Məhkəmə qərarları › İş №2-1(103)-1515/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1515/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1515/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 913/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə 2021-ci il iyulun ayından müddətsiz ikinci qrup əlliyin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətinin dəlillərindən asılı olmayaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-499/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qanunun yuxarıda göstərilən normalarına əsasən iş üzrə tərəflərdən biri olan fiziki şəxsin ölməsi o halda iş üzrə icraatın xitam olunması üçün əsas ola bilər ki, həmin şəxsin ölümdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməsin. Mübahisəli hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsi həmin münasibətin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə ki, şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir. Hazırkı iş üzrə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə 2021-ci il iyulun ayından müddətsiz ikinci qrup əlliyin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi bağlıdır. Kollegiya qeyd edir ki, qeyd olunan İddiaçı adına müddətsiz ikinci qrup əlliyin qeydə alınması tələbindən irəli gələn münasibətlər ölən tərəfin, İddiaçı şəxsiyyəti ilə bilavasitə əlaqədar olduğundan hazırki tələb üzrə hüquq varisliyinə yol verilmir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, inzibati işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, İPM-in 2, 80, 82-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-913/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin üzərinə 2021-ci il iyulun ayından müddətsiz ikinci qrup əlliyin qeydə alınması tələbinə dair inzibati işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar