Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1518/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-1(112)-961/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə bağlı Tibbi-Sosial Ekspert Komissyası tərəfindən iddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. 10 ildən artıq müddətdə ikinci dərəcə əlilliyi olmuşdur. Lakin 2021-ci ildən etibarən ikinci dərəcə əlilliyi əsassız şəkildə ləğv edilmişdir. Hesab edir ki, ikinci dərəcə əlilliyin ləğv edilməsi tamamilə qanunsuzdur. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci maddəsinin tələblərinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Normanın tələbindən göründüyü kimi 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunur. Qanunvericilikdə 10 il keçdikdən sonra ikinci dərəcə əlillik müddətsiz hesab olunduğundan yenidən forma 88 göndərilməsi və ya müayinəyə cəlb edilməyim qanunsuzdur. İddiaçının əlilliyinin qanunsuz olaraq dayandırılması ədalətsiz və əsasnamənin tələblərinə ziddir. Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XX Sinif- Xəstələnmənin və ölümün xaric səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y38 Hərbi əməliyyatlar => Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu... Diaqnozun mətni: Əsas diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol budun odlu silah yaralanmasından sonra ki, bərkimiş çapıq toxuması. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Aşağı ətrafların varikoz xəstəliyi. Ağırlaşma 180.0 Aşağı ətrafların səthi damarlarının flebit va tromboflebiti, Hər iki aşağı ətrafın B.D.V-nin varikoz genişlənməsi. Keçirilmiş Variko-Tromboflebitdən sonrakı vəziyyət Qapaq funiksiyasının pozulması. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Davamiyətli refluks xroniki varikoz çatmamazlıq İİ-İİİ dərəcə Ağırlaşma 170.2 Ətraf arteriyalarının aterosklerozu, Hər iki qalça -bud arteriyaların saqmentlərin əhəmiyətsiz stenozu. Sağ qamış arteriyaların stenozu.Xr.işemiya İ-İİ dər Ağırlaşma 187.0 Posttrombotik sindrom, Sol qamış venaların posttromboflebitik sindromu-qeyri tam renarnalizasiyası. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Diaqnoz ve agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var" səbəbi ilə imtina edilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 180-189 Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => 183 Aşağı ətraf venalarının vakrikoz gen. Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya, hiperpiqmentasiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Aterosklerozu baldır arterialarının stenozu İİ-dərəcə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin əhəmiyyətli dərəcədə pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür." səbəbi ilə imtina edilmişdir. Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-ın İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Gönderisin natamam doldurulması - Sabab: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin." səbəbi ilə imtina edilmişdir. Vətəndaş sonuncu göndərişi əsasında əyani müayinə olunmuş və 28 oktyabr 2022- il tarixli əyanı müayinə Qərarı əsasında barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Onun əsasında əlillik altsisteminə Diaqnozun mətni: Aşağı ətraf venalarinin xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşad ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." məlumatları işlənmişdir. Beləliklə, əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfmn və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1,5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlar nəzərə aınlaraq iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-961/2024 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-961/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, sırf ekspert rəyinə əsaslanaraq, şəxsdə diaqnozun olmasına qənaətinə gələrək, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə, ümumiyyətlə, məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul edilmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Cavabdeh tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz İddiaçı hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, İddiaçı xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi” Meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsindən keçirilmiş, nəticə “Sol vena.safena maqnada proksimal seqmentdə qapaq yetməzliyi və buna bağlı olaraq VSM ilə əlaqəli dərialtında varikoz şaxələr izlənilir. Sol VSP qapaq yetməzliyi və reflüks” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2- 1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Göstərilənləri nəzərə alaraq Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-961/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia ərizəsinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S70-Bud-çanaq oynağı və bud nahiyəsinin sət... Diaqnozun mətni: Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması Postravmatik sol tərəfli varikoz genişlənməsi .Sol oturaq sinirinin işiyası .Xr VÇ İİ dər . Yerişin əhəmiyyətli dərəcədə pozulması. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə növbəti dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S70 - Bud-çanaq oynağı və bud nahiyəsinin sət...Diaqnozun mətni: Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması .Postravmatik sol tərəfli varikoz genişlənməsi .Sol oturaq sinirinin işiyası .Xr VÇ İİ dər . Yerişin əhəmiyyətli dərəcədə pozulması . Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə növbəti dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı... Diaqnozun mətni: Budun açıq yarası.Sol budun güllə yaralanmasdından sonrakı çapıq toxuması. Hərəkətin və yerişin pozulmaları.Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti.(Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİ dərəcə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol budun güllə yaralanmasdından sonrakı çapıq toxuması.Hərəkətin və yerişin pozulmaları.Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol ot...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə növbəti dəfə xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı... Diaqnozun mətni: Budun açıq yarası. Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması, Hərəkət və yerişin pozulmaları Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti. (Xroniki) (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatışmazlıq İİ dərəcə. Meyar: 2.2. İkinci dərəcə əlilik DİGƏR budun güllə yaralanmasından sonrakı çapıq toxuması. Hərəkətin və yerişin pozulmaları Oturaq sinirinan bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol ot..." səbəbi ilə 5 il müddətinə əlilik dərəcəsi təyin edilmişdir. - İddiaçının əlillik vəziyyətinə növbəti dəfə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol budun odlu silah yaralanmasından sonra ki, bərkimiş çapıq toxuması. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi. Aşağı ətrafların varikoz xəstəliyi. Ağırlaşma 180.0 Aşağı ətrafların səthi damarlarının flebit va tromboflebiti, Hər iki aşağı ətrafın B.D.V-nin varikoz genişlənməsi. Keçirilmiş Variko-Tromboflebitdən sonrakı vəziyyət Qapaq funiksiyasının pozulması. Ağırlaşma 187.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Davamiyətli refluks xroniki varikoz çatmamazlıq İİ-İİİ dərəcə Ağırlaşma 170.2 Ətraf arteriyalarının aterosklerozu, Hər iki qalça -bud arteriyaların saqmentlərin əhəmiyətsiz stenozu. Sağ qamış arteriyaların stenozu.Xr.işemiya İ-İİ dər Ağırlaşma 187.0 Posttrombotik sindrom, Sol qamış venaların posttromboflebitik sindromuqeyri tam renarnalizasiyası. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: Diaqnoz ve agirlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var" səbəbi ilə imtina edilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-in İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Ağırlaşma 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya, hiperpiqmentasiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Aterosklerozu baldır arterialarının stenozu İİ-dərəcə. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Yerişin əhəmiyyətli dərəcədə pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicə məsləhət görülür." səbəbi ilə imtina edilmişdir. - İddiaçının əlillik vəziyyətinə Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: 183.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi Aşağı ətrafların varikozxəstəliyi. Sol baldır venaların PTS.BDV-ın İ-li varikozu Aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. 183.0 Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiya tez-tez təkrarlanan Tromboflebit çapıqlaşmış yara. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Gönderisin natamam doldurulması - Sabab: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin." səbəbi ilə imtina edilmişdir. Vətəndaş sonuncu göndərişi əsasında əyani müayinə olunmuş və 28 oktyabr 2022- il tarixli əyanı müayinə Qərarı əsasında barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosil ekspert komissiyasının 28 oktyabr 2022-ci il tarixli, **********4 saylı qərarından görünür ki, “...Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi. Asadı ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS.BDV-m l-li varikozu. Aşadı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı. Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, İndurasiya hiperpiqmentansiva tez-tez təkrarlanan. Tromboflebit çapıqlaşmış yara” diaqnoz araşdırılmışdır. Obyektiv baxış zamanı sol budun orta 1/3-də çapıq izlənilmiş, hər iki aşağı ətrafda əzələlərdə atrofiya aşkar edilməmiş, əzələ gücü, tonusu normal, reflekslər normal çağrılmış, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X4 xx.xx.2022-ci il tarixli Tibbi Rəydə diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi. BDV-nin l-li varikozu. Asadı ətrafın İİİ dərəcəli XVC. İndurasiya. Hiperpiqmetasiva tez-tez təkrarlanan tromboflebit. Ateroskleroz baldır arteriyaların stenozu İİİ dərəcə. Ü.İ.X Şəkərli diabet İİ tip adır forma” kimi qeyd olunmuşdur. ƏƏSMN Tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsindən keçirilmiş, nəticə “Sol vena .safena maanada oroksiməl seqmentdə qapaq vetməzlivi və buna bağlı olaraq VSM ilə əlaqəli darialtında varikoz şaxələr izlənilir. Sol VSP qapaq vetməzliyi və refleks” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir”. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 3-17-7/2-H-8760/2023 saylı Arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlərin” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən İİ qrup əlilliyə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədər) görə Prezident təqaüdü alıb. Təyinatın başlanğıc tarixi: xx.xx.2008, təyinatın son tarixi: xx.xx.2021. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli T 662/2024 saylı ekspert rəyindən görünür ki, “...Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisələri tərəfindən tərtib edilmiş göndərişlərdə qeyd edilən “Budun açıq yarası. Sol budun güllə yaralanmasından sonrakiı çapıq toxuması. Hərəkətin və yerişin pozulmaları. Oturaq sinirin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sol oturaq sinirin posttravmatik nevriti. (Xroniki) (periferik) venoz çatışmazlıq. Xroniki vezov çatışmazlıq İİ dərəcə və aşağı ətraf venaların xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi. Aşağı ətrafların varikoz xəstəliyi. Sol baldır venaların PTS. BDV-ın İ-li varikozu diaqnozu xəstənin annamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir və o, hazırda da bu xəstəliklərdən əziyyət çəkir. Forma 088-də qeyd edilən əsas xəstəlik və ağırlaşmaları onda mövcud olsa da, xəstəliklə hazırda əlillik təyinatı səviyyəsində deyildir. Vətəndaş İddiaçı düçar olduğu xəstəliklə bağlı təcili reabilitasiya müalicəsinə ehtiyacı yoxdur. Yalnız zərurət yaranarkən əlavə müalicəyə cəlb oluna bilər. Vətəndaş İddiaçı hazırda ekspertə ünlanlanan 5-ci və 6-cı suallarda qeyd edilən pataloji dəyişikliklər aşkar edilməmişdir”. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2-ci bəndinə müvafiq olaraq, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 1464 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol aşağı ətrafın posttravmatik (xx.xx.1993) varikoz xəstəliyi. İİ (ikinci) dərəcəli xroniki venoz catısmazlığı ilə. Sol budun orta 1/3-nin dəlib keçən güllə yaralanmasından (xx.xx.1993) sonrakı oturaq sinirinin zədələnməsinin qalıq əlamətləri. Sol budun orta 1/3-nin yuşsaq toxumalarından dəlib keçən güllə yaralanmasından (xx.xx.1993) sonrakı bərkimiş dəri çapığı, funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçıya 2007, 2014-2021-ci il tarixlərdə Budun açıq yarası. Sol budun güllə yaralanmasından sonrakı çapıq toxuması, Hərəkət və yerişin pozulmaları Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sol oturaq sinirinin postravmatik nevriti. (Xroniki) (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatışmazlıq İİ dərəcə meyarı ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2021-ci il tarixdən etibarən iddiaçı barəsində dövlət tibb müəssisəsinin göndərişləri tərtib edilmiş, həmin göndərişlər və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir. Məhkəmə ekspertizası zamanı isə ekspertlər sonuncu dəfə Akademik M.Topçubaşov adına X4”ndə xx.xx.2024-cü il tarixli aşağı ətrafların doppleroqrafiyası nəticəsinə əsaslanaraq iddiaçıda İ83.9-aşağı ətrafların varikoz xəstəliyi, sağ BDV və KDV-nın varikozu İİİ dərəcə, XVÇ ilə (V sinif XVX CBAP)-İ87.2. Ağırlaşma: İ83.1-ödemli indurativ hiperpiqmentasiya tez-tez təkrarlanan trofik xora” diaqnozunun olduğu qənaətinə gəlmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın 2.7-ci bəndində “Digər rubrikalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri-İ80-İ89, “Aşağı ətraf venalarının varikoz genəlməsi-l83” xəstəliklər sadalanmış, qiymətləndirmə meyarları aşağıdakıılardır: - hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə; - xoralı qüsurlu, ifraz olunan möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər. Ekspert rəyində iddiaçıda qeyd edilən qiymətləndirmə meyarına müvafiq olaraq “Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, sol baldır venaların PTS, BDV-ın birincili varikozu, aşağı ətrafların İİİ dərəcəli xroniki venoz çatmamazlığı” xəstəliyi və ağırlaşmaların müşahidə edildiyi bilavasitə qeyd edilmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2022-ci il tarixli S00014865YSİ nömrəli Forma 88-dəki xəstəliklərlə (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bunun əksini sübut edən dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının sonuncu tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir. İş materiallarında olan sənədlərdən və birinci instansiyası məhkəməsinin qərarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-961/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-961/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1518/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1518/2025
19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver