Məhkəmə qərarları › İş №2-1(103)-1514/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1514/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1514/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və hüquqi yardım üzrə vəkil xərcinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1098/2021 saylı 09.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 20 may 2020-ci il tarixli, **********0 əmrinin ləğv edilməsi, İddiaçı dövlət qulluğuna bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ondan vəkilə hüquqi yardım üçün ödədyi 500 (beş) yüz manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı X4 təşkil etdiyi dövlət qulluğu imtahanlarında iştirak edərək, test imtahanından və daha sonra şifahi müsahibədən uğurla keçərək 2016-cı ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Astara Rayon şöbəsinin Sosial yardım və müavinət sektorunda inzibati vəzifə kateqoriyası üzrə baş məsləhətçi təyin olunmuşdur. 2 il ərzində həmin fondda işləmiş, 2018-ci ilin sentyabrında 3-də yeni rəhbər təsdiq olunduqdan sonra, sonuncu ona qarşı qərəzlik etməyə başlasa da o, öz vəzifələrini layiqincə icra elməyə çalışmışdır. Lakin, bəzi hallarda ondan asılı olmayan səbəblərdən problemlərlə rastlaşmışdır. Belə ki, yoxlamağa getdiyi ailələrin ailə tərkibi və sayı, ümumiyyətlə, yoxlanılacaq ailələr barədə rəhbərliyin yaratdığı maneəlerdən asılı olaraq heç bir məlumatı olmurdu. Belə halların birində iddiaçı yoxlamada olduğu zaman özünü təmsilçi kimi təqdim edən qadından şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin qadın vəsiqənin özündə olmadığını bildirmişdir. Qadının iddiaçıya, ailənin 4 nəfərdən ibarət olduğu və bir uşağın talasimiya xəstəsi olduğu barədə məlumat verilmişdir. Əvvəllər həmin vətəndaşı tanımayıb və onunla heç bir ünsiyyəti olmamışdır. Ona təqdim olunmuş məlumatları aktda qeyd etmiş, vətəndaşın nə müayinə zamanı, nə də sonradan heç bir şikayəti və vətəndaşdan heç bir təminatı olmamışdır. Sonradan əldə etdiyi məlumatlara əsasən, şöbə rəhbəri X1 ondan nazirliyiə təqdimat yazıb. Heç bir zaman şöbə müdirinin və sektor müdiri Elçin Məlikov tapşırıqlarına laqeyid münasibət göstərməmiş, lakin dəfələlərlə onu sektordan uzaqlaşdıracaqları barədə məlumat vermişdir. Çünki, vətəndaşlar tərəfindən ünvanlı sosial yardımla bağlı VEMTASA ötürülən müraciətlərin evlərdə müayinəsinin vaxtında icra olunmamasını onlara bildirmişdir. Onun əsas vəzifələrindən biri ünvanlı dövlət sosial yardımı üzrə ailələrin maddi-məişət şəraitlərinin sistemini yoxlanmasıdır. Lakin ona həmin sistemi yoxlamağa sonradan icazə verməyiblər və bundan sonra demək olar ki, ona heç bir iş verilmir, sadəcə işlər çox olduğundan ona vətəndaşların ad, soyad haqqında məlumatları işləmək verilir, onların digər maddi vəziyyəti haqqında sistemdə olan digər məlumatları görmürdü.Bir neçə dəfə ondan təqdimat yazılmış, lakin onu vəzifəsindən kənarlaşdırmağa nail ola bilməmişlər. Uğur Qurbanzadə DSMF-nin Astara rayon şöbəsinə vəzifəyə gəldikdən sonra 2019-cu ilin oktyabrda ondan təqdimat yazmışdır. Halbuki, nazirlik tərəfindən verilməli idi. Ona verilmiş töhmətdə prosessual qaydalar ciddi şəkildə pozulmuşdur. 2020-ci ilin mayın 20-də nazir Sahil Babayevin **********0 əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Faktiki olaraq vəzifəsini yerinə yetirməyə maneə olmuş və onun səlahiyyətində olan başqa şəxsə həvalə etmişlər. Digər tərəfdən onun dövlət qullğunu xitam verilməsi barədə əmr guya pozuntu etdiyinə əsas olan hal kimi nəzərdə tutulmuş hadisədən 7 ay sonra verilmişdir. Ki, bu da Qanunun tələblərinə ziddir (“İnzibati icraat haqqında Qanunun 61.1, 67.1, «Dövlət qulluğu haqqıenda» Qanunun 25.1, -25-3, 25.2.6, 25.5, 26.2-ci maddələrinə istinad olunur.) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1098/2021 saylı 09.02.2021-ci il tarixli qərarı ilə iddia ərizəsi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş və həmin Məcəllənin 35.1-ci maddəsinin tələbi baxımından apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, eyni zamanda qeyd etmişdir ki, «Dövlət qulluğu haqqında» Qanunun 25.2 - 25.3-cü maddələri ilə bağlı iddiaçıdan yazılı izahatı alınmışdır. Təqdim edilmiş materiallarına əsasən baş vermiş hadisə ilə bağlı ilk öncə sektor müdiri X5 22.10.2019-cu il tarixdə Fonun Astara rayon şöbəsinin müdirinə məlumatlandırılmış, sonuncu bu barədə 23.10.2019-cu il tarixli **********4 №-li xidməti məruzə ilə Fondun mərkəzi aparatına məlumat vermişdir. DSMFnin direktoru «Dövlət qulluğu haqqında» Qanunun 25.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 5.6.11-ci yarımbəndini əsas götürərək 07 noyabr 2019-cu il il tarixli **********2 №-li əmri ilə xidməti araşdırma təyin etmişdir. Qeyd edilənlərə əsasən işəgötürən qismində dövlət orqanının rəhbəri iddiaçı barəsində intizam tənbehi tədbiri tətbiq edərək işdən azad etmişdir. İddiaçıya fərqli vaxtlarda fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar nazirliyin 01 noyabr 2018-ci il tarixli **********1 №-li əmri ilə töhmət verilmişdir. Töhmət verilməsinə əsas Fondun 19 may 2018ci il tarixli **********5 №-li yazılı məruzəsi olmuşdur. “Dövlət qulluğu haqqında” anunun 25.5-ci madaasinin tələbləri pozulmamış, barəsində xidməti araşdırmanın getdiyi müddət 1 aylıq müddətə daxil edilmir. Həmçinin DSMF-nin xidməti araşdırmaq səlahiyyəti mövcuddur. Belə ki, qeyd olunan Əsasnamənin 5.6.9-cu yarımbəndinə əsasən Fond Fondaparatın və yerli orqanların inzibati vzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır; 5.6.11-ci yarımbəndinə əsasən Fondun işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir (Daha sonra İPM-in normalarına istinadən şikayətin təmin olunmasıməhkəmədən xahiş olunur.) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.Əliyev apellyasiya şikayətinə etirazını bildirərək əvvəllər iddiaçıya dövlət qulluğunda yol verdiyi nöqsanlara görə töhmət verildiyini qeyd edrərək iddiaçının nümayəndəsinin dedikləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, cavabdehin apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbinə və iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh nazirliyin iddiaçı ilə 24 may 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verməsi barədə 20 may 2020-ci il tarixli, **********0 əmrinin ləğv edilməsini və dövlət qulluğuna bərpa edilməsi öhdəliyinin ona həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsindən görünür ki, iş materiallarına, o cümlədən: - iddiaçının çalışdığı AR ƏƏSMN DSMF-nin Astara rayon şöbəsinin sektor müdiri Elçin Məlikovun həmin şöbənin müdiri Uğur Qurbanzadəyə ünvanlaknmış 22.10.2019-cu il tarixli və sonuncunun həmin Fondun direktoru Himalay Məmişova ünvanlanmış xidməti məruzəs xidməti məruzələrinə; - Fondun direktoru Himalay Məmişovun 07 noyabr 2019-cu il tarixli № **********2 saylı xidməti araşdırmanın aparılması haqqında əmrinə və onun Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi barədə xidməti məruzəsinə ; - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********0 nömrəli 20 may 2020-ci il tarixli İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında əmrinə və işdə olan digər sənədlərə əsasən işin aşağdıakı faktiki halları müəyyən edilmişdir. “...İddiaçı dövlət qulluqçusu kimi vəzifəsinin icrası zamanı öz vəzifə təlimatına uyğun olmayaraq, ünvanlı sosial yardım ilə bağlı vətəndaşın maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi zamanı müayinə aktını təmsilçinin adından onun anasına imzalatdırmış və elektron sistemdəki məlumatların doğruluğunu dəqiqləşdirmədən aktda qeyd etmişdir. Müayinənin nəticə barədə əsaslı şübhələr yarandığından, yenidən müayinə təşkil edilmiş, vətəndaşın həmin yaşayış sahəsində deyil, başqa şəhərdə yaşadığı məlum olmuşdur. Həmçinin, iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının fərqli vaxtlarda fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqədar ona cavabdeh inzibati orqanın 01 noyabr 2018-ci il tarixli **********1 nömrəli əmri ilə töhmət verilmişdir. İddiaçı Dövlət qulluğu haqqında Qanunun 18-ci maddəsinin tələblərini pozmuş, Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq hazırlanmış yazılı məruzə əsasında iddiaçı barəsində Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsində qeyd edilən intizam tənbeh tədbirlərindən biri –dövlət qulluğundan azad etmə tətbiq edilmişdir... Daha sonra, məhkəmə, iddiaçının “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilinə münasibət bildirərək, qeyd etmişdir ki, həmin Qanunun “...25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İş üzrə araşdırma zamanı tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildi ki, iddiaçının vətəndaşın maddi-məişət şəraitinin müayinəsi zamanı yol verdiyi pozuntu, həmin vətəndaşın təkrar maddi-məişət şəraitinin yoxlanılması zamanı- 22.10.2019-cu il tarixində aşkar edilmiş, bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun direktorunun 07 noyabr 2020-ci il tarixli **********2 saylı Əmri ilə iddiaçının xidməti fəaliyyətinin araşdırılması başlanılmış, Astara rayon şöbəsinin 24 dekabr 2019-cu il tarixli əmri ilə növbəti məzuniyyətə buraxılmış, xidməti araşdırma çərçivəsində iddiaçıdan və şöbənin Sosial yardım və müavinətlər sektorunun müdirindən izahatlar alınmış, xidməti araşdırma yekunlaşdıqdan sonra Fondun direktorunun iddiaçının intizam məsuliyyətinə cəlb edilməsi barədə xidməti xidməti məruzəsindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında **********0 nömrəli 20 may 2020-ci il tarixli Əmr verilməklə tutduğu dövlət qulluğu vəzifəsindən azad edilmişdir. Daha sonra, məhkəmə, işin qeyd olunan hallarına qiymət verərək qeyd etmişdir ki, “barəsində danışılan hadisə aşkar edildiyi vaxtdan (22.10.2019-cu il) 1 ay keçməmiş xidməti araşdıma başlanılmış (07.11.2019-cu il), xidməti araşdırma müddəti Qanunun tələb etdiyi 1 aylıq müddətə daxil edilmir. Xidməti araşdırma yekunlaşdırdan sonra 15 may 2020-ci il tarixdə DSMF-nin direktoru cavabdeh nazirliyə xidməti məruzə ünvanlamış və 20 may 2020-ci il tarixində iddiaçının mübahisələndirdiyi əmr qəbul edilmişdir. Məhkəmə, iddiaçının DSMF-nin xidməti araşdırma aparmaq səlahiyyətinin olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 5.6.9-cu yarımbəndinə əsasən Fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Belə olan halda, məhkəmə hesab edir ki, DSMF-nin yerli orqanı sayılan Astara rayon Şöbəsinin əməkdaşı barədə xidməti araşdırma aparmaqda DSMF səlahiyyətli olmuşdur. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aşağıdakılara görə qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, işdən (xidməti araşdırma materiallarından, iddiaçı tərəfindən yoxlanılan ailənin (təmsil edən X2) maddi-məişət şəraitinin müayinəsinə dair məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya əvvəllər də 01 noyabr 2018-ci il tarixli əmri ilə tutduğu baş məsləhətçi vəzifəsini yerinə yetirərkən fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət verilmiş və həmin tarixdən heç bir il keçməmiş, yenidən öz pozuntulara yol verərək ünvanlı sosial yardıma dair şöbəyə müraciət edən ərizəçinin ailə maddi-məişət şəraiti barəsində düzgün olmayan məlumatları qeydə almış, tərtib etdiyi işə əlavə olunmuş müayinə aktında (məlumatı) ailəni təmsil edən Astara rayon İHB-nın Kakalos kəndində yaşayan Ş.S.Rzayevanın şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi halda, onun iştirakı olmadan aktı anasına imzalatmışdır. Halbuki, işə Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd inzibati ərazi dairəsinin iş materiallarına əlavə olunmuş 21.oktyabr 2019-cu il tarixli arayışından görünür ki, maddi-məişət şəraiti yoxlanılan ailənin təmsilçisi Ş.Rzayeva həmin vaxt ərazidə yaşamamışdır. Bundan əlavə həmin aktda ailə üzvləri kimi ərizəçinin qaynatası, gəlini və oğlunun orada yaşamasına dair həqiqətə uyğun olmayan məlumatlar da yazılmış və həmin məlumatlar VEMTAS sisteminə daxil edilmişdir. Eyni zamanda, şöbənin sektor müdiri Elçin Məlikov tərəfindən 21.10.2019-cu il tarixdə aparılan təkrar müayinə zamanı Ş.Rzayevanın 150 manat aliment aldığı və qaynatası Həsənov Siyasət qüdrət oğlunun gəlini və oğlunun ailəsi ilə birlikdə başqa yerdə Abşeron rayonu Xırdalan şəhərində yaşadığı müəyyən olunmuşdur. Ən azından, iddiaçı xidməti araşdırma zamanı verdiyi izahatında qeyd olunan pozutulara yol verdiyi inkar olunmur. “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluqçusu aşağıdakılara əməl etməyə borcludur: 18.0.2. rəhbərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.12. etik davranış qaydalarına. “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Qanunu ilə dövlət qulluqçusu aşağıdakıları yerinə yetirməyə borcludur: 5.1. öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə; 7.1. Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa; 10.1. birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə... Konkret halda, işin sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçı qanunvericiliyin qeyd olunan tələbləri qaydasında tutduğu dövlət qulluğu vəzifəsini lazımınca yerinnə yetirməmiş, dövlət qulluqçusu adı ilə bir araya sığmayan pozuntulara yol vermişdir. Belə olan halda, “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində “dövlət qulluğundan azad edilməsi” kimi intizam tənbeh tədbiri tətbiq edilə bilər. ” Həmin Qanunun 25.6-cı maddəsinə əsasən Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Eyni zamanda, “Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Konkret halda, Qanunun qeyd olunan tələbləri qaydasında da məhz, aparılmış xidməti araşdırma nəticəsində iddiaçının dövlət qulluğunda vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verildiyi müəyyən olunmuş və intizam məsuliyyətinə cəlb olunaraq cavabdeh nazirlyin 20 may 2021-ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Qanunun qeyd olunan 33.1-ci maddəsinin tələbinə əsasən isə bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilir.” Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin onun qanunsuz işdən azad edildiyini mübahisələndirən dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətində, habelə nümayəndəsinin məhkəməyə verdiyi izahatlarında, hadisədən 7 ay sonra intizam məsuliyyətinə cəlb edilməsinin qanunvericiləyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə də razılaşmır. Belə ki, “Dövlət qulluğu haqqında” 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olarpaq yol verdiyi həmin pozuntularla bağlı işlədiyi şöbənin sektor müdiri Elçin Məlikov tərəfindən 22.10.2019-cu il tarixində həmin şöbənin rəhbəri Uğur Qurbanzadəyə müraciət olunduqdan sonra, sonuncu iddiaçı barəsində tədbirlər görülməsi üçün cavabdeh nazirliyin tabeliyində DSMF-yə xidməti məruzə ilə müraciət olunmuş və bu sonuncunun 07 noyabr 2019-cu il tarixli əmri ilə iddiaçı barəstində xidməti araşdırma başlanılmışdır. Lakin, iddiaçı növbəti ay (Astara rayon şöbəsinin 24.12.2019-cu il tarixli əmri ilə) əmək məzuniyyətinə buraxılmış, qayıtdıqdan sonra xidməti araşdırma davam etmiş və 15.05.2020-ci il tarixdə isə Fond tərəfindən iddiaçının intizam məsuliyyətinə cəlb olunması cavabdeh nazirlik qarşısında barədə məsələ (xidməti məruzə) qaldırılmış və sonuncunun 20 may 2020-ci il tarixli əmrinə əsasən iddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilənləri nəzəə alan məhkəmə kollegiyası məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin DSMF-nin xidməti araşdırma aparmaq səlahiyyətinin olmadığını mübahisələndirən dəlili ilə raılaşmayaraq onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 5.6.9-cu yarımbəndinə görə Fond aparatın və yerli orqanların inzibati vəzifə tutan işçiləri barədə intizam tənbeh tədbirlərinin görülməsi üçün nazirlik qarşısında məsələ qaldırır. Əsasnamənin qeyd olunan normasının mənası onu deməyə əsas verir ki, DSMF-nin yerli orqanlarda vəzifə tutan əməkdaşları tərəfindən dövlət qulluğunda yol verilən pozuntularla bağlı xidməti araşdırma aparmaq səlahiyyəti mövcuddur. Ən azından Əsasnamə ilə iddiaçının xidmət etdiyi qürumun yuxarı instansiya orqanı DSMF-nin xidməti araşdırma aparmaq hüququ məhdudlaşıdırlmamışdır. Məhkəmə kollegiyası “Dövlət qulluğu haqqında” Qanunun 25.4-cü maddəsində nəzərdə tutulan xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi ilə bağlı onu da qeyd edir ki, həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə - Qanunun qeyd olunan 25.4-cü maddəsinə müvafiq olaraq icra hakimiyyəti orqanlarında dövlət qulluqçusuna münasibətdə tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydasının iki ay müddətində layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılsa da, bu günə olan vəziyyətə belə bir qüvvədə olan Qayda mövcud deyil. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin mübahisələndirilən əmri ilə iddiaçının dövlət qulluğundan azad edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilətəsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.69-cu bəndindən isə görünür ki, əsasən nazirliyin işçilərinin fəaliyyətini və peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər gömək kimi vəzifələri vardır. Həmin Əsasnamənin 5.5.6-cı bəndinə əsasən Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirən 20 may 2020-ci il tarixli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Odur ki, iddiaçının həmin əmrin ləğv olunması və tutduğu vəzifəsinə bərpa olunması barədə iddia tələbinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1098/2021 saylı 09.02.2021-ci il tarixli qərarı ilə rədd olunması və bu baxımdan vəkilə çəkdiyi xərclərin onun özünə aid edilməsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1098/2021 saylı 09.02.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar