Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1512/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu 09 dekabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin müraciət etdiyi 18 fevral 2021-ci il tarixdən 3 il əvvəlki dövrə, 18 fevral 2018-ci ildən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 dekabr 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən daha sonra iddiaya dair verilmiş yazılı etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi AT - İİ № ******* əmək kitabçasında xx.xx.1988-xx.xx.1998-ci illər ərzində işlədiyi dövrdə kiril əlifbası ilə və SSRİ yazılı möhür vardır. Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixindən müstəqillik əldə etmişdir. Buna baxmayaraq əmək kitabçasında olan qeydin SSRİ yazılı etibarsız möhürlə təsdiqlənməsi iddiaçının xx.xx.1988-xx.xx.1998-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr yaradır və bu səbəbdən də həmin dövrün iddiaçının ümumi stajına daxil edilməsi qanunverciliyə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı bununla razılaşmayıb əmək pensiyasının 60 yaşdan deyil, 57 yaşdan təyin olunmasını və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi ilə bağlı ərizə ilə xx.xx.2021-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi AT - İİ N° ******* əmək kitabçasında xx.xx.1988-xx.xx.1998-ci illər ərzində işlədiyi dövrdə kiril əlifbası ilə və SSRİ yazılı möhür vardır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixindən müstəqillik əldə etmişdir. Buna baxmayaraq əmək kitabçasında olan qeydin SSRİ yazılı etibarsız möhürlə təsdiqlənməsi iddiaçının xx.xx.1988-xx.xx.1998-ci illər ərzində əmək fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr yaradır və bu səbəbdən də həmin dövrün iddiaçının ümümi stajına daxil edilməsi Qanunverciliyə ziddir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub- omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5536/2021 saylı, xx.xx.2021-ci tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ЗТ seriyalı 058028 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1978-ci ildə Azərbaycan dəniz balıq sənaye texnikumuna daxil olmuş və 1981-ci ildə “Sənaye balıq ovlama” ixtisası üzrə tam kursu bitirmiş və ona texnikmexanik ixtisası verilmişdir -Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş 566 saylı, 12 fevral 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 01 sentyabr 1978-ci ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci adlanır) daxil olmuş, 28 fevral 1981-ci illərdə həmin texnikumu “Sənaye Balıq ovlaması” ixtisası üzrə əyani təhsil formasında bitirmiş və ona ЗТ seriyalı 058028 seriyalı 49 qeydiyyat nömrəli diplom verilmişdir. - 05 noyabr 1980-ci ildə doldurulmuş AТ-İİ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və tərcümə olunmuş surətindən görünür ki, İddiaçı 29 aprel 1980-ci ildə Murmansk Təcrübə müddətində donanma ştatına “L.Yolkin” MB-0008 ikinci dərəcəli matros kimi qəbul edilmiş, 24 noyabr 1980-ci ildə təcrübə müddəti bitdikdə azad edilmişdir. 1978-1981- ci illərdə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda təhsil almışdır. 13 iyul 1981-ci ildə donanmaya hasilat ustası vəzifəsinə qəbul edilmişdir. 12 avqust 1987-ci ildə “Taman” BMPT hasilat ustası vəzifəsinə keçirilmiş, 06 fevral 1988-ci ildə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işləmişdir. 19 may 1998-ci il tarixdən “Kunarçay” gəmisinə 2-ci dərəcəli matros peşəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə “R.Hacıyev” gəmisinə bosman keçirilmiş, 23 may 2002-ci ildən “Kunarçay” gəmisinə bosman keçirilmiş, 24 noyabr 2005-ci ildən həmin gəmidə İİ dərəcəli matros keçirilmiş və 15 sentyabr 2012-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından əmək müqaviləsinə xitam verilmişdir. 16 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X6 “Kunarçay” gəmisinə bosman vəzifəsinə işə qəbul edilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli, EN01/02-100 saylı və EN01/02-106 saylı, 19 mart 2021-ci il tarixli arxiv arayışlarından görünür ki, İddiaçı 19 may 1998-ci ildə Xəzər X6nın “Kunarçay” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (19 may 1998-ci il tarixli 195-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə “R.Hacıyev” gəmisinə bosman (28 sentyabr 2000-ci il tarixli 90-k nömrəli əmr), 24 noyabr 2005-ci ildə həmin gəmidə 2-ci dərəcəli matros peçəsində (24 noyabr 2005-ci il tarixli 133-k nömrəli əmr) işləmişdir. 15 sentyabr 2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 378-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 16 sentyabr 2012-ci ildə “Kunarçay” gəmisinə bosman vəzifəsinə (14 sentyabr 2012-ci il tarixli 142-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Kunarçay” gəmisində bosman vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzrə heyətə və işlədiyi gəmilər XDNDnin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.1 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 07 il 07 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən Xəzər X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X6nın yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 37/H-00130 saylı məktubdan görünür ki, İddiaçı əmək kitabçasının çıxarışı vasitəsilə bildirmişdir ki, 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci ilədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatında kiçik həcmli gəmilər üzrə dövlət müfəttişi vəzifəsində işləmişdir. Sonrakı dövrdə bu idarə Azərbaycan Sularda Xilasetmə Cəmiyyəti (АзОСВОД) adı ilə fəaliyyət göstərib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 avqust 1992-ci il tarixli, 457 nömrəli Qərarına müvafiq olaraq Azərbaycan Sularda Xilasetmə Cəmiyyəti X4 Xidməti adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli S/N: 010 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Fərid Mədətli Məhkəmənin adı: Bakı İnzibati Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=0e2f9db9e0214661bd6c5b649967ab91 Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 5 / 10 Sərəncamına əsasən X4 Xidməti Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmiş, Fövqəladə Hallar Nazirliyində aparılan struktur dəyişikliyi ilə əlaqədar 12 iyun 2017-ci il tarixli, 054 nömrəli əmrlə adıçəkilən Xidmət Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti kimi fəaliyyətini davam etdirməkdədir. - Rusiya Federasiyası Saxalin vilayəti Bələdiyyə xəzinə idarəsi “Təminat Xidməti” Arxiv Qrupu tərəfindən verilmiş 02 aprel 2020-ci il tarixli, co-532 saylı arxiv arayışından görünür ki, “Təminat Xidməti” bələdiyyə idarəsinin arxiv qrupunda saxlanılan Açıq Səhmdar Cəmiyyət Holdinq Şirkəti “X2 Bazası” (ASC HC “KBOR”) sənədli materiallarından İddiaçı (xx xxxxxx 1960-cı il) X2 Bazasında 13 iyul 1981-ci ildən (əmr xx/xx/1981 719-k saylı) 06 fevral 1988-ci ilə qədər (pr. 30/1987 905-k saylı) heyət üzvü olaraq gəmi heyəti vəzifələrində çalışdığı aydın olur. O cümlədən 13 iyul 1981-ci ildən 04 avqust 1981-ci ilə qədər ödənişıi rezervdə şikar ustası, 05 avqust 1981-ci ildən 11 avqust 1981-ci ilə qədər balıqçılıq vəsaitləri fabrikində (BVF) şikar ustası, əmək haqqı cədvəllərində soyad göstərilməyib, səbəbi müəyyən edilməyib. 12 avqust 1981-ci ildən 24 mart 1982-ci ilə qədər “Taman” böyük dondurucu balıqçı traulerində (BDBT) şikar ustası, 25 mart 1982-ci ildən 11 aprel 1982-ci ilə qədər ödənişli rezervdə şikar ustası, 12 aprel 1982-ci ildən 31 may 1982-ci ilə qədər BVF şikar ustası, takelajçı, 01 iyun 1982-ci ildən 25 oktyabr 1983-cü ilə qədər “Pasionariya” BDBTşikar ustası, 26 oktyabr 1983-cü ildən 14 noyabr 1983-cü ilə qədər ödənişli rezervdə şikar ustası, 15 noyabr 1983-cü ildən 28 may 1984-cü ilə qədər “Tımovsk” BDBT şikar ustası, 29 may 1984-cü ildən 10 iyun 1985-ci ilə qədər “Viytna” super dondurucu balıqçı traulerində (SDBT) şikar ustası, 11 iyun 1985-ci ildən 09 iyul 1985-ci ilə qədər ödənişli rezervdə şikar ustası, 10 iyul 1985-ci ildən 03 aprel 1986-cı ilə qədər “Mıs Lazareva” BDBT şikar ustası, 04 aprel 1986-cı ildən 14 aprel 1986cı ilə qədər ödənişli rezervdə şikar ustası, 15 aprel 1986-cı ildən 01 mart 1987-ci ilə qədər “Novoeniseysk” SDBT şikar ustası, 02 mart 1987-ci ildən 06 fevral 1988-ci ilə qədər “Soyuz-5” BDBT şikar ustası. Tam iş həftəsi rejimində tam iş günü işləmişdir. Əmək haqqı saxlanılmaqla məzuniyyət, təhsil məzuniyyətindən istifadə etməyib, ödənişli təlim yığımına çağırılmayıb. Bu arayışda göstərilən Korsakovskaya BOR gəmiləri açıq dənizlərə və okeanlara çıxır, balıq, dəniz heyvanları və dəniz məhsullarının ovlanması və emalı ilə məşğul olurdular, balıqçılıqda hazır məhsul alırdılar və xidmət yardımçı, səyahət, şəhərətrafı və şəhərdaxili rabitə gəmilərinə aid deyildir, daima liman su sahəsində işləyən limana aid deyildir. Gəmilərin naviqasiya müddəti il boyu olur. Gəmilərin qeydiyyat limanı Saxalin vilayəti Nevelsk şəhəri Korsakov limanı. ASC HŞ “KOBB” Saxalinsk vilayəti Korsakov şəhərində Uzaq Şimal bölgələrinə bərabərləşdirilmiş ərazidə yerləşmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş Əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, İddiaçı 09 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əlavə məlumat olaraq 01 yanvar 2006-cı il tarixədək 14 il 09 ay ümumi stajının və 14 il 3 ay 25 gün güzəştli iş stajının olması (12 saylı qərar 21.1 üzən heyət) qeyd edilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı 22 aprel 1988-ci il tarixdən 14 aprel 1998-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidmətində işləyib-işləməsi, işlədiyi təqdirdə buna dair sənədlərin, həmçinin 19 aprel 1988-ci il tarixli, 39-k saylı, 14 aprel 1998-ci il tarixli 95 saylı əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından tələb edilmişdir. Bakı-İnzibati Məhkəməsi icraatı zamanı İddiaçı 22 aprel 1988-ci il tarixdən 14 aprel 1998-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidmətində işləyib-işləməsi, işlədiyi təqdirdə buna dair sənədlərin, həmçinin 19 aprel 1988-ci il tarixli, 39-k saylı, 14 aprel 1998-ci il tarixli 95 saylı əmrlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından tələb edilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, xx/xx-00672 saylı məktubdan görünür ki, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaranması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli Sərəncamına əsasən bir çox təşkilatları özündə birləşdirən Nazirliyin struktutuna daxil edilən Kiçik həcmli gəmilər müfəttişliyinə aid arxiv sənədləri Fövqəladə Hallar Nazirliyinə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli, XO-01-11-H-89-2021-06330 saylı məktubdan görünür ki, Komitənin arxivində mövcud olan məlumata əsasən İddiaçı (22 aprel 1988-ci il tarixli, 39-K saylı əmr) Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Kiçikhəcmli Gəmilər üzrə Dövlət Müfəttişliyində baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Digər məlumatlar Komitənin arxivində mövcud deyildir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin 22 aprel 1988-ci il tarixli, 39-K saylı əmrinin surətindən görünür ki, İddiaçı 22 aprel 1988-ci il tarixdən Kiçikhəcmli Gəmilər üzrə Dövlət Müfəttişliyə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli, **********58 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində işlədiyi dövr üçün arxiv arayışının verilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, ləğv edilmiş Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin arxiv sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmədiyindən Xidmətin arxivində bununla bağlı heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 18/H-211 saylı, 28 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçıdır. Ona 60 yaşı tamam olduğu 09 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 60 yaşdan deyil, 57 yaşdan yarandığını, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməli olduğunu iddia edir. İddiaçı bununla bağlı ərizə ilə 12 fevral 2021-ci il tarixdə cavabdehə müraciət etsə də, iş materiallarında olan sənədlər əsasında cavabdeh tərəfindən sorğuya cavab verilməsi müəyyən edilməmişdir. Bununla da cavabdeh faktiki olaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair verilmiş yazılı etiraz və ona əlavə əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1988xx.xx.1998-ci illər ərzində işlədiyi dövrlər nəzərə alınmadığından, onun 01 yanvar 2006-cı il tarixədək qanunvericiliklə müəyyən edilmiş ümumi staja malik olmadığı əsası ilə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması və həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edildiyindən, ona cavabdeh tərəfindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, yuxarıda sadalanan iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası, arxiv arayışları, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və X3 Xidməti tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 37/H-00130 saylı məktubundan və 39-K saylı əmrin surətindən görünür ki, İddiaçı 22 aprel 1988-ci ildən 14 aprel 1998- ci il tarixədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işləmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına hesablanmaması barədə mövqeyi əsassız olmuşdur və həmin dövrlər pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X5 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladəhallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasında olan qeydin əsassız olması barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə kollegiya hesab edir ki, iddiaçının 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasına baş inspektor vəzifəsində işlədiyi 09 il 11 ay 22 gün sosial sığorta stajına hesablanmalıdır. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq müddəti təşkil edir. Həmçinin iddiaçının göstərilən dövr ərzində 22 aprel 1988-ci ildən 14 aprel 1998-ci il tarixədək Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı Nazirliyində Kiçik qayıqlar üzrə dövlət inspeksiyasında işlədiyi baş inspektor vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat (kod ********) adlı bölməsinin Dəniz və çay donanması adlı 3-cü yarımbölməsində (kod ********) üzən heyətinə (kod ********) uyğundur. Həmin müddət həmçinin güzəştli iş stajına da hesablanmalıdır. İddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının 18 fevral 2021-ci il tarixdə ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyini, pensiya hüququnun xx.xx.2017-ci il tarixdə yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müraciət etdiyi dövrdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi tələbində haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməli və 18 fevral 2021- ci il tarixdən üç il əvvəlki dövr üzrə hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə eləcə də, iddia tələbinin müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə də, qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017- ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.“ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün nzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1512/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1512/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver