Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1511/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2 Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “cavabdehin diplomun tanınmasından və ekvivalentliyinin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2- 1(112)-538/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 23.01.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və üçüncü şəxs “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin X4 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı 15 noyabr 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilərək bu hərəkətlərin (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (göstərilməklə) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona X4 Komissiyası Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən 15 noyabr 2005-ci il tarixli, AUG 000026 saylı diplom verilmişdir. Həmin diplom və onun əlavəsi 10 iyul 2014-cü il tarixdə Gürcüstan Respublikasının Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzi tərəfindən dəyişdirilərək 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə əsasən Apostillə təsdiq edilmişdir. Diplomun Azərbaycan Respublikasında qəbul edilməsi üçün cavabdehə 2014-cü il tarixdə rəsmi olaraq müvafiq sənədlər təqdim etmişdir. Uzun müddət iddiaçıya cavab verilməmişdir. 02.12.2014-cü il tarixdə rəsmi olaraq sənədlərin təsdiq olunub-olunmaması barədə cavabdeh orqana müraciət etmişdir. 03.04.2015-ci il tarixdə cavabdeh onun ərizəsinə cavab verərək diplomun dəyişdirilməsi üçün Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzinə müraciət etməsini bildirmişlər. Daha sonra iddiaçı, diplomu və onun içliyini Təhsil Keyfiyyətinin İnkişafı Milli Mərkəzində dəyişərək 2015-ci il tarixdə cavabdehə təqdim etmişdir. Lakin bundan sonra da ona cavab verməmişlər. Bununla əlaqədar olaraq, dəfələrlə yazılı müraciətlər etmiş, qəbula yazılmışdır. Hər dəfə iddiaçıya ekspertler tərəfindən yoxlanıldığını bildirmişlər. 2014-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikası Təhsil Nazirliyindən cavab gələrək sənədlərinin yoxlanılması üçün qəbul olunmuş qərarla bağlı iddiaçıya 1 ay müddətində cavab verəcəklərini bildirmişlər. 2018ci ildə ona bildirdilər ki, korrupsiyanın qarşısını almaq üçün sənədləri elektron qaydada yükləməlisiniz. İddiaçı bununla razılaşaraq, sənədləri elektron qaydada yükləmişdir. 2018-ci il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etdi və 09 dekabr 2019-cu il tarixli məktub, ona poçt vasitəsi ilə 18 dekabr 2019-cu il tarixdə təqdim edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, idarənin ekspert qrupunun rəyinə əsasən Gürcüstan Aqrar Universiteti tərəfindən ona verilmiş 20 iyun 2005-ci il tarixli, AUG 000026 nömrəli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmaması barədə qərar qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2571/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdeh qismində əlavə olaraq Azərbaycan Respublikası Təhsildə X2 də cəlb edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05.10.2020-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən Məcəllə ilə müəyyən edilmiş müddət buraxıldığı halda, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olması təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin X4 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı 15 noyabr 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsi qanunsuz hesab edilərək bu hərəkətlərin (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı 12 aprel 2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 nömrəli qərarı iddia tələbinin cavabdeh Təhsildə X1rşı rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AUG 000026 nömrəli diploma əsasən İddiaçı 2000-ci ildə X6 Təsərrüfatı Universitetinin İdarəetmə institutunun beynəlxalq biznes fakultəsinə qəbul olmuş və 2005-ci ildə həmin İnstitutun hüquqşünaslıq ixtisası üzrə tam kursunu bitirmişdir. Attestasiya Heyətinin 30.06.2005-ci il qərarına əsasən İddiaçı Hüquqşünas ixtisası verilmişdir. - İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinə ünvanladığı 02.12.2014-cü il tarixli ərizəsinə əsasən, iddiaçı X6 Təsərrüfatı Universitetinin İdarəetmə İnstitutunun beynəlxalq biznes fakultəsində hüquqşünaslıq təhsili aldığından onun diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 29.12.2014-cü il tarixli məktubu ilə, iddiaçının 02.12.2014-cü il tarixli ərizəsinə əsasən müvafiq təşkilatlara ünvanlanmış sorğuların cavabları Təhsil Nazirliyinə daxil olduqdan sonra 1 ay müddətində qəbul olunmuş qərar barədə məlumat veriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 09.12.2019-cu il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş 26.11.2019-cu il tarixli, Y-17975 nömrəli ərizəsi ilə əlaqədar, 15.12.2014-cü il tarixli elektron müraciətinin nəticəsi barədə iddiaçıya 27.07.2018-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron xidmət növlərinin siyahısına daxil olan xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin onlayn yoxlanılması elektron vasitəsilə müvafiq məlumat verilmiş və 26.07.2018-ci il tarixli, 23-04609/ANİ saylı məktub elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. - 13.07.2018-ci il tarixli, Gürcüstan Aqrar Universitetinin 2005-ci il tarixli məzunu İddiaçı təqdim etdiyi AUG 000026 nömrəli, 20.06.2005-ci il tarixli diplom üzrə aldığı ixtisasın tanınmasına dair Ekspert rəyinə əsasən, araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstanın Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. - Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 26.07.2018-ci il tarixli, 23-04-609/ANİ nömrəli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Gürcüstanın Aqrar Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə ümumiyyətlə olmadığından diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə ümumiyyətlə riayət edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 12.12.2020-ci il tarixli, 33/4249 nömrəli məktubuna əsasən, iddiaçı 2000- 2005-ci illər ərzində yalnız 2004-cü ildə 4 gün müddətində Qazaxıstan istiqamətində Azərbaycan Respublikasının sərhədini keçmişdir. - Gürcüstan Marneuli şəhərinin İdarəsi Mənzil Birliyinin 31.05.2006-cı il tarixli, 221 nömrəli arayışına əsasən, Azərbaycan vətəndaşı İddiaçı, təhsillə əlaqədar 2000-ci ildən 2005-ci ilədək İrakli küçəsi ev nömrə 7 ünvanında yaşamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsinin 33/4249 №-li, 12.12.2020-ci il tarixli İddiaçı 2000-2005-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS baza məlumatlarına əsasən: 16.09.2004-çıxış Qazaxıstan; 20.09.2004-giriş Qazaxıstan. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın cavabdeh Təhsildə X1rşı rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8- 18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İş materiallarına əsasən müəyyən edilir ki, Gürcüstan Aqrar Universiteti tərəfindən iddiaçıya ali təhsil haqqında (bakalavr) diplom verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Gürcüstan Aqrar Universitetində təhsil aldığı iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan 2000-2004-cü illər üzrə Azərbaycan-Gürcüstan Respublikasının sınıq körpü keçid məntəqəsində sərhədkeçmə ilə bağlı vahid elektron portalın mövcud olmaması ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən dövrlər üzrə sərhədkeçmə ilə bağlı vurulmuş möhürlərin əks olunduğu ümumvətəndaş pasportunun surətini və ya başqa mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 nömrəli qərarı əsaslı olduğundan iddia tələbinin cavabdeh Təhsildə X1rşı rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(112)-538/2021 nömrəli qərarı - cavabdehin X4 Komissiyası (Təhsil Keyfiyyatinin İnkişafı Milli Mərkəzi) tərəfindən bunu təsdiq edən AUG № 000026 saylı 15 noyabr 2005-ci il tarixli diplomun (əlavələri ilə birlikdə) tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməsinin qanunsuz hesab edilərək bu hərəkətlərin (yəni tanınmanın və ekvivalentliyin müəyyən edilməsinin aparılması) edilməsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1511/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1511/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver