Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1513/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Həsənov İlham Nəriman oğlunun (xx.xx.1960-cı il tarixdə Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi filialı) qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Həsənov İlham Nəriman oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı cavabdehin **********8 nömrəli xx xxxxxxx 2019-cu il tarixli imtinasının qanunsuz və əsassız hesab edilməsi, iddiaçıya pensiya hüququ yarandığı gün, yəni 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuşdur, xx.xx.1979-cu il tarixdən 27 noyabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək fəaliyyəti ilə məşgul olmuşdur. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 27 il təşkil edir.Bu stajın 14 ili zərərli sahələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısına (2130200a-14012 qaldırıcıların maşinistləri) əsasən, 2006-cı ilə qədər ümumilikdə 27 il iş stajının, bunun da 14 ili zərərli sahələrdə qazandığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşından yaranmışdır. İddiaçı DSMF-nin X18 İdarəsinə müraciət edərək güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya **********8 nömrəli xx xxxxxxx 2019-cu il tarixli imtina məktubu verərək pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın təmin edilməməsi, cavabdehin **********8 nömrəli xx xxxxxxx 2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçı Həsənov İlham Nəriman oğluna 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-594/2020 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-сi il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək kitabçasından məlum olmuşdur ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq atasının məhkəmə iclası barədə məlumatlı olduğunu, lakin xəstə olduğu üçün iclasa gələ bilmədiyini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında, xx.xx.1982-xx.xx.1982–ci il tarixədək, xx.xx.1984-cü il tarixdən - xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986 - xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyətində qısa fasilələrə yol verməklə işləmişdir. İddiaçının xx.xx.2006-cı il tarixinə ümumi iş stajı 25 il 07 ay 19 gün təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısında (2130200a-14012 qaldırıcıların maşinistləri) nəzərdə tutulmuş peşədə 14 il işlədiyi üçün 57 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (2130200a-14012 qaldırıcıların maşinistləri) nəzərdə tutulan peşədə iş stajı 14 il, ümumi iş stajı (25 il 07 ay 19 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında, xx.xx.1982xx.xx.1982–ci il tarixədək, xx.xx.1984-cü il tarixdən - xx.xx.1985-ci il tarixədək, xx.xx.1986cı ildən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986 - xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyətində qısa fasilələrə yol verməklə işlədiyi dövrünü həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinin üzərinə qoyulmasını istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq, tam araşdırmamış, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasını əsas götürərək, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, ******* nömrəli əmək kitabçasının tədqiqi zamanı işçinin əmək stajı barədə məlumatların kitabçaya dəqiq daxil edilməməsinin və bununla da güzəştli pensiya hüququ verdiyi iddia edilən ümumi iş stajı müddətinin tələblərinə cavab verməməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X15 tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, NÇPF- 14/12 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləmişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X13 və “xxxx MMC-yə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə, iş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X15 tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, NÇPF-14/12 nömrəli arayışa əsasən qeyd olunan xx.xx.1978-ci il tarixli, 78 nömrəli və xx.xx.1979-cu il tarixli, 193 nömrəli əmrlərin təsdiq olunmuş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərini, ümumiyyətlə, iddiaçının adına əmək kitabçasının açılıb-açılmaması, əmək kitabçası açılmayıbsa açılmamasının səbəbləri barədə məlumatları və sorğuda əks olunmayan, lakin işlə bağlı olan bütün sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X12 xx.xx.2020-ci il tarixli, NÇPF-12/373 saylı cavab məktubu və “xxxx” MMCnin xx.xx.2020-ci il tarixli, CRS-103-2-15-2-24-20 saylı cavab məktubları daxil olmuşdur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X12 cavab məktubunda qeyd olunan illərdə iddiaçının adına əmək kitabçasının açılıb-açılmaması barədə hər hansı sənəd müəyyən olunmadığı qeyd edilmiş və xx.xx.1978-ci il tarixli, 78 nömrəli və xx.xx.1979-cu il tarixli, 193 nömrəli əmrlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir (Sədr F.Məmmədov). İddiaçının xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixədək Neftçala rayon Rabitə Qovşağının 26 Bakı Komissarı adına qəsəbə poçt filialında poçtalyon vəzifəsində işləməsi və həmin qeydin əmək kitabçasında əks olunmaması onun həqiqiliyinə şübhə yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X15 tərəfindən iddiaçıya verilmiş, birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, NÇPF-14/12 nömrəli arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmənin sorğularına əsasən göndərilmiş sənədlərdə qeyd olunub ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 78 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 193 №-li əmrlə işdən azad edilmişdir. Lakin sorğuya cavab məktubuna əlavə olunmuş 31 nömrəli (vizual baxışdan səlist görsənmir) əmrlərin qeydiyyat kitabının üzlüyünün ksero surətində isə kitabın açılma tarixi xx.xx.1978, bağlanma tarixi isə xx.xx.1979-cu il göstərilmişdir. Yəni iddiaçının işə qəbul və işdən azad olma barədə əmrlərin tarixləri ilə əmrlərin qeydiyyat kitabının açılıb-bağlanma tarixləri bir-biri ilə üst-üstə düşmür. Eyni zamanda, sorğuya cavab məktubuna əlavə olunmuş əmrlərin surətlərində də ziddiyətlər mövcuddur, belə ki, iddiaçının işə qəbulu barədə əmri xx.xx.1978-ci il tarixli qeyd edilsə də, məktuba əlavə edilmiş əmrlərin surətində əmrin tarixi xx.xx.1978-ci il göstərilmişdir. Eyni zamanda əmrlərin qeyd olunduğu hissədə paraqraf 2:İddiaçı, paraqraf 3: X10, daha sonra əmr № 78, xx.xx.1978-ci il göstərilməklə paraqraf 1: X7, paraqraf 2: X4 göstərilmişdir. (məktuba əlavə edilmiş əmrlərin qeydiyyat kitabının sonuncu vərəqinin surətinə əsasən hazırkı kitab nömrələnib, qaytanlanıb, möhürlənib – 42 vərəq, X6 rəisi Məlikov) Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan hazırkı sənədlərlə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş kişilər 57 yaşından azı 25 il ümumi sığorta stajı olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-594/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Həsənov İlham Nəriman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X11 üzrə Mərkəzi filialına qarşı “cavabdehin **********8 nömrəli xx xxxxxxx 2019-cu il tarixli imtinasının qanunsuz və əsassız hesab edilməsi, iddiaçıya pensiya hüququ yarandığı gün, yəni 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1513/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1513/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver