Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1514/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini - 492.341.60 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəicəsində müəyyən edilmiş vergi -137.084,33 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 355257,27 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarından görünür ki, 2024-cü ilin mart ayı hesabat dövrü ilə bağlı iddiaçı əlavə dəyər vergisini -137.084,33 manat bəyan etmiş, cavabdeh tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi -114321.35 manat olmuş, nəticədə iddiaçıya həmin hesabat dövrü üzrə 22.762,98 manat əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-d\n vari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 7091511.6 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cari bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 6805710.49 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə -285801.11 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49744/2024 saylı qərarından görünür ki, iddiaçıya 2023-cü il hesab dövrü ilə bağlı 476080,18 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 2451397,96 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********712400 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli **********712400 saylı qərarın ləğv edilməsi” kimi qəbul edilmişdir.
7. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 49744/2024 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi barədə qərardad qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçınə bildirilmişdir ki, "xxxx" MMC (**********) xx.xx.2024-cü il tarixli, **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, əldə etdiyi (xx.xx.2023-cü il tarixli, EBCN seriyalı 848031 nömərli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 629227 nömərli, xx.xx.2023 tarixli, EMDA serialı 628548 nömrəli, xx.xx.2023 tarixli, EBDA serialı 628123 nömərli, xx.xx.2023 tarixli EBDA serialı, 630240 nömərli, xx.xx.2023-cü il tarixli EBDB serialı 782633 nömərli, xx.xx.2023 tarixli EBDC serialı 551777 nömrəli, xx.xx.2023 tarixli EBCJ serialı 553849 nömrəli) elektron qaimə-faktura(lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bu səbəbdən cəmiyyətin 355257.27 manat miqdarında vergi borcunun olması barədə **********712400 qərar qəbul edilmiş, yaranmış vergi borcunun ödənilməsi üçün ona qarşı vergi qanunverciliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi başlanılmışdır. Qeyd edilən qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən satıcı satıcıya müəyyən malları verməyi, alıcı isə bunun müqabilində razılaşdırılmış haqqı ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə uyğun müəyyən mallar kontragentdən əldə edilmiş və bunun müqabilində ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, cəmiyyət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək "xxxx" MMC-dən əldə etmiş olduğu malların dəyərini ödəmişdir. Bu, əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Göstərilən əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılmasını və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilməsini göstərən hər hansı sübut mövcud deyil. Bundan başqa cəmiyyətin gələcəkə kontragentin riskli vergi ödəyicisi olacağını müəyyən etmək, habelə onda əldə edilmiş malların olub-olmamasını müəyyən etmə imkanı mövcud olmamışdır. Başqa sözlə cəmiyyət müqavilə bağlayarkən kontagentinin gələcəkdə riskli vergi ödəyici ola biləcəyini yoxlaya bilməzdi və onun bu cür səlahiyyəti və imkanı mövcud deyil. Vergi orqanı isə hər hansı sübut və əsas olmadan, heç bir əsaslandırma aparmadan şübhələrlə, hansıkı həmin şübhələr əsaslı hesab oluna bilməz, aparılmış əməliyyatları əmtəəsiz hesab etmiş və vergi qanunverciliyinin tələblərini pozmaqla cəmiyyətin təqsirli olması barədə qənaətə gəlmişdir. Bunun nəticəsində də vergi orqanı iddiaçının üzərinə müəyyən vəzifə qoyulmasına səbəb olan qanunsuz inzibati aktı (əlverişsiz aktı) qəbul etmişdir.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisələndirilən 2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə yenidən kameral vergi yoxlaması keçirilmiş, cavabdehin xx.xx.2024cü il tarixli **********712400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar” ilə cavabdehin xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarı ləğv edilmişdir. Odur ki, iddia həmin hissədə mümkün hesab edilməməlidir. Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin bəyannamə üzrə aparılmış araşdırma zamanı təqdim edilmiş 2023-cü il mənfəət bəyannamənin “Xammal və materiallar", “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri” “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli eqaimə- fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış malmaterialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 2451397,6 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********777800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət bəyannaməsi üzrə 476080,18 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların “Meyarlar”ının müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə ******* manat dəyərində əldə edilmiş elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirildiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və X3 (VÖEN **********) tərəfindən təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş elektron qaiməfakturaların əmtəəsiz əməliyyatlar olduğu müəyyən edilmişdir və qeyd olunanlarla bağlı vergi ödəyicisinə xx.xx.2023- cü il tarixli **********768800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Vergi ödəyicisinin təsərrüfat subyekttinə (obyektinə) baxış keçirilmişdir. Baxış keçirilən zaman ərazinin quşçuluq ferması olduğu və həmin ünvanda 29 vergi ödəyicisinin aktiv təsərrüfat subyektinin qeydiyyatda olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2,-ci yatımbəndinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-cü il tarixli **********442900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. X3 xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində cəmi 78,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda " Odnorazvi paltar, 180 almaz Bosch, tangit 1 kq, 6x12 tava boltu, fonar zaryatkalı və s. " qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1., 2.1.3., 3.1.1,-ci yatımbəndlərinə əsasən X3 riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2022-cü il tarixli **********035800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-49744/2024 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024cü il tarixdə onun elektron qovluğuna göndərilmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə onun tərəfindən oxunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar barədə kifayət qədər məlumatının olduğu tarixdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət etdiyini sübut edir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
23. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-49744/2024 nömrəli qərarlarının ləğv edilməsini tələb edir.
24. Cavabdeh orqan isə vergi ödəyicisinin apardığı əməliyyatları Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq əmtəəsiz əməliyyatlar hesab etmiş və iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
25. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
26. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmişdir.
27. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən hüquqi şəxs "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş e-qaimə fakturalar üzrə ümumilikdə 355257,27 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən müxtəlif dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 355257,27 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 355257,27 manat əlavə vergi məbləği hesablanmış və bu barədə Sizə xx.xx.2024-cü il tarixli **********712400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Eyni zamanda qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 7091511,6 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1 .2.1 +301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 6805710,49 manat olduğu müəyyən edilmişdir ki, bu da təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək 285801,11 manat məbləğində kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 285801,11 manat əlavə vergi məbləği hesablanmış və bu barədə Sizə xx.xx.2024-cü il tarixli **********735500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Apaırlmış araşdırma zamanı vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 2451397,96 manat dəyərində elektron qaimə-fakturalar vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 476080,18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə Sizə xx.xx.2024-cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Sorğuda qeyd edilmiş 2-ci sualla bağlı bildirilir ki, vergi ödəyicisinin müvafiq dövr ərzində olan gəlir və xərc məbləğlərinin uçot-baza məlumatlarına əsasən bəlli olduğu nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsi zamanı NK 55 nömrəli Qərar tətbiq edilməmişdir. 3-cü sualla bağlı bildirilir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli **********218800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar gücləndirilmiş elektron imza ilə imzalanmışdır.
28. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya 2023-cü il üzrə əlavə mənfəət vergisi, 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi hesablayarkən riskli hesab edilən qaimələrə istinad etmişdir, hansı ki, həmin qaimələr "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə aparılmış əməliyyatlara görə təqdim edilmiş xx.xx.2023 tarixli EBCN seriyalı 848031 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 629227 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 628548 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 628123 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 630240 nömrəli, xx.xx.2023 tarixli EBDB seriyalı 782633 nömrəli, xx.xx.2023 tarixli EBDC seriyalı 551777 nömrəli, xx.xx.2022 tarixli EBCJ seriyalı 553849 nömrəli qaimələr olmuşdur.
29. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024 tarixli **********442900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, yəni iddiaçı onunla əməliyyat apararkən həmin müəssisə riskli vergi ödəyicisi olmamışdır.
30. Odur ki, qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçının yuxarıda qeyd olunan hüquqi şəxslər ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur.
31. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2024-cü il tarixli **********712400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar”ın xx.xx.2024-cü il tarixli **********735500 saylı qərar ilə ləğv edilməsi ilə bağlı gətirdiyi arqumentə münasibətdə qeyd etməyi zəruri bilir ki, xx.xx.2024-cü il tarixli **********735500 saylı qərarın 6-cı - həmin qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat hissəsində xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərar barədə məlumat göstərilmişdir. Lakin iş materiallarında həmin qərarın ləğv edilməsi barədə cavabdeh orqanın inzibati aktı mövcud deyil. Cavabdehin nümayəndəsinin xx.xx.2024cü il tarilxi qərarın 6-cı bəndində xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə məlumatın qeyd olunması və buna görə də əlavə qərarın qəbul edilməsinə zərurətin olmamasına dair gətirdiyi arqument ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, xx.xx.2024-cü il tarixli qərarın 6-cı bəndində olan qeyd məlumat xarakterlidir, yəni xx.xx.2024-cü il tarixli qərar hər hansı başqa bir qərarın ləğv edilməsi ilə deyil X5 hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərarın ləğv edildiyini bildirsə də, onun hüquqi nəticələri qüvvədə olmuş, ləğvinə dair inzibati akt təqdim edilməmişdir. Ona görədə məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi məsələsinə baxılması mümkün hesab edir.
32. ƏDV üzrə vergi borcunun yaranması ilə bağlı xx.xx.2024-cü il tarixli qərarı tədqiq edərkən 2024-cü ilin mart ayı hesabat dövrü üzrə əlavə dəyər vergisini - 492.341.60 manat bəyan edilməsi, xx.xx.2024-cü il tarixli **********1712400 saylı qərarla cavabdeh tərəfindən həmin dövr üzrə vergi -137.084,33 manat müəyyən edilməsi, buna görə də iddiaçıya həmin hesabat dövrü üzrə 355257,27 manat əlavə vergi hesablanması, xx.xx.2024-cü il il tarixli **********735500 saylı qərarda isə bəyan edilən ƏDV-dən əlavə 22.762,98 manat vergi məbləğinin hesablanması müəyyən olunur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2024-cü ilin mart ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024-cü ilin mart ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Lakin ƏDV-nin hesablanması ilə bağlı xx.xx.2024-cü il tarixli qərarın “təstiqedici sənədlər barədə” ayrıca qrafadan müəyyən edilir ki, ƏDV ilə bağlı hesablanmış vergi borcu xx.xx.2020-ci ildən xx.xx.2024-cü ildə olan dövrü əhatə etmişdir. Başqa sözlə desək kameral qaydada bir neçə il üzrə ƏDV nin hesablanması Vergi Məcəlləsinin 178ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Maddənin tərifindən belə qanaətə gəlinir ki, vergi orqanı 2024-cü ilin mart ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
34. Göstərilənlərlə yanaşı məhkəmə kolleqiyası həmçinin ona da qeyd edir ki,cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq qanunda nəzərdə tutulmuş müddəti ötürməklə kameral qərar qəbul edilmişdir.
35. Odur ki, 2024-cü ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyənnanməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir.
36. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il tarixli **********712400 nömrəli, xx.xx.2024-cü il tarixli **********735500 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-49744/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.