Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1513/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10627/N3 saylı 15 noyabr N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun N4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, onun N saylı hərbi hissənin tərkibində döyüş zamanı yaralanan əsgər və zabitlərə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etməsini nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə əlaqədar hər hansı cavab məktubu təqdim olunmamış, iddiaçının müraciətinə heç bir cavab verilmədiyi üçün hərəkətsizlik göstərilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istefada olan tibb xidməti polkovnik-leytenantıdır. 44 günlük Vətən Müharibəsinin iştiakçısıdır, xx.xx.N0-ci il tarixindən xx.xx.N0-ci il tarixinədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq döyüş zamanı yaralanan əsgər və zabitlərimizə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi döyüş əməliyyatları zamanı Fizuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab X4 əsasən “Fizulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Döyüş əməliyyatları zamanı döyüş bölgəsində yerləşən hərbi hissədə xidmət edərək döyüş təminatı tapşırıqlarını icra etdiyinə görə müharibə veteranı adını alınmasını tələb etmək hüququ vardır. Bu hüququ gerçəkləşdirmək üçün cavabdeh orqan olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.N3-cü il tarixində vəkili vasitəsilə rəsmi şəkildə müraciət etməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddət ərzində hər hansı bir cavab almamışdır. O da qanunvericilikdə təsbit olunduğu kimi inzibati orqanın hərəkətsizliyindən müraciət etdiyi tarixdən 35 (otuz beş) gün keçənədək gözləyərək məhkəməyə iddia ərizəsini təqdim etmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdən tibb xidməti zabiti kimi həqiqi hərbi xidmətə daxil olmuş və xx.xx.N2-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. Vətən Müharibəsi başlayarkən xarici ölkədə ezamiyyətdə idi. Ezamiyyətini yarımçıq qoyaraq öz arzusu ilə döyüş əməliyyatlarına qatılmağını xahiş etmiş, Komandanlıq da xahişini nəzərə alaraq onu xx.xx.N0-ci il tarixdə döyüş əməliyyatları zonasında - Fizuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam etmişdir. xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi müharibə veteranı adını almaq qanunla təsbit olunmuş hüququdur. Nazirlər Kabinetinin 30 dekabr N1-ci il tarixli 420 №li Qərarının 2-ci bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. O da xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək döyüş əməliyyatları aparılmış ərazidə yerləşmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ilk N (iyirmi) gün ezamiyyədə, daha sonra həmin hərbi hissənin ştatında olaraq döyüş zamanı yaralanan əsgər və zabitlərə tibbi yardım göstərərək döyüş təminatı tapşırıqlarını icra etmişdir. Ona görə də, təsdiqiləyici sənədlər əsasında ona müharibə veteranı adının veriməsinə dair Qərar qəbul edilməsi cavabdehin vəzifə borcudur. Cababdehin isə müraciətinə heç bir cavab verməməsi qanunsuz hal olmaqla müharibə veteranı adını almaq hüququnu əngəlləməyə yönəlmiş hüquq pozuntusudur. Hesab edir ki, məhkəmə hüquqlarının bərpa olunmasına dair müvafiq qərar qəbul etməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz: İddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10627/N3 saylı 15 noyabr N3-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələninin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayış- məlumatdan görünür ki, İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Fizuli rayonu Əhmədbəyli kəndinə ezam olunub və yaralılara tibbi yardım göstərilməsi və təxliyyə edilməsində iştirak etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Fizuli rayonu Əhmədbəyli kəndinə ezam olunub və yaralılara tibbi yardım göstərilməsi və təxliyyə edilməsində iştrak etmişdir. Bununla da iş materialında olan müvafiq əmrlərdən və arayış məlumatlarından müəyyən edilir ki, iddiaçı Füzuli rayonu Əhmədbəyli kəndinə ezam olunmuş həmin ərazidə isə əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən xx.xx.N0ci il tarixdən xx.xx.N0-ci il tarixədək bilavasitə döyüş əməliyyatları aparılmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsi veriməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından məhkəmə qərarı qanunsuz və əsassızdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia inzibati mübahisə olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Həmçinin qeyd olunur ki, işdə olan xx.xx.N3-cü il tarixli poçt qəbzindən müəyyən edilir ki, iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciətinə münasibətdə cavab verməmiş və bununla da hərəkətsizlik göstərmişdir. Buna görə də iddiaçı İPM-nin 39-cu maddəsinə uyğun olaraq hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu üçün iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciətinə münasibətdə heç bir cavab verməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas şərt onun döyüş əməliyyatlarında iştirak etməsinə bağlı olduğundan onun həqiqətən də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və məhkəmənin sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli 2947 nömrəli məktubu ilə tibb xidməti polkovnik-leytenantı İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, hərbi xidmət keçməsi, ezam olunması və ezam olunduğu müddətdə onun fəaliyyəti barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.2019-cu il tarixli 317 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti polkovnik-leytenantı İddiaçı 27 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyanın Sankt-Peterburq şəhərindən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.N0-ci il tarixli 235 nömrəli əmrindən çıxarışdan görünür ki, Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı, Müdafiə nazirinin 6 avqust N0-ci il tarixli dərkənarına və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin 11 avqust N0-ci il tarixli 5/4728 nömrəli məktubuna əsasən təhsilini davam etdirmək məqsədilə xx.xx.N0-ci il tarixdən Rusiya Federasiyasının Moskva şəhərinə ezamiyyətə getmiş hesab edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.N0-ci il tarixli 251 nömrəli əmrindən çıxarışdan görünür ki, Tibb xidməti polkovnik-leytenantı İddiaçı 10 oktyabr N0-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən (ərzaq təminatına qoyulsun, ərzaq payı əvəzinə pul kompensasiyası ödənilsin) gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.N0-ci il tarixli 253 nömrəli əmrindən çıxarışdan görünür ki, tibb xidməti polkovnik leytenantı İddiaçı 12 oktyabr N0-ci il tarixdə N (iyirmi) gün müddətinə N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 294 nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti zərurət ilə əlaqədar olaraq ezamiyyətə gəlmiş t/x polkovnik leytenantı İddiaçı hərbi qulluqçu kimi ezamiyyətə gəlmişlərin siyahısına və qazan təminatına qoyulması qərara alınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 315 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 oktyabr N0-ci il tarixli 0910 nömrəli əmri ilə gəlmiş t/x polkovnik leytenantı İddiaçı vəzifə maaşı saxlanılmaqla döyüş əməliyyatları bitənədək N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.N0-ci il tarixli 273 nömrəli əmrindən çıxarışdan görünür ki, Xidməti zərurətlə əlaqədar olaraq Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı döyüş əməliyyatları başa çatdıqdan sonra öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissə komandirinin sərəncamına təyin olunduğu üçün xx.xx.N0-ci ildən getmiş hesab edilmişdir (ərzaq təminatından çıxarılsın, ərzaq attestatı verilsin). N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 335 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş fəaliyyətlərinin davam etdiyi dövrdə tibb hərbi hissə və müəsisələrin struktur bölmələrinin gücləndirilməsi məqsədi ilə tibb xidməti polkovnik leytenantı İddiaçı xx.xx.N0-ci il tarixdən hərbi hissə komandirinin sərəncamından çıxarılıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin sərəncamına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin xx.xx.N0-ci il tarixli 292 nömrəli əmrindən çıxarışdan görünür ki, öz vəzifəsinə qaytarılmaqla və əvvəlki vəzifə maaşı saxlanılmaqla N nömrəli hərbi hissəyə təyin olunmuş, Mərkəz rəisinin sərəncamında olan tibb xidməti polkovnik-leytenantı İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0-ci il tarixli 01077 nömrəli əmri ilə Mərkəz rəisinin sərəncamına qayıtmış hesab edilməsi (ərzaq təminatına qoyulsun, ərzaq payı əvəzinə pul kompensasiyası ödənilsin) qərara alınmışdır. N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixli 2126 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə döyüş tapşırıqları yerinə yetirərək yaralılara tibbi yardımın göstərilməsi və təxliyyə edilməsində iştirak etmişdir. Azərbaycan Respublikası medalının İ-14040 nömrəli vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan iddiaçıya məxsus hərbi biletdə onun yuxarıda göstərilən tarixlərdə olan xidmətləri barədə qeydlər əksini tapmış, eyni zamanda İddiaçı “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı”, “Füzulinin azad olunmasına görə” medalı, “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medalları, “Azərbaycan Respublikası SQ 90 illiyi”, “Azərbaycan Ordusunun 95 illiyi” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunduğu müəyyən olunur. Həmçinin işə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin verdiyi N avqust N3-cü il tarixli arayışının məzmunundan görünür ki, arayış Silahlı Qüvvələrin Baş Klinik Hospitalından ezamiyyətə gəlmiş tibb xidməti polkovnik-leytenantı İddiaçı verilmişdir ondan ötrü ki, həqiqətən o, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün bölmələrdə yaralılara tibbi yardımın göstərilməsi və təxliyyə edilməsində iştirak etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İş üzrə cavabdeh qurum iddianın təmin edilməsi barədə məhkəmə qərarından narazı qalıb, verdiyi apellyasiya şikayətində ona istinad edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu abzasında göstərilmişdir ki, N0-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, habelə Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. İddiaçı xx.xx.N0-ci ildən xx.xx.N0-ci il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndinə ezam olunub, yaralılara tibbi yardım göstərilməsində və təxliyyə edilməsində iştirak etdiyi üçün və həmin ərazidə xx.xx.N0-ci il tarixdən xx.xx.1N0-ci il tarixədək bilavasitə döyüş əməliyyatları aparılmadığından o, tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazidə yerinə yetirmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə münasibətdə bildirir ki, iddiaçının ezam olunduğu Füzuli rayonunun Əhmədbəyli kəndinin adı sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında əksini tapmasa da, İddiaçı xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün bölmələrdə yaralılara tibbi yardım göstərməsi və təxliyyə edilməsində iştirak etməsi faktı təkzibolunmazdır. Həmçinin iddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir. Bununla yanaşı, iddiaçının qeyd olunan xidməti yüksək qiymətləndirilərək, ona “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunması bir daha onun Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etməsini əsaslandıra biləcək hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh qurumun apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10627/N3 saylı 15 noyabr N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10627/N3 saylı 15 noyabr N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(103)-1513/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1513/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver