Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1509/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12034/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli, X00020482ZYY nömrəli göndəriş əsasında ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, aldığı ağır bədən xəsarətləri ilə əlaqədar, Bakı şəhəri, Nizami rayonu 2 saylı TSE-nin xx.xx.2003-cü il tarixli rəyinə əsasən 3-cü qrup əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən etibarən əlillik pensiyasi verilmişdir. Hər il 26 saylı Bakı şəhər Poliklinikasında tibbi müayinədən keçmiş və həmin Poliklinikanın təqdim etdiyi tibbi sənədlər üzrə TSEK-dən tibbi ekspertizadan keçmişdir. Növbəti 2021-ci ildə tibbi ekspert rəyin verilməsi üçün 26 nömrəli Bakı şəhər Poliklinikasında müayinə olunmuş və müayinədən keçdikdən sonra Poliklinika tərəfindən “yanğın xəstəliyi: sol bazu, döş, qarın, kürək, belin İİİ dərəcəli termik yanığı, gövdənin sol yarısını, sol bazunun qoltuqaltı nahiyəsinin yanğından sonrakı dartıcı atrofik-hipertrofik qapaqları, çapıq nahiyyəsində trofika və hissiyyətin pozulması, əzələ atrofiyası, sol yuxarı ətraf çiyinin qurşağı əzələlərinin hipotrofiyası, əmək funksiyasının itirilməsi ilə fəaliyyətin məhdudlaşması, özünə xidməti zamanı köməyə ehtiyacı, sol bazu oynağında daimi ağrılar, gövdənin sol yarısı, sol yuxarı ətraf dərinin kobud çapıqları və fibrozu, ətrafın funksiyalarının pozulması, sol bazu oynağının yaxınlaşdırıcı kəskin kontrakturası, hərəkət məhdudluğu açma, bükmə, uzaqlaşdırma 10 dərəcə tibbi diaqnozu ilə tibbi sənədlər xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində əliliyin təkrar verilməsi üçün TSEK-ə göndərmişdir. Lakin TSEK əlillik dərəcəsini təsdiq etməkdən imtina etmişdir. Göstərilən müddətdə onun sağlam olmağı istisna olunur, sadəcə olaraq həmin müddət üçün cavabdeh bəhanələr gətirməklə bilə-bilə qəsdən pensiya hüququnu pozmaqda davam edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12034/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Emin İntiqam oğluna əlillik təyin edilməsindən imtinası qanunsuz hesab edilsin. xx.xx.2022-ci il tarixli, X00020482ZYY nömrəli göndəriş əsasında İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik təyin edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, xx.xx.2022-ci il tarixli, X00020482ZYY nömrəli göndəriş əsasında ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas veribverməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 08 İyul 2024 -cü il tarixli, 3-17- 4/2-18250/2024 saylı məktubda qeyd edilmişdir ki, “Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin X00020482ZYY nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.” Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan məktubu iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1509/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1509/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver