Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1516/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Ziyil Arxı” firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2- 1(112)-11907/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Ziyil Arxı” firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (bundan sonra mətndə X5 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət dövrü üzrə 02 iyun 2023-cü il tarixli **********719900 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizələr təqdim edərək, cavabdeh X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət dövrü üzrə 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il mənfəət dövrü üzrə 02 iyun 2023cü il tarixli **********719900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 12546.10 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarlarla razılaşmırlar və hesab edirlər ki, qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi müəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış məktuba cavab olaraq riskli vergi ödəyicisi siyahısından çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edilməsi barədə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən iddia tələbləri qismən təmin edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan əlavə 2022-ci il üzrə təqdim edilmiş mənfəət bəyannaməsi üzrə 149685.44 manat (113685.44 manat malların təqdim edilməsindən və 36000.00 manat əmlakın icarəyə verilməsindən) gəlir məbləği və 65981.04 manat (32750.58 manat əmək haqqı, 6084.34 manat sosial sığorta haqları, 9416.77 manat icarə haqqı, 853.00 manat rabitə xərcləri, 1074.72 manat bank xidməti üzrə xərclər, 10182.60 manat amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər, 2441.08 manat təmir xərcləri, 2031.09 manat sığorta üzrə xərclər, 245.00 manat digər xərclər, 901.86 manat gəlirdən çıxılan vergilər və yığımlar) xərclər göstərilərək dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Bundan əlavə 20973.90 manat mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri 240-cı sətirdə qeyd olunmuşdur. 62730.50 manat mənfəət vergisi bəyannaməsinin əlavə 5 bölməsində 31-ci sətrində (Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi) qeyd olnmuşdur. xx.xx.2023-cü il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən xx.xx.2023-cü il tarixli **********862400 nömrəli kameral uyğunsuzluq məktubuna əsasən uyğunsuzluq məktubu göndərilmişdir: “Mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətirindəki 20973.90 manat məbləği (Uyğun olaraq 2017-ci il- 20973.90 manat;) əvvəlki illərdə təqdim etdikləri bəyannamələrə və va səyyar vergi. yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2017-ci il-39207.05 manat;) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir.” xx.xx.2023-cü il tarixli **********888900 nömrəli məktubla, uyğunsuzluq məktubuna cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə -əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi uçot bazasında AVİS proqramı mənfəətdən artıq keçmiş ilin zərərini yazan zaman texniki xəta verir. Bu səbəbdən 20973,90 manatdan artıq məbləğin göstərilməsi texniki cəhətdən mümkün deyil. Göstərilənlərin nəzərə alınması, yarannmış uyğunsuzluğun aradan qaldırılması xahiş olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********338300 saylı qərara əsasən “Aparılan təhlillərin nəticəsinə əsasən tərəflərindən 2022-ci il üzrə təqdim edilmiş müvafiq vergi bəyanamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” əsas göstərilərək 12546.10 manat məbləğində kameral hesablanmışdır. Bank hesabına 59695.44 manat pul daxil olmuşdur və nəzarət-kassa aparatı qeydiyyatda olmamışdır. Bundan əlavə Kameral hesablama barədə qərarda bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmədiyi göstərilmişdir. Lakin iddiaçı müəssisə tərəfindən xx.xx.2023-cü il tarixində cari mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Gəlir və xərclər qeyd etdikləri kimi mövcud olmuşdur. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və iddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********812000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********652600 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 12546,10 manat 83704,40-20973,9 (əvvəlki illərin zərəri)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********719900 №li "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. İddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərar qanuni qüvvəyə minməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən qəbul edilən yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, 2-1(112)-8561/2023 nömrəli qərarla iddia tələbi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli **********812000 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qüvvədə saxlanılaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi məhkəmə vergi orqanı tərəfindən qəbul edilən qərarı qanuni hesab edərək, mübahisələndirilən qərarın ləğvi hissəsində iddianı rədd etmişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilsə də, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və iddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********812000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********191300 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 12546,10 manat 83704,40-20973,9 (əvvəlki illərin zərəri)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********338300 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Həmçinin iddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi müəssisənin riskli vergi ödəyiciləri siyahısında olması qeyd edilmişdir, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən qismən təmin edilmiş və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamışdır. İddiaçının, riskli vergi ödəyicisi siyahısından çıxarılmaqla bağlı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərar qanuni qüvvəyə minməmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən sözügedən qərardan apelyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə tərəfindən qəbul edilən yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra vergi orqanı tərəfindən qanunamüvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, 2-1(112)-8561/2023 nömrəli qərarla iddia tələbi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli **********812000 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qüvvədə saxlanılaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi məhkəmə vergi orqanı tərəfindən qəbul edilən qərarı qanuni hesab edərək, mübahisələndirilən qərarın ləğvi hissəsində iddianı rədd etmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-11907/2023 nömrəli qərarı (hakim: N.Abıyev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, qeyd olunan hesablama vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə əlaqədardır. Qeyd olunan məsələ üzrə iddiaçının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli **********812000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə-fakturanın ləğv edildiyi aşkar edilsə də, təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Halbuki, həmin əməliyyatlar üzrə həqiqətən mal təqdim edilməsi həyata keçirilmiş olsa idi, əməliyyatlar üzrə elektron qaiməfakturalar ləğv edildikdə malların satışına görə ödənilmiş məbləğ iddiaçının bank hesabına geri qaytarılmalı olacaqdı. Elektron-uçot məlumat bazasından əldə edilmiş məlumata görə isə qeyd olunan dövrdə iddiaçının bank hesabına hər hansı pul mədaxili aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********191300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə əlavə 12546,10 manat 83704,40- 20973,9 (əvvəlki illərin zərəri)*20% əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********338300 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Məhkəmə iddiaçının fəaliyyəti ilə bağlı qeyd olunan faktlara kompleks yanaşma həyata keçirərək məhkəmə araşdırması həyata keçirməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mübahisələndirilən qərarın əsaslandırılmasında hesablanmış vergi məbləğinə səbəbin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi ilə əlaqədar olması qeyd edilməsə də, göndərilən uyğunsuzluq məktublarında bu hal ətraflı qeyd edilmiş və buna müvafiq sənədlər tələb edilmişdir. Hesab edirlər ki, 2022-ci il mənfəət dövrü üzrə 28 avqust 2023-cü il tarixli **********338300 saylı qərarın əsaslandırılmasının fərqli olması mahiyyəti üzrə əsaslı qərarın ləğvinə əsas verə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, vergi orqanı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı hazırda mübahisələndirilən inzibati aktda qeyd edilmiş əsaslarla bağlı sübutlar təqdim edə bilməmişdir, halbuki sübut etmə yükünü inzibati orqan daşıyır. Həmçinin, məhz qərarda qeyd edilən halla bağlı da vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilməmiş, inzibati icraat inzibati orqan tərəfindən düzgün icra edilməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. -72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. -72.6-cı maddəsinə əsasən vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. -72.7-ci maddəsinə əsasən bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. -83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, “Ziyil Arxı” firması (VÖEN) **********1 qeydiyyat nömrəsi ilə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Hüquqi şəxsin qanuni təmsilçisi kimi X3 qeyd olunmuşdur. -X5 üzrə Baş İdarəsinin **********812000 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi “Ziyil Arxı” firmasının (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Ziyil Arxı” firmasının (**********) ƏDV sub – uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı “Ziyil Arxı” firması cavabdeh X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********812000 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı (“Ziyil Arxı” firması) riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu cavabdeh (X5 üzrə Baş İdarəsi) tərəfindən də mübahisələndirilməmiş, elektron qaimə fakturaların ləğv edilməsini qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-431/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Dövlət Vergi Xidməti tərəfindən “Ziyil Arxı” firmasına ünvanlanmış “Riskli vergi ödəyicisi barədə” məktubda qeyd olunmuşdur ki, firmanının riskli əməliyyatların aparılması barədə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli A **********089900 /3 nömrəli) müraciətinə Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq risk meyarları əsasında təhlil edilir. Firma tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından uyğunsuzluq aşkarlanmış və riskli hal kimi qiymətləndirilərək onların və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi üçün Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********545300 nömrəli dəvət məktubu göndərilmişdir. Səbəblər ətraflı izah olunmaqla Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riski vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndələrinə uyğun olaraq xx.xx.2023cü il tarixli **********812000 nömrəli qərar çıxarılaraq firmanın elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı qeyd olunan riskin tam aradan qaldırılmadığı müəyyən edildiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Qeyd olunan riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) habelə malların, işlərin və xidmətlərin alışı barədə izahatları qeydiyyatda olduqları vergi orqanına təqdim edilməsi bildirilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. -X5 üzrə Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Müraciətlə əlaqədar bildirilmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəflərindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq tərəflərindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunmuşdur: Sənədlər: 1) Müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi: 2) Qeyd olunanlarla bağlı müvafiq izahat məktubu. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onların vergi öhdəliklərini yenidən hesablamaq hüquqları vardır. -X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********719900 №li xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, “Ziyil Arxı” firmasının 2022-ci il mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində aşağıda qeyd olunanlar müəyyən olunmuşdur:
1. Təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 0,00 manat;
1. Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat;
2. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 12546,10 manat; Kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə 12546,10 manat vergi borcu hesablanmış və “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” kimi “Sair: **********270400” göstərilmişdir. -“Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, tərəflərindən xx.xx.2023cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlaması aparılması mümkün olmamışdır. Səbəblər: Mənfəət vergisi bəyannaməsinin 239-cu (Keçmiş illərin çıxılası zərəri) sətrindəki 20973,90 manat məbləği (Uyğun olaraq 2017-ci il-20973,90 manat) onların əvvəlki illərdə təqdim etdiyi bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (Uyğun olaraq 2017-ci il-39207.05 manat) fərqli olduğu üçün kənarlaşma aşkar edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. -“Ziyil Arxı” firması tərəfindən X5 üzrə Baş İdarəsinin xx.xx.2023- cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərindən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi uçot bazasında AVİS proqramı mənfəətdən artıq keçmiş ilin zərərini yazan zaman texniki xəta verir. Bu səbəbdən 20973.90 manatdan artıq məbləğin göstərilməsi texniki cəhətdən mümkün deyil. Göstərilənlərin nəzərə alınmasını, yaranmış uyğunsuzluğun aradan qaldırılması xahiş olunmuşdur. -“Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onların digər vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Tərəflərindən aparılan əməliyyatların araşdırılması zamanı vergidən yayınma riskləri müəyyən edilmiş və həmin əməliyyatların şəffaf qaydada həyata keçirilməsinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən "Ziyil Arxı" firmasının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı firma tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “difransiyal kutu komple DB, debriyaj tk DBY FR, grup ayna mil 13.64 Db, cam ön DBY, kapı ön sol DF1 və s. satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda, idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün - Müvafiq hesabat dövrləri üzrə cari (dəqiqləşdirilmiş) mənfəət bəyannaməsi: Qeyd olunanlarla bağlı müvafiq izahat məktubu: Göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətləri: Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlər. Kameral vergi yoxlamasının başa çatdırılması üşün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onların vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. -X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********338300 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, “Ziyil Arxı” firmasının 2022-ci il mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində aşağıda qeyd olunanlar müəyyən olunmuşdur:
1. Təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 0,00 manat; 1.A Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat;
2. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 12546,10 manat; Kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə 12546,10 manat vergi borcu hesablanmış və “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” kimi “Sair: Aparılan təhlillərin nəticəsinə əsasən firma tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur” göstərilmişdir. Bu qərara əsasən əvvəlki qərar (**********719900, ********) ləğv edilmişdir. Beləliklə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı firmaya 2022-ci il üzrə mənfəət vergisi üzrə əlavə vergilərin hesablanmasına səbəb, firmanın riskli vergi ödəyicisi hesab olunması və ya sonuncu tərəfindən riskli əməliyyatların aparılması deyil, aparılan təhlillərin nəticəsinə əsasən firma tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin nəzarət-kassa aparatlarının onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilməməsi olmuşdur. Halbuki, işin araşdırılan hallarından görünür ki, iddiaçı firma tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixində cari mənfəət vergisi bəyannaməsi, xx.xx.2023-cü və xx.xx.2023cü il tarixlərində isə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və vergi orqanı tərəfindən qeyd olunan hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyası cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuş əsaslara (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq olunmuşdur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən onların digər vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları təhlil olunmuşdur. Tərəflərindən aparılan əməliyyatların araşdırılması zamanı vergidən yayınma riskləri müəyyən edilmiş və həmin əməliyyatların şəffaf qaydada həyata keçirilməsinin araşdırılması zərurəti yaranmışdır. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən "Ziyil Arxı" firmasının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı firma tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “difransiyal kutu komple DB, debriyaj tk DBY FR, grup ayna mil 13.64 Db, cam ön DBY, kapı ön sol DF1 və s. satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda, idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.) münasibətdə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi, mübahisələndirilən qərarın qəbul olunması zamanı vergi orqanı tərəfindən həmin əsaslara istinad olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. AR Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcələnin 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Həmçinin AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-11907/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov