Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1518/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(112)-2813/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddianı mümkün hesab edərək, icraata qəbul edilməsini, hüquqlarının müdafiəsi və hüquqi yardım göstərilməsi üçün ona dövlət vəsaiti hesabına vəkil ayrılması barədə qərardad qəbul edilməsini, ona əlilliyin Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini və xx.xx.2021-ci il tarixdən ona əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1993-cıi il tarixdə anadan olmuşdur. Uşaq yaşlarından ağır xəstəliyə düçar olmuşdur. 2000-ci ilin mart ayından ağır xəstə kimi qeydiyyatdadır. 2002-ci ilin mart-aprel aylarında Qarayev adına uşaq xəstəxanasında-revmotizm fəal faza endomiokardit diaqnozu ilə, həmin ilin avqust ayında Topçubaşov adına ETİ-da MQ İİ dərəcəli holosistoz prolapsı diaqnozu ilə müayinə və müalicə olunmuşdur. 2006-cı ilin avqust ayında 2 saylı X6, 2008-ci ilin aprel ayında Respublika Heyrocərrahiyyə xəstəxanasında, həmin ilin dekabr ayında 6 saylı X6 və sair xəstəxanalarda dəfələrlə müalicə olunmuşdur. Tibbi sənədlərdə onlar ətraflı təsvir edilibdir, həm də çox cüzi hissəsi göstərilibdir. 2006-2016-cı illərdə hər il Tibbi Sosial Ekspert Komissiyasından keçmiş və ona hər il əlillik müəyyən edilmişdir. 2016-cı ildə 30 mart 2016-cı ildən 30 mart 2021-ci il tarixədək olmaqla, ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Onun növbəti dəfə komissiyadan keçməsi üçün yaşayış yerində olan 26 nömrəli Şəhər Poliklinikasından TQS NQ 088 nömrəli forma üzrə 30 mart 2021-ci il tarixli 2786003AAEL1 nömrəli göndəriş verilmişdir. Göndərişdən də görünür ki, 2002-2018-ci illərdə 6 dəfə stasionar müalicədə olmuş, son 6 ayda isə 4 dəfə ambulator müalicə almışdır. Göndərişin 2-3 səhifələrindəki təsvirlərdən də göründüyü kimi, demək olar ki, sağlam orqanı yoxdur. Yekun diaqnoz olaraq: Serebrovaskulyor xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-167) müəyyən edimişdir. Mənim nəinki əmək qabiliyyətim, hətta hərəkət etmək qabiliyyətim yoxdur. Qeyd olunanlara baxmayaraq, xx.xx.2021-ci il tarixdə vəziyyəti qiymətləndirilərək, ona əlillik təyin edilməsindən imtina edilib və göstərilib ki, onun əlavə müalicəyə ehtiyacı vardır. Müalicəyə həqiqətən ehtiyacı var, amma sağlamlığına ümid yoxdur. 20 ildə sağalmamışamsa, bir iki müalicə ilə sağalacağı mümkün deyil. Sadəcə vəziyyətinin daha da pisləşməməsi üçün müalicə olunmalıdır. İşləyə bilmir, hərəkət etməkdə çətinlik çəkir, əlillik də təyin edilmir ki, heç olmasa cüzi müavinətlə ehtiyacının az bir hissəsini təmin edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 saylı Şəhər Klinik Xəstəxanasında və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yenə həmin xəstəxanada (xəstəxananın adı dəyişdirilib və hazırda X13 Publik hüquqi şəxs adlanır) müalicə almış və heç bir faydası yoxdur. 26 nömrəli Şəhər Poliklinikasından 2021-ci ilin sentyabr ayında 2786003AAE7V nömrəli göndərişlə yenidən komissiyaya göndərilmişdir. Yenə də komissiya əsassız olaraq ona əlillik müəyyən etməmiş və əlavə stasionar müalicəyə ehtiyacı var bəhanəsi ilə imtina qərarı vermişdir. Növbəti, yəni üçüncü dəfə xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir ki, əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin edilməyib. Bu dəfə bəhanədə bir qədər dəyişiklik edilib və göstərilib ki, guya göndəriş natamam doldurulmuşdur. Həkimin rəyinə görə əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək üçün xəstəyə əlavə ixtisaslaşmış müayinə müalicə qərarı verilir. Onu da qeyd edir ki, uzun müddət əlilliyi olmuş anasına da eyni qaydada imtina cavabları verilir. Vəziyyətdən belə görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onların vəziyyətini qiymətləndirən Komissiyası ona qarşı qərəzli mövqe tutmuşdur və ona əlilliyin təyin edilməsindən əsassız bəhanələrlə imtina edilir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı əliliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər Poliklinikasının xx.xx.2014- cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Sebebi melum olmayan ensefalopatiya C4-C5,C5- C6,C6-C7 feqerearasi disklerin protruziyalari; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni Dəqiqləşdirilməmiş ensefalopatiya.Revmatizm q/aktiv forma,latent ged işli. Mitral qapaqların prolapsı; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Revmatizm q/aktiv forma,latent gedişli.Mitral qapaqların prolapsı; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen kəllə daxili hipertenziya.Sinir sisteminin müxtəlif(travma,infeksiya,intoksikasiya və ya qan dövran pozğunluqları mənşəli). Ağırlaşma 151.0 Ürək arakəsməsinin qazanılmış qüsuru, .Mitral qapaqların prolapsı İİ dərəcə. Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə qan dövranı pozulması. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları.Servikalgiya. Yanaşı xəstəliklər K23* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı qida borusunun zədələnmələri, .Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya. Eroziv panqastrit. Yanaşı xəstəliklər İ05 Mitral qapağın revmatik xəstəliyi. .Revmatizm qeyri aktiv fazajatent gedişli.Mitral qapaqların prolapsı İİ dərəcə. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, .OUQuru göz sindromu.VİS OU=0.8 Yanaşı xəstəliklər M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , .Boyun fəqərələrinin osteoxondrozu,C4-C5, C5-C6, C6- C7 protruziyaları. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, .Hipetoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ6O-İ67).C2-C3,C3-C4,C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu.Servikokranialgiya. Radikulopatiya.Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar.Vertebro bazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması.Hərəkət ,yerişin pozulması.Ataksiya.Hipetoniya xəstəliyi İİ dərəcə.Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit.Mitral qapaqların prolapsı İİ dərəcə.Revmatizm qeyri aktiv fazajatent gedişli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır.Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60— İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası.C2-C3,C3- C4.C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları,ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, iddiaçı X8 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir' səbəbi ilə imtina edilmişdir. Göründüyü kimi həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatı aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(112)-2813/2023 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşdən görünür ki, iddiaçının əlillik vəziyyətinə 26 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Səbəbi məlum olmayan ensefalopatiya C4- C5,C5-C6,C6-C7 fəqərearası disklerin protruziyaları; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: ümumi xəstəlik; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni, Dəqiqləşdirilməmiş ensefalopatiya.Revmatizm q/aktiv forma,latent ged işli. Mitral qapaqların prolapsı; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya. Revmatizm q/aktiv forma, latent gedişli. Mitral qapaqların prolapsı; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri =>G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, .Somatogen kəllə daxili hipertenziya. Sinir sisteminin müxtəlif (travma, infeksiya, intoksikasiya və ya qan dövran pozğunluqları mənşəli). Ağırlaşma 151.0 Ürək arakəsməsinin qazanılmış qüsuru, Mitral qapaqların prolapsı İİ dərəcə. Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar. Ağırlaşma G45 Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebro bazilyar sistemdə qan dövranı pozulması. Ağırlaşma M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , C4-C5, C5-C6, C6- C7 fəqərəarası disklərin protruziyaları.Servikalgiya. Yanaşı xəstəliklər K23* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı qida borusunun zədələnmələri, .Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit. Yanaşı xəstəliklər İ05 Mitral qapağın revmatik xəstəliyi. .Revmatizm qeyri aktiv fazajatent gedişli.Mitral qapaqların prolapsı İİ dərəcə. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, .OU-Quru göz sindromu.VİS OU=0.8 Yanaşı xəstəliklər M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , .Boyun fəqərələrinin osteoxondrozu,C4-C5, C5-C6, C6-C7 protruziyaları. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, .Hipetoniya xəstəliyi İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə heç bir stasionar müalicə almamışdır. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişindən görünür ki, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60-İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ6O-İ67).C2- C3,C3-C4,C4-C5, C5-C6,C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu.Servikokranialgiya. Radikulopatiya.Kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən funksional pozğunluqlar.Vertebro bazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması. Hərəkət, yerişin pozulması. Ataksiya. Hipetoniya xəstəliyi İİ dərəcə.Qida borusunun diafraqmal yırtığı.Ocaqlı hemorragik bulbit.Dolixosiqmakolon l-ll dərəcə.Ptoz və dolixosiqma fonunda psevdoinvaginasiya diskineziya.Eroziv panqastrit.Mitral qapaqların prolapsı İİ dərəcə.Revmatizm qeyri aktiv fazajatent gedişli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır.Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişindən görünür ki, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G46* - Serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (İ60— İ67f) => G46.8* - Serebrovaskulya...; Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası.C2-C3,C3- C4.C4-C5, C5-C6,C6- C7 fəqərəarası disklərin protruziyaları,ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və, .Vertebrobazilyar sistemdə qan dövranı pozulması,ifadəli kordinasiya pozulması..; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli (forma 88) göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 T 90/2023 nömrəli Ekspert Rəyinin nəticə hissəsinə əsasən Vətəndaş M.K.Qarayevanın iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli sindromları. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və,. Vertebrobazilyar sistemdə qan dövranı pozulması, ifadəli kordinasiya pozulması.” diaqnozda göstərilən xəstəliklərdən hazırda əziyyət çəkir. İddiaçı xx.xx.2023-cü il tarixdə həkim nevroloqda EEQ müayinəsi zamanı baş beyinin orta strukturların disfunksiyası fonunda ensefalopatiya elementləri də müəyyən olundu. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.1-ci bəndinə əsasən Serebrovaskulyar xəstəliklər (İ60-İ69) Ağırlaşmaları-qiymətləndirmələr:- -arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə -arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. 2.9-cu bəndinə əsasən Xroniki revmatik xəstəlikləri 6.6.3-cü bəndinə əsasən boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi (M50) xəstəliklərinə aid edilmişdir. İddiaçıya dair müayinə aktlarından, göndərişlərdən aydın olur ki, onda olan əsas diaqnoz Serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli sindromları, ağırlaşmaları isə boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası. C2-C3, C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərin protruziyaları, ifadəli davamlı ağrı sindromu. Keçici tranzitor serebral işemik tutmalar [həmlələr] və,. Vertebrobazilyar sistemdə qan dövranı pozulması, hərəkətin və yerişin pozulması, yanaşı xəstəlik sırasında isə ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi, İİ dərəcə. Və s. qeyd edilmişdir. Göründüyü kimi, ən azı 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.1-ci bəndində göstərilən xəstəlik və həmin xəstəliyin qiymətləndirməsi (ağırlaşmaları) hazırki iddiaçı da mövcuddur. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, əvvəllər sağlamlıq imkanının məhdud olmasına və sonradan əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2002-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin ağırlaşmalarının əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2- 1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)- 1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2002-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçının Nizami rayonu 19 saylı uşaq poliklinikasında və Bakı 26 nömrəli şəhər Poliklinikasında qeydiyyatda olması, müvafiq stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin diaqnoz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş ekspert rəyi ilə təsdiq edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən, onun qeyd edilən xəstəlik diaqnozu üzrə 2002-ci ildən, yəni 10 ildən artıq müddətdə uşaqlıqdan əlilliyi müəyyən olunduğundan və hazırda həmin xəstəlikdən əziyyət çəkdiyindən cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş 5 illik əllik müddəti bitdikdən sonra onun barəsində ilk tibbi göndəriş xx.xx.2021-ci il tarixdə rəsmiləşdirildiyindən və məhkəmə araşdırmaları zamanı da həmin tibbi göndəriş əsasında və ondan sonrakı göndərişlər əsasında imtinanın qanunsuz hesab edilməsi qənaətinə gəlindiyindən iddiaçıya təyin edilməli əlilliyin tarixi xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(112)-2813/2023 nömrəli qərarı “əlilliyin təyin edilmə tarixi xx.xx.2021-ci il tarix” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2-1(112)-2813/2023 nömrəli qərarı “əlilliyin təyin edilmə tarixi xx.xx.2021-ci il tarix” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1518/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1518/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver