Məhkəmə qərarları › İş №2-1(103)-1519/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1519/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1519/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilmısi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadından cavabdeh tərəfındən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işəp Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasmda məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, məhəllə 84, sahə 1 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3950/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsbəsi, məhəllə 84, sahə 1 ünvanda yerləşən 1200 kv.m. torpaq shaəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3950/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarındakı yanlışlıq düzəldilərək, qərarın giriş hissəsinə "iddiaçının nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi X3" iştirakları kimi oxunması qərara alınmış və qərardad cavabdeh inzibati orqana ünvanlanmışdır. xx.xx.2020-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət daxil olmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmədən ərizənin təmin edilməsini və Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3950/2019 saylı qərarının ləğv edilməsi və Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin, Sabunçu rayonu Nardaran qəsəbə Bələdiyyəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının dayandırılması barədə vəsatət rədd edilmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadının ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, ərizədən görünür ki, ərizənin əsası kimi iddiaçı tərəfindən müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İdarəyə rəsmi müraciətin daxil olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi, iddiaçı tərəfindən müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı İdarəyə rəsmi müraciətin daxil olmadığınaistinad etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana ərizə ilə xx xxxx 2019-cu il tarixdə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 39.1-ci maddəsinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh lazımı qaydada xəbərdar edilmiş, xx xxxxxx 2019-cu il tarixli şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etməsinə baxmayaraq iddia ərizəsinə dair etiraz təqdim etməmişdir. Eyni zamanda məhkəmənin 2-1(82)-3950/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından şikayət verilmədiyindən qərar icraya yönəldilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan qərardan apelyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarı ləğv edilə bilməz. Məhkəmə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsini və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətini əsassız hesab edir və həmin ərizələri məhkəmə qərarının icrasının ləngidilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3950/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar