Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1511/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X10 və X13 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4271/2024 saylı 21 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2022-ci ilin aprel çağırışına cəlb edilmiş, çağırışçılar üçün nəzərdə tutulmuş zəruri instrumental və laborator müayinələrdən keçmiş, o cümlədən xx.xx.2022-ci il tarixdə N nömrəli şəhər poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq ona “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan əlavə akademik C.Abdullayev adına X1 “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktı”na əsasən İddiaçı “Revmatizm, qeyri fəal mərhələ” diaqnozu qoyulduğundan “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Bununla bağlı iddiaçı hərbi xidmətə yararlı hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. İddiaçı hərbi xidmət dövründə pnevmaniya keçirmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş 130 nömrəli 20 fevral 2023-cü il tarixli “X8”yə əsasən xx.xx.2023-cü il tarixli sərəncamla MN BKH cərrahi profilli hospitalın komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-43/94/2-M- 743/41/23 nömrəli məktubla bildirilmişdir ki, 2022-ci ilin aprel çağırışı zamanı qeydiyyatda olduğu Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhəti ilə bağlı Akademik C.M.Abdullayev adına X3 əlavə müayinəyə göndərilmişdir. Aparılmış müayinə nəticələrinə əsasən Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhədətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilərək, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Bildirilmişdir ki, onun ordu sıralarından vaxtından əvvəl ehtiyata buraxılmasının səbəb əlaqəsi “Ümumi xəstəlikdir”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir (əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023- cü il tarixli 130 nömrəli “X8”). Nəzərə çatdırılmışdır ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq 3 (üç) il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə ona 11000 (on bir min) manat kompensasiyanın və 3000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraat qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2022-ci ilin aprel çağırışına cəlb edilərək çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri instrumental və laborator müayinələrdən keçirilmiş, o, cümlədən xx.xx.2022-ci il tarixdə N nömrəli Şəhər Poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq barəsində “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan sonra, akademik C.Abdullayev adına X2 “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi” aktına əsasən ona revmatizm, qeyrifəal mərhələ diaqnozu qoyulduğundan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” müvafiq maddəsinə əsasən sıradankənar hərbi xidmətə yararlı hesab edilmişdir. Xidmətin Bakı şəhəri Nizami rayon İdarəsinin Hərbi həkim Komissiyasının sədri olan X7 onun sol böyrəyində problemi olub-olmamasını araşdırmaq üçün əlavə tibb müayinələrə cəlb etməmiş, nəticədə o, hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2022-ci il tarixdə təyin edildiyi hərbi hissəyə təhvil verilmişdir. O, xx.xx.2023cü il tarixdə AR Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahi profilli hospital Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 80 B maddəsinə (diaqnoz: anadangəlmə inkişaf qüsuru, sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə, açıq qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ dərəcəli boylama yastıayaqlığı, sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmanivasindan sonrakı vəziyyət) əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ordu sıralarından tərxis edilmişdir. Sol böyrəyinin inkişafdan qalmasına baxmayaraq həmin məsələ ilə bağlı ona heç bir məlumat verilməmiş, sağlamlığındakı digər problemlər barədə məlumat verilsə də, onları nəzərə alaraq könüllü olaraq sıradan kənar hərbi xidmətə cəlb edilmişdir. Sonradan daha dəqiq desək, hərbi xidmət zamanı pnevmaniya xəstəliyinə tutulduqdan sonra onu hospitala yerləşdirmişlər, müayinələr zamanı sol böyrəyinin görünmədiyi, daha dəqiq inkişafdan qaldığı bəlli olmuşdur. Buna baxmayaraq 11 ay hərbi xidmətdə olmuşdur. Buna görə də, hesab edir ki, hər ay üçün 1000 manat olmaqla, ona 11 000 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq iddia predmeti ona cavabdehin 11 000 manat dəyən ziyanın və 3000 manat mənəvi ziyanın ödənilməsidir. Belə ki, 11 ay hərbidə olma müddətinin hər ayı üçün 1000 manat ödənilməli olduğunu hesab edir, dəymiş mənəvi ziyanı isə 3000 manat qiymətləndirir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Dəymiş maddi ziyanın qarşılanması ilə bağlı cavabdehə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4271/2024 saylı 21 noyabr 2024-cü il tarixli qərarı ilə İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4271/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən hərbi hissəyə təhvil verildikdən sonra 14 gün ərzində geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) Daxili orqanların USM müayinə nəticəsi və digər zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Bakı şəhəri Nizami rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, ən əsası N nömrəli Şəhər Poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə sənədinin vətəndaşın hərbi hissəyə təhvil verilərkən hərbi hissənin hərbi həkim komissiyasına təqdim olunması və hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam hesab edilib təhvil verilməsi faktını təsdiqləyir. N nömrəli Şəhər Poliklinikasında USM müayinə sənədinin hərbi hissə tərəfindən bugünədək aşkar edilməməsi İddiaçı hərbi xidmətə yararsız olduğu halda müddətli həqiqi hərbi xidmətə göndərilməsi ehtimalını təsdiq etməyə imkan vermir. Odur ki İddiaçı xidmət etdiyi hərbi hissəyə sorğu edilərək N nömrəli Şəhər Poliklinikasında USM müayinə sənədinin alınması zəruridir. Ona görə də, məhkəmənin Xidmətin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməməsi, iddiaçının hərbi xidmətə yararlılıq vəziyyətinin tədqiq olunmaması barədə gəldiyi nəticə həqiqəti əks etdirmir, sübutlara əsaslanmır və qanuna ziddir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yerinə yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin məsuliyyətinin yaranmamasını göstərir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə gəlməməyin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh qurumun nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırda birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən- mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi hissəsində təmin edildiyindən və qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılır. Çünki iddiaçı iddiasının təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Belə ki məhkəmə icraatı dövründə cavabdeh qurum iddiaya dair hər hansı yazılı mülahizəsini təqdim etməmişdir. Bununla da hərəkətsizlik göstərməklə inzibati orqan tələbin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı tələbi “cavabdehin üzərinə ona 11000 (on bir min) manat kompensasiyanın və 3000 manat mənəvi ziyanın ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələbin təmin olunmasından cavabdeh qurum imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən- mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi hissəsində təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı 2022-ci ilin aprel çağırışına cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə N nömrəli şəhər poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq ona “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan əlavə akademik C.Abdullayev adına X1 “Sağlamlıq vəziyyətinin müəvvən edilməsi aktı”na əsasən İddiaçı “Revmatizm, qeyri fəal mərhələ” diaqnozu qoyulduğundan “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Bununla bağlı İddiaçı hərbi xidmətə yararlı hesab edildiyi üçün xx.xx.2022-ci il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. Bundan sonra iddiaçının hərbi xidmət dövründə sağlamlıq vəziyyəti pisləşmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş 130 nömrəli 20 fevral 2023-cü il tarixli “X8”yə əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospotalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə MN BKH cərrahi profilli hospitalın komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndində qeyd edilmişdir ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı - Ümumi xəstəlikdir, Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Şəhadətnamənin 13-cü bəndində qeyd edilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 80 b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının valideyni P.Qəribovanın müraciəti ilə əlaqədar ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-94/2-Q-301/19/23 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, oğlu İddiaçı 2022-ci ilin aprel çağırışına cəlb edilərək çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri instrumental və laborator müayinələrdən keçirilmiş, o cümlədən xx.xx.2022-ci il tarixdə N nömrəli şəhər poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq ona “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan əlavə akademik C.Abdullayev adına X1 “Sağlamlıq vəziyyətinin müəvvən edilməsi aktı”na əsasən İddiaçı “Revmatizm, qeyri fəal mərhələ” diaqnozu qoyulduğundan “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinin Hərbi həkim komissiyasının sədri olan cərrah X15 Məmmədovun sol böyrəyində problemin olub-olmamasını araşdırmaq üçün onu əlavə tibbi müayinələrə cəlb etməmiş, nəticədə sonuncu hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2022-ci il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahiyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin “Xəstəliklər cədvəli”nin 80 “b” maddəsinə (diaqnoz: Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyanın olmaması ilə. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ dərəcəli boylama yastıayaqlığı. Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyəti) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ordu sıralarından tərxis edilmişdir. Yuxarıda qeyd olunan nöqsanlara görə Hərbi həkim komissiyasının sədri Rauf Allahverdiyevin barəsində müvafiq tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının valideyni P.Qəribovaya ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli 11-10/2-Q-31- 11808/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, məsələ ilə bağlı araşdırma aparılmış ARSHXÇDX Nizami rayon İdarəsinin hərbi-həkim komissiyasının sədri X7 barəsində müvafiq intizam- tənbeh tədbiri görülmüş, həmçinin qeyd olunan məsələ nəzarətə götürülmüş, aidiyyəti üzrə tibb müəssisələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir. Eyni zamanda övladının hərbi biletində müvafiq düzəlişlərin edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna əsasən N nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 69 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı ******* nömrəli ambulator tibb kitabçası (TQS05) tərəflərindən oxunmuş və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə müayinələrin nəticələri Səfərbərlik Xidmətinin Nizami rayon Şöbəsinə verilmişdir. Sonradan vətəndaşın poliklinikaya müraciəti xx.xx.2023-cü il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə N nömrəli şəhər poliklinikasına USM müayinəsinə gəldikdə isə həmin dövrdə işləyən həkim Sevda Rəhimova işdən çıxdığı üçün və müayinə jurnalı arxiv sənədlərində olmadığı üçün ultrasəs müayinə haqqında sənədi təqdim etmək mümkün deyildir. Birinci instansiya məhkəməsinin digər sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1190 nömrəli cavab mzktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissənin əsgəri İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X9 bölməsində “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahiyyə profilli Hərbi Həkim Komissiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 b maddəsinin M qrafası ilə, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Əsgər İddiaçı müayinə və müalicəsi başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə hospitaldan yazılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi — həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 225 — ci maddəsinə əsasən “X8” (bu Təlimata 9 nömrəli qoşma), arayış (bu Təlimata 2 nömrəli qoşma) itirildikdə hərbi komissarlıqların, əhalinin sosial müdafiəsi orqanlarının, hüquq - mühafizə orqanlarının, hərbi hissə komandirlərinin və ya kadr orqanlarının sorğusu əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası göstərilən sənədin surətini iki həftə müddətində verir (göndərir). N nömrəli hərbi hissənin əsgəri İddiaçı adına tərtib edilmiş 130 nömrəli “X8”nin təsdiq edilmiş surətini Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməklə ala bilər. Həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin əsgəri İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X9 bölməsində “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıq- qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahiyyə profilli Hərbi Həkim Komissiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 b maddəsinin П qrafası ilə, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Əsgər İddiaçı müayinə və müalicəsi başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə hospitaldan yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi — həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 225 — ci maddəsinə əsasən “X8” (bu Təlimata 9 nömrəli qoşma), arayış (bu Təlimata 2 nömrəli qoşma) itirildikdə hərbi komissarlıqların, əhalinin sosial müdafiəsi orqanlarının, hüquq - mühafizə orqanlarının, hərbi hissə komandirlərinin və ya kadr orqanlarının sorğusu əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası göstərilən sənədin surətini iki həftə müddətində verir (göndərir). N nömrəli hərbi hissənin əsgəri İddiaçı adına tərtib edilmiş 130 nömrəli “X8”nin təsdiq edilmiş surətini Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməklə ala bilərsiniz. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-43-72/2- 631/2024 nömrəli məktubla İdarədə hərbi qeydiyyatda olan ehtiyatda olan əsgər 2004-cü il təvəllüdlü İddiaçı aid həqiqi hərbi xidmətə yararlı hesab edilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 571 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli “X8”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin “X8”nin surəti göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirildiyi üçün xx.xx.2023-cü il tarixli 130 nömrəli “X8”nin verilməsinə əsas olmuş sənədlərin tələb olunması üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3640 nömrəli cavab məktubu ilə İddiaçı adına tərtib olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixli 283 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, iddiaçı 2022-ci ilin aprel çağırışında hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən səthi müayinə edilmiş və iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, həmin tarixdə iddiaçıda ümumi xəstəlik səbəbi ilə anadangəlmə inkişaf qüsuru -sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması xəstəliyi, aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı olsa da, düzgün müayinə olunmaması nəticəsində rayon çağırış komissiyası tərəfindən barəsində “hərbi xidmətə yararlıdır” qərarı verilərək həqiqi hərbi xidmətə göndərilmiş və iddiaçı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət dövründə səhhətində mövcud problemlər daha da kəskinləşmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına stasionar müalicəyə göndərilmiş, sağlamlığında düzəliş baş verməmiş, ümumi xəstəliyinin ağırlaşması nəticəsində ona “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı- ümumi səbəbdən” və “sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozları qoyulmuş və həqiqi hərbi xidməti başa çatmadan barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilərək xidmətdən azad edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hüquqazidd inzibati fəaliyyəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi danılmazdır. Buna görə də məhkəmə cavabdeh qurumdan mənəvi zərərə görə iddiaçının xeyrinə 3000 manat pulun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının anadangəlmə xəstə olmasına baxmayaraq cavabdeh qurum tərəfindən onun tibbi müayinələrinin tam aparılmamasına, bunda təqsirkar olan şəxslər barədə müvafiq tədbirlərin görüldüyünü, bütün bu faktların iş materialları ilə təsdiq olunduğunu, nəticədə iddiaçının cavabdeh qurumun təqsiri üzündən 10 ay həqiqi hərbi xidmət keçdiyini və səhhətində yaranmış dəyişikliklərlə bağlı həqiqi hərbi xidməti başa çatmadan barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının qəbul edilməsi ilə şəhadətləndirildiyini, buna görə də onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 3000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə görə əsassızdır və qəbul edilməməlidir. Həmçinin həmin dəlillər hazırki iş üzrə qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4271/2024 saylı 21 noyabr 2024-cü il tarixli qərarı iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4271/2024 saylı 21 noyabr 2024-cü il tarixli qərarı iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1511/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1511/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver