadığı müəyyən edilmişdir;

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********7815 və xx.xx.2021-ci il tarixli **********8858 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********8858 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. **********7815 saylı qərarına əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna əsasən, 1.000 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Hər iki qərar 19 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən obyektdə keçirilmiş yoxlamanın nəticələrinə dair qəbul edilmişdir. Fəaliyyətə başlamamışdan əvvəl obyektin vergidə qeydiyyatını aparmış və oraya nəzarət kassa aparatı sifariş etmişdir. Bu barədə rəsmi müraciət etmişdir. Nəzarət kassa aparatını “Azərtürkbank”dan almalı idi. Bankdan isə ona bildirilmişdir ki, nəzarət kassa aparatı bankda qurtarıb və həmin aparatın ona təqdim olunması üçün bir müddət gözləməli olacaqdır. Göründüyü kimi nəzarət kassa aparatının alınması ilə əlaqədar o, öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Lakin ondan asılı olmayan səbəbdən həmin aparat obyektinə təqdim edilməmişdir. Nəzarət kassa aparatının sifariş verilməsilə əlaqədar xx.xx.2021-ci il tarixdə banka müvafiq ödənişlər də etmişdir. Bu barədə sözügedən yoxlama zamanı o, vergi əməkdaşlarına da bildirmiş və aidiyyəti sənədləri onlara təqdim etmişdir. **********7815 saylı qərarda isə qeyd edilmişdir ki, o, guya qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etmiş və buna görə ona 6.000 manat maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş DVX seriyalı 002575 saylı aktda “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş” aşağıdakı şəxslər qeyd edilmişdir: 1. X4, 2.X7, 3.X6. Qeyd edilən şəxslərdən heç biri 19 oktyabr 2021-ci il tarixdə və ya həmin günədək qeyd edilən obyektdə işlərin icrasına cəlb edilməmişdirlər. X4 yoxlama zamanı verdiyi izahatında da qeyd etmişdir ki, o, həmin obyektdə işləmir, heç bir əmək haqqı almır. Cavanşir onun qohumudur və Mərdəkan qəsəbəsində yaşayır. Yoxlama zamanı onun sözügedən obyektdə olmasına səbəb o olmuşdur ki, o, kompyuter mütəxəssisidir. Eyni zamanda bu sahədə mütəxəssis olduğundan o, mağazada iddiaçının hansı kompyuter nəzarət sistemi quraşdırdığını soruşmuşdur və kompyuterin arxasında oturaraq bu sistem ilə maraqlanırdı. O, bu xidmət üçün ondan heç bir ödəniş almamışdır. Həmin zaman o, rəsmi olaraq "xxxx" QSC-də mühasib vəzifəsində işləmişdir və hazırda da orada işləyir. Belə ki, yoxlama zamanı X1 qeyd edilən obyektdə işləməsi faktı nə faktiki olaraq, nə də ki, C.Muradovun izahatı ilə müəyyən edilməmişdir. Digər iki nəfər X7 və X6 ilə əlaqədar bildirir ki, yoxlamanın nəticələrinə dair qəbul edilmiş qərarla həmin 2 nəfərin əmək müqaviləsi olmadan faktiki işləməsi yoxlanılan təsərrüfat subyektində birbaşa aşkar olunmamış, yalnız sonradan verilən izahatlarda əks olunmuşdur. Yuxarıda da qeyd etdiyi kimi yoxlama keçirilən zaman o, fəaliyyətə yeni başlamış və işçi axtarırmış və qapıya da bu barədə elan vurmuşdur. Həcər Əsədova və Fərid Babayev həmin saatda işə düzəlmək üçün obyektə gəlmişdilər və onları işin şərtləri ilə tanış edirdi. Onlar işin icrasına başlamamışdılar və onlara heç bir əmək haqqı ödənilməmişdir. Belə olan halda, həmin 2 nəfər şəxsə münasibətdə də ona “maliyyə sanksiyasının tətbiq edilməsi” tamamilə qanunaziddir və qərarın qəbulu vergi ödəyicisi kimi onun hüquqlarının pozulmasına səbəb olan haldır. Yoxlama bitdikdən sonra X7 və X6 ona bildirmişlər ki, onlar qanunun tələblərini bilmirlər. Yoxlama zamanı izahatı vergi orqanının əməkdaşının diktəsi ilə yazmışlar. Onlar əvvəllər heç vaxt izahat yazmamışlar və yazdıqları izahatın mahiyyətini də dərk etməmişlər. Nəticə etibarı ilə cavabdeh orqan qərar qəbul edərkən yalnız həmin 2 nəfər şəxsin izahatına əsaslanaraq ona maliyyə sanksiyası tətbiq etmişdir. Sözügedən qərarda qeyd edilən 3 nəfər şəxsin heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilmələri, onların faktiki olaraq ona məxsus obyektdə işləmələri və onların bunun müqabilində haqq almaları sübuta yetməmişdir və qərarda əsaslandırılmamışdır.

7. İddiaçı iddia ərizəsi ilə birlikdə iddia verilməsi üçün müəyyən edilmiş iddia müddətinin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, mübahisə predmeti qərarları müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli **********5043 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 may 25 yeni qaydalarla 88 ünvanında yerləşən təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti nəticəsində 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002575 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8858 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 6.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış hər 3 şəxs (X7, X4, X6) iddiaçıya məxsus obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini və onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişdirlər. Həmçinin İddiaçı da izahat verərək qeyd edilən faktı təsdiq edərək, 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Operativ vergi nəzarəti nəticəsində həmçinin iddiaçıya məxsus mağazada nəzarət kassa aparatının quraşdırılmadığı, müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2.5 AZN (iki manat əlli qəpik) pulun ödənildiyi və NKA çekinin verilmədiyi müəyyən edildi. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli, DVX seriyalı 008070 saylı aktla rəsmiləşdirilərək, akt əsasında xx.xx.2021-ci il tarixli, **********7815 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 1.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı verdiyi izahatında da qeyd edilən faktları təsdiq etmiş, müvafiq düzəlişlərin ediləcəyini bildirmişdir.

10. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş 2 qərar təşkil edir: 1) xx.xx.2021-ci il tarixli, **********7815 saylı; 2) xx.xx.2021-ci il tarixli, **********8858 saylı. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

14. İşin faktiki hallarına əsasən iddiaçının 3 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan mağazada müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi sözügedən 3 nəfər şəxsin onun işçisi olmadığını bildirsə də, məhkəmə iclasında izahat verərək, 2 nəfər şəxsin (X7 və X6) əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsini etiraf etmişdir. X1 isə işə cəlb edilmədiyini, onun işçisi olmadığını və başqa müəssisədə işlədiyini bildirmişdir.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsdən 2-sindən (X7 və X6) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir.

16. Qeyd edilməlidir ki, izahatı alınan 3 nəfər fiziki şəxsdən 2-si izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirmişlər ki, bu məlumatlar yalnız həmin mağazada işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır.

17. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı özü də izahatında (həmçinin məhkəmə iclasında) işçilərin adlarını sadalamaqla 2 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyini bildirmişdir.

18. Məhkəmə izahatı alınan digər şəxsə münasibətdə isə qeyd edir ki, həmin şəxs (X4) əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən fərqli izahat verərək, operativ vergi yoxlaması zamanı kompyuter düzəltdiyini və göstərdiyi xidmətə görə ödəniş almadığını bildirmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş elektron bildirişlə müəyyən olunur ki, X4 başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır.

19. Məhkəmə iclası zaman şahid qismində dindirilən X4 həmin xüsusatları bir daha təsdiq etmişdir.

20. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarına X3 münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir.

21. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qanunazidd hesab oluna bilməz.

22. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir.

23. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.

24. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli KY211668214 nömrə ilə qeydiyyata alınmışdır. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 008070 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmışdır.

25. İddiaçı mübahisələndirilən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində hər hansı dəlil irəli sürülməmişdir. Əksinə məhkəmə iclasında və inzibati icraat zamanı etiraf edilmişdir.

26. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. 24. Birinci instansiya məhkəməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinə, Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

28.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərardadının ləğv olunması və xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5043 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ 28 may 25 yeni qaydalarla 88 ünvanında yerləşən təsərrüfat subyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti nəticəsində 3 (üç) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002575 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8858 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 6.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Nəzərə çatdırırlar ki, operativ vergi nəzarəti zamanı izahatları alınmış hər 3 şəxs (X7, X4, X6) iddiaçıya məxsus obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini və onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişdirlər.Həmçinin, İddiaçı da izahat verərək qeyd edilən faktı təsdiq edərək, 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Operativ vergi nəzarəti nəticəsində həmçinin iddiaçıya məxsus mağazada nəzarət kassa aparatının quraşdırılmadığı, müştəri tərəfindən alınmış “Vinçestr” markalı siqaretə görə 2.5 AZN (iki manat əlli qəpik) pulun ödənildiyi və NKA çekinin verilmədiyi müəyyən edildi. Qeyd edilən faktlar xx.xx.2021-ci il tarixli, DVX seriyalı 008070 saylı aktla rəsmiləşdirilərək, akt əsasında xx.xx.2021-ci il tarixli, **********7815 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək 1.000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı verdiyi izahatında da qeyd edilən faktları təsdiq etmiş, müvafiq düzəlişlərin ediləcəyini bildirmişdirMəhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.İlk öncə nəzərə çatdırırlar ki, qərarın mübahisələndirilməsi üçün müddət ötürülmüş, məhkəmə tərəfindən isə əsassız olaraq buraxılmış prosessual müddətinin bərpası haqqında xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.Vergi ödəyicisi xx.xx.2013-cü il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir.İddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, **********7815 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2021-ci il tarixində **********647400 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” bildiriş vasitəsilə elektron qaydada göndərilmiş, xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən oxunmuş, xx.xx.2021-ci il tarixli **********8858 saylı qərar isə **********555200 saylı “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” bildiriş vasitəsilə elektron qaydada xx.xx.2021-ci il tarixində göndərilmiş, xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. İnzibati Prosessual Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.“İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır (mad 62.2).Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: - vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; - poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqındasənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; - elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixində iddaçıya poçt vasitəsilə göndərilmiş və bu səbəbdən müddət bərpa edilməlidir. Halbuki, yuxarıda qeyd edilən normalardan göründüyü kimi, qanunvericilik vergi ödəyicisinə qərarların elektron qaydada göndərilmə üsulunu təsbit etmiş və elektron qaydada göndərilmiş qərarlar vergi ödəyicisinə çatdırılmış hesab edilir. Həmçinin, qərardada İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsi ilə tələb edilən iddiaçının təqsirini istisna edən hər hansı fakt qeyd edilməmiş, qərardad əsaslandırılmamışdır. İşin mahiyyəti ilə bağlı bildiririk ki, birinci instansiya məhkəməsi üzərinə düşən vəzifələri zamanı fərqli izahat verərək kompyuter düzəltdiyini və göstərdiyi xidmətə görə ödəniş almadığını qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X4 başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır.Lakin şəxsin hər hansı digər işəgötürənlə əmək müqaviləsi bağlaması onun digər iş yerində fəaliyyət göstərməsinə mane olmur və belə qadağa qanunvericilikdə müəyyən edilməmişdir. Həmçinin, bildirirlər ki, İddiaçı operativ vergi nəzarəti zamanı verdiyi izahatında 3 nəfər şəxsin, o cümlədən X1 əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən hal nəzərə alınmamışdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edirlər ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində əsassızdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları).“S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixlii qərarına əsasən mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışı zamanı verilən suala cavabında bildirmişdir ki, yoxlama qəflətən gəldiyindən çaşqınlıq içində olmuş, fikrini aydın izah edə bilməmişdir.Bildirir ki, X4 onun işçisi olmadığından, onunla əmək müqaviləsi də bağlamamışdır.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

34. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: . 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. . 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. . 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. . 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. . 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. . 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. . 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

35. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; -7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; -49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; -44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

36. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... ... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: -50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; -50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; -50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; -50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; -50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; -50.4-cü maddəsinə əsasən, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; - 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

37. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

39.Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı iddianın təmin olunan hissəsində yoxlanılır.(İPM-in 82-ci maddəsinə uyğun olaraq).Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, apellyasiya şikayətində məhkəmənin iddia müddətinin bərpa olunması barədə xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması da xahiş edilsə də, cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

42. Belə ki, apellyasiya şikayətində məhkəmənin iddia müddətinin bərpa olunması barədə xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması da xahiş edilsə də, cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması üçün əsaslar mövcud deyildir.Bundan əlavə cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarının iddia tələbinin təmin olunmuş hissəsi isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsinin ləğv edilməsi ilə bağlıdır.

44. Beləliklə, cavabdeh dolayısı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün iddia müddətinin keçmədiyini də qəbul edir.Çünki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün iddia müddəti qərarın bir hissəsinə deyil, həmin qərara münasibətdə bütövlükdə tətbiq olunmalıdır.

45. Daha sonra iddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1).

46. Həmçinin, Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).

47. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 6000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə xx.xx.2021-ci il tarixli qərara əsasən iddiaçı 1000,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.İddiaçı həmin qərarların ləğv edilməsini tələb etmişdir.

48. Birinci instansiya məhkəməsində məhkəmə baxışının predmetini iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən qəbul edilmiş 2 qərar təşkil etmişdir: 1) xx.xx.2021-ci il tarixli, **********7815 saylı; 2) xx.xx.2021-ci il tarixli, **********8858 saylı.

49. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən- yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsinin ləğv edilməsi hissəsi təşkil edir.

50. Məhkəmə Kollegiyası bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

51. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinə dair tələblərinə (7-ci, 44-cü və 49-cu maddə) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə istinad etməklə aşağıdakıları qeyd edir:

52. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

53. Göründüyü kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir.

54. İşin faktiki hallarına əsasən iddiaçının 3 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan mağazada müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir.

55. İddiaçı tərəfindən tələbin faktiki əsası kimi sözügedən 3 nəfər şəxsin onun işçisi olmadığını bildirsə də, məhkəmə iclasında izahat verərək, 2 nəfər şəxsin (X7 və X6) əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsini etiraf etmişdir. X1 isə işə cəlb edilmədiyini, onun işçisi olmadığını və başqa müəssisədə işlədiyini bildirmişdir.

56. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 3 nəfər fiziki şəxsdən 2-sindən (X7 və X6) alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir.

57. Qeyd edilməlidir ki, izahatı alınan 3 nəfər fiziki şəxsdən 2-si izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirmişlər ki, bu məlumatlar yalnız həmin mağazada işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır.

58. Məhkəmə bir daha vurğulayır ki, iddiaçı özü də izahatında (həmçinin məhkəmə iclasında) işçilərin adlarını sadalamaqla 2 nəfər işçi ilə əmək müqaviləsi bağlamadan onları işə qəbul etdiyini bildirmişdir.

59. İzahatı alınan digər şəxs-X4 əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən fərqli izahat verərək, operativ vergi yoxlaması zamanı kompyuter düzəltdiyi üçün orada olduğunu və buna görə ödəniş almadığını bildirmişdir.

60. Cavabdeh apellyasiya şikayətində yuxarıda hüquqi qiymət verilən hallardan əlavə qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı izahatları alınmış hər 3 şəxs (X7, X4, X6) iddiaçıya məxsus obyektdə müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini və onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişdirlər.

61. Apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, inzibati akrtın qanunsuz sayılaraq ləğv edilmiş hissəsi- X4 ilə iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçıya məxsus olan mağazada X1 müxtəlif işlərin görülməsinə cəlb etməsinə görə 2000 manat məbləğində sanksiya tətbiq edilməsi ilə bağlı hissəsidir.

62. Məhkəmə Kollegiyası qeyd edir ki, X1 mağazada olararkən yoxlama zamanı iddiaçı ilə əmək müqaviləsi bağlamamasının bildirilməsi iddiaçıya məxsus olan mağazada X1 müxtəlif işlərin görülməsinə cəlb etməsi kimi qiymətləndirilə bilməz, çünki bunun üçün sübutlar mövcud deyildir.

63. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş elektron bildirişlə müəyyən olunur ki, X4 başqa işəgötürənlə ((“Kurort” Səhmdar Cəmiyyəti) (iş materiallarına əlavə olunmuşdur)) əmək müqaviləsi bağlamışdır.

64. Məhkəmə iclası zaman şahid qismində dindirilən X4 həmin xüsusatları bir daha təsdiq etmişdir.

65. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, İddiaçı da yoxlama zamanı izahat verərək qeyd edilən faktı təsdiq edərək, 3 nəfər şəxsi əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir.

66. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı verilən suala cavabında bildirmişdir ki, yoxlama qəflətən gəldiyindən çaşqınlıq içində olmuş, fikrini aydın izah edə bilməmişdir.Bildirir ki, X4 onun işçisi olmadığından, onunla əmək müqaviləsi də bağlamamışdır.

67. Cavabdeh inzibati orqanın mübahisələndirilən qərarına X3 münasibətdə xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlama aktından başqa məhkəməyə heç bir sübut təqdim etməmişdir.

68. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş izahatda və məhkmə iclasında X4 orada işə cəlb edlmədiyini bildirmişdir.Cavabdeh tərəfindən həmin şəxsə münasibətdə sübutetmə vəzifəsi yerinə yetirilməmişdir.

69. Məhkəmə Kollegiyası nəzərə alır ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

70. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8858 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməlidir.

71. Beləlikə, də Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.(Həmçinin, xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərardadın da ləğv olunmasına əsaslar müəyyən edilməmişdir.)

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9131/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar