Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1510/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, onun azaldılmış pensiya məbləğinin, ödənilməmiş məbləğin ödənilməsi və pensiyanın əvvəlki qaydada hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 06 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiya məbləğinin azaldılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 01 yanvar 2020-ci ildən iddiaçının aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən 184.14 manat məbləğin bərpa olunaraq bir dəfəyə ödənilməsi və həmin hərəkətin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı təyin olunmuş pensiya məbləğinin azaldılması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 01 yanvar 2020-ci ildən İddiaçı aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən 184.14 manat məbləğin bərpa olunaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin hərəkətlərin edilməsinin (məhkəmə qərarı və əmək pensiyaçının razılığı olmadan) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar 24 dekabr 2020-ci il tarixdə cavabdeh inzibati orqana daxıl olmuşdur. Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 8.12.2020-ci il tarixli qərarı ilə əhalinin həyat və saglamlığının qorunmasını təmin etmək və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Respublika ərazisində 14.12.2020-ci il tarixdən 18 yanvar 2121-ci il tarixədək xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 9.12.2020-ci il tarixli rəsmi Məlumatında 8.12.2020-ci il tarixli qərar nəzərə alınmaqla sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 14.12.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək məhkəmələrin fəaliyyətinin məhdudlaşdırılması tövsiyyə edilmişdir. Ali Məhkəmənin 16.01.2021-ci il tarixli rəsmi Məlumatındakı tövsiyə nəzərə alınaraq həmin məhdudiyyətin tətbiqi 25.01.2021-ci il tarixədək uzadılmışdır. Sözügedən qərarın cavabdeh inzibata orqana daxil olduğu 24.12.2020-ci il tarix sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyindən üzürlü səbəbdən apellyasiya şikayəti vermək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması 06.05.2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası müddətin bərpası barədə ərizəyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını və həmin ərizə üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı poçt vasitəsilə 27 noyabr 2020-ci il tarixli məktubla cavabdehin iş materiallarındakı ünvanına göndərilmiş və 24.12.2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “Qurbanova Sevinc” yazılaraq imza edilməklə (i.v.110) qəbul edilmişdir. Sözügedən məhkəmə qərarının cavabdeh inzibati orqan tərəfindən 24.12.2020-ci il tarixdə alınması faktı mübahisəsiz olub, sonuncunun “müddətin bərpa edilməsi barədə” verdiyi ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda həmin qərardan apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət 23.01.2021-ci il tarix hesab olunur. Lakin iş materiallarında olan apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizənin poçt vasitəsilə göndərildiyini təsdiq edən zərfin üzərindəki poçt ştempelindən (i.v. 125) görünür ki, apellyasiya şikayəti və sözügedən ərizə poçt xidmətinə 03.04.2021-ci il tarixdə təqdim olunmuş, 07.04.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur ki, bununla da cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə cavabdeh “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini məhkəmə aktının cavabdehə rəsmi qaydada daxil olduğu 24.12.2020-ci il tarixin Azərbaycan Respublikasında koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilmiş dövrünə təsadüf etməsi ilə izah etmiş və buna görə də üzrlü səbəbdən apellyasiya şikayətinin verilməsinin verilməsinin mümkün olmadığını bildirmişdir. Bu barədə məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli Məlumatından görünür ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X3 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılmasının sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək müvəqqəti təxirə salınması tövsiyə olunmuşdur. Sonradan Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın məhkəmə qərarını aldığı 24.12.2020-ci il tarix ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi olan müddətə təsadüf etsə də, həmin qərardan onun apellyasiya şikayəti vermək üçün son müddət 23.01.2021-ci il tarix hesab olunduğu halda o, ölkə ərazisində koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X1 əsasən karantin rejimi tətbiq olunmasına baxmayaraq poçt və rabitə xidmətlərinin, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarında olan tövsiyyələrə əsasən 25 yanvar 2021-ci il tarixdən sonra olan dövrdə məhkəmə orqanlarının fəaliyyətində hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını nəzərə almamış, belə ki, apellyasiya şikayəti və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni 03.04.2021-ci il tarixdə rabitə orqanına təqdim etmişdir ki, bununla da məhkəmə qərarını apellyasiya instansiyasında mübahisələndirmək üçün lazımi operativliyi göstərməmiş və bunda maraqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürdüyündən həmin müddətin bərpası ilə bağlı verdiyi ərizə təmin edilməməlidir. Belə olan halda apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı qanuni qüvvəsini aldığı üçün birinci instansiya məhkəməsi tərəfindən 05.02.2021-ci tarixdə icra vərəqəsi verilmiş və icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və sonuncu tərəfindən 26.02.2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1510/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1510/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver