Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1509/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması haqqında 02 avqust 2021ci il tarixli əmri ləğv olunmaqla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X16 üzrə Baş İdarəsinin sahə təhkimçiliyi idarəsinin 8-ci şöbəsinin sabiq Baş dövlət Vergi müfəttişi vəzifəsinə bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə “iddiaçı işdən azad olunana qədər Dövlət Vergi Xidmətinin X16 üzrə Baş İdarəsinin sahə təhkimçiliyi idarəsinin 8-ci şöbəsinin sabiq Baş dövlət Vergi müfəttişi olmuşdur. O, 70 baldan 70-ni də toplayaraq, xx.xx.2011-ci il tarixindəvergi orqanlarında xidmətə qəbul olunmuş, xidmət dövründə dəfələrlə rəhbərlik tərəfindən müxtəlif vəzifələrə irəli çəkilmiş, rütbə və təşəkkürlə təltif olunmuş, 4 müxtəlif şöbənin rəisi, 2 idarənin rəis müavini, 1 şöbənin rəis müavini olmuş, sonuncu dəfə 5 ay əvvəl kiçik vergi xidməti müşaviri rütbəsi ilə təltif olunmuşdur. İşlədiyi müddət ərzində vergidən yayınan hüquqi və fiziki şəxslərin müəyyən edilməsi, onların qanuna uyğun olaraq vergiyə cəlb edilməsi istiqamətində lazımi tədbirlər görmüş, eyni zamanda onların vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədlərinin qaydaya salınması istiqamətində tövsiyələr vermişdir. Lakin cari ilin iyul ayında Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Korrupsiyaya qarşı mübarizə şöbəsi tərəfindən ona qarşı kobud qanun pozuntusu baş vermiş, hüquqları pozulmuşdur. Belə ki, 02 iyul 2021-ci il tarixdə iddiaçı ilə bağlı ciddi araşdırma aparmadan, zəruri faktlar, sübutlar toplanmadan, vergi ödəyicisi olmayan şəxsin, həmin şöbənin əməkdaşlarının təhriki ilə yazdığı ərizə əsasında, 02 avqust 2021-ci il tarixdə Əmək Məcəlləsinin “70 ç” maddəsi ilə işdən xaric edilmişdir. Bununla da qanun normaları kobud şəkildə pozulmuşdur. Belə ki, hər hansı qanunazidd əməli olmasa da, işəgötürən belə saydığı halda da, dərhal ona ən sərt cəzanı tətbiq etməməli idi. İddiaçının əmək fəaliyyətində Əmək Məcəlləsinin 70-ci (ç) və 72-ci maddəsinin hər hansı normasında göstərilənlərə əməl olunmamışdır. Lakin barəsində hər hansı cinayət təqibi mövcud deyildir. İnzibati xətaya gəldikdə isə əmrdə hər hansı inzibati xətanın tərəfindən törədilməsi barədə, guya ki, qanunazidd əməl - inzibati xəta törətmişdirsə, bunun nədən ibarət olması barədə hər hansı sübut mövcud deyildir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, “iddaçının sonuncu tutduğu Bakı şəhəri X16 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən vergi orqanlarında xidmətinə Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Vəzifədən azad olunmasına səbəb Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə fərdi sahibkar X4 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Zövq” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı onun yol verdiyi pozuntuların aşkar edilməsi olmuşdur. Belə ki, həmin tədbirlər zamanı vergi ödəyicisinin qardaşı X3 və əmək müqaviləsi üzrə işçisi X6 vergi orqanı əməkdaşları tərəfindən vergidən yayınma hallarına himayədarlıq edilməsinə dair bildirdikləri məlumatlar Xidmətin Daxili təhlükəsizlik baş idarəsində araşdırılarkən aidiyyəti şəxslərdən, o cümlədən İddiaçı alınmış yazılı izahatlar və toplanmış dəlillər əsasında vergi orqanında işləyərkən, qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etdiyi, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi müəyyən edilmişdir...” Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə o, Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Bütün bunlar, xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı əsassız olmaqla, maddi və prosessual normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, 11 fevral 2019 cu il tarixdə Vergilər Nazirliyində geniş Kollegiya iclası keçirilmişdir.Kollegiyanm nəticəsinə uyqun olaraq cənab nazir Mikayıl Cabbarovun xx.xx.2019-cu il tarixli **********153000 nömrəli əmri ilə (İzahata əlavə olunur) 2019-cu il “Mikro və Kiçik sahibkarlığa dəstək ili” elan edilmiş,mikro və kiçik sahibkarlıq subyektlərinə dəstəyin səmərəli və nəticə yönümlü təşkili üzrə zəruri tədbirlərin müəyyən edilməsi və icrasına nəzarətin həyata keçrilməsi məqsədi ilə işçi qrupu yaradılmış, Onun xidmət apardığım Vergilər Nazirliyinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin rəis əvəzi olan Səbuhi Haciyev tərəfindən xx.xx.2019-cu il tarixli **********153000 nömrəli (izahata əlavə olunur) əmr izalanmışdır. Həmin əmrə əsasən o, Nizami rayonu ərazisinə 9-cu və 10-cu sahələrə sahə təhkimçisi təyin edilmişdir. Sahə təhkimçilərinin icra etdikləri tapşırıqları 10 hissədən ibarət olan bu əmrin 4-cü bəndinə əsasən həyata keçirilməli idi. 4-cü bənddə qeyd olunan tapşırıqlara əsasən sahə təhkimçiləri vergi ödəyiciləri və təssərüfat subyektləri (obyektləri) üzrə müşahidələr keçirməli, təsərrüfat subyektlərinin (obyektləri) icarə müqaviləsinin olmasını dəqiqləşdirməli, vergi ödəyicilərini vergi qanunvericiliynin tələbi ilə bağlı məlumatlandırmalı,izahatlar verməli,vergi ödəyicilərinin real vəziyyətinin vergi orqanında olan uçot məlumatları ilə uyqunluğunu yoxlamalı,vergi risklərinin müəyyən edilməsi üçün təssərüfat subyektinin real potensialını müəyyən etməli,eyni zamanda da obyektdə işləyən işçilərlə sahibkar arasında əmək müqaviləsinin olmasını araşdırmalı və obyektdə post terminal,kassa aparatının,digər ödənişi təsdiq edən (qəbz) sənədin olamsıını araşdırmalı, nöqsan aşkar edildikdə isə müvafiq sənədləşmə işini təşkil etməli idi. Qeyd olunan hallar üzrə nöqsan aşkar edildikdə və ya edilmədikdə bu əmrin 3-cü bəndinin tələbinə əsasən dislokasiya aparılmış vergi ödəyicisi barəsində məlumat forması yazılırdı,hansı ki, həmin yazılmış məlumat forması sahə təhkimçisinin qeyd olunan ünvanda olduğunu təsdiq edirdi. Bu əmrin 4.9-cu bəndinin tələbinə əsasən yazılan həmin məlumat forması vergi ödəyicisinin iş qovluğuna yerləşdirməsi üçün növbəti iş günündən gec olmayaraq şöbə rəhbərlərinə təqdim edilirdi. Sahə təhkimçiləri öz xidməti vəzifələrini icra etdikdə qeyd olunan əmrin 4.10- cu bəndinin tələbinə əsasən Vergilər nazirinin xx.xx.2016-cı il tarixli **********876400 nömrəli (izahata əlavə olunur) əmri ilə təsdiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları’nın və qanunvericiliyin digər tələblərinə əməl etməlidirlər. O, “Operativ vergi nəzrətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydalarf’nm tələblərinə əməl etmək şərti ilə Vergilər Nazirliyinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin rəis əvəzi olan Səbuhi Haciyev tərəfindən imzalanan xx.xx.2019-cu il tarixli **********153000 nömrəli əmrə əsasən təhkim olunduğum 9-cu və 10-cu sahələrə dislokasiya aparmaq üçün təhkim olunduğum sahəyə çıxdım.Bir neçə gün təhkim olunduğum ərazidə müşahidələr apararaq nəticəsi barəsində məlumat formasını tərtib edib növbəti iş günündən gec olmayaraq şöbə rəisinə təqdim etmişdir. xx.xx.2019-cu il tarixdə Nizami rayonu Qara Qarayev prospekti 74 D ünvanında fəaliyyət göstərən X7 (VÖEN:**********) məxsus “Zövq” adlı dükanında müşahidə keçirdərək dislokasiya aparmışam və aşkar etdiyim nöqsanları müəyyən olunmuş məlumat formasına (izahata əlavə olunur) uyqun tərtib edərək,növbəti iş günündən gec olmayaraq şöbə rəisinə təqdim etmişdir. Apardığı müşahidə zamanı obyektin sol tərəfində telefon aksessuarlarınm satıldığını,sağ tərəfində isə uşaqlar üçün oyuncaq və əl çantalarının satıldığını müşahidə eləmiş, bu zaman aşkar etdiyim nöqsanlar, obyektin işlək real sahəsinin uçot məlumatlarına uyqun olmaması, təxmini işlək sahə gözə yarı 170 kvm ,izahat materiallarında uçot məlumatları 40 kvm olduğu, olmuş, bundan əlavə əmək müqaviləsi olmadan 6 işçi muzdlu işə cəlb olunduğu tərəfimdən müəyyən edilib dərhal sənədləşmə işi apararaq əmək müqaviləsinin bağlanmasını təmin etmiş, eyni zamanda obyektdə təxmini alış qiyməti ilə 120000 azn olan sənədsiz malların olmasını məlumat formasında qeyd edərək,gündəlik təxmini dövriyyəsi 800 azn, aylıq vergi ödənişinin təxmini 250 azn olmasını qeyd etmişdir. Onun xx.xx.2021-ci il tarixdə işdən azad olunmaının səbəb kimi Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə X3 qardaşı X4 Nizami rayonu Qara Qarayev prospekti 74 D ünvanında fəaliyyət göstərən “Zövq” adlı dükanında keçirdikləri Operativ vergi yoxlamaları nəticəsində aşkar edilmiş nöqsanlar göstərilmişdir.Qeyd etdiyim kimi,o, həmin ünvanda xx.xx.2019- cu il tarixdə olmuşam və dislokasiya aparmışam,bir fərq var ki,mən dislokasiya aparanda vergi ödəyicisi X8 olmuş, nöqsan aşkar edildikdə isə vergi ödəyicisi X3 qardaşı X9 olmuşdur.Dislokasiya aparanda işçilərin biri məhz X9 olmuşdur ki, bu barədə məlumat formasinda qeyd etmişəm.Vergi ödəyicisinin adı dəyişsə də nə ünvan,nədə ki, fəaliyyət növü dəyişməmişdir. Dislokasiya keçirdib məlumati təqdim etdikdən sonra cari işlərim çox olduğundan və karantin rejimi yavaş- yavaş sərtləşdiyindən əraziyə çıxmadım.Sonradan karanatin məhdudiyyətləri geniş tətbiq edildiyi üçün 2 il təhkim olduğum sahədə olmamış və “Zövq” adlı obyektdən də məlumatı olmamış, araşdırmaya təqdim etdikləri öz izahatlarında X8 və X10 bu müddəti təsdiq edirlər.Axırmcı dəfə “Zövq” adlı dükanında xx.xx.2021-ci il tarixində köhnə kassa aparatını yeni nəsil kassa aparatı ilə əvəz etməsi barəsində bildiriş təqdim etmək üçün olmuşdur. X8 ilə ərazidə olanda münasibət yaranmış onun ətrafında işləyən dükanlar da onun maddi durum çətin biri olan insan kimi tanımışlar.Bir neçə dəfə mənə borc üçün müraciət etmiş həmişədə rədd cavabı vermişəm,lakin ona 2 dəfə insani dəyər verərək köməklik etmişdir. Bir dəfə bankların birindən kredit götürmək üçün istiqamət vermiş, bir dəfə də karantin rejimi sərtləşdiyi dönəmdə xəstəsinin olduğunu bildirərək Sədərək ticarət mərkəzindən mal almağa pulu olmadığını deyərək borca 3000 manat pul istəmiş, o də mövcud vəziyyəti anlayaraq atası X2 3000 manat alaraq ona vermiş və heç bir zamanda nə tələb etmiş, nə də istəmiş, o da qaytarmayib.Sonradan ona məlum olmuşdur ki, o çox adamdan borc alaraq kasıb olduğunu deyərək aldığı borcu qaytarmır və kimsədə istəyəndə şantaj edir. Onunla xidməti zərurətə əsasən telefonla əlaqə saxlamışdır. Operativ nəzarət idarəsinin iş saatı vergi ödəyicisinin fəaliyyət göstərdiyi iş saatlarıdır. Şövqü ve digər vergi ödəyicisi ilə telefon danışığına məhdudiyyət qoyan hər hansı,qanun,daxili əmr və ya rəsmi göstəriş yoxdur. Onun vəzifə borcudur ki,vergi ödəyicilərinin zənglərinə cavab versin və hər hansı bir məlumatı almaq və dəqiqləşdirmək üçün zəng etsin. Ona təhkim olunmuş sahədə (aktiv) vergi ödəyicilərinin sayı 600-dən çox olmuşdur. Onun vergi ödəyiciləri ilə telefon əlaqəsindən imtina etdiyi halda, vergi ödəmələri və sair xidməti zəruri işlərlə bağlı (VÖEN alınması,obyektin uçota qoyulması,kassalaşma və digər ödənişi təsdiq edən sənədlərin təmin olunması və s.) ərazisində vergi ödəyicləri ilə gündəlik canlı təmasda olmaq üçün gündə 18-20 saat çalışması lazım ola bilər.Bu fiziki cəhətdən mümkün deyil.Bir daha qeyd edirəm ki istər vergi xidməti əsasnaməsi istər sə də dövlət qulluğunu tənzimləyən digər normativ aktların heç birində dövlət məmurlarının vətəndaşlarla telefon təmasını qadağan edən heç bir normativ akt yoxdur. xx.xx.2021 -ci il tarixində köhnə kassa aparatını yeni nəsil kassa aparatı ilə əvəz etməsi barəsində bildiriş təqdim etmək üçün obyektə daxil olanda hələ də obyektin sol tərəfində qeyri rəsmi icarədə olan telefon aksessuarlarının satıldığının şahidi olmuş,yenə də mövcud vəziyyətə uyğun onu gözləyən qanunda nəzərdə tutulan sanksiyalar barəsində xəbərdarlıq etmiş, o da yenə icarədarla danışım, sənədləri qaydasına qoyacam deyərək cavab vermiş Qədirov Şövqünün və Şahverdiyev Orucun araşdırma materiallarında öz izahatlarında qeyd etdiklərinin əksinə, onlardan hər hansı pul vəsaitinin tələbi olmamışdır. Bu təsdiqini tapmayan iz azdırmaq üçün uydurulmuş şayiələrdir. Ehtimal oluna bilər ki,Şövqünün yenə də borc pula ehtiyacı olan vaxt olub. Fürsət düşüb ki,vergi xidmətinə vermək adı ilə şərikindən pul alsın. Şahverdiyev Oruc izahatında ona verilən suala cavab olaraq Şövqinin aldığı vəsaiti öz ehtiyaclarına xərcləməsi ehtimalını təsdiq etmişdir. O, dislokasiya keçrilməsi ilə bağlı məlumat formasını doldurduqdan sonra şöbə rəhbərinə təqdim etdikdən sonra nə idarənin rəhbərliyinə tələb qoya, nə vergi ödəıyicisinə qarşı hər hansı kobudluq edə bilməz. Ancaq şifahi xatırlatma edib nəzərinə çatdıra bilər. Vergi Cinayətləri xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti keçirmək üçün tədbir keçirdəndə Qədirov Şövqü ona zəng vuranda dedi ona şifahi və dəfələrlə yazılı da xx.xx.2019-cu il tarixdə demişdi. xx.xx.2021-ci il tarixdə “ Xalqlar Dostluğu” metrosunun yanına görüşə Qədirov Şövqüonu çağırmış, o da gəlib ona zəng eləmişdir ki, gəlmişdir. O da telefona cavab vermədi və getdiyi evə . Araşdırmaya danışıq saatlarını o, təqdim etmiş və Şövqü ilə danışığıqlarında ancaq obyektinin sənədləşməsini nəzərinə çatdıraraq tələb etmişdir. Velosiped barəsində qeyd edir ki, özü onun satışını həyata keçirtdiyi üçün satıcı kimi ona təklif elədi ki, yaxşı 120 kq çəki tutumu olan velosiped gələcək, 350 AZN-dən ona verər. Lakin gəlmədi, o da mən də almadı. Əgər gəlsə idi və velosipedi alıb, pul verməsəydi və ya az versəydi çoxdan özü izahatda bildirmişdi.Yəni velosiped söhbəti olub amma həyata keçməyib. Ona təhkim olunmuş ərazidə aktiv təxminən 600-700 vergi ödəyicisi var onlarla telefon əlaqəsi olmasa cari işləri çatdırmaq olmaz. Operativ nəzarət idarəsinin iş saatı vergi ödəyicisinin iş saatdır.Bu o deməkdir ki,ərazidə olan vergi ödəyicilərinin bir qismi 24 saat növbəli,bir qismi ancaq gecə səhərə kimi,digər qismi isə səhərdən axşama kimi çalışır onların zənglərinə cavab vermək onlara telefonla şifahi olaraq məlumatı nəzərinə çatdırmaq onun vəzifə borcudur.Telefon danışığına məhdudiyyət qoyan hər hansı bir qayda, daxili əmr və ya rəsmi sənəd,göstəriş yoxdur...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova apellyasiya şikayəinə etirazını məhkəməyə təqdim edərək,iddiaçının şikayətinin dəlilləri ilə razılaşmamış, iddiaçının Vergilər Nazirliliyinin xx.xx.2016-cı il tarixli əmri il tədiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsinin Qaydaları”nın 4.4-cü bəndinin müəyyən etdiyi qaydalarda müşahidə aparan vəzifəli şəxsin aşkar etdiyi məlumatları təqdim etməklə kifayətlənməməli, həm də araşdırmaları davam etdirməli və qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət etməli olduğunu qeyd edərək, iddiaçının ona tapşırılmış ərazidə yerləşən subyektlərdə müşahidə apararkən qulluq mövqeyindən sui-istifadə edərək maddi nemətlərin əldə edilməsinə yönələn, vergi orqanının əməkdaşının adına xələl gətirən hərəkətlərə (hərəkətsizliyə) yol verdiyini, bununla da vergi qanunvericiliyi ilə üzərinə düşən vəzifə və davranış qaydalarını pozduğuna görə intizam məsuliyyətinə cəlb edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respubliksının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Qanunun 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının tələbindən görndüyü kimi onun işdən çıxarılması haqqında cavabdehin 02 avqust 2021-ci il tarixli əmrinin ləğv olunmasını, eyni zamanda, tutduğu vəzifəsinə bərpa olunmasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Konkret halda isə iş üzrə cavabdehin mübahisələndirilən əmrinin qanunsuz sayılması üçün əsasların mövcudluğu müəyyən edilmir. Belə ki, işə əlavə olunmuş cavabdeh Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********706800 saylı əmrindən görünür ki, Xidmətin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir Əmr aşağıdakılarla əsaslandırılmışdır: “...Xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol vermələri barədə daxil olmuş məlumat əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Daxili təhlükəsizlik baş idarəsində aparılan xidməti araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, Xidmətin Bakı şəhəri X16 üzrə Baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanında işlədiyi halda qanunsuz olaraq maddi nemətlərin əldə edilməsinə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməklə qulluq mövqeyindən sui-istifadə etmiş, vergi ödəyicilərinə münasibətdə vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgiləmiş, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmamış və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməmişdir. Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci və 5-ci abzaslarının, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” qaydalarının 4.1-ci, 4.2-ci, 4.8-ci 4.9-ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.1-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci yarımbəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq “əmr edirəm”- “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin Sahə təhkimçiliyi idarəsinin 8 saylı şöbəsinin baş dövlət vergi müfəttişi olmuş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilsin...” Əmrdə istinad olunan həmin maddi hüquq normalarının tələbləri isə aşağıdakıları nəzərdə tutur: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək. İşçinin əsas vəzifələrindən biridir.”; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0.2-ci maddəsinə əsasən vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci və 5-ci abzaslarına əsasən Vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə və vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirməyə borcludur. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 3.2.1-ci, 3.2.2ci, 3.10.1-ci və 3.10.2-ci bəndləri isə aşağıdakıları nəzərdə tutur: 2.0. Bu Qaydalar aşağıdakı dəyərləri rəhbər tutmaqla əməkdaşların etik davranış qaydalarını müəyyən edir: 2.0.2. Vicdanlılıq və dürüstlük – vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsi; 3.2.1.Əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. 3.2.2.Əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. 3.10.1. Əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır. 3.10.2. Əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur. İş mateialarına əsasən qanunvericiliyin qeyd olunan tələblərinin iddiaçı tərəfindən pozulduğu sübuta yetirilir. Belə ki, xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkar X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Zövq” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunmuşdur ki, iddiaçı onun səlahiyyətlərinə aid olmadığı halda təhkim edildiyi ərazidə yerləşən obyektin sahibi X8 ilə bir neçə dəfə telefon danışığı aparmış, görüş yeri təyin etmiş, onunla korrupsiya hallarına şərait yaradan hərəkətlərə yol verdiyi müəyyən edilmişdir. İddiaçının işə əlavə olunmuş vergi orqanına verdiyi izahatlarından görünür ki, ona verilən - “Siz qanunsuzluğu aşkar etdiyiniz zaman hansı işləri görmüsüz?” sualına cavab olaraq, şifahi xəbərdarlıq etdiyini; “Həmin obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə şifahi və yazılı formada məruzə etmisinizmi?” sualına cavab olaraq - obyekt sahiblərinin sənədləşmənin özlərinin təqdim edəcəyini, onunla X8 xx.xx.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında görüşmək istəsə də sonuncunun görüşə gəlmədiyini bildirmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarət tədbiri keçirilərkən X3 ona zəng etdiyini bildirmiş və bunu əraziyə onun təhkim edilməsi ilə əlaqələndirsə də xx.xx.2021-ci il tarixdə saat 13:59-da, xx.xx.2021-ci il tarixdə saat 11:12-də, xx.xx.2021-ci il tarixdə saat 20:05-də iki dəfə, saat 23:10-da bir dəfə X8 ilə telefon vasitəsi ilə əlaqə saxladığını təsdiqləmiş, bunu X3 obyekti sənədləşdirmədən yayınmaq üçün xahiş etməsi və ondan velosiped almaq istəməsi ilə izah etmişdir. Halbuki, iddiaçının səlahiyyətləri vəzifəli şəxs kimi təhkim olunan obyektdə müşahidə aparmaq, aşkar etdiyi nöqsanları rəsmiləşdirməklə məhdudlaşmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2016-cı il tarixli **********876400 nömrəli əmri ilə təsdiq edilmiş “Operativ vergi nəzarətinin təhkimçilik prinsipləri əsasında həyata keçirilməsi Qaydaları”nın 4.4-cü bəndinə əsasən ona təhkim olunmuş ərazidə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi məqsədilə vəzifəli şəxs kimi, təhkim olduğu ərazidə müşahidə aparılması üçün sahədə fəaliyyət göstərən vergi ödəyiciləri, onların obyektləri barədə vergi orqanında olan məlumat bazasından son tarixə olan siyahını əldə etməli, müşahidə zamanı siyahıda göstərilməyən obyekt aşkar edildikdə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərilməsi, NKA quraşdırılmaması və ya ciddi hesabat blanklarının mövcud olmaması hallarının aşkar edilməsi məqsədilə obyektə daxil olmaq, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada araşdırmaları davam etdirməli və zəruri hallarda vergi orqanlarında olmayan və özünün müəyyən edə bilmədiyi məlumatların əldə olunması üçün müvafiq orqanlara sorğularla müraciət etmək, müşahidə bitdikdən sonra isə aşkar olunmuş faktlar barədə qeydlər aparmağa, onları ümumiləşdirərək ətraflı məlumat hazırlayıb qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görülməsi üçün (operativ vergi nəzarətinin keçirilməsi üçün qərarın qəbul olunması) müvafiq xidməti məruzə ilə aidiyyəti struktur vahidinin rəisinə müraciət etmək – iddiaçının xidməti vəzifəsindən irəli gələn borcu idi. Lakin iddiaçı “Qaydalar”ın qeyd olunan tələblərinə göz yumaraq, öz öhdəliyini ancaq apardığı müşahidə zamanı gördüyü faktiki halları məlumat formasında kağız daşıyıcıda şöbə rəisinə təqdim etməklə öz xidməti vəzifəsini bitmiş hesab etmişdir. Yəni, ona təhkim olunmuş ərazidə vergi ödəyicilərinə məxsus obyektlərdə həmin vaxt aşkar etdiyi mövcud olan faktiki məlumatları vergi orqanında olan uçot baza məlumatları ilə (rəsmi məlumatlarla) müqayisəli şəkildə təhlilini aparmamış, vergi ödəyicilərininvergi qanunvericiliyinin hər hansı pozuntusua yol verilib-verilmədiyini müəyyən etmək üçün sözügedən Qaydaların tələb etdiyi formada müvafiq araşdırma aparmaqla nəticələri barədə ətraflı məlumat hazırlayıb rəhbərliyə təqdim etməli olduğu halda, üzərinə düşən bu vəzifəsinin icrasından kəqarlaşmış, vergi orqanı əməkdaşı kimi, vergi ödəyicəsi ilə davranışında xidməti vəzifəsinə xələl gətirən hərəkətlərə yol verərək onunla maddi nemətlər əldə elilməsinə yönələn qarşılıqlı münasibətlərdə olmuşdur. Əslində, iddiaçının apellyasiya şikayətinin məzmunundan da aydın görünür ki, onun müşahidə ərazisində yerləşən sözügedən ünvan 1 ünvanında yerləşən “Zövq” adlı obyektdə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisi ilə münasibətlərində açıq-aşkar xidməti vəzifələrindən kənar hərəkətlərə yol verdiyi onun özü tərəfindən də dolayısı ilə təsdiq olunur. Lakin o, bu hərəkətlərinə müxtəlif formada don geyindirməyə çalışaraq vergi ödəyicisinə rəhmi keçib atasından borc alıb verdiyini, sonuncunun isə həmin pulu qaytarmadığını, sonradan isə onun yalançı olduğunu bildiyini qeyd edir, daha sonra velosiped məsələsini diqqətə çəkir, onu görüşə çağırdığını və görüş yerinə getdiyini bildirir və s. bu kimi dəlilləri ilə müşahidə etdiyi təsərrüfat subyektində yol verdiyi vergi orqanı əməkdaşının davranış qaydalarına zidd olan, kobud intizam puzuntusu ehtiva edən hərəkətlərini (hərəkətsizliyini) pərdələməyə çalışır. Halbuki, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.2.2-ci bəndinin tələbi nəzərdə tutur ki, vergi orqanı əməkdaşı kimi o, dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir. Həmin Qaydaların 10.1-ci bəndi isə nəzərədə tutur ki, əməkdaş tərəfindən bu Qaydaların tələblərinin pozulması intizam məsuliyyətinə səbəb olur. Eyni zamanda, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci bəndinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda, vergi orqanlarında xidmətinə xitam verilmə intizam tənbehi tətbiq edilə bilər. Həmin Əsasnamənin 75-ci maddəsinin 1-ci hisssinin 5-ci bəndinə əsasən xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 5.5.6-ci bəndinə əsasən Dövlət Vergi Xidmətnin rəisi - Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini (Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olamyan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini Nazirliklə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Beləliklə də cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmrinin qanunsuz sayılmasına əsas olan halların mövcudluğu müəyyən olunmur. Başqa sözlə, cavabdeh tərəfindən İPM-in 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq həmin əmrin qəbulunu zəruri edən faktiki şərtlər sübuta yetirilmiş olur. Belə olan halda həmin əmrin iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 70.1-ci maddəsinin mənası isə onu ehtiva edir ki, məhkəmə, o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin inzibati akt qanuna zidd və bunun nəticəsində iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan qanunsuz halların mövcudluğu öz təsdiqini tapmır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiysı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının apellyasyia şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2185/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1509/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1509/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver