Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1516/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı 17 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya hesablanmış əlavə vergi hesablamasının hüquqi əsası qərarlarda göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün iddiaçının hesabından silinmişdir. İddiaçı cavabdehə 11 mart 2021-ci il, 21 may 2021-ci il tarixli yazılı etirazlarını təqdim etsə də cavabdeh tərəfindən etirazlara heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qeyd edilən qərarları ilə əlaqədar və əlavə vergi hesablamalarından 25 may 2021-ci ildə cavabdehin yuxarı orqanı Dövlət Vergi Xidmətinə şikayət versə də həmin şikayətə baxılması barədə bu günə qədər məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Təsisçiləri 81% payla X4 qeydiyyatda olan Alia İnternational Limited Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı olmamışdır. Təsisçilərin ümumi yığıncağının 12 mart 2020-ci il tarixli, 12 fevral 2021-ci il tarixli qərarlarına əsasən müvafiq olaraq 2019-cu ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 4.015.817,97 manat, dividenddən 10% vergi 401.581,80 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1.722.077,23 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 403.944,04 ABŞ dolları, 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3.585.068,68 manat, dividenddən 110% vergi 358.506,90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1537361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360615,76 ABŞ dolları müəyyən olunmuşdur, 2019-cu ilin dividendləri tam ödənilmiş və hər bir ödəniş məbləğinə uyğun olaraq mənbədən vergi hesablanmış və ödənilməsi təmin edilmişdir. 2020-ci ilin dividendləri qismən, yəni 1.790.624,53 manat, dividenddən 10% vergi 179.062,46 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ – 837.361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 110.615,87 ABŞ dolları ödənilmişdir. Təsisçilərə çatacaq dividend məbləğləri onların hesabına tam ödənilmişdir. Ödəniş günü ödənilən məbləğə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən 10% dividend məbləğinin, cəmi 2020-ci ilin 2-ci və 4-cü rüb mənbədən vergi bəyannamələri üzrə 347.192,36 manat, 2021-ci ilin İ rübü üzrə mənbədən vergi bəyannaməsi üzrə 179.062,46 manatın mənbədən vergi kimi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi təmin olunmuşdur. Cavabdeh öz tələblərini hüquqi cəhətdən əsaslandırmamış, hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə bəyannamənin sətir nömrələrini göstərmişdir. Təsisçi şirkətlər Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız iddiaçı mənbə olmaqla gəlir əldə edirlər və Vergi Məcəlləsinin 13.2,16.6 və 122-ci maddələrinə əsasən hər bir dividend məbləğin ödənişindən iddiaçı tərəfindən 10% məbləğ tutularaq büdcəyə ödənilmişdir. Həmin ödənişlər Vergi Məcəlləsinin 122,125.1.1 və 150.1-ci maddələrinin tələblərinə riayət etməklə ödəmə mənbəyi vergi bəyannaməsinin 1603-cü - Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətrində öz əksini tapır. Bununla da iddiaçı vergi ödəyicisi kimi tam qanunauyğun hərəkət etmiş olur. Bundan başqa cavabdeh kameral vergi yoxlamasının aparılması müddətlərinə də riayət etməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanı tərəfindən eyni növ vergi iddiaçıya tətbiq edilməmişdir. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X6, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. İddiaçının iddiasında adı çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət üzrə isə iddiaçıya xx.xx.2021-ci ildə cavab verilmiş, şikayətə məhkəmə qaydasında baxıldığından həmin şikayət üzrə başlanılmış icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450.699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 37-ci maddəsinə istinad edərək kameral vergi yoxlamasının keçirilməsi üçün 30 günlük müddətlərə cavabdeh tərəfindən əməl edilmədiyini bildirmişdir. İlk növbədə qeyd olunmaldır ki, məhkəmənin gəldiyi bu nəticə üzrə şifahi məhkəmə baxışı gedişində heç bir araşdırma aparılmamışdır. Məhkəmənin hansı əsaslarla bu nəticəyə gəlməsi bəlli deyildir. Cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri nəzərə alınmaqla 30 iş günü müddətində həyata keçirilmiş və müddətlərlə bağlı heç bir pozuntuya yol verilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci ilin 2-ci rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2021-ci ilin 1-ci rübü üçün ödəmə məbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması əsasında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Bildiririk ki, aparılan araşdırma zamanı 2020-ci ilin 2-ci rübü, 4-cü rübü, 2021-ci ilin 1-ci rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 2 nömrəli Əlavələrinə əsasən "xxxx" Şirkətinə (Rezident olduğu ölkənin adı X6) 3731385.04 manat, "xxxx" Şirkətinə (rezident olduğu ölkənin adı - Dominikan Respublikası) 775607.55 manat məbləğində, ödənişlərin aparıldığı,1603-cü “Təsisçiyə ödənişlər üzrə üzrə gəlirin məbləği“ sətirdə göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası və verginin ödənilməsi qaydası və müddəti müəyyən edilmiş olsun. Göründüyü kimi, vergi qanunvericiliyinə əsasən hal hazırki iddia tələbində tutulan məbləğlər bir halda dividend olaraq Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, digər halda isə 125.1.9-cu maddəsinə əsasən güzəştli vergitutulan ölkələrə edilən ödənişlər üzrə ödəmə mənbəyində verginin tutulmasıdır. Başqa sözlə həmin ödənişlər 13.2.16.14-1-ci maddəsində göstərilmiş şəxslərə və bank hesablarına ödənilmədiyi halda həmin ödənişlərdən hər hansı digər vergi tutulmayacaqdı. Qeyd edilənlərdən göründüyü kimi göstərilən müddəalar üzrə vergitutma obyekti Vergi Məcəlləsinin 3.5-ci maddəsi ilə ziddiyyət təşkil etmir və vergitutma obyekti fərqli olaraq müəyyən edilmişdir. Vergi orqanı tərəfindən həyata keçirilən tutulmaların qanunvericiliyin birbaşa göstərişindən irəli gəlməsi halı, yəni Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinin tələbləri ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunan maddənin tələblərinə əsasən vergi tutulmasının həyata keçirilməsi üçün əsas şərt ödənişin köçürüldüyü ölkənin güzəştli vergi tutulan ölkə olmasıdır. Bu tələb heç bir istisna nəzərdə tutulmadan köçürülən bütün ödənişlərə aid edilmişdir. İşin faktiki hallarına əsasən ödənişlərin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə köçürülməsi işin mübahisəsiz faktı olduğu halda məhkəmə tərəfindən bu tələbin icra edilməməsini qanunun pozulmaması kimi qiymətləndirmişdir. Məhkəmə mübahisənin mahiyyətinə işin faktiki hallarına və qanunun aydın (birmənalı) tələblərinə əsaslanmaqla deyil, qərarın özündə də qeyd edildiyi kimi “konseptual” olaraq yanaşmışdır. Konseptual olaraq bir gəlirdən iki dəfə eyni verginin tutulması kimi səhv qənaətə gəlinmişdir. Məhkəmə qərarında Vergi Məcəlləsinin 122-ci maddəsinin pozulması bildirilsə də, həmin Məcəllənin 125.1.9-cu maddəsinin tələblərinin pozulması halına qiymət verilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən eyni növ vergi tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən dividenddən bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq, Məcəllənin 125.1.9-cu maddəsinə uyğun olaraq isə bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələdən 10 faiz dərəcələrlə vergilər tutulması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi Vergi Məcəlləsində birbaşa olaraq bu vergilərin tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddənin müddəalarına əsasən qeyri-rezidentə ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlarvergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyri-rezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə X6, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir.İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir. Halbuki, qanunvericilik həm dividentlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyinin olmasının konkret vergi dərəcləri ilə müəyyən etmiş, bu müddəalarının tətbiqində istisna müəyyən etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2- 1(103)-874/2022 nömrəli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və X2) ilə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin 5 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilmiş, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193.120,66 manatın, 78.516,14 manatın, 179.062,45 manatın, cəmi 450699,25 manatın iddiaçının şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1957/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2- 1(103)-874/2022 nömrəli qərarı ləğv edilmiş, İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi : Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Tətbiq edilən hüquq normaları: Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; ... (1 yanvar 2022-ci il tarixdən sonra qüvvədən düşmüş) 125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə əldə edilən gəlir (1 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiya) 128.1. Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyrirezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 128. Güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir (1 yanvar 2022-ci il tarixdən əvvəlki redaksiya) 128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. 128.2. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. 128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 2020-ci ilin ikinci rübü, 2020-ci ilin dördüncü rübü, 2021-ci ilin birinci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar aparılmış, həmin kameral vergi yoxlamalarının nəticələrinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ cavabdehin **********296200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********561700 nömrəli, xx.xx.2021-ci il tarixli, **********456400 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları qəbul edilmişdir. 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193.120,66 manat, 12 mart 2021- ci il tarixli, **********561700 saylı qərarla 78.516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 saylı qərarla 179.062,45 manat əlavə vergi iddiaçıya hesablanmış, həmin vergi məbləğləri iddiaçının bank hesabından silinmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsinə əsas olaraq göstərmişdir ki, iddiaçı tərəfindən hər bir dividend məbləği ödənişindən 10% məbləğ vergi tutularaq büdcəyə ödənildiyi halda cavabdeh tərəfindən ona əlavə vergi hesablanması əsassız və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinin tələblərinə zidd olmuşdur. Cavabdeh Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyindən yanlış nəticəyə gəlinmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə ... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər ... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla). Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Qeyd olunan normalara əsasən belə aydın olur ki, qeyri-rezident Məcəllənin 13.2.16cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etmişdir. Kollegiyanın qənaətinə görə isə Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar birbirindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə ... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər ... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla). Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Vergi Məcəlləsinin hər iki maddəsinin birgə təhlili onu deməyə əsas verir ki, qeyrirezident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 125-ci maddənin təsir dairəsinə düşür. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. 29. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar birbirindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir. Xüsusilə qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD saylı Azərbaycan Respublikasının Qanunu ilə güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödənilən məbləğlərə görə verginin tutulması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və yeni 125-1-ci maddə Məcəlləyə əlavə edilmiş, maddənin məzmununa görə isə Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən məzmunda müddəa mübahisələndirilən qərarlar qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsaslar bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli yanaşılmamışdır. AR Konstitusiyasının 73-cü maddəsinin İ maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, cavabdehin apelyasiya şikayəti isə əsaslı olduğundan apelyasiya şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi rədd edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7576/2021 nömrəli qərarı ləğv edilərək, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7576/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1516/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1516/2023
17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver