Məhkəmə qərarları › İş №2-1(103)-1512/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1512/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1512/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinə İdarəsinə (indiki İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə) qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X26 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X17 və X24 ibarət tərkibdə, X23-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinə qarşı "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9203/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən gözəllik salonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsini qərara almışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən aparılması nəzərdə tutulan operativ vergi nəzarəti haqqında məlumat qeyd edilən reyestrə daxil edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla iddiaçıdan nəzarət kitabçası, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətləri, şəxsiyyət vəsiqələrinin surətləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin, xidmət müqavilələri barədə məlumatların, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlərin, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün məlumatların vergi orqanına təqdim olunması qərara alınmışdır. Həmin sənədlər “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıdan tələb olunmuşdur. 020656 nömrəli, xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 020656 nömrəli akta əsasən xx.xx.2023cü ildə “Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti zamanı göstərilmiş makiyaj xidmətinə görə 15 manat ödənilmiş, lakin ödənilmiş məbləğ NKA fiskal yaddasına vurulmamış, çek təqdim edilməmişdir. Bununla bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərara əsasən iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən iddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri könüllü şəkildə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, ““Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı nəzarət-kassa aparatı tətbiq edilmədən nağd pul hesablaşmalarının aparılması və fərdi sahibkar tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) cəlb edilməsi müəyyən edilmişdir. Aşkar olunmuş hüquq pozuntuları fərdi sahibkar İddiaçı iştirakı ilə müvafiq qaydada rəsmiləşdirilmişdir (xx.xx.2023-cü il tarixli, DVX 020656 nömrəli və 000796 nömrəli aktlarla). Fərdi sahibkar İddiaçı vergi ödəyicisi üzrə təyin olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında”, xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə və tərtib edilmiş aktlarla tanış edilmişdir. Tələbnamənin bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuş və tələbnamədə OVN-nin həyata keçirilməsi üçün qeyd olunan sənədlərin təqdim olunması fərdi sahibkar İddiaçı tələb edilmişdir. Fərdi sahibkar İddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmuş, digər Tələbnamədə qeyd olunan sənədlər - əmək müqavilələri bildirişləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqında qəbzlər, xidmət müqavilələri və s. mövcud olmaması səbəbindən təqdim olunmamışdır. OVN zamanı fərdi sahibkar İddiaçı, Ü.Hacıyevanın, K.Qurbanovanın yazılı izahatı təqdim olunmuş, digər işçilər yazılı izahat verməkdən imtina etmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9441 nömrəli qərara əsasən iddiaçı 5 fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9442 nömrəli tələbnaməyə əsasən iddiaçıdan 10000 manat vəsaitin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir. Həmin qərarlardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarın və xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 020656 nömrəli akta əsasən çıxarılmış xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 6000 manat məbləğində və aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, fotoaudio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 2 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 4000 manat məbləğində cərimə olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi haqqında” qərarı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarlar poçt vasitəsi ilə iddiaçıya xx.xx.2023-cü ildə təqdim edilmişdir. İddiaçı fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərmək məqsədilə qadın gözəllik salonu işlətmək üçün xx.xx.2022-ci il tarixdə obyektə kod almış və obyektin təmiri və müvafiq avadanlıqlarla təchiz edilməsi işlərini görmüşdür. xx.xx.2023-cü ildə onun Nəzarət kassa aparatının (NKA) qoyulması barədə müraciəti əsasında obyektə xx.xx.2023-cü il tarixli aktla NKA qoyulmuşdur. Obyekt təzə təmir olunduğundan, lazımi avadanlıqlar quraşdırılmadığından və müvafiq xidmətlər göstərəcək ustalar işə cəlb olunmadığından, gözəllik salonu yoxlama tarixində fəaliyyət göstərməmişdir və bu səbəbdən də hər hansı bir işçinin əmək və ya xidmət müqaviləsi bağlanmadan salonda işləməsi, eləcə də müştərilərə xidmət göstərilməsi və onlardan müvafiq kassa qəbzi verilmədən xidmət haqqı alınması halları olmamışdlr. Bundan başqa, xx.xx.2023-cü il tarixli 000796 nömrəli aktda göstərilən şəxslər barədə bildirir ki, X18 iddiaçının qaynının arvadı və həyat yoldaşının dayısı qızıdır, həm də təmirdən sonrakı müddətdə salonda səliqə saxlamaq üçün həmin şəxs ona bir qohum kimi kömək etmiş və yoxlama zamanı təsədüfən salonda olmuşdur. X1 kimi, X7 ustası kimi, X9 da işçi kimi eyni vaxtda salonda olmaları onların bacarıqlarının yoxlanılması üçün dəvət edilmələri ilə izah olunur. X22 isə kirayədə yaşadığından, çox kasıb olduğundan bütün təmir müddətində zərurət olduqda görəcəyi işlərə görə verəcəyi pulu cəmləyərək sonda verilməsini xahiş etmişdir və hər dəfə 100 manat olmaqla ona cəmi 300 manat pul verilmişdir. Aktda xx.xx.2023-cü ildə saat 16:20-də guya müştəriyə xidmət göstərilməsi, ondan alınan 15 manatın NKA-nın yaddaşına vurulmaması və çek verilməməsi barədə göstərilənlər həqiqətə uyğun deyildir. Belə ki, xx.xx.2023-cü ildə salonda hər hansı bir müştəri olmamış və heç bir xidmət göstərilməmişdir.Tərtib edilmiş aktda nə həmin müştərinin şəxsiyyəti, nə də ona xidmət göstərildiyi vaxt, habelə onun tərəfindən hər hansı bir şikayətin olması qeyd olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9721 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2023-cü il tarixdə fiziki şəxs İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli DVX seriyalı 020658 nömrəli "Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması barədə" akt tərtib edilmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023- cü il tarixli **********9451 nömrəli "Vergi ödəyıcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsı haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi iddiaçının ünvanına və elektron qutusuna göndərilmişdir. O cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fızıkı şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bu barədə xx.xx.2023-cu il tarixli DVX seriyalı, 000796 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fızıkı şəxslərin “Sadələşdirilmiş vergi uzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş idarə tərəfindən xx.xx.2023-cü il tarixli **********9441 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin ünvanına və elektron qutusuna göndərilmişdir. xx.xx.2023-cü il saat 16:20-də iddiaçıya məxsus obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı göstərilmiş makiyaj xidmətinə görə ödənilmiş 15 manat məbləğində məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına vurulmadığı, müştəriyə çek təqdim edilmədiyi müəyyən edilmişdir. Müşahidə aparılarkən nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı tətbiq edilmədən həyata keçirilməsi faktı aşkar edilmiş, bu səbəbdən də dövriyyədən yayındırılmış məbləğin nəzarət-kassa aparatının fiskal yaddaşına bərpa etmək mümkün olmamışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Habelə iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxslərin izahatları alınmışdır. X6 xx.xx.2023-cü ildə etirafedici izahat verərək iddiaçı tərəfindən xx.xx.2022-ci ildən xadimə vəzifəsinə iş qəbul edildiyini, əmək haqqının 350 manat olduğunu və hər ayın sonunda nəğd ödənildiyini, həmin obyektdə digər işçilərdən Günel, Azadə və Ülkər adlı şəxsləri tanıdığını bildirmişdir. Digər işçi X18 da xx.xx.2023-cü ildə etirafedici izahat vermiş və izahatında “Q-line” gözəllik salonunda işlədiyini, xx.xx.2023-cü ildə İddiaçı tərəfindən inzibatçı vəzifəsinə qəbul edildiyini, onunla əmək müqaviləsi bağlanmadığını, sınaq müddətində olduğu üçün əmək haqqı almadığını, əgər orada işləyəsi olsa əmək haqqının 350-400 manat olacağını, həmin obyektdə digər işçilərdən Günel, Kəmalə və Azadə adlı şəxsləri tanıdığını bildirmişdir.Digər 3 işçi - X28, X16 və X19 hər hansı bir səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişlər. Həmçinin iddiaçı xx.xx.2023-cü ildə yazdığı izahatında xx.xx.2022-ci ildən ünvan 4 ünvanında yerləşən “Q-line” qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə başladığını, obyektdə faktiki olaraq kassa aparatı quraşdırılmadığını, lakin qısa müddətdə bunun təmin ediləcəyini, həmçinin obyektdə ümumilikdə 5 nəfər fiziki şəxs - qeydiyyatçı X10, stilist X5, kosmetoloq X21, stilist X8 və xadimə X13 onun tərəfindən işə cəlb olunduğunu, həmin şəxslərlə əmək və ya xidməti müqavilənin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını, əldə edilən gəlirin 60 %-nin işçilərə, qalan faizinin ona aid olduğunu bildirmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9203/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinin İddiaçı barədə qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********41 nömrəli Qərarı və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi aktlarda və SD diskdə göstərilənlər birbirilə ziddiyyət təşkil edir. Belə ki, aktlarda yoxlama aparılan obyektdə iddiaçı tərəfindən 5 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi bildirilsə də, diskə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, həmin şəxslərin obyektdə olması öz təsdiqini tapsa da, hər hansı bir əmək fəaliyyəti, hər hansı müştəriyə xidmət göstərmələri öz əksini tapmır, eyni zamanda xadimənin təmizlik işləri aparması və ya inzibatçı kimi göstərilən şəxsin hər hansı bir müştərini istiqamətləndirməsi müəyyən edilmir. Bununla əlaqədardır ki, vergi orqanı operativ vergi nəzarəti çərçivəsində vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüququndan istifadə etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, bu Məcəllənin 41.1ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Göründüyü kimi, inzibati orqan operativ vergi nəzarəti zamanı videoçəkiliş həyata keçirmiş və qeyd olunan görüntüləri CD diskdə məhkəmə araşdırmasına təqdim etmişdir. Həmin görüntülərin araşdırılması zamanı aktda adları çəkilən 5 nəfər şəxsin operativ vergi nəzarəti zamanı obyektdə olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə isə həmin şəxslərin hər hansı işlərin görülməsinə cəlb edilməsi ilə bağlı mötəbər sübut olmadığını əsas gətirərək iddia tələbini təmin etmişdir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Başqa sözlə, operativ vergi nəzarəti həyata keçirilən zaman obyektdə aşkar edilən şəxslərin həmin an konkret olaraq hansı iş görmələrini sübut etmək inzibati orqanın üzərinə vəzifə olaraq qoyula bilməz. İçəridə müştəri olub-olmaması, işlərin görülməsinə cəlb edilmiş şəxslərin həmin an faktiki olaraq xidmət göstərib-göstərməməsi fərdi sahibkarı həmin şəxslərlə əmək müqaviləsi bağlamaq öhdəliyindən azad etmir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı iddiaçı və aşkar edilən şəxslərdən 2 nəfər yazılı izahat təqdim edərək həqiqətən orada işlədiklərini etiraf etmişdir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən ünvan 5 ünvanında yerləşən “Q- Line” qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə başladığını, obyektdə faktiki olaraq kassa aparatı quraşdırılmadığını, lakin qısa müddət ərzində təmin ediləcəyini, həmçinin obyektdə ümumilikdə 5 nəfər fiziki şəxs: qeydiyyatçı - X20, stilist- X16, kosmetoloq - X28, stilist -X19 və xadimə - X13 onun tərəfindən işə cəlb olunduğunu, onunla həmin şəxslər arasında əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmadığını, lakin qısa müddət ərzində əmək müqaviləsi və ya xidməti müqavilə bağlanacağını, əldə edilən gəlirin 60 faizinin işçilərə, qalan faizinin aid olduğunu bildirmişdir. X6 xx.xx.2023-cü il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 5 ünvanda yerləşən obyektdə işlədiyini, xx.xx.2022- ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının 350 manat olduğunu və hər ayın sonunda nağd şəkildə ödənildiyini, həmin obyektdə digər işçilərdən Günel, Azadə və Ülkər adında şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Digər işçi X20 da xx.xx.2023-cü il tarixli etirafedici izahat vermiş və izahatında “Q-Line” gözəllik salonunda işlədiyini, xx.xx.2023-cü il tarixdən İddiaçı tərəfindən inzibatçı vəzifəsinə işə qəbul edildiyini, onunla fərdi sahibkar arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, sınaq müddətində olduğu üçün əmək haqqı almadığını, əgər orada işləyəsi olsa əmək haqqının 350-400 manat aralığında olacağını, həmin obyektdə digər işçilərdən Günel, Kəmalə və Azadə adında şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Məhkəmənin qeyd etdiyinin əksinə, həm iddiaçının, həm də 2 nəfərin izahatlarından görünür ki, həmin obyektdə həqiqətən hüquq pozuntusu baş vermişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmə adı çəkilən şəxslərin əmək fəaliyyətinə cəlb olunması ilə razılaşmırdısa, nəzarət tədbiri həyata keçirilərkən həmin şəxslərin iddiaçıya məxsus obyektdə olma səbəblərini araşdırmalı, lazım gəldikdə onların məhkəmə iclasında iştirakını təmin edərək, şahid qismində dindirilməsini həyata keçirməli idi. Lakin göründüyü kimi, birinci instansiya məhkəməsi bu cür araşdırma aparmaqda maraqlı olmamış, əlavə sübut toplamaq zərurəti duymamışdır. Həmçinin qeyd etmək istəyir ki, məhkəmə obyektdə əmək müqaviləsi olmadan işlərin görülməsi ilə bağlı məsələyə dair mövqeyini bildirsə də, eyni zamanda aşkar edilmiş digər pozuntu, yəni obyektdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinə hər hansı münasibət bildirməmişdir. İddianın təmin edilməsinin digər əsası isə ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə həyata keçirilən operativ vergi nəzarəti tədbirinə dair materiallara baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən 10 gün müddətində qərar qəbul edilməli olduğu halda, iddiaçıya aid qərarlar xx.xx.2023-cü il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra qəbul edilmişdir. Bu da Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə, vergi orqanının qərarının ləğv edilməsi üçün əsasdır. Bununla əlaqədar bildirir ki, iş materiallarından da görünür ki, operativ vergi nəzarəti nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Tərtib edilmiş aktların surəti vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, xx.xx.2023-cüil tarixli **********775400 və **********790300 məktubların iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 09:41-də oxunduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilsə də məhkəmə ədalətsiz qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə qərarının elan edilməsi xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarların ona poçt vasitəsilə xx.xx.2023-cü ildə rəsmən təqdim olunduğu bildirilsə də, vergi orqanı həmin qərarların vergi ödəyicisinin elektron kabinetinə yerləşdirildiyini və onun tərəfindən xx.xx.2023-cü il tarixdə oxunduğunu bildirir. Məhkəmə kollegiyası bu barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21-ci maddəsi elektron sənədə dair tələbləri müəyyən edir və bu tələblər aşağıdakılardır: 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə mübahisələndirilən qərarlar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən hər iki qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı hər iki inzibati aktın ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə rəsmən təqdim olunduğunu bildirir. Belə olan halda vergi orqanı mübahisələndirilən hər iki inzibati aktın elektron sənəd olub, onun vergi ödəyicisinə yuxarıda qeyd olunan qaydalara uyğun şəkildə daha tez (xx.xx.2023-cü il tarixdən daha əvvəlki tarixdə) göndərildiyini və sonuncu tərəfindən daha tez- xx.xx.2023-cü ildən əvvəlki tarixdə alındığını sübutetmə vəzifəsini daşıyır ki, bu sübutetmə vəzifəsi də cavabdeh tərəfindən yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hər iki inzibati aktın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət etmiş sayıldığı üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsinə qarşı tələbi “xx.xx.2023-cü il tarixli, **********41 nömrəli və xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli Qərarının ləğvi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisələndirilən hər iki inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10-cu bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Həmin Qaydaların 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Həmin Qaydaların 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:

1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli.

2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı.

4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı.

5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli.

6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli.

7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli.

8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı.

9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı.

10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı.

11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli.

13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Hazırki işdə xx.xx.2023-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən vergi orqanı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən gözəllik salonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət edilməsi məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən aparılması nəzərdə tutulan operativ vergi nəzarəti haqqında məlumat qeyd edilən reyestrə daxil edilmişdir. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli tələbnamə ilə iddiaçıdan nəzarət kitabçası, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surətləri, şəxsiyyət vəsiqələrinin surətləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin, xidmət müqavilələri barədə məlumatların, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlərin, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün məlumatların vergi orqanına təqdim olunması tələb edilmişdir. 020656 nömrəli, xx.xx.2023-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 020656 nömrəli akta əsasən xx.xx.2023cü ildə “Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti zamanı göstərilmiş makiyaj xidmətinə görə 15 manat ödənilmiş, lakin ödənilmiş məbləğ NKA fiskal yaddasına vurulmamış, çek təqdim edilməmişdir. Bununla bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərara əsasən iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, ““Q-line” gözəllik salonunda saat 16.20-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı nəzarət-kassa aparatı tətbiq edilmədən nağd pul hesablaşmalarının aparılması və fərdi sahibkar tərəfindən 5 nəfər fiziki şəxsin əmək müqaviləsi qüvvəyə minmədən xidmətlərin göstərilməsinə (işlərin görülməsinə) cəlb edilməsi müəyyən edilmişdir. Aşkar olunmuş hüquq pozuntuları fərdi sahibkar İddiaçı iştirakı ilə müvafiq qaydada rəsmiləşdirilmişdir (xx.xx.2023-cü il tarixli,DVX 020656 nömrəli və 000796 nömrəli aktlarla).Fərdi sahibkar İddiaçı vergi ödəyicisi üzrə təyin olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında”, xx.xx.2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə və tərtib edilmiş aktlarla tanış edilmişdir.Tələbnamənin bir nüsxəsi vergi ödəyicisinə təqdim olunmuş və tələbnamədə OVN-nin həyata keçirilməsi üçün qeyd olunan sənədlərin təqdim olunması fərdi sahibkar İddiaçı tələb edilmişdir.Fərdi sahibkar İddiaçı tərəfindən şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmuş, digər Tələbnamədə qeyd olunan sənədlər - əmək müqavilələri bildirişləri, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqında qəbzlər,xidmət müqavilələri və s. mövcud olmaması səbəbindən təqdim olunmamışdır. OVN zamanı fərdi sahibkar İddiaçı, Ü.Hacıyevanın, K.Qurbanovanın yazılı izahatı təqdim olunmuş, digər işçilər yazılı izahat verməkdən imtina etmişlər. Bununla bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9441 nömrəli qərara əsasən iddiaçı 5 fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9442 nömrəli tələbnaməyə əsasən iddiaçıdan 10000 manat vəsaitin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir. İddiaçı vergi orqanının qəbul etdiyi hər iki qərarla razılaşmayaraq onların ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlsə də, apellyasiya instansiyası məhkəməsinin mövqeyi aparılan araşdırmalar nəticəsində fərqli olmuşdur. Belə ki, məhkəmə kollegiyasının apardığı araşdırmalar nəticəsində məlum olmuşdu ki, vergi orqanının həyata keçirdiyi operativ vergi nəzarəti ilə bağlı bütün məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən ona istinad olunmuşdu ki, “cavabdehin məhkəməyə təqdim etdiyi aktlarda və SD diskdə göstərilənlər bir-birilə ziddiyyət təşkil edir. Belə ki, aktlarda yoxlama aparılan obyektdə iddiaçı tərəfindən 5 nəfər işçinin əmək müqaviləsi cəlb edilmədən işə cəlb edilməsi göstərilsə də SD diskə baxış zamanı məhkəmə müəyyən etmişdir ki, obyektdə 5 nəfər şəxsin olması SD diskdə əks olunmuş çəkilişlə təsdiqlənsə də həmin 5 nəfər şəxsin hər hansı bir əmək fəaliyyəti, hər hansı bir müştəriyə xidmət göstərmələri, əllərində hər hansı bir makiyaj edilməsi, saç kəsimi və düzümü üçün daraq və qayçının, başqa alətlərin olması, habelə avadanlıqlar üzərində üzərində qeyd edilən makiyaj üçün kosmetika ləvazimatlarının, daraq, qayçı və başqa vasitələrin olması müəyyən edilmir, habelə hər hansı bir müştəri üzərində iş aparılması da öz əksini tapmır, eyni zamanda xadimə kimi göstərilən şəxsin təmizlik işləri aparması, əlində əski, süpürgə, döşəməsilən vasitənin olması, inzibatçı kimi göstərilən şəxsin isə hər hansı bir şəxsi – müştərini istiqamətləndirməsi, məlumatlandırması müəyyən edilmir. Eyni zamanda SD diskdəki görüntüdə hər hansı bir müştəridən 15 manat məbləğinin alınması da əks olunmur... Bundan başqa, xx.xx.2023-ci il il tarixində keçirilən operativ vergi nəzarəti tədbirinə dair materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən 10 gün müddətində qərar qəbul edilməli olan halda, iddiaçıya aid qərarlar xx.xx.2023-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra qəbul edilmişdir. Bu da Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə, vergi orqanının qərarlarının ləğv edilmiəsi üçün əsasdır.” Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı aparılmış çəkilişin olduğu SD diskə baxış keçirilən zaman çəkilişdən də göründüyü kimi, obyektə vergi müfəttişləri daxil olan zaman sol tərəfdə makiyaj ustası Azadə Mütəllimova tərəfindən model üzərində makiyaj işi icra olunur, digər iki xanım- Ülkər Hacıyeva və Kəmalə Qurbanova obyektdə olub, sərbəst şəkildə izahatları alınmışdır. Əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi qeyd olunan- Elgün Cəbrayılov və Aynur Dikmen adlı şəxslər operativ yoxlama zamanı izahat verməkdən imtina etmişlər, audiovideo yazıdan həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Operativ vergi nazarəti zamanı izahatı alınmış X22 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə qəbul olunmuş, onunla İddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmamış, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti ona təqdim edilməmiş, əmək haqqısı 350 manatdır və hər ayın sonunda Eldar müəllim tərəfindən nağd şəkildə ona ödənilir, iş vaxtı saat 10:00dan 18:00-dək, nahar fasiləsi isə saat 13:00-dan 13:30-dəkdir, gündəlik 8 saatlıq, həftəlik isə 48 saatlıq iş rejimi vardır, məzuniyyətdə olmamışdır, obyektin işçilərindən Günel xanımı, Azadə xanımı və Ülkər xanımı tanıyır, vergi orqanında qeydiyyatı yoxdur və sabit qəbz ödəyicisi olmamışdır. Vergi yoxlaması aparılan zaman ifadəsi alınmış X20 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən İddiaçı tərəfindən inzibatçı vəzifəsinə (sınaq müddətinə) qəbul olunmuş, aralarında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmamış, sınaq müddətində olduğu üçün əmək haqqı almamış, lakin burada işləyəsi olsa ona 350-400 manat əmək haqqı veriləcəkdir, iş vaxtı saat 10:00-dan 18:00-dək, nahar fasiləsi isə saat 13:00-dan 13:30-dəkdir, gündəlik 8 saatlıq, həftəlik isə 48 saatlıq iş rejimi vardır, obyektin işçilərindən Günel xanımı, Azadə xanımı və Kəmalə xanımı tanıyır, vergi orqanında qeydiyyatı yoxdur və sabit qəbz ödəyicisi olmamışdır. İddiaçı operativ vergi yoxlaması zamanı izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən qeyd olunan ünvanda qadın gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyət növü üzrə sahibkarlıq növünə başlamış, qeyd olunan ünvandan başqa digər ünvanda hər hansı başqa obyekti yoxdur, obyektdə kassa aparatı quraşdırılmayıb, lakin qısa müddət ərzində təmin ediləcəkdir, kassa aparatının obyektə quraşdırılması üçün tərəfindən kassa şirkətinə (operatora) müraciət olunmuşdu, obyektə ümumilikdə 5 nəfər fiziki şəxs tərəfindən işə cəlb olunmuş, onlardan X18- qeydiyyatçı, X16- stilist, X28kosmetoloq, X19- stilist, X22- xadimə, həmin şəxslərlə onun arasında əmək müqaviləsi və ya xidmət müqaviləsi hələ bağlanılmayıb, lakin qısa bir zamanda əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanacaq, işçilərdən X22 ilə onun arasında əmək müqaviləsi bağlanacaqdır, digər fiziki şəxslərlə onun arasında xidməti müqavilə bağlanacaqdır, xadimənin aylıq əmək haqqısını 350 manat təklif edir, X2 müddəti uğurla bitərsə həmin şəxslə də əmək müqaviləsi bağlanacaqdır, digər şəxslərlə xidmət müqaviləsi bağlanacaqdır, obyektdə göstərilən xidmətlərdən asılı olaraq əldə olunan gəlirdən 40%- 60% nisbətiylə işçilərə 60% gəlir ödənilir, ona isə 40% ödənilir. Kollegiya qeyd edir ki, operativ vergi nəzarəti zamanı dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədəqorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus obyektdə 5 nəfərin əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmə faktı şübhə altına alındığı üçün və bu barədə vergi orqanının sübutetmə vəzifəsini icra etmədiyinə istinad olunduğu üçün işin apelyasiya baxışı zamanı işə tam və hərtərəfli baxılmasını təmin etmək məqsədlilə iddiaçı tərəfə onunla əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş 5 nəfərin məhkəmə iclasında iştirakını təmin etmək həvalə olunmuşdur. Şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, İddiaçı baldızının yoldaşıdır, Eldar obyekti açan vaxtdan o, təmizlik işlərində onlara köməklik etmiş, 3 ay müddətində tərəfindən hər bir işdə köməklik göstərilmiş, özü ixtisasca tibb bacısı olsa da, ona təklif olunan işdə özünü görmürdü, ona görə də düşündü ki, bir neçə gün həmin obyektə getsin, işi öyrənsin, həmin işin məsuliyyətini daşıya bilərsə, həmin işdə də işləyər. 2 gün idi ki, sınaq müddəti kimi həmin obyektə işə gedirdi, hələ bəlli deyildi ki, həmin işdə çalışacaq, ya yox. Əsasən qeydiyyatçı kimi işə düzələcəkdi. Hələ salon açılmamışdı, təmizlik işləri gedirdi, mebel filan quraşdırılırdı. Təxminən 300-350 manat maaş veriləcəyi vəd verilmişdi. Sonradan isə maaş artırılacaqdı. İşçilərdən Günel xanımı qohum olduğu üçün, Kəmalə xanımı və Azadə xanımı tanıyırdı. 12 yanvar 2023-cü il tarixdə Azadə xanım usta olduğu üçün özü ilə makiyaj etmək üçün model gətirmişdi. 12 – 16 yanvar 2023-cü il tarixlərində obyektdə olsa da, onunla əmək müqaviləsi bağlanmadan işləmiş, lakin 16 yanvar 2023-cü il tarixdə onunla əmək müqaviləsi bağlanmışdı. Digər şahid qismində dindirilən X16 ifadəsində bildirmişdi ki, əvvəllər yaxınlıqda olan salonda işləmiş, lakin sonradan həmin salon satıldığı üçün o da özünə iş axtarırdı, bu salona Günel xanımla (İddiaçı həyat yoldaşı) iş görüşməsinə gəlmiş, lakin müdiriyyət olmadığına görə ona deyilmişdi ki, model çağırsın, model üzərində işləyin, işinə baxılacaq, əgər işi yaxşı olarsa, o zaman işə götürülə bilər. 2-ci gün yenə həmin obyektə işə getmiş, xx.xx.2023-cü il tarixdə model üzərində işləyərkən (makiyaj edərkən) vergidən gələnlər oldu. Həmin obyektdə ümumilikdə 2 model bəzəmişdi, birini 12 yanvar tarixində, digərini isə növbəti günlərdən birində bəzəmişdi. Sonradan da Günel xanımla işləməkdə davam etmişdi. Əvvəllər başqa salonda işləyəndə sabit qəbz ödəyicisi olmuş, lakin bu obyektə gələndə fəaliyyətini dondurmuşdu. Bu obyektdə səhər saat 10-dan axşam 7-yə qədər iş saatı olacaqdı. Əslində bu obyektdə gələcəkdə icarəyəgötürən olacaqdı. İşçilərdən Kəmalə xanımı tanıyırdı, o, xadimə kimi işləyirdi. Kəmalə xanımın o gələnə qədər işçi kimi neçə gün işlədiyini bilmir, təzə gəldiyi üçün onunla nə xidmət, nə də əmək müqaviləsi bağlanmamışdı. Sonradan aralarında razılıq əldə olunduğu üçün müqavilə imzalamışlar, lakin bir neçə aydan sonra salon bağlanmış və o, işdən çıxmışdı. Həmçinin operativ vergi yoxlaması keçirilən zaman vergi orqanının əməkdaşları tərəfindən aparılmış video çəkilişin SD diskinə baxış zamanı da müəyyən olunmuşdu ki, hazır sualların olduğu blanklar əmək müqaviləsinin bağlanmadığı müəyyən olunan işçilərə təqdim olunmuş, suallar həmin şəxslərin özü tərəfindən cavablandırılmış və izahatlar şəxsən imzalanmışdır. Əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilən şəxslərə izahatlarının alındığı zaman hər hansı təzyiqin edilməsi SD diskdəki göründülərdən müəyyən olunmur və bu barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Beləliklə, aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılmış, belə ki, operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan fiziki şəxslərin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş, onların aldıqları əmək haqqı məbləğləri, aydınlaşdırılmış, 2 nəfər fiziki şəxsin izahatları alınmış, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin surətinin verilmədiyi, həmin fiziki şəxslərin hansı tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus obyektdə aparılmış operativ vergi nəzarəti nəinki qanunvericiliyin tələblərinə müvafiq şəkildə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olmuş, eyni zamanda həmin operativ vergi nəzarəti zamanı aşkar olunmuş hal- 3 nəfər şəxslə (X22, X20, X16 ilə) əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirilir. Həmin şəxslərdən ikisi yuxarıda da qeyd olunduğu kimi, operativ vergi yoxlaması zamanı verdikləri izahatlarında, digəri isə apellyasiya baxışı zamanı verdiyi ifadəsində əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunmaları faktını təsdiqləmişlər. Digər iki şəxs- X28 (kosmetoloq) və X19 (stilist) operativ vergi yoxlaması zamanı yazılı izahat verməkdən imtina etmişlər, həmin şəxslərin operativ vergi yoxlaması zamanı hansı işlərin görülməsinə cəlb edilməsi aparılmış videoçəkilişə baxış zamanı da təsdiqini tapmadı. Bununla yanaşı, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən xx.xx.2023-cü il tarixə iddiaçı ilə hər hansı fiziki şəxs arasında əmək və ya xidmət müqaviləsi bağlanmasa da (bu fakt “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumat sənədi ilə təsdiq olunur), vergi orqanının təqdim etdiyi sistemdən çıxarışa əsasən yoxlama keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunan 2 nəfər şəxs- X3 “xadimə” işinə qəbul olunmuş, X18 isə sonradan “nəzarətçi, kassa” işinə qəbul olunmuş və onların hər ikisi ilə iddiaçı arasında müvafiq əmək müqavilələri bağlanmışdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti zamanı keçirilən zaman əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən olunan 5 nəfərdən yalnız üçünün- X13, X11 və X5 əmək müqaviləsi bağlanmadan (o cümlədən sabit qəbz almadan) işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirildiyi üçün, digər iki şəxs- X28 və X8 isə əmək müqaviləsi bağlanmadan hər hansı işlərin görülməsinə cəlb olunması faktı təsdiqini tapmadığından (nəzərə alınmalıdır ki, həmin şəxslərin hər ikisinin yoxlama zamanı izahatı alınmamış və SD diskə baxış zamanı onların şəxsiyyətini və hər hansı işləri icra etməsini müəyyən etmək mümkün olmamışdır) vergi orqanı tərəfindən iddiaçıya münasibətdə 3 nəfərə görə 6000 manat maliyyə sanksiyasının tətbiq olunması əsaslı olmuşdur. Bundan başqa, işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş “Vergi ödəyicisinin obyekti barədə məlumat”dan görünür ki, qadın gözəllik salonu xx.xx.2022-ci il tarixdə İddiaçı (VÖEN **********) adına qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. Nəzarət kassa aparatları haqqında məlumatdan görünür ki, TPS 320 Smart POS markalı kassa aparatı xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus obyektdə quraşdırılmış və həmin tarixdə də qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı ona məxsus obyekti (qadın gözəllik salonunu) vergi orqanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçirsə də, həmin obyektdə nəzarət kassa aparatı yalnız xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Bu səbəbdən də xx.xx.2023cü il tarixdə obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən nəzarət kassa aparatı olmadığı üçün göstərilmiş makiyaj xidmətinə görə ödənilmiş 15 manatın NKA-nın fiskal yaddasına vurulması və çek təqdim edilməsi mümkün olmamışdır. İddiaçı operativ vergi yoxlaması həyata keçirilərkən verdiyi izahatında həqiqətən də obyektdə nəzarət kassa aparatının mövcud olmadığını təşdiqləmiş və bildirmişdir ki, nəzarət kassa aparatının quraşdırılması üçün müraciətləri olmuşdur, qısa müddət ərzində NKA-nın quraşdırılması təmin ediləcəkdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyi üçün ona 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı cavabdeh vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9451 nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. O ki qaldı birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi “vergi orqanının təqdim etdiyi SD diskdəki görüntüdə hər hansı bir müştəridən 15 manat məbləğinin alınmasının əks olunmaması”na, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçıya məxsus obyektdə NKA-nın operativ vergi nəzarəti həyata keçirildiyi xx.xx.2023-cü il tarixdə quraşdırılmadığı iddiaçının özünün həmin tarixdə verdiyi izahatı ilə də təsdiq olunur. Həmçinin həmin gün obyektdə olan X16 tərəfindən model üzərində makiyaj işinin icra edildiyi həm onun özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə, həm də SD diskdəki görüntülərlə tam təsdiq olunur. Qeyd olunan makiyaj xidmətinə görə 15 manat pulun verilməsi, lakin onun NKA-ya vurulub çekin verilməməsi SD diskdəki görüntüdə olmasa da, həmin hal vergi nəzarətini həyata keçirən vergi orqanının müfəttişləri tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya məxsus obyektdə NKA-nın yoxlama keçirilən zaman quraşdırılmaması və həmin vaxtda da həm SD diskdəki görüntüyə, həm də işçi Azadə Mütəllimovanın verdiyi ifadəyə əsasən makiyaj xidmətinin göstərilməsi faktı həqiqətən də həmin xidmətə görə ödənilən 15 manatın NKA-ya vurulmaması (NKA mövcud olmamışdır) və çekin verilməməsini bir daha təsdiqləyir və bu hal vergi qanunvericiliyinin tələbinə görə vergi orqanı tərəfindən iddiaçıya 1000 manat maliyyə sanksiyasının tətbiq olunması üçün əsas olmuşdur. Bundan başqa, “xx.xx.2023-ci il il tarixində keçirilən operativ vergi nəzarəti tədbirinə dair materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən 10 gün müddətində qərar qəbul edilməli olan halda, iddiaçıya aid qərarların xx.xx.2023-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra qəbul edilməsi” barədə dəlilə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə, vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43 və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə görə bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul edir. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir. Nəzərə alsaq ki, hazırki işdə vergi yoxlaması aktı xx.xx.2023-cü il tarixdə, məsuliyyətə cəlb etmə haqqında qərarlar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir, bu halda vergi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətlərə əməl olunmuşdur. Qeyd olunanlarla bağlı aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırmaları zamanı tam təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə qismən təkzib edilmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlaması ilə bağlı xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarı qəbul etməkdə haqlı olmuş, xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarı qəbul etməkdə isə qismən, yəni 3 nəfərə münasibətdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9203/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı qismən, vergi orqanının xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarının tam və xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarının isə 3 nəfərə münasibətdə ləğv edildiyi hissələrdə ləğv olunmalı, həmin hissələrdə iddia tələbi təmin olunmamalı, qalan hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X33 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9203/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı qismən – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9451 nömrəli Qərarının tam, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarının isə “3 nəfərə (X22, X20 və X12) münasibətdə 6000 manat maliyyə sanksiyasının tətbiqinin ləğv edilməsi” hissəsində ləğv olunsun. Həmin hissələrdə iddia tələbi rədd olunsun. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9203/2023 saylı 13 oktyabr 2023-cü il tarixli qərarı iddianın təmin edildiyi digər- “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********41 nömrəli Qərarının “2 nəfərə (X28 və X15) münasibətdə 4000 manat maliyyə sanksiyasının tətbiqinin ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X35 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar