Məhkəmə qərarları › İş №2-1(103)-1506/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1506/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1506/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (hüquqi varisi X19) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10835/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderinə əsasən Əmir Əkbərova, adları qeyd olunan ailə üzvləri - arvadı Xəlilova A., oğlu Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. ilə birlikdə ünvan 1 ünvanda (indiki ünvan 2i almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Lenin (hazırki Nizami) rayon İcraiyyə Komitəsinin 27 aprel 1966-cı il tarixli, 99 nömrəli qərarı olmuşdur. İddiaçının atası Əmir Əkbərov 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderində adları qeyd olunan icarəçinin arvadı, xx.xx.1923-cü il təvəllüdlü X9 1988-1989-cu illərdə Azərbaycan Respublikasında baş vermiş məlum hadisələr zamanı yaşadığı mənzili tərk edərək, naməlum istiqamətdə getmişdir. Həmin vaxtdan bu günə qədər onun hara getməsi, harada olması barədə ərizəçidə hər hansı məlumat yoxdur. 1988-1989-cu illərdə baş vermiş hadisələr zamanı X9 Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Hal-hazırda onun olduğu yer məlum deyil. Orderdə adı qeyd olunan icarəçinin oğlu, xx.xx.1950-ci il təvəllüdlü Əkbərov (orderə əsasən Vartanov) Aleksandr Əmir oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Orderdə adı qeyd olunan icarəçinin qızı, xx.xx.1956-cı il təvəllüdlü X17 artıq uzun müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvandan köçərək getmişdir. Hazırda o, ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Orderdə adı qeyd olunan icarəçinin digər qızı, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, mənzil ayrıldığı vaxtdan hal-hazıradək bu mənzildə yaşayır, mənzil onun sahiblik və istifadəsindədir. Mənzilin bütün kommunal xidmət haqları İddiaçı tərəfindən ödənilir. Hazırda İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzili özəlləşdirmək niyyətindədir. Mənzilin İddiaçı adına özəlləşdirilməsinə, sonuncunun bacısı X19 razıdır. X12 müzakirə olunan məsələyə razılığının olması onun notariat qaydada təsdiq olunmuş ərizəsi ilə təsdiq olunur. Mənzilin özəlləşdirilməsi məqsədilə İddiaçı yazılı qaydada cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzili üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqanın 04 may 2023-cü il tarixli məktubu ilə mənzilin İddiaçı özəlləşdirilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda bildirilir ki, «...qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzinə müraciət edilməsi məqsədəmüvafiqdir». Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderinə əsasən Əmir Əkbərova, adları qeyd olunan ailə üzvləri - arvadı Xəlilova A., oğlu - Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. ilə birlikdə ünvan 1 ünvanda (indiki ünvan 2i almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Lenin (hazırki Nizami) rayon İcraiyyə Komitəsinin 27 aprel 1966-cı il tarixli, 99 nömrəli qərarı olmuşdur. ünvan 1 (indiki Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69) qanuni əsaslarla Əmir Əkbərova, ailə üzvləri: arvadı A.Xəlilovanın, oğlu A.Vartanovu, qızları S.Xəlilova və T.Xəlilovanın adlarına ayrılmış, mənzilin kirayədarı olmuş Əmir Əkbərov və orderdə adıçəkilən A.Vartanov (Əkbərov) vəfat etmişlər. Orderdə adı çəkilən İddiaçı orderdə bilavasitə adı qeyd edilən şəxsdir. O, kirayəçi Əmir Əkbərovun övladı olmaqla 1966-ci ildən fasiləsiz olaraq həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi, İddiaçı ilk növbədə orderdə adıçəkilən şəxs kimi, eyni zamanda kirayəçinin ailə üzvü olmaqla, Əmir Əkbərovun vəfatından sonra həmin mənzilə artıq kirayəçi kimi mənzil hüquq münasibətlərinin iştirakçısı olaraq mənzildən istifadə hüququ, o cümlədən mənzili özəlləşdirmək hüququ yaranmışdır. Mənzilin onun özəlləşdirilməsinə, orderdə adı çəkilən Sevil Xəlilova (hazırda Ağayeva) da etiraz etmir. Odur ki, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına heç bir maneə yoxdur. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) e-2-1(112)-10835/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderinə əsasən Əmir Əkbərova, adları qeyd olunan ailə üzvləri - arvadı Xəlilova A., oğlu Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. ilə birlikdə ünvan 1 ünvanda (indiki ünvan 2i almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Lenin (hazırki Nizami) rayon İcraiyyə Komitəsinin 27 aprel 1966-cı il tarixli, 99 nömrəli qərarı olmuşdur. İddiaçının atası Əmir Əkbərov 09 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderində adları qeyd olunan icarəçinin arvadı, xx.xx.1923-cü il təvəllüdlü X9 1988-1989-cu illərdə Azərbaycan Respublikasında baş vermiş məlum hadisələr zamanı yaşadığı mənzili tərk edərək, naməlum istiqamətdə getmişdir. Həmin vaxtdan bu günə qədər onun hara getməsi, harada olması barədə ərizəçidə hər hansı məlumat yoxdur. 1988-1989-cu illərdə baş vermiş hadisələr zamanı X9 Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Halhazırda onun olduğu yer məlum deyil. Orderdə adı qeyd olunan icarəçinin oğlu, xx.xx.1950-ci il təvəllüdlü X10 (orderdə soyadı “Vartanov” kimi qeyd olunmuşdur) xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Orderdə adı qeyd olunan icarəçinin digər qızı, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, mənzil ayrıldığı vaxtdan hal-hazıradək bu mənzildə yaşayır, mənzil onun sahiblik və istifadəsindədir. Mənzilin bütün kommunal xidmət haqları İddiaçı tərəfindən ödənilir. Hazırda İddiaçı sahiblik və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzili özəlləşdirmək niyyətindədir. Mənzilin İddiaçı adına özəlləşdirilməsinə, sonuncunun bacısı X19 razıdır. X12 müzakirə olunan məsələyə razılığının olması onun notariat qaydada təsdiq olunmuş ərizəsi ilə təsdiq olunur. Mənzilin özəlləşdirilməsi məqsədilə İddiaçı yazılı qaydada cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzili üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 04 may 2023-cü il tarixli cavab məktubunda mənzilin İddiaçı adına özəlləşdirilməsindən imtina edilmişdir. Həmin imtina məktubunda bildirilir ki, «...qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzinə müraciət edilməsi məqsədəmüvafiqdir». Bakı Şəhər Zəhmətkeş Deputatlarının İcraiyyə Komitəsinin 30 aprel 1966-cı il tarixli 32558 saylı orderinə əsasən Əmir Əkbərova, adları qeyd olunan ailə üzvləri - arvadı Xəlilova A., oğlu Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. ilə birlikdə ünvan 1 ünvanda (indiki ünvan 2i almaq və həmin mənzilə köçmək hüququ verilmişdir. Orderin verilməsi üçün əsas - Lenin (hazırki Nizami) rayon İcraiyyə Komitəsinin 27 aprel 1966-cı il tarixli, 99 nömrəli qərarı olmuşdur. ünvan 1 (indiki Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69) qanuni əsaslarla Əmir Əkbərova, ailə üzvləri: arvadı A.Xəlilova, oğlu A.Vartanov, qızları S.Xəlilova və T.Xəlilovanın adlarına ayrılmış, mənzilin kirayədən olmuş Əmir Əkbərov və orderdə adı çəkilən A.Vartanov (Əkbərov) vəfat etmişlər. Orderdə adı çəkilən İddiaçı orderdə bilavasitə adı qeyd edilən şəxsdir. O, kirayəçi Əmir Əkbərovun övladı olmaqla 1966-ci ildən fasiləsiz olaraq həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi, İddiaçı ilk növbədə orderdə adıçəkilən şəxs kimi, eyni zamanda kirayəçinin ailə üzvü olmaqla, Əmir Əkbərovun vəfatından sonra həmin mənzilə artıq kirayəçi kimi mənzil hüquq münasibətlərinin iştirakçısı olaraq mənzildən istifadə hüququ, o cümlədən mənzili özəlləşdirmək hüququ yaranmışdır. Mənzilin onun özəlləşdirilməsinə, orderdə adı çəkilən Sevil Xəlilova (hazırda Ağayeva) da etiraz etmir. Odur ki, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına heç bir maneə yoxdur. Hazırki iş üzrə iddia tələbini təmin etməyən Bakı İnzibati Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, orderdə adı çəkilən, hazırki iş üzrə İddiaçı anası Araksya Xəlilovanın mənzilin özəlləşdirilməsinə yazılı razılığı yoxdur. Məhkəmənin tərəflər arasında mövcud inzibati mübahisənin həllinə bu cür formal yanaşması düzgün deyildir. Belə ki, Araksya Xəlilova mənzildə 1989-cu ildən yaşamır, o, həmin mənzili könüllü olaraq tərk edib getmişdir və hazırda mənzildə ona aid heç bir əşya yoxdur. 1989-cu ildən bu günədək Araksya Xəlilova iddiaçılar İddiaçı və Sevil Xəlilova ilə heç bir münasibət saxlamamışdır. Göründüyü kimi, xx.xx.1923-cü il təvəllüdlü (100 yaşında) Araksya Xəlilova 34 ildən artıq müddədir ki, mənzili könüllü tərk etmiş və ölkədən kənara getmişdir. Belə olan halda, Araksya Xəlilovanın razılığının olmaması, mübahisənin həllinə təsir etməməlidir. Apellyasiya baxışı zamanı xx.xx.2024-cü ildə İddiaçı vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi X19 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə İddiaçı ölümünü nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanında yerləşən mənzilin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin 69 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş keçmiş Lenin rayon ZDS İK-nin (indiki Sadunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1966-cı il tarixli 13 saylı protokolundan arxiv çıxarışından görünür ki, 8 km qəsəbəsi, proezd 811, ev 17, mənzil 69, blok 4, mərtəbə 5, 31.22 kv.m 2 otağın 5 nəfər ailə üzvü ilə Əmir Əkbərova verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər ZDS İK tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş 32558 nömrəli orderin surətindən görünür ki, 8 km qəsəbəsi, proezd 811 ünvanında yerləşən 17 saylı binanın 4-cü blokunun 5-ci mərtəbəsindəki 31.22 kv.m 2 otaqdan ibarət 69 nömrəli mənzil onunla yaşayan 4 nəfər ailə üzvü ilə birlikdə Əmir Əkbərova verilmişdir arvadı Xəlilova A., oğlu Vartanov A., qızı Xəlilova S., qızı Xəlilova T. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti MKTD Nizami rayon MKTB 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 26 saylı arayışından görünür ki, Əkbərova X1, 23 saylı evin 69 saylı mənzilində yaşayır. Keçmiş 811-ci proezd, ev 17 hal-hazırda Naxçıvanski küçəsi ev 23 adlanır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X19 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanında yerləşən mənzilin bacısı İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanında qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər barədə məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 23 saylı yaşayış binası və orada yerləşən 69 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X10 xx.xx.1977-ci il tarixdən xx.xx.2007ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə ləğv edilərək fəaliyyətsizləşdirilmişdir. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək ünvan 7 ünvanında qeydiyyatda olmuş, xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə ləğv edilərək fəaliyyətsizləşdirilmişdir. xx.xx.2023-cü il təvəllüdlü X13 və xx.xx.1956-cı il təvəllüdlü X11 yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X12 cavabdeh X2rşı iddia tələbi təmin edilmiş, X6 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixindən qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Əmir Əkbərovun ölümü, Aleksandr Əkbərovun isə doğumu və ölümü haqqında akt qeydinin kserosurəti göndərilmşdir. «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Əmir Əkbərovun doğumu, həmçinin onun və Aleksandr Əkbərovun soyadının, adının və ata adının dəyişdirilməsinə, Araksya Xəlilovanın isə doğumu, ölümü, soyadının, adının və ata adının dəyişdirilməsinə dair məlumat aşkar edilmədi. A.Əkbərovun doğumu haqqında akt qeydinə baxış keçirilərkən atalığın müəyyən edilməsi haqqında akt qeydi əsasında soyadının “Vartanov”dan “Əkbərov”a dəyişdirildiyi məlum olmuşdur (valideynləri X21 Xəlilova qeyd edilməklə xx.xx.1989-cu ildə Nizami rayon qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi qeydə alınmışdır). Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Əmir Əkbərov xx.xx.1993-cü ildə Bakı şəhərində ölmüşdür. Həmin məktuba əlavə edilmiş doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Əkbərov (əvvəl Vartanov) Aleksandr Əmir oğlu xx.xx.1950-ci ildə Bakı şəhərində doğulmuşdur. Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan 4 saylı Bakı şəhər ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 415878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşin faktiki hallarından görünür ki, Bakı şəhər XDS İK tərəfindən 8 km qəsəbəsi, proezd 811 ünvanında yerləşən 17 saylı binanın 4-cü blokunun 5-ci mərtəbəsindəki 2 otaqdan ibarət 69 nömrəli mənzilə (indiki ünvan: ünvan 9 Əmir Əkbərovun adına xx.xx.1996-cı il tarixli 32558 nömrəli order verilmişdir, X22 ailə üzvləri: Xəlilova A. (arvadı), Vartanov A. (oğlu), Xəlilova S. (qızı) və Xəlilova T. (qızı) göstərilmişdir. İş materillarında olan sənədlərdən görünür ki, adına order verilmiş Əmir Əkbərov xx.xx.1993-cü ildə, onun ailə üzvü X10 (soyadını “Vartanov”dan “Əkbərov”a dəyişdirmişdir) xx.xx.2020-ci ildə ölmüşdür. Digər ailə üzvü X19 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən isə görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanında yerləşən mənzilin bacısı İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazı yoxdur. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X12 cavabdeh X2rşı iddia tələbi təmin edilmiş, X6 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 69 ünvanda yerləşən mənzilə olan istifadə hüququ itirilmiş hesab edilmişdir və həmin qətnamə xx.xx.2024-cü il tarixindən qanuni qüvvəsini almışdır. Göründüyü kimi, orderdə adı qeyd olunmuş şəxslərdən Əmir Əkbərov və X10 vəfat etmiş, X19 həmin mənzilin bacısı İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X4 həmin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilmişdir. Məhkəmə kollegiyası, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir və həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı xx.xx.2024-cü il tarixində vəfat edənə qədər qanuni əsaslarla mübahisəli mənzil üzərində hüquq əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qanunvericiliyə əsasən iddiaçının hüquqi varisinin qeyd edilən mənzilə hüququn iddiaçıya məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10835/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 23 saylı evin 69 saylı mənzilinə hüququn İddiaçı məxsus olması haqqında arayışın X16 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar