Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1516/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X3rşı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. DSMF X16 idarəsinə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona xx xxxxxx 2019cu il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək rensivası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF X16 İdarəsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququm məhdudlaşdırılır. Qeyd olunanlara əsasən İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və X13 Nazirliyi yanında DSMF X16 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “xxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayış təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. iddiaçının təqdim etdiyi qeyd edilən arayışda iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinə əsasən Elektrik stansiyalarında, buxar və güc təsərufatında avadanlıqların təmiri (odadavamlı materiallarla işləyən hörgüçülər), yanacaqötürmə avadanlığına və onların işini təmin edən 330 K V-luq gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtləlrə yaşa görə əmək pensiya hüququ verilir. Hal-hazırda qüvvədə olan “X14” Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə göründüyü kimi, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə iddiaçının güzəştli şərtləlrə pensiya hüququ onun ümumi stajnın 25 il, güzəştli pensiya hüququ verək peşələrdə azı 12 il 6 ay işləməsi və 60 yaşı olduqda təyin edilə bilər. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü olmaqla hal-hazırda 58 yaşı olduğundan ona güzəştli pensiya təyin edilə bilməz. “X14” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlordə çalışan işçılər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi 2006-cı il yanvarın 1dək ümumi stajı olmadığından ona “Vətəndaşlara pensiya təminatı haqqında” Qanunun tədbiq edilə bilməz. Belə ki, “X14” Qanun güvvəyə minənədək iddiaçının 44 yaşı olmuşdur. Həmçinin onu da qeyd edirlər ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1983-cü ildən bugünədək “xxxxxxxxxx” Dövlət Şirkətinin “xxxxxxxxxxsazlama" müəssisəsinin Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürmə qurğuların təmiri sexində, Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində X1 İdarəsinin Qəbələ sahəsində və X15 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edildiyindən həmin sahələr sözügedən Qərarda qeyd edilən sahələrə aid olmadığından onun işlədiyi peşələr ilə arayışda qeyd edilən peşələrin eyniləşdirilməsi düzgün deyildir. Qeyd edirlər ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin etiraz ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X17 X16 üzrə Mərkəzi Filialının nümayəndəsi X12 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, o, 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi əmək stajına malikdir. 1980-ci ilin may ayından 1982-ci ilin may ayınadək ordu sıralardında xidmət etmişdir. Bundan əlavə bir il də peşə məktəbində oxumuşdur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-cu il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Azərbaycan SSR Baş Energetika və Elektrikləşdirmə İstehsalat-təmir idarəsinin Hörgüçü sexində birinci dərəcəli nəqliyyatçı işləmiş, xx.xx.1980-ci il tarixdən həmin yerdə ikinci dərəcəli hörgüçü vəzifəsinə köçürülmüş, xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırışla bağlı işdən azad edilmiş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək İliç adına Əli-Bayramlı DRESin əsas kimyəvi su təmizləmə avadanlığının təmiri üzrə kimyəvi sexdə 2-ci dərəcəli çilingər, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Azenerjisazlama” müəssisəsinin ƏliBayramlı sahəsi yüksəkvoltlu elektrik açarlarının təmiri və sazlanması üzrə sexdə paylayıcı qurğuların təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək həmin sex və sahədə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək istehsalatın təşkilinin təkmilləşdirilməsi və yeni tarif dərəcələrinin və peşələrinin tətbiqi ilə bağlı Əli-Bayramlı sahəsində yüksəkvoltlu X6 və sazlanması üzrə sexə paylayıcı qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri, xx.xx.1994-cu ildə həmin yerdə paylayıcı qurğuların təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri,xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin vəzifə ilə EANÖC və İAQTS sexinə keçirilmiş, həmin tarixdən xx.xx.2002-ci il tarixədək eyni vəzifədə çalışmışdır. İşdə olan Azərbaycan Respublikası “xxxxxx” ASC tərəfindən verilmiş 01-7p/774 saylı, xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu ildə ( əmr №-83ok, xx.xx.1979-cu il )”xxxxxxxxxxx”nin İstehsalatTəmir Müəssisəsinin Hörgü sexində yükləyici və odadavamlı materiallarla işləyən hörgüçü işləmiş və xx.xx.1980-cı ildə ( əmr №- 34-ok, xx.xx.1980-cı il ) Azərbaycan SSR Əmək Qanunlar Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə ( Həqiqi hərbi xidmətə çağırışla bağlı) əsasən işdən azad edilmiş, xx.xx.1983-cü ildə (əmr № 184-ok, xx.xx.1983-cü il) “Azenerjisazlama” müəssisəsinin Yüksək Gərginlikli açarlarını Əli-Bayramlı təmiri sahəsində gərginlik bölüşdürücülərinin təmiri üzrə 2-ci dərəcəli elektrik çilingəri kimi işə qəbul edilmiş, xx.xx.1984-cü ildə (əmr №-179-ok , xx.xx.1984-cü il) həmin sahədə elektrik çilingəri kimi 3-cü dərəcə verilmişdir. xx.xx.1985-ci ildə (əmr №-61- ji, xx.xx.1985- ci il) həmin sahədə elektrik çilingəri kimi 4-cti dərəcə verilmiş, xx.xx.1987-ci ildə (əmr № 206, xx.xx.1987-ci il) həmin müəssisənin Əli-Bayramlı sahədə gərginlik bölüşdürücü avadanlığın təmiri üzrə elektrik çilingəri kimi 3-cü dərəcə verilmiş, xx.xx.1994-cii ildə (əmr №-40-ji, xx.xx.1994-cü ildə) həmin sahədə elektrik çilingəri kimi 4-ci dərəcə verilmiş, xx.xx.2001-ci ildə (əmr №-l 18, xx.xx.2001-ci il) X8, Ölçü cihazlarına və İstilik Avtomatikasının quraşdırılması Təmiri və Sazlanması sexində Avadanlığın təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri işləmiş və xx.xx.2002-ci ilədə (əmr № 17-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə ( öz xahişi ilə ) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə ( əmr №-10-kş. xx.xx.2002-ci il) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X6 və sazlanması sexinin Əli- Bayramlı sahəsində Paylayıçı Qapalı avadanlığın təmiri üzrə 4-cii dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə ( əmr №-49, xx.xx.2004-cii il) Həmin sahədə elektrik çilingəri kimi 5-ci dərəcə verilmiş, xx.xx.2006-cı ildən (əmr №-197-kş, xx.xx.2006ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə ( əmr № 208/1 a-kş, xx.xx.2007-ci il ) X6 və X10 X11 sexinin 7 Saylı Əli-Bayramlı sahəsində Paylayıcı Qapalı avadanlığın təmiri üzrə elektrik çilingəri peşəsinə keçirilib və hal-hazırkı dövrədək X2 sahəsində, X4 İdarəsinin Qəbələ sahəsində, “Cənub” Elektrik Quraşdırma sahəsində elektrik çilingəri işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinə əsasən elektrik stansiyalarında buxar və güc təsərrüfatında avadanlıqların təmiri (odadavamlı materiallarla işləyən hörgüçülər), yanacaqötürmə avadanlığına və onların işini təmin edən 330 kV-luq və yüksəkgərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün iddiaçının stajı 36 il 8 ay 9 gündür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) gərginlik altında olan 330 kv və yüksək gərginlik bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunmuş əmək kitabçasında isə xx.xx.1983-cü il tarixdən bugünədək «xxxxxxxxxx» Dövlət şirkətinin «Azerenerjisazlama» müəssisəsinin Əli-Bayramlı sahəsinin Yüksək Gərginlikli bölüşdürücü qurğuların təmiri sexində, X1 İdarəsinin Qəbələ sahəsində və X15 sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahələr sözügedən Qərarda qeyd olunan sahəyə aid deyildir. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X14” Azərbaycan Respublikası Qanunu: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X14” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 3 ay 7 gün ümumi və 22 il 6 ay 12 gün güzəştli iş stajı mövcuddur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 02 saylı Siyahının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlanan 13-cü Bölməsinin “A” yarımbölməsində “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri» və “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)» peşələri mövcuddur. İddiaçının işlədiyi “elektrik çilingəri” peşəsinin güzəştli iş stajı olmasına dair işəgötürən müəssisə tərəfindən müvafiq arayış tərtib olunmuşdur. İşəgötürən müəssisə tərəfindən tərtib olunmuş arayışda yuxarıda qeyd olunan hər iki peşənin iddiaçının vəzifəsinin peşə xarakterinə aid olduğu qeyd olunmuşdur. Cavabdeh inzibati orqan isə iddiaçının “elektrik çilingəri” işlədiyi sahənin yuxarıda qeyd olunan Siyahıda qeyd olunmadığını əsas gətirmişdir. Halbuki, həmin Siyahının 13-cü Bölməsinin “A” yarımbölməsində “bütün adlardan olan elektrik çilingərləri” peşəsi (kod:2140000a- 18455) və “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)”(2140000a- 19923 )qeyd olunmuşdur. İddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş arayışdan da göründüyü kimi, iddiaçının işlədiyi “elektrik çilingəri” peşələri həmin Siyahıda qeyd olunan “bütün adlardan olan elektrik çilingərləri” peşəsinə və gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)” bərabər tutulmalıdır. Göründüyü kimi, cavabdehin imtinası əsaslı olmamışdır. Bu əsasdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuş, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-807/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1516/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1516/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver