Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-151/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1936/2023 saylı xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən iddiaçılara ayrılmış 6 və 7 saylı bağ sahələri üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər (34.1). Məhkəməninin xx.xx.2022-ci il tarixli qərardadı ilə hər bir iddiaçıya münasibətdə iddia tələbləri üzrə icraat, o cümlədən, İddiaçı cavabdehə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən 6 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsi tələbinə dair” iddiası - ayrıca icraata ayrılmışdır. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq Bakı şəhər X3 İcraiyyə Komitəsinin (“XDS İK”) 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən həmin İdarəyə Qaradağ rayonu, Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmış, və Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ild tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışa və "Bağçının üzvlük kitabçası"na əsasən 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin 07 avqust 1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə 1200 kv. metr olan 6 saylı bağ sahəsi verilmişdir. 11 yanvar 2022-ci il tarixddə həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 17 fevral 2022-ci il tarixli, **********98 saylı bildirişi ilə imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Onun qanuni istifadəsinə olan bağ sahəsinə hüquqları həmin ərazinin Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №-li sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi daxilində yerləşməsinə görə məhdudlaşdırıla bilməz.Oxşar iddialar üzrə artıq yerli məhkəmə qərarları ilə də iddiaçıların tələbləri təmin edilmişdir...” Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Mövcud arxiv məlumatlarna əsasən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin kadstr məlumatlarına əsasən bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü də müəyyən etmək mümkün olmamışdır. Bundan başqa qeyd edilən ümumi ərazidə ləğv edilən AR DTXK tərəfindən Heydər Əliyev adına verilmiş “Torpaq saəhsinin plan və ölçüsü(kadastr planı) mövcuddur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1936/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 1991-ci ildən "Şabandağ" bağçılıqbostançılıq cəmiyyətinin üzvü olub və ona Şabandağ sahəsində sahəsi 0,12 ha olan 6 saylı bağ sahəsi ayrılıb. Bu, Bakı şəhər X3 İcraiyyə Komitəsinin Birinci instansiya məhkəməsinə təqdim edilmiş bağçının üzvlük kitabçası, xx.xx.1991-cı il tarixli 11/546 nömrəli protokoldan çıxarış, 26 saylı bağ sahəsinin plan- cizgisi, kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə, istinad edilən qanunun və Mülki Məcəllənin normalarına əsasən iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. İdarənin Qaradağ rayonu "Şabandağ" sahəsindəki bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olan işçilərinin siyahısında onun adı 9-cu sırada qeyd edilib. İddiaçı iddia ərizəsində 6 saylı bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınıb, çıxarışın verilməsi vəzifəsinin DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair çoxsaylı sübutları təqdim edib. Məhkəmə həmin sübutları ümumiyyətlə araşdırmayıb və onların nəyə görə rədd edilməsini əsaslandırmayıb və cavabdehin iddiaçının müraciətindən imtinasının qanunsuz və əsassız olması barədə arqumentlərini araşdırmayıb və bu sonda düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. İddiaçı cavabdeh inzibati orqanın imtinasının qanunsuzluğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edib. Məhkəmə ümumiyyətlə həmin sənədləri araşdırmayıb və sözügedən sənədlərə istinad etməyib...” Məhkəmə kollegiyasının 21 sentyabr 2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, cavabdehin nümayəndəsi H.N.Alahverdiyev isə iddia ərizəsinə etirazında göstərilənərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər (hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alaraq onların iştirakı olmadın işə baxılmasını mümkün hesab etmişdir). İş üzrə mübahisəlndirilən ərazilərin üst-üstə düşüb-düşmədiyini müəyyən edilməsi üçün torpaq kadastrı mütəxəssisinin rəyinin alınması üçün göndərilmiş 07 dekabr 2023-cü il tarixli məhkəmə sorğusu, mütəxəssis rəyinə görə ödənilməli olan məbləği (xərc) tərəflər ödəməkdən imtina etdiyndən icrasız geri qaytarılmışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilən üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcudluğu yalnız daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas yaradır. Konkret halda isə iddiaçının mübahisəli bağ sahəsinə Qanunun qeyd olunan şərtlərinə müvafiq sənədlərinin tamlığı müəyyən olunmur. Belə ki, “Şabandağ” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən görünür ki, Qaradağ neftqaz çıxarma idarəsinin işçilərinin 50 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda qeyd olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə 26 Bakı Komissarı adına Neft-qazçıxarma İdarəsinin Qaradağ rayonu Şabandağ sahəsindəki bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olan işçilərinin siyahısının 1-ci səhifəsini təqdim edilmiş, adının həmin siyahıda 9-cu sırada qeyd edildiyini bildirsə də, məhkəməyə təqdim etdiyi 39388 nömrəli xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2007-ci il tarixli protokolu əsasında abandağ ərazisindəki 0,12 ha torpaq sahəsi olan 6/579 nömrəli bağ sahəsi onun istifadəsinə 10 il müddətinə verilmişdir. İşdən görünür ki, sözügedən siyahının və müqavilənin əldə edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən cavabdehə verilmiş sorğu, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə belə cavablandırılmışdır ki, 26 Bakı Kommisarı adına NQÇİ-nin bağçılıq yoldaşılığı üzvlərinin siyahsı və xx.xx.2007-ci il tarixli 39388 saylı müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda da bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 7.01.2007-ci il tarixli, 07 nömrəli sərəncamı vətəndaşlara bağ sahələrinin ayrılması haqqında deyil. Eyni zamanda, Bakı Şəhər Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin protokolları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vahid elektron kadastr baza” məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamış, həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) mövcuddur. Sözügedən digər şəxslə bağlı araşdırma aparıldıqda isə müəyyən olunmuşdur ki: -Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamından görünür ki, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmış; - A № 319656 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər İH başçısının xx.xx.2005-ci il tarixli, 330 sərəncamı ilə X7 universitet kampusunun tikintisi üçün daimi istifadəyə verilən Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında 17276776 kv.m sahəsi olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixdə plan və ölçüsü tərtib edilmiş; -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında isə təsbit olunur ki, Qaradağ rayonu, Şabandağ B/M 6 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha olsa da, faktiki sahəsi 0,1305 ha-dır. Bağ sahəsi bir tərəfdən mişar daşı, üç tərəfdən metal tor ilə əhatə olunmuşdur. Bir tərəf yol, üç tərəf qonşulardır. Torpaq sahəsi üzərində sahəsi 51 kv.m olan birmərtəbəli fərdi yaşayış evi var. Torpaq sahəsinin üzərindən yerüstü kommunikasiya xətləri keçmir. Əslində, Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilən 2 iyun 2006-cı il tarixli, 142 saylı Sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin işdə olan kadastr planı ilə Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı Sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin DTXK tərəfindən verilmiş kadastr planı ilə “Şabandağ” bağçılıq-bostançılıq kollektivinə ayrılmış torpaq sahələrinin cizgi-planı müqayisəli surətdə tədqiq olunduqda, eyni ərazidə yerləşən torpaqlar olduğu aydın görünür və bu işin mübahisisəz halıdır. Cavabdeh idarənin iş materiallarına əlavə ounmuş xx.xx.2022-ci il tarixli məktubundan isə görünür ki, Universitet kampusunun tikintisi üçün ayrılmış Vahid elektron kadastr bazasına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli 142 saylı Sərəncamı ilə Universitet kampusunun tikintisi üçün ayrılmış ərazinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, olmaqla dövlət mülkiyyətinə aiddir. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi, arxiv nüsxəsi aşkar edilməyən xx.xx.2007-ci il tarixli 39388 saylı müqavilənin bağlanması Bakı Şəhər İcra Hakimiyyətinin 2 iyun 2006-cı il tarixli, 142 saylı Sərəncamından sonrakı dövrə təsadüf edir. Ümumiyyətlə, işin qeyd olunan halları müqabilində iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də, həmin sərəncam əsasında DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin mübahisələndirildiyi müəyyən olunmur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, işin hazırkı mövcud faktiki şərtləri daxilində iddiaçının - Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən 6 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması barədə müraciət etdiyi hüquq dövlət qeydiyyatına alına bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə qeydiyyatdan imtina oluna bilər. Qeyd olunanlar baxımından, cavabdehin iddiaçının qeyd olunan bağ sahəsinə dair mülkiyyət hüququnn qeydə alınmasından imtina etmək, əslində onun qanunvericiliklə üzərinə düşən öhdəliyi olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən də məhz görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və ddiaçının hüquqlarını pozmuş olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməməsini sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun müraciətinin təmin olunmasından cavabdehin imtinasının qanunsuz və əsassız olması barədə arqumentlərin araşdırılmadığını və sonda düzgün olmayan qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1936/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1936/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-151/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-151/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver