Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1517/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı 1-ci dərəcəli gözdən əlil İddiaçı 7 (yeddi) nəfər ailə üzvü ilə birlikdə, adambaşına düşən uçot norması və 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla Bakı şəhərində 2 (iki) otaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov RİH başçısının xx.xx.2011 -ci il tarixli 412 nömrəli sərəncamı ilə 1-ci dərəcəli gözdən əlil olan İddiaçı ailə tərkibi 5 nəfər (özü, əri, oğlu və 2 nəvəsi) olmaqla güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2015/2016 saylı, 6 may 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Nərimanov İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə dair” iddia tələbi təmin edilmiş, İddiaçı 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Nərimanov İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №li sərəncamı ilə məhkəmə qərarının icrası təmin edilmiş, 1-ci dərəcəli gözdən əlil olan İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov RİH-nin xx.xx.2011-ci il tarixli 412 №-li sərəncamı ləğv edilmiş və onun 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi qərara alınmışdır. Hal-hazırda anası İddiaçı ünvan 1 ünvanında ailə tərkibi 7 nəfər (özü, əri, oğlu, gəlini və 3 nəvəsi) olmaqla yaşayır. Nərimanov RİH başçısının xx.xx.2022-ci il tarixli 289 №-li sərəncamı ilə, 1-ci dərəcəli gözdən əlil olan anası İddiaçı yaşayış yeri üzrə Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №-li sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X5 7 nəfərdən ibarət ailə tərkibi siyahısına daxil edilmişdir. “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş məzunların sosial-məişət şəraitinin yaxışlaşdırılması barədə əlavə tədbirlər haqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək (2021-ci il 16 avqust) uçotda olan gözdən əlilliyi olan şəxslərin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. İddiaçı 2002ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürüldüyü üçün, onun mənzillə təmin olunması barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müraciətə cavab olaraq göndərdiyi 07 aprel 2023-cü il tarixli məktubda (həmin məktub onlara xx.xx.2023-cü ildə təqdim olunmuşdur) göstərmişdir ki, Nərimanov İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəliliik siyahılarında 23 iyun 2016-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyiniz sənədlərə baxılmış, mövcud ailə tərkibi nəzərə alınmaqla Bakı şəhərində 1 (bir) otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Nazirliyin balansına Bakı şəhəri üzrə birotaqlı mənzillər verildikdən sonra mənzil təminatına növbəlilik qaydasında baxılacaqdır. Bildirir ki, cavabdehin həmin imtinası və müraciətə cavab məktubunda göstərdiyi hallar tamamilə qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə qeyd edir ki, anası İddiaçı 23 iyun 2016-cı il tarixdən deyil, məhkəmənin qərarına əsasən 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Digər bir qanunsuz məqam isə mövcud ailə tərkibinin nəzərə alınmaqla Bakı şəhərində 1 (bir) otaqlı mənzillə təmin olunacaqları qeyd olunmasıdır. Belə ki, Nərimanov RİH başçısının xx.xx.2022-ci il tarixli 289 №-li Sərəncamı ilə, 1-ci dərəcəli gözdən əlil olan İddiaçı yaşayış yeri üzrə Nərimanov İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 208 №-li Sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X5 7 nəfərdən ibarət ailə tərkibi siyahısına daxil edilmişdir. Yəni, mövcud ailə tərkibi və qanunvericiliyin aşağıdakı müddəaları ilə İddiaçı 1 (bir) otaqlı deyil, 2(iki) otaqlı mənzillə təmin olunmalıdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidedntinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən həyata keçirilir və həmin sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinə mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2001-ci il tarixli 492 s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Bildirirlər ki, Nərimanov rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 2002-ci il tarixindən 7 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və üç nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin, sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim olunan sənədlərə baxılarkən oğlu Quliyev Naizm Babaş oğlunun mülkiyyətində ünvan 2 ünvanında ümumi sahəsi 73.5 kv.m olan mənzilin olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında 459 nöməli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında veirlən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Həmçinin, o da, bildirilmişdir ki, iddiaçının oğlunun mülkiyyətində olan mənzil 6 nəfər ailə tərkibinin adambaşına düşən minimum yaşayış sahəsini ehtiva etdiyindən iki otaqlı mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 2002-ci il tarixindən 7 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və üç nəvəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən oğlunun mülkiyyətində ünvan 2 ünvanında ümumi sahəsi 73.5 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi” haqqında 459 nömrəli Qərarına əsasən, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Onu da qeyd edirlər ki, iddiaçının oğlunun mülkiyyətində olan mənzil 5 nəfər ailə tərkibinin adambaşına düşən minimum yaşayış sahəsini ehtiva etdiyindən, iki otaqlı mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyil. Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli 2-1(112)-8385/2024 nömrəli məhkəmə qərarının 25-ci bəndində qeyd edilir ki: məhkəmə hesab edir ki, mövcud ailə tərkibi üzrə uçot norması ilə iddiaçıya ayrılmalı olan 112 kv.m sahədən hazırda oğlunun mülkiyyətdə olan ümumi sahəsi 73,50 kv.m təşkil edən sahə çıxıldıqda, iddiaçıya ayrılmalı olan sahənin ölçüsü 38,5 kv.m təşkil edir ki, bu ölçü də, ayrılmalı olan mənzilin otaqlarının sayının 1 otaqlı olmasını istisna edir. Göründüyü kimi məhkəmə iddiaçıya ayrılmalı olan çatışmayan mənzil sahəsinin ölçüsünü qeyd etmiş, lakin heç bir sübuta əsaslanmadan belə ölçüdə bir otaqlı mənzilin olmadığını qeyd edərək, əsassız qərar çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə yazılanlara uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirir: -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2016-cı il tarixli 2-1(82)-2015/2016 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 412 nömrəli sərəncamı ləğv edilmiş və o, 2002-ci il tarixdən güzəştli şərtlərlə yaşayış yer üzrə Bakı şəhəri, Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 289 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən 1-ci qrup gözdən əlil İddiaçı yaşayış yeri üzrə Nəriamnov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 208 nömrəli sərəncamı üzrə olan mənziluçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X5 7 nəfərdən ibarət ailə tərkibi ilə siyahıya daxil edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 73.50 kv.m olan ünvan 2, mənzil 40 xüsusi mülkiyyət hüququ ilə Nümayəndə mülkiyyətindədir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 28 iyun 2024-cü il tarixli 3-48-2F/2-1341/2024 nömrəli məktubla Nərimanov RİH-nin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli 412 və xx.xx.2016-cı il tarixli 208 saylı sərəncamlarının və onlara əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi 1-ci dərəcəli gözdən əlil kimi 7 (yeddi) nəfər ailə üzvü ilə birlikdə, adambaşına düşən uçot norması və 2002-ci il tarixdən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla Bakı şəhərində 2 (iki) otaqlı mənzillə təmin edilməsi barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “Nazirliyin balansında hazırda birotaqlı mənzillər olmadığından onun mənzil təminatının həyata keçirilməsinin mümkün olmaması, belə mənzillərin Nazirliyin balansına veriləcəyi təqdirdə tələbinin təmin olunacağı” səbəbindən tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina ilə (1 otaqlı mənzilin verilməsi ilə) razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının oğlunun mülkiyyətində olan mənzil 5 nəfər ailə tərkibinin adambaşına düşən minimum yaşayış sahəsini ehtiva etdiyindən, iki otaqlı mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyil, məhkəmə iddiaçıya ayrılmalı olan çatışmayan mənzil sahəsinin ölçüsünü qeyd etmiş, lakin heç bir sübuta əsaslanmadan belə ölçüdə bir otaqlı mənzilin olmadığını qeyd edərək, əsassız qərar çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddianın təmin ediməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamının 1-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021 -ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Qeyd olunan Sərəncamın 3.1-ci bəndinə əsasən bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının sonuncu dəfə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 289 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamına əsasən 1-ci qrup gözdən əlil olaraq yaşayış yeri üzrə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 208 nömrəli sərəncamı üzrə olan mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında dəyişiklik edilmiş, gəlini X2 və nəvəsi X5 7 nəfərdən ibarət ailə tərkibi ilə siyahıya daxil edilmişdir. İddiaçı ona mənzil ayrılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən oğlunun 5 nəfər ailə tərkibinə müvafiq olaraq mülkiyyətində ümumi sahəsi 73.50 kv.m, yaşayış sahəsi isə 48 kv. olan olan mənzil sahəsinin olması nəzərə alınmaqla 1 otaqlı mənzilin verilməsinin məqsədəmüvafiq hesab edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda istinad olunan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək mənzil uçotuna alındığından onun qeyd edilən sərəncamın icrası ilə əlaqədar 1-ci qrup əlil kimi mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsini tələb etmək hüququ vardır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı mənzil növbəsi çatan anda 2 otaqlı mənzil sahəsi ilə təmin olunmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” 459 nömrəli 27 noyabr 2019-cu il tarixli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Belə olan təqdirdə iddiaçıya 7 nəfər ailə üzvü ilə birlikdə ayrılacaq yaşayış sahəsinin norması 112 kv.m (7×16 kv.m) təşkil etməlidir. İşin hallarından göründüyü kimi, iddiaçının oğlunun mülkiyyətində artıq ümumi sahəsi 73.50 kv.m, yaşayış sahəsi isə 48 kv.m olan olan mənzil mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud ailə tərkibi üzrə uçot norması ilə iddiaçıya ayrılmalı olan 112 kv.m sahədən hazırda oğlunun mülkiyyətdə olan ümumi sahəsi 73,50 kv.m təşkil edən sahə çıxıldıqda, iddiaçıya ayrılmalı olan sahənin ölçüsü 38,5 kv.m təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, AR Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. İş materiallarında olan sənədlərdən görünür ki, hazırda iddiaçı digər xəstəliklərlə yanaşı həmçinin xronifizik paranpod-hallusinatrik şizofreniya, həmçinin iddiaçının əri Babaş Quliyev kəskin koronar sindrom (əsas diaqnoz), koronar ürək xəstəliyi, minimal inmvaziv baypas əməliyyat, LMCA-da LAD çıxışında Filiform çıxış stenozu, ağır, konsentrik sol mədəcik hipertrofiyası ilə hipertensiz ürək xəstəli, aorta asxendesn 42 mmdə dilatasiya, xroniki böyrək çatışmamazlığı K/DOQ-mərhələ İİ, strumektomiya 2004, kəskin subkliniki hipertroz, arterial hipertoniya, hipoxolestrin anemiya, piylilik, pozitiv ailə anamnezi, G-AEP: kriteriyaları: A11, B1, B3, C1, D4, D6, E1 (yan diaqnozlar) xəstəliklərindən əziyyət çəkirlər. İddiaçıya oğlu Nümayəndə quluq edir. Nümayəndə AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində DSMF-dən 1-ci dərəcə əlilliyi olan İddiaçı qulluğa görə 80 manat məbləğində Prezident təqaüdü alır, mənzil-uçot işi üzrə ailə tərkibi siyahısında olan digər şəxslər isə iddiaçının oğlu Nümayəndə və onun ailə üzvləridir. Cavabdehin nümayəndəsinin apellyasiya instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi sosial əsaslarla bağlı tikiləcək mənzil sahələrinin plan sxemindən görünür ki, cavabdehin balansında olan binalarda nəinki 38,5 kv.m ölçüdə, hətta 33,45 kv.m ölçüdə olan 2 otaqlı mənzillər nəzərdə tutulur. İddiaçı hazırki iddiasında ona veriləcək mənzilin sahəsi ilə bağlı deyil, mənzilin otaqlarının sayı ilə bağlı mübahisə açır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və hətta onun əri qulluğa ehtiyacı olan şəxslər olduğundan, iddiaçıya oğlu Nümayəndə qulluq etdiyindən və iddiaçı ilə oğlu Nümayəndə ayrı cinsdən olan şəxslər olduqlarından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əsassız olaraq müvafiq növbəsi çatdıqda 2 otaqlı mənzil sahəsi ayrılmasından imtina edilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1517/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1517/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver