Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-151/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmədhəsən oğlunun Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Məmmədhəsən oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2434/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlu xx.xx.1966-ci ildə doğulmuş, 2 il hərbi xidmətdə olmuş və xx.xx.1987-ci ildə “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi əmək fəaliyyətinə başlamış və həmin vaxtdan xx xxxxxx 1991-ci ilədək bu müəssisədə işləmiş, xx.xx.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çilingər işinə qəbul edilmiş və xx.xx.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı xx.xx.2006-ci il tarixinə 20 ildən artıq ümumi iş stajının, bu stajın 15 ilə yaxın hissəsinin isə zərərli iş olduğuna istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx xxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-ci il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a“ bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən olunmuş 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş xx xxxx 1987-ci il tarixli İT-İ1189170 nömrəli əmək kitabçasında xx.xx.1987xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, xx.xx.1996 -xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Etilen-Polietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsində (10) nəzərdə tutulmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla imtina etmişdir. O, cavabdehin imtinasının qanunsuz və əsassız olduğuna istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub xx.xx.2019cu ildə tərtib edilib. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə (1 ay 26 gün sonra) iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini buraxmışdır. İddiaçının əmək kitabçasından göründüyü kimi, xx.xx.1987-xx.xx.1991-ci il tarixlər arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmit Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, xx.xx.1996xx.xx.2006-ci illər arasındakı dövr ərzində işlədiyi Sumqayıt Etilen Polietilen zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarıda qeyd edilən qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, onun işlədiyi müəssisə onun həmin müəssisədə ancaq xx.xx.1996-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 il müddətindən azdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı 22.07 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan görünür ki, imtina məktubu xx xxxxxx 2019-cu ildə tərtib edilmişdir. İddiaçı isə hazırki iddianı məhkəməyə xx.xx.2020-ci il tarixdə verməklə İdarənin vermiş olduğu imtina cavabından 1 ay 26 gün sonra müraciət etmişdir. İddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gun iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əmək kitabçası öyrənilərkən müəyyən edilmişdir ki, xx.xx.1987-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, xx.xx.1996-xx.xx.2006-cı illər arasındakı dövr ərzində işlədiyi Sumqayıt “Etilen-Politilen” zavodunda təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri, vəzifələri və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarında adı çəkilən Qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, onun işlədiyi müəssisə onun həmin müəssisədə ancaq xx.xx.1996-cı ildən xx.xx.2005-cı İlədək işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 il müddətindən azdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixli imtina məktubunu xx.xx.2019-cu il tarixdə almış, xx.xx.2019-cu il tarixdə də məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi məhkəməyə poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə çatdırılmış, buna baxmayaraq iddia ərizəsinə vurulmuş ştampda xx.xx.2020-ci il tarix qeyd olunmuşdur. xx.xx.2006-cı ilədək onun ümumi stajı isə 20 ildən artıq olmuşdur ki, bu stajın da 15 ilə yaxın bir hissəsi zərərli iş sahəsi hesab olunur. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli imtina məktubu iddiaçının deməsinə görə ona xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətində cavabdehin imtina məktubundan narazı qalan iddiaçının 1 ay 26 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı iddia müddətinin ötürüldüyünə istinad edir. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı halları sübutetmə vəzifəsi inzibati icraat haqqında qanunvericiliyin tələblərinə görə cavabdeh inzibati orqanın üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi sənədlərdən, o cümlədən iddia ərizəsinin məhkəməyə göndərilməsi haqqında poçt xəbərnaməsi və poçt qəbzindən müəyyən olundu ki, iddiaçı iddia ərizəsini poçt vasitəsilə məhkəməyə xx.xx.2019-cu il tarixdə göndərmiş və həmin iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan iddia ərizəsinə vurulmuş poçt ştempelində isə xx.xx.2020-ci il tarix qeyd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbindən imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli imtina məktubu ən tez poçta həmin gün təqdim edilərdisə onun 5 gün keçdikdən sonra iddiaçıya təqdim ediləcəyi nəzərə alınmaqla həmin imtinadan iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə vaxtında məhkəməyə müraciət etmişdir ki, bununla da onun tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Bununla razılaşmayan cavabdeh tərəf isə iddia müddətinin ötürülməsi ilə bağlı halları əsaslandırmamış və bunu təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya onu da nəzərə alır ki, iddia ərizəsinə vurulmuş ştempeldə daxilolma tarixinin xx.xx.2020-ci il tarix göstərilməsi iddiaçının məhkəməyə məhz həmin tarixdə müraciət etməsi kimi qəbul edilə bilməz, belə ki, iddiaçının təqdim etdiyi poçt sənədlərindən (xəbərnamə və poçt qəbzi) onun vaxtında məhkəməyə müraciət etdiyi müəyyən olunur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiası inzibati məhkəmə icraatında mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı Əbdülhəsənov Əzizağa Məmmədhəsən oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki işdə iddiaçının tələbinin təmin olunması üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına əsasən 10 il zərərli əmək sahəsində, 20 il isə ümumi əmək stajı mövcud olmalıdır. xx.xx.2006-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 220 No-li xx.xx.2018-ci il tarixli arxiv arayışına əsasən “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-nin 1987-1991, 1989-1991-ci illərə aid “Zərərli sexlərdə işləyən işçilərin siyahısı” kitablarında iddiaçının 2-ci dərəcəli elektro-montyor, 3-cü dərəcəli təmirçi çilingər işləməyi qeyd edilmişdir. Eyni zamanda “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun xx.xx.2018-ci il tarixli 368 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixinə kimi ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində kəsici, quraşdırıcı çilingər peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. İşə birinci instansiya qaydasında baxmış qeyd olunan arayışları nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 1080A10 saylı kod Vİİİ bölmədə “Kimya istehsalatı” sahəsinə aid olmaqla həmin sahədə kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, müxtəlif kimyəvi maddələrlə işləyən işçilər, o cümlədən fəhlələr, ustalar, böyük ustalar, mexaniklər, energetiklər, rəhbərlər və mütəxəssislər olan peşələri əhatə edir. Yuxarıda adı çəkilən arayışlarda iddiaçının işlədiyi müəssisə zərərli işlərə aid olan 1080A10 saylı koda istinad etsə də, Kollegiya hesab edir ki, həmin arayışlar iddiaçıya ona tələb etdiyi kimi 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına əsas verən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışlarda iddiaçının zərərli iş şəraitində işlədiyi və adının zərərli sexlərdə işləyən işçilərin siyahısında göstərildiyi qeyd olunsa da, bu mövqe əsaslandırılmamış, iddiaçının işlədiyi peşənin 1080A10 saylı koda uyğun olduğu ümumi olaraq göstərilmiş, xx.xx.1993-cü ildə təsdiq olunmuş Siyahıda məhz hansı peşəyə aid olması dəqiq göstərilməmişdir. Bununla yanaşı, hər iki arayış iddiaçının gördüyü işlərin Siyahıda göstərilən «kimya istehsalatı» sahəsi ilə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici məlumatları, o cümlədən iddiaçının bu peşələri (elektro-montyor, quraşdırcı çilingər, kəsici) məhz kimya istehsalatı sahəsində və hansı şəraitdə icra etməsini əks etdirmir. Bu baxımdan qeyd olunması zəruridir ki, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi elektro-montyor və 3-cü dərəcəli təmirçi çilingər, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilədək ”Etilen-Polietilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində işlədiyi kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 10800000 saylı kod altında olan Vİİİ bölmədə “Kimya istehsalatı” sahəsində nəzərdə tutulan kimyəvi maddələrlə işləyən işçilərin peşələr sırasında (kod 1080A10) nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (kod 1080A10) nəzərdə tutulan kimya istehsalatında iş stajının 10 ildən çox oduğuna görə onun 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2434/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-151/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-151/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver