Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1514/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illər, yəni 30 ildən artıq müddət ərzində, istifadəsində olmuş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin xidməti yaşayış sahəsi kateqoriyasından çıxarılması və onunla mənzilinə dair daimi icarə müqaviləsinin (sosial kirayə müqaviləsi) bağlanmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirlməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(112)-2423/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m. ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılmış və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin 2-1(112)-10255/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunaraq, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 36,8 kv. metr olan 3 (üç) otaqlı 30 №li mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev (keçmiş 2-ci Məmmədyarov bulvarı) küçəsi, 9 nömrəli evin, 30 nömrəli mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi, Cavabdeh başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişinin yerinə yetirilməsi mümkün deyildir. Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev (keçmiş 2-ci Məmmədyarov bulvarı) küçəsi, 9 nömrəli evin, 30 nömrəli mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin balansındadır. Belə olan halda Balansaxlayıcı orqan Müdafiə Nazirliyi olduğundan və onların müraciətlərinə əsasən yuxarıda qeyd olunan mənzil xidməti mənzillər siyahısından çıxarılmalı və İddiaçı ilə bu mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilə bilərdi. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən qeyd olunan mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq və İddiaçı ilə bu mənzilə dair daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi barədə rəsmi müraciəti daxil olmamışdır. Həmçinin həmin mənzil xüsusi təyinatlı yaşayış fondunun mənzillər kateqoriyasına aid edilmişdir. Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 1.4-cü maddəsinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası Yerli İcra Hakimiyyəti haqqında əsasnaməsinə 4.9.8-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1 -ci bəndinə əsasən “Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.” Həmin məcəllənin 51.1-ci bəndinə əsasən "Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.” Eyni zamanda Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Kommunal mənzildə boşalmış yaşayış sahələrinin verilməsinə dair 58.2-ci maddəsinə əsasən kommunal mənzildə bu Məcəllənin 58.1 -ci maddəsində göstərilən vətəndaşlar olmadıqda (yaşamadıqda), boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə onların ərizəsinə əsasən sosial kirayə müqaviləsi üzrə verilir. Qeyd olunan məcəllənin məzmunundan görünür ki, qeyd olunan mənzillə bağlı kirayə müqaviləsinin bağlanması boşalmış yaşayış sahəsi həmin mənzildə yaşayan, müəyyən edilmiş qaydada aztəminatlı hesab edilə bilən və ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ayrılma normasından az olan kirayəçilərə və (və ya) mülkiyyətçilərə şamil edilir. Eləcə də, məhkəmə işə birtərəfli yanaşaraq cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almamışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi X8 iddiaçı tərəfindən hazırki tələblə onlara müraciət olunduğunu, lakin iddiaçının müraciətinə hələ ki cavab verilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iş üzrə tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxaraq gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Qeyd olunan hallar işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən tam araşdırılmamış, iddiaçının “ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması” barədə tələbinin mümkünlük şərtlərinə cavab verib-vermədiyi məsələsi tam yoxlanılmamış və nəticədə qeyd olunan tələbə də mahiyyəti üzrə baxılaraq onun da təmin edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yasamal RİHB-nın 069/15 saylı xx.xx.1993-cü il tarixli sərəncamı əsasında verilmiş xx.xx.1993-cü il tarixli, 002109 №-li xidməti orderin surətindən müəyyən olunur ki, Yasamal RİH tərəfindən İddiaçı 5 (beş nəfər) ailə tərkibi ilə birlikdə Bakı şəhəri, Məmmədyarov Bulvarı küçəsində ümumi sahəsi 38,6 kv. metr olan, 9 saylı evin 30 saylı mənzili ayrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı rayon Mənzil-İstismar Hissəsi 4 saylı Mənzil-İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli, 1030 №-li arayışda qeyd olunmuşdur ki, o, Bakı şəhəri, Nəsimayonu, A.Əliyev küçəsində yaşayış sahəsi tutan 9 saylı 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 38.6 kv.metr sahəsi olan 30 saylı mənzildə yaşayış və daimi pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ünvanlanmış **********06 №-li xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydaları”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma edilmiş Xidməti mənzillərin siyahısından çıxarışda ünvan 4 göstərilmişdir. İddiaçının hazırki tələbinə cavab olaraq Yasamal RİH-nin xx.xx.2023-cü il tarixli, 5- 21/2-İV-19-068/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9 ünvanında yerləşən 30 saylı mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansında olduğundan həmin mənzilə dair onunla daimi kirayə müqaviləsinin bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlaryataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə... işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildə 1993-cü il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 36,8 kv. metr olan 3 (üç) otaqlı 30 №li mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı qəbul etməməkdə haqlı olmadığına istinad edərək, iddia tələbini təmin etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının: 1.2-ci bəndinə əsasən Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.4-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1-ci bəndinə əsasən Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir. Beləliklə, yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, balanssaxlayıcının qərarı əsasında həyata keçirilir. Hazırki işdən görünür ki, iddiaçının onunla kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin balans saxlayıcısı Cavabdeh deyil, Müdafiə Nazirliyidir. Belə olan halda müvafiq mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına Əmlak Məsələləri Dövlət Xidməti razı olsa da, balans saxlayıcı Müdafiə Nazirliyi tərəfindən bu barədə ayrıca qərar qəbul edilməmişdir. Belə olan halda iddiaçının tələbinin təmin olunmasında cavabdeh inzibati orqan Cavabdeh düzgün olaraq imtina etmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə balans saxlayıcıı Müdafiə Nazirliyinin iddiaçının kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı müvafiq qərarı olmadığı halda həmin mənzil dövlət mənzil fonduna keçirilə bilməz və Cavabdeh iddiaçı ilə həmin mənzilə dair hər hansı kirayə müqaviləsi bağlaya bilməz. Bunun üçün yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə iddiaçı tərəfindən əməl olunmalıdır. İddiaçıya izah olunur ki, adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı balans saxlayıcı Müdafiə Nazirliyinə müraciət etməli, onun müraciətindən imtina olunduğu halda həmin imtinanı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Yalnız qeyd olunan mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması ilə bağlı balans saxlayıcının müvafiq qərarı olduqdan sonra (Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla) iddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı Cavabdehnə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almadan iddiaçının iddia tələbinin mümkünlük şərtlərininin ödənildiyini tam yoxlamadan Cavabdehnə qarşı verilmiş iddiaya mahiyyəti üzrə baxaraq tez-tələsik qərar qəbul etmişdir ki, bununla da yuxarıda sadalanan maddi huquq normalarının pozulmasına yol vermişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10255/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarı ləğv olunmalı və iddia tələbi qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10255/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarı ləğv ləğv edilsin. İddia tələbi qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1514/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1514/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver