Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1515/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-556/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, xx xxxxxxx N974-cü ildə Bakı şəhərində anadan olmuş, ailəli və himayəsində bir uşağı vardır. N99N-ci ildə X3 N4 nömrəli məktəbinin avtomobil təmiri çilingəri fakültəsini bitirmişdir. Kolleci qurtardıqdan sonra Səbail rayon Hərbi Komissarlığının xx xxxxxx N992-ci il, noyabr tarixli çağırışı üzrə Erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, lakin hazırkı vaxta qədər Qarabağ müharibəsinin veteranı kimi tanınmamışdır. Döyüşlərdə iştirak etməyi ilə əlaqədar o, Müdafiə Nazirliyinin İşlər X4 İdarəsinə müraciət edərək nizami hissə üzrə əmrlərdən çıxarışın verilməsini xahiş etmiş, lakin İşlər X4 İdarəsinin xx xxxxxxxx 20N9-cu il tarixli 9/2- N3N28 saylı məktubu ilə müraciətindən imtina edilərək göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N992-N995-ci il tarixli nizami hissə üzrə əmrlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığına görə xidməti barədə araşdırma aparıla bilməməsi göstərilməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş hərbi biletdən də göründüyü kimi hərbi xidmətini N saylı hissədə başlamış, 3 ay hərbi düşərgədə olmuş, sonra təxminən aprel ayının ortalarında Ağdərə rayonunun Aterk, Qazlu, Talış və digər kəndlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra N993-cü ilin yay aylarında Tərtər rayonunun Qırmızıkənd, Paprəvənd-N, Qlobuş, Tonaşın-N, Çaylı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Qarabağ uğrunda gedən döyüşlərdə yaxından və fəal iştirak etməyinə baxmayaraq, müharibə veteranı vəsiqəsi ilə təmin olunmamışdır. Müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən komissiyaya müraciət etmiş, lakin müraciətinə xx xxxxxxx 20N9-cu il tarixli, N/X-N4275 saylı məktubla imtina olunaraq göstərilmişdir ki, “təqdim olunmuş sənədlərə əsasən xx.xx.N994cü il tarixdən oktyabr N995-ci il tarixədək xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmiş və məhkəməyə müraciət olunması göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində təqdim edilmiş sənədlərdə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Bundan başqa, tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-556/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətinin dəlillərinə görə, onun döyüş əməliyyatlarında iştirak etməyini ilkin olaraq sübut edən xx xxxx 2006-cı il tarixdə verilən hərbi biletidir ki, orada onun N7 noyabr N992-ci il tarixdə hərbi hissəyə daxil olub xx xxxxxx N995-ci ildə hərbi hissədən tərxis olunmasıdır. Hətta döyüş əməliyyatlarında iştirak edən zaman xx xxxxxxxx N994-cü il tarixdə hərbi hospitala göndərilmişdir. Həmin vaxtı hospitalda müalicə alması mümkün olmadığı və tam müalicə olunmadığı üçün hospitalın göstərişi ilə Bakıda müalicəsini davam etdirmişdir. N №-li hərbi hissə tərəfindən xx xxxx N994-cü il tarixdə verilmiş arayışda onun N №-li hərbi hissədə qulluq etdiyi öz əksini tapmışdır. Başqa bir sübut isə iş materilarında olan və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsində saxlanılan hərbi qeydiyyat kartasındakı məlumatlardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-556/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqcuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin birinci hissəsinin on birinci abzasdan sonra əlavə edilmiş qeyd hissəsində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İşdə olan N nömrəli hərbi hissənin arayışından görünür ki, İddiaçı həqiqətən N saylı hərbi hissənin əsgəri olmuş, hərbi hissənin tərkibində Dağlıq Qarabağda gedən döyüşlərdə xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək iştirak etmişdir. İddiaçıya məxsus hərbi biletin dublikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Səbail rayonu hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, xx xxxxxx N992-ci ildə hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətini xx xxxxxx N995-ci ildə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hərbi biletin 5-ci səhifəsinin N2-ci qrafasında qeyd olunmuşdur ki, o, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Müdafiə Nazirliyinə göndərilmiş sorğuya cavab məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N992-N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün, İddiaçı xidməti barədə məlumatın araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğu sorğu göndərilmiş və sorğuya cavab məktubundan məlum olmuşdur ki, N nömrəli hərbi hissənin N-ci motoatıcı taborunun hərbi qulluqçusu Xudiyev Rövşən Əşrəf oğlunun hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə xx xxxxx N995-ci il tarixdə hərbi hissə komandiri tərəfindən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə cinayət işi başlanmış və həmin tarixdə Tərtər qarnizonu hərbi prokurorluğuna göndərilmişdir. Tərtər qarnizonu hərbi prokurorluğunun müvafiq qeydiyyat kitablarında olan qeydlərə əsasən İddiaçı xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işinin istintaqı xx xxxxxx N995-ci ildə tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə Tərtər hərbi məhkəməsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və XN göndərilmiş sorğulara cavab məktublarından görünür ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı Səbail rayonu Xalq Məhkəməsinin xx.xx.N999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsinin 3-cü hissəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. R.Ə.X6 Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “V” bəndi və 38-ci maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.N və 67-ci maddələrinə əsasən, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci il tarixdə Dəvəçi rayon Məhkəməsinin qərarına əsasən 3 ay N7 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən təqdim olunmuş İddiaçı hərbi qeydiyyat kartasının kserosurətindən görünür ki, İddiaçı xx xxxxxx N992-ci ildə N №-li hərbi hissəyə göndərilmiş və həqiqi hərbi xidmətindən xx xxxxxx N995-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmçinin, hərbi qeydiyyat karotekasında, iddiaçı barəsində xx xxxxxxx N997-ci il tarixdə amnistiya ilə bağlı qərar qəbul olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx N995-ci il tarixli hökmünün təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N №-li hərbi hissədən gəlmiş hesab edilmiş və qazan təminatına qoşulmuş, xx xxxxxxxx N994-cü il tarixdən xx xxxxxxxx N994-cü il tarixədək qanareya uretriti diaqnozu ilə stasionar müalicə almış, lakin sonradan hərbi hissəsini özbaşına tərk etdiyi üçün N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 33 №-li əmri ilə bütün növ təminatlardan çıxarılmışdır. Sonradan İddiaçı könüllü olaraq qulluq yerinə qayıtmışdır. Sözügedən hökm ilə İddiaçı Əşraf oğlunun Azərbaycan Respublikası CM-nin 24N-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinə əsasən müttəhim İddiaçı döyüş yerinə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N9-cu il tarixli, 9N2-N3N28 saylı arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N992-N995-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığına görə İddiaçı xidməti barədə araşdırmanın aparılması mümkün deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20N9-cu il tarixli, N/X-N4275 saylı və xx.xx.2020-ci il tarixli, N/X-N372 saylı məktublarda bildirilmişdir ki, xx.xx.N994-cü il tarixdən oktyabr N995-ci il tarixədək hərbi xidməti barədə məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Kollegiya qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, eləcə də qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı digər cinayətlərlə yanaşı, xx.xx.2000-ci il tarixədək qüvvədə olan cinayət məcəlləsinin (hərbi hissədən qaçma) maddəsilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur ki, bu da həmçinin yuxarıda qeyd edilən əsasnamənin qeyd hissəsində nəzərdə tutulan cinayət əməlinə aid olduğundan bu əsasla da iddiaçıya müharibə statusunun verilməsi istisna edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-556/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1515/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1515/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver