Məhkəmə qərarları › İş №2-1(103)-1507/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1507/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1507/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1478/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamenti tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı «borcun silinməsi» tələbini dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə borc hesablanmışdır. Bu barədə ona məlumat verilməmişdir. Bu halın araşdırılaraq qiymət verilməsi və həmin borcun onun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamenti tərəfindən iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, onun əsas fəaliyyət növü “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş x xxxxxxx 2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (ləğv bəyannaməsi) göstərilmiş 0 (sıfır) manat məbləğində cəmi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmiş mallar barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” x xxxxxxx 2017-ci il məktub göndərilmiş, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün 10.769,06 manat (269.226,47 manat x 4%) olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx xxxxxxx 2017-ci il tarixli **********758000 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Əldə edilmiş məlumata görə iddiaçı tərəfindən X2 8 nəqliyyat vasitəsi (2 nəqliyyat vasitəsi “X11” markalı və 6 nəqliyyat vasitəsi “Mercedes Benz” markalı) idxal olunmuşdur. Həmin nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumat verilmədiyindən, vergi ödəyicisinin gəliri kimi qiymətləndirilərək 10.769,06 manat əlavə vergi məbləği hesablanmışdır. Beləliklə, ətraflı aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitələrinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə və Vergi Məcəlləsinin 36-cı, 37-ci, 67.1-ci, 83.2.4-cü, 94-cü maddələrinə, İPM-in 22-ci, 24-cü, 35.1-ci, 38.1-ci, 68.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1478/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarıilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 “Vergilərin hesablanması barədə” xx xxxxxxx 2017-ci il tarixli **********75800 nömrəli qərarının ləğvedilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamenti apellyasiya şikayəti vermiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1478/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, işə baxan məhkəmə, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmadan, müəyyən məsələləri ümumiyyətlə tədqiq etmədən, sadəcə iddia ərizəsində sadalanan əsassız dəlilləri təkrarlamaqla kifayətlənərək düzgün nəticəyə gəlməmiş və iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir. Halbuki, iddia ərizəsində qeyd edilən hər bir «dəlilə» cavabdeh vergi orqanı tərəfindən etirazda münasibət bldirilmiş, iddianın əsassız olması sübut edilmişdir. Belə ki, kameral vergi yoxlaması zamanı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, əsas fəaliyyət növü «yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi»ndən ibarət olmuşdur. Aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (LƏĞV bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmə barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında» xx.xx.2017-ci il tarixli **********048000 nömrəli məktub göndərilərək, vergi ödəyicisindən müvafiq təsdiqedici sənədlər və müvafq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada Sadələşdirilmiş vergi üzrə 2017-ci ilin 4-cü rübü üçün (269.226,47 x 4%=) 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********758000 nömrəli «Vergilərin hesablanması barədə» Qərar göndərilmişdir. Bildiririk ki, əldə edilmiş məlumata görə İddiaçı tərəfindən Almaniya Federativ Respublikasından 2 ədəd «X11» və 6 ədəd «Mercedes Benz» markalı nəqliyyat vasitəsi olmaqla, ümumilikdə 8 ədəd minik avtomobili idxal edilmişdir. İdxal edilmiş nəqliyyat vasitələrinin şəxsi istehlak və ya təqdim edilməsi barədə müvafiq məlumatı verilmədiyindən vergi ödəyicisinin gəliri kimi qiymətləndirilərək 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Beləliklə də, ətraflı aparılmış araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 269.226,47 manat dəyərində idxal edilmiş nəqliyyat vasitəlirinin hamısının onun şəxsi istifadəsində olması müəyyən edilə bilməmiş və sonuncu bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı 6 ədəd avtomobili 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Bununla bağlı bildiririk ki, araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017- ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (ləğv bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi göstərilmişdir. Lakin hesabat dövrünün aid olduğu il ərzində idxal edilmiş nəqliyyat vasitələri barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuş, vergi ödəyicisinə göndərilmiş müvafiq uyğunsuzluq məktubu cavablandırılmadığından, 2017-ci ilin 4-cü rübünə 10.769,06 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Həmçinin, məhkəmə iddianı təmin edən zaman qərarında qeyd etmişdir ki, iddiaçı 2017-ci ilin 5 oktyabr tarixində «ləğv bəyannaməsi» təqdim etdiyindən (bu halı iddiaçı təkzib etmir.), 2017-ci ilin 4-cü rübü üzrə hesabat dövrü də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü maddəsinə görə həmin tarixdə başa çatmış olur. Lakin bu hal, 2017-ci ilin 3-cü rübü üzrə kameral vergi yoxlamasının keçirilməsinə və bu yoxlama çərçivəsində həmin rübə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına mane ola bilməzdi. Halbuki, cavabdeh inzibati orqan 4 avtomobilin 3-cü rübdə ixdalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. Məhkəmənin əsassız dəlili ilə bağlı bildiririk ki, məhkəmə bu faktları sadalamaqla iddiaçının vergiləri ödəməkdən yayındığını birbaşa təsdiqləmişdir. Məhkəmə hətta iddiaçıya 2017-ci ilin 4-cü rübündə idxal edilmiş avtomobillərə görə, əlavə vergi məbləğinin hesablanması müddətinin vergi orqanı tərəfindən ötürüldüyünü də qeyd etmişdir. Belə ki, iddiaçı 2017-ci ilin heç bir rübünə cari bəyannamə təqdim etməmişdir. Lakin 2017-ci ilin 5 oktyabr tarixində vergi orqanına yalnız ləğv bəyannaməsi təqdim etmişdir. Məhkəmənin qeyd etdiyi həmin ilin 4-cü rübündə idxal etdiyi avtomobillərə dair vergi ödəyicisi müvafiq bəyannamə təqdim etməmişdir. Göründüyü kimi iddia ərizəsi tamamilə əsassızdır və vergi orqanının arqumentlərinin əksinə iddiaçı tərəfindən heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə iddiaçının vergidən yayınma halını görmüş, hətta digər rüblər üzrə hesablanmalı olan vergi məbləğinin olduğunu belə qeyd etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə iddiaçının iddia tələbini təmin edərək onun vergidən yayınmasına şərait yaratmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2045/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər X9 Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1478/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarıləğv edilərək, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-303/2020 saylı xx.xx.2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2045/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2012-ci il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmış, əsas fəaliyyət növü «yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi»ndən ibarət olmuşdur. İddiaçı 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazisinə 8 ədəd ədəd avtomobil idxal etmiş və onların ümumilikdə dəyəri 290.881,75 manat olmuşdur. Müvafiq dəyərdə 8 avtomobilin idxalı aşağıdakı tarixlərə təsadüf etmişdir: xx xxxxxxxx 2017-ci il tarixdə «Mercedes Benz 300» markalı 32.313,3 manat dəyərində, xx xxxxx 2017-ci il tarixdə «X12» markalı 51.075 manat dəyərində, xx xxx 2017-ci il tarixdə «Mercedes Benz E250» markalı 31.492,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə «Mercedes Benz E220» markalı 32.313,3 manat dəyərində, xx xxxxxxx 2017-ci il tarixdə «X11» markalı 48.458,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə «Mercedes Banz E220» markalı 29.762,25 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə «Mercedes Banz E250» markalı 31.464,8 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə «X11» markalı 34.002 manat dəyərində. Cavabdeh inzibati orqan tərəfindən bu avtomobillərdən ölkəyə xx xxxxxxx 2017-0ci il və xx xxxxxx 2017-ci il tarixlərdə gətirilənlər istisna olmaqla qalan 6- sının idxalını əsas götürməklə 2017-ci ilin 4-cü rübü üzrə iddiaçıya 10.769,06 manat həcmində sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə xx xxxxxxx 2017-ci il tarixdə **********758000 nömrəli «Vergilərin hesablanması barədə» qərar qəbul olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirmiş, vergi orqanı hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (ləğv bəyannaməsi) göstərilmiş 0,0 manat məbləğində ümumi hasilat həcmi, hesabat dövrünün aid olduğu il ərzində idxal edilmə barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 269.226,47 manat az göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edən zaman qərarında qeyd etmişdir ki, iddiaçı tərəfindən 6 avtomobil 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Həmin idxal əməliyyatlarına münasibətdə 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi məbləğlərinin hesablanması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan 4 avtomobilin 3cü rübdə idxalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər 2 avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası işin hallarının məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuş faktları və qanunvericiliyin tələblərini əsas götürərək, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası öz gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazisinə 8 ədəd ədəd avtomobil idxal etmiş və onların ümumilikdə dəyəri 290.881,75 manat olmuşdur. Müvafiq dəyərdə 8 avtomobilin idxalı aşağıdakı tarixlərə təsadüf etmişdir: xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Benz 300” markalı 32.313,3 manat dəyərində, xx xxxxx 2017-ci il tarixdə “X12” markalı 51.075 manat dəyərində, xx xxx 2017- ci il tarixdə “Mercedes Benz E250” markalı 31.492,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Benz E220” markalı 32.313,3 manat dəyərində, xx xxxxxxx 2017-ci il tarixdə “X11” markalı 48.458,55 manat dəyərində, xx xxxxxxxx 2017-ci il tarixdə “Mercedes Banz E220” markalı 29.762,25 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə “Mercedes Banz E250” markalı 31.464,8 manat dəyərində, xx xxxxxx 2017-ci il tarixdə “X11” markalı 34.002 manat dəyərində. Cavabdeh inzibati orqan tərəfindən bu avtomobillərdən ölkəyə xx xxxxxxx 2017-0ci il və xx xxxxxx 2017-ci il tarixlərdə gətirilənlər istisna olmaqla qalan 6-sının idxalını əsas götürməklə 2017-ci ilin 4-cü rübü üzrə iddiaçıya 10.769,06 manat həcmində sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə xx xxxxxxx 2017-ci il tarixdə **********758000 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul olunmuşdur. İddiaçı həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 6 avtomobil 2017-ci ilin 4-cü rübündə deyil, əvvəlki rüblərində, yəni 2 avtomobil 2-ci rübdə, 4 avtomobil 3-cü rübdə idxal olunduğundan, kameral qaydada vergi məbləğləri müvafiq olaraq həmin rüblər üzrə, özü də müvafiq bəyannamələrin verilməsinin son tarixindən 30 iş günü müddətində hesablana bilərdi. Həmin idxal əməliyyatlarına münasibətdə 2017-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi məbləğlərinin hesablanması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Kollegiya qeyd edir ki, iddiaçı 2017-ci ilin 5 oktyabr tarixində “ləğv bəyannaməsi” təqdim etdiyindən (bu halı iddiaçı təkzib etmir), 2017-ci ilin 4-cü rüb üzrə hesabat dövrü də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü maddəsinə görə həmin tarixdə başa çatmış olur. Lakin bu hal, 2017-ci ilin 3-cü rübünə üzrə kameral vergi yoxlamasının keçirilməsinə və bu yoxlama çərçivəsində həmin rübə sadələşdirilmiş vergi məbləğinin hesablanmasına mane ola bilməzdi. Halbuki, cavabdeh inzibati orqan 4 avtomobilin 3-cü rübdə idxalına müvafiq vergi məbləği hesablasa da, onu 2017-ci ilin 4-cü rübünə aid etmişdir. Digər 2 avtomobilin idxalına görə isə, ümumiyyətlə kameral vergi yoxlamasının keçirilməsi müddəti ötürülmüşdür. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın xx xxxxxxx 2017ci il tarixli həmin qərarı- əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri X4 “Vergilərin hesablanması barədə” xx xxxxxxx 2017-ci il tarixli **********75800 nömrəli qərarı qanunsuzdir. Həmçinin məhkəmənin kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 48.1-ci maddəsinə görə inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalı, əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməli, qəbul edilən akt yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslanmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına keçməsi, o cümlədən, lakin bununla məhdudlaşmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Məhkəmə kollegiyası hesab edir ki, işdə iddiaçının vergi ödəyicisi kimi xaricdən idxal etdiyi avtomaşınları təqdim etməsi, bununla bağlı xidmət (iş) görməsi və nəticədə iddiaçının gəlir əldə etməsi hər hansı sübutla təsdiq edilmir. Cavabdeh iddiaçının avtomaşınlar üzərində mülkiyyət hüququnun başqasına keçməsinə dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhvlər aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq (maddədə göstərilən) əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 218.1.1-ci maddəsinə görə bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Həmin Məcəllənin 219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmin Məcəllənin 220.1-ci maddəsinin x xxxxxx 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır: Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə görə sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Həmin Məcəllənin 221.3.1-ci maddəsinə görə bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq əsaslı olmamış, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1478/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar