Məhkəmə qərarları › İş №2-1(103)-1509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1509/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1509/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “göstərişin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “********** saylı 28 iyun 2018-ci il tarixli məktubun – göstərişin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3959/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı 18 iyun 2018-ci il tarixli məktubun inzibati aktın ləğv edilməsi və inzibati aktın ləğv olunmasına dair qərarın kütləvi informasiya vasitələrində dərc olunmasının cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** saylı 28 iyun 2018-ci il tarixli məktubunun- göstərişinin ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, adaptasiya pulunun ödənilməsinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aylarla icra edilməmişdir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə qərarı dərhal icra olunmalıdır. Məhkəmə tərəfindən Məğulluq Mərkəzinə 2 dəfə qərarın icra olunmayacağı təqdirdə 50000 manat məbləğində cərimə ediləcəyi bildirilsə də, sonradan ona yenidən iddia qaldırmaq tövsiyyə edilmişdir. Kütləvi informasiya vasitəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X8 **********8 saylı 28 iyun 2018-ci il tarixli məktubu qarşısına çıxmışdır. Həmin inzibati akt birbaşa məhkəmə qərarının icra olunmasının qarşısını almağa yönəlmişdir. Bununla bağlı o, həmin məktubun surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Hesab edir ki, Nazirliyin həmin göstəriş xarakterli məktubu ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3959/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3959/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçı iddia ərizəsini, onun dəqiqləşdirilməsi barədə ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında Azərbaycan Respublikası Prezidentinin 386 saylı 16 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 5.5.4-cü bəndinə əsasən əmək və əhalinin sosail müdafiəsi Naziri Nazirliyin aparatının onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların isinin əlaqələndirilməsini təmin edir. Nazirliyin tabeliyində olan qurumun rəhbərinə və yerli oqranların rəhbərlərinə nazirliyin fəaliyyət istiamətlərinə uyğun olaraq müəyyən edilmiş çatışmamazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi üçün müraciət etməklə əmək və əhalinin sosail müdafiəsi Naziri öz səlahiyyətləri çərçivəsində həmin qurumlara nəzarəti həyata keçirmişdir. Bu səbəbdən də ********** saylı 28 iyun 2018-ci il tarixli məktub inzibati akt hesab edilə bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı əvvəlcə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial X1rşı “Sahil Babayev tərəfindən DSMF-nin direktoruna, Fondun yerli orqanlarının rəhbərlərinə ünvanlnamış, kütləvi informasiya vasitəsində dərc edilmiş ********** saylı 28 iyun 2018-ci il tarixli məktubun məhkəmə tərəfindən tələb edilməsi, məktubun-inzibati aktın ləğv edilməsi və inzibati aktın ləğv olunmasına dair qərarın kütləvi informasiya vasitələrində dərc olunmasının cavabdehin öhdəsinə qoyulması” barədə iddia versə də, sonradan həmin iddiasını dəqiqləşdirmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ********** saylı 28 iyun 2018-ci il tarixli məktubunun- göstərişinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tələbinin dəqiqləşdirilməsi ilə bağlı 05.03.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsini müdafiə etmiş və həmin tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırki iş üzrə iddiaçının ləğv edilməsini tələb etdiyi Nazirliyin ********** saylı 28 iyun 2018-ci il tarixli göstəriş xarakterli məktubunun məzmunundan da görünür ki, həmin məktub qanunvericiliyin inzibati aktı xarakterizə edən xüsusiyyətlərinə malik deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Azərbaycan Respublikası Prezidentinin 386 saylı 16 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 5.5.4-cü bəndinə əsasən əmək və əhalinin sosail müdafiəsi Naziri Nazirliyin aparatının onun strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların isinin əlaqələndirilməsini təmin edir. Nəzərə alınmalıdır ki, sözügedən məktub cavabdeh olan Nazirliyin Əsasnaməsində nəzərdə tutulan səlahiyyətlərin icrası ilə əlaqədar, Nazirliyin daxili işinin təşkili ilə bağlı onun rəhbəri tərəfindən tabeliyində olan qurumlara verilmiş işin tənzimlənməsinə xidmət edən göstəriş xarakterli məktubdur. İnzibati aktı xarakterizə edən xüsusiyyətlərdən biri həmin aktın sərəncam və ya digər növ hakimiyyət tədbiri formasında olmasındadır ki, qeyd edilən halların olması isə mübahisələndirilən məktubda müəyyən olunmur. Digər tərəfdən, məhkəmə kollegiyası onu da nəzərə alır ki, sözügedən məktub (göstəriş) inzibati orqanın fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkəti kimi qəbul edilmiş olsa belə, iddiaçı həmin faktiki xarakterli hərəkətin onun qanunla qorunan hüquq və maraqlarına toxunduğunu əsaslandırmaq şərti ilə onu mübahisələndirə bilər. Hazırki işdə isə iddiaçı həmin faktiki xarakterli hərəkətin onun qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulmasına gətirib çıxardığını əsaslandıra bilməmişdir ki, bununla da onun həmin göstərişi mübahisələndirməkdə subyektiv hüququnun olmadığı müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının 05.03.2021-ci il tarixdə verdiyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı olan ********** saylı 28 iyun 2018-ci il tarixli məktubun- göstərişin ləğv edilməsi barədə iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib-edilməməsi məsələsinin məhkəmə iclas prtokolunda əks olunmaması və cavabdeh kimi Nazirliyin qəbul edilməli olmasına münasibətdə qeyd edir ki, həmin pozuntular kobud prosessual pozuntu hesab olunmadığından və iddiaçının hüquqi marağının 28 iyun 2018-ci il tarixli məktubungöstərişin ləğv olunmasına yönəldiyi baxımından həmin pozuntular nəticə etibarı ilə qanuni və əsaslı olan məhkəmə qərardadının ləğvi üçün əsas yaratmır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin qeyri-mümkün hesab olunması ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3959/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3959/2021 saylı 05 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar