Məhkəmə qərarları › İş №2-1(103)-1519/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1519/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1519/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçın nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1980-ci il tarixdə xx.xx.1980-ci il tarixli 99 saylı əmrə əsasən Yevlax ŞXMŞ 1980-ci il 398 №-li vəsiqə ilə sərəncama gəlmiş ali təhsilli riyaziyyat müəllimi orta məktəbə ixtisası üzrə təyin edilmişdir. xx.xx.1982-ci il tarixdə xx.xx.1982-ci il tarixli 95 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq orta məktəbdə Yevlax şəhər müəllimliyindən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə 382/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun hazırlıq şöbəsinin metodisti təyin edilmişdir. xx.xx.1994-cü il tarixdə 537/16 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən Azərbaycan Dövlət Neft Akademiyasından Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə 07KM saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən "xxxx" Kiçik Müəssisəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə 02 saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən ərizəsi əsasında öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə 02/KŞ №-li xx.xx.2002-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə 02 K/Ş saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən tutduğu vəzifədən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixdə 537 №-li xx.xx.2022-ci il tarixli əmrə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mühasib vəzifəsinə qəbul edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********6 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Təqdim edilən əmək kitabçasına və diplomun surətinə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 24 il 7 ay 22 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına (24 il 7 ay 22 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18780,70 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixidən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.2002-ci il tarixindən xx.xx.2004cü il tarixinədək işlədiyi "xxxx" MMC-də saxlanılan əmək haqqı hesablama cədvəlləri ilə tabel cədvəllərində olan işçi saylarında fərq olduğu üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil ediməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. xx.xx.2021-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin olunmuşdur. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Nərimanov filialına müraciət etməyi tövsiyə edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-R-115149/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Təqdim etdiyiniz əmək kitabçanıza, diplomunuzun suıəlinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 17 il 8 ay 23 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 3 ay 23 gün sığorta stajına uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılıb) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Təqdim edilən HT-İ № ******* saylı əmək kitabçasında qeyd olunmuş "xxxx" Kiçik Müəssisəsində xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra yaşa görə pensiyası hüququna yenidən baxılacaqdır.

5. EB seriyalı 267697 saylı xx.xx.1980-ci il tarixli diplomdan görünür ki, İddiaçı H.Zərdabi adına X5 İnstitutunun “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********132900 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" MMCnin (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə 0102-01-102 nömrəli ilə dövlət qeydiyyatına. xx.xx.2002-ci il tarixdə ********* nömrəli VÖEN ilə, xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması əsas fəaliyyət növünün "İxtisaslaşdırılmamış topdan satış" (kod. 46901), əlavə fəaliyyət növünün "Saxlama və anbarlara yığma" (kod: 52101), "Sair hazır metal məmulatlarının istehsalı" (kod: 25990), "Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi" (kod. 68200) və "Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət" (kod: 5210101) kimi qeyd olunması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında "xxxx" MMC-nin (VÖEN: **********) "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması" barədə ərizə ilə müraciət etməsinə dair məlumat mövcud deyil. "xxxx" Kiçik Müəssisəsinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə 143-2000K nömrəli ilə dövlət qeydiyyatına, xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, hazırda fəaliyyəti aktiv vəziyyətdə olması, əsas fəaliyyət növünün "Mağaza, çadır və bazarlardan kənarda satış pərakəndə satış" (kod: 47990), əlavə fəaliyyət növünün "Heyvandarlıqla əlaqəli bitkiçilik" (kod 01500) kimi qeyd olunması barədə məlumat müəyyən edilmişdir.

7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2002xx.xx.2004-cü illərdə "xxxx" MMC-də işləmişdir. Bununla əlaqədar müvafiq əmrlərin surəti təqdim edilmişdir.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02/KŞ saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən ştat cədvəlinə uyğun olaraq mühasib vəzifəsinə təyin edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-5222/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı inzibati işi ilə əlaqədar "xxxx" Kiçik Müəssisəsi haqqında məlumatın təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məktubda qeyd olunan müəssisə barədə dövlət əmlakının registrində məlumat qeydiyyata alınmamışdır.

10. "xxxx" MMC tərəfindən təqdim edilmiş 47 saylı xx.xx.2004-cü il tarixli arayışa əsasən "xxxx" MMC (VÖEN**********) bildirir ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-ci il tarixindən Xətai rayonun ünvan 1 ünvanında onun ərazisində yerləşir.

11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-534/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adı ilə 11 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 4-ü xx.xx.1996 - xx.xx.1996-cı il tarixləri ərzində, 1-i xx.xx.2007ci ii tarixində qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadırlar, 6-sı isə xx.xx.1996 xx.xx.2000-ci il tarixləri ərzində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur.

12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-729/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN:**********) 18 iyun 2007-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır və hazırda qeyri-fəaldır. Sözügedən müəssisənin Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrindəki fəaliyyəti “İqtisadi fəaliyyət növləri təsnifatı” üzrə “Mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış” (kod 47990) kimi qeyd olunmuşdur.

13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 3-48-4/2-1747/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

14. İddiaçı tərəfindən təqdim edilmişTəsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 912 saylı xx.xx.1993-cü il tarixli şəhadətnamədən görünür ki, "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun 25 ildən çox işlədiyi müddəti ümumi sığorta stajına daxil edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi, habelə bu pensiya məbləğinin 2-ci məktub üzrə imtina verildiyi tarixdən hesablanaraq üzərinə həmin tarixdən ödəniş edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Bununla əlaqədar ərizə və sənədləri Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına göndərilərək, müraciətinə həmin filialda baxılmışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının 19 oktyabr 2021-ci il tarixli **********6 nömrəli məktubunda həmin tarix üçün qadınların pensiya yaşının 62 yaş 6 ay təşkil etdiyi, təqdim edilən sənədlərə əsasən xx.xx.2006-cı ilə qədər iddiaçının sığorta stajının 24 il 7 ay 22 gün olduğu və bu rəqəmin yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulan 25 il iş stajının olmasına kifayət etmədiyi bildirilmişdir. Məktubdan göründüyü yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində göstərilən 25 ilə təxminən 5 aya yaxın müddət çatmamışdır. Cavabdehin məktubunda qeyd edilənlərə uyğun olaraq əmək stajının toplanması üçün 14 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi bağlayaraq işləməyə davam etmiş və tələb olunan 5 aya yaxın iş stajını artıqlaması ilə toplamışdır. Belə ki, hazırda aktiv olaraq davam edən əmək müqaviləsi üzrə tələb olunan təxminən 5 aya yaxın sığorta stajı əvəzinə, 1 il 3 aylıq sığorta stajı toplanmışdır. Tələb olunan sığorta stajının artıqlaması ilə toplanması ilə bağlı tərəfindən yenidən cavabdeh quruma müraciət edilmiş və yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş edilmişdir. Lakin cavabdehin 24 may 2023-cü il tarixli 3-17-1/2-R-115149/2023 nömrəli məktubunda isə eyni qurum tərəfindən əvvəlki məktubla etiraf edilən iddiaçının sığorta stajının 24 il 7 ay 22 gün deyil, 17 il 8 ay 23 gün təşkil etdiyi bildirilmişdir. İddiaçının sığorta stajının 24 il 7 ay 22 gün olması barədə 1-ci məktub Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru tərəfindən, 2-ci məktub isə həmin qurumun direktor müavini tərəfindən imzalanmışdır. 2-ci məktubda Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarına istinad edilərək imtinanın əsası kimi əmək kitabçasında qeydlərlə möhürün üst-üstə düşməsi göstərilmişdir. Lakin cavabdeh qurumun imtina məktubunda göstərilən Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nda imza ilə möhürün üst-üstə düşməsi səbəbindən işçiyə sığorta stajının hesablanmasından imtina edilməsi əsası göstərilməmişdir. Göründüyü kimi cavabdeh qurum təhrifə yol verərək əsassız imtina vermişdir. Cavabdeh qurumun 1-ci məktubunda fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 18780,70 manat olduğu göstərilsə də, 2-ci məktubda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 16035,43 manat olduğu bildirilmişdir. Göründüyü eyni qurum tərəfindən iddiaçıya göndərilən 2 məktub bir-biri ilə zidd və əsassızdır. Dövlət orqanı olaraq cavabdeh qurumun vəzifəsidir ki, 2006-cı ildən, yəni pensiya informasiya sisteminin elektronlaşdırılmasından əvvəlki dövr üçün vətəndaşların pensiya kapitalını dürüst şəkildə hesablayıb vətəndaşa yaşa görə əmək pensiyası təyin etsinlər. Nəticədə, cavabdeh orqanın imtinaedici aktı əsasında onun hüquqları pozulmuş və ona yaşa görə əmək pensiyası təyin edilməmişdir.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəqiqləşdirilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

18. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı 04 may 2023-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajının 17 il 8 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması və eyni zamanda xx.xx.2006-cı il tarixədək sığorta stajına (17 il 3 ay 23 gün) uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat pensiya kapitalının təşkil etməsi və qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edilən bütün dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasına, diplomun surətinə və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (01,09.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 8 ay 23 gün təşkil etmişdir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 3 ay 23 gün sığorta stajına uyğun olaraq 16035,43 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 377,47 manat olmaqla, ümumilikdə 16412,90 manat təşkil etmişdir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılıb) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

20. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim eidlmiş sənədlərə baxdıqda 10 mart 1993-cü il tarili AR Ədliyyə Nazirliyinə ünvanlanmış məktubun sonunda imzanın yeni çəkilməsinə dair şübhənin olması, Müstəqil "xxxx" kiçik müəssisəninin qeydə alınması ilə bağlı hər hansı tarixin, kim tərəfindən imzalanması və dövlət orqanının möhürünün olmaması,16 dekabr 2004-cü il tarixli "xxxx" MMC tərəfindən ünvan 2 ünvanlanmış məktuba nəzər yetirdikdə möhürün sol küncündə olması və möhür vurulduqdan sonra qeydlər aparılması, "xxxx" kiçik müəssisəsində qeydə alınmış əmrə baxdıqda İddiaçı baş mühasib vəzifəsinə qəbul edilməsinə dair qeyd olmasına baxmayaraq əmr rus dilində yazılmış, lakin möhürün latın qrafikasında və imzanın yeni olması, Azərbaycan Respublikası Dövlət statistika Komitəsinin Baş Hesablama Mərkəzindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə eydlər rus dilində yazılsa da, möhürün latın qrafikasında olması, Azərbaycan Respublikası Baş X4 X6 Reyestrinin aparılması qaydalarına əlavəyə dair 14 iyun 1993-cü il tarixli şəhadətnaməsinə nəzərə yetirdikdə latın qrafikasında yazılmasına baxmayaraq doldurulması kiril qrafikasında yazılmış və qeyd edilmiş sənəddə imzanın yeni çəkilməsi kimi qeydlər mövcuddur. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılmamış və münasibət bildirilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

23. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

26.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

27.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 29.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 24-27-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

32. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı ona 62 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir.

33. Cavabdeh orqan isə imtina əsası kimi 2 hala istinad edir: - iddiaçının ümumi iş stajının 25 ildən az olması; - iddiaçıya məxsus fərdi hesabının sığorta hissəsində pensiya kapitalının yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verməməsidir.

34. İş materiallarında olan iddiaçının xx.xx.1980-ci il tarixli əmək kitabçasına əsasən onun xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il illər iş dövrləri qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən siğorta stajı onun xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər və əmək kitabçasında qeyd edilən xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2002- ci illərdə işlədiyi dövrüdür. 35.Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında əks olunan xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi əmək fəaliyyəti dövrüdür. Belə ki, həmin dövrün nəzərə alınmamasına səbəb əmək kitabçasının doldurulma qaydasının (qeydlər möhür vurulduqdan sonra eyni qələm, eyni xətlə möhür üzərindən yazılması) pozulmasıdır.

36. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2-1(103)-1519/2025 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 27 fevral 2025-ci ildə təqdim edilmiş İddiaçı pensiya ödənişinə dair sənədlərin təstiq edimiş surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü ildə DSMF Bakı şəhəri, Nərimanov rayon şöbəsinə ona İİ qrup əlilliyə görə pensiyanın təyin edilməsi ilə bağlı müraciət etmiş və ona xx.xx.2014-cü ilə qədər İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir, 28 iyul 2021-ci ildə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF müraciət etmiş, lakin DSMF-nin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, 12 oktyabr 2021-ci il tarixli qərar əsasında müddətsiz sosial müavinat təyin edilmişdir, 04 may 2023-cü ildə İddiaçı yenidən DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və DSMF-nun 12 may 2023-cü il tarixli qərarı ilə ona sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. 39.Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı İddiaçı iki dəfə, yəni 28 iyul 2021-ci və 04 may 2023-cü ildə DSMF müraciət etmişdir. Birinci müraciətə verilən imtina qərarından sonra öz xahişi ilə iddiaçıya müddətsiz sosial müavinat təyin edilmişdir. Göründüyü kimi iddiaçı birinci müraciətə imtina verildiyinə görə və ona sosial müavinatın təyin edilməsinə razılıq vermişdir.12 iyun 2021-ci ildə İddiaçı əmək pensiyası üçün tələb edilən 62 yaşı tamam olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sonuncu müraciətinin 04 may 2023-cü ildə və tələb edilən yaş senzorunun 12 iyun 2021-ci ildə tamam olması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş ödənilməyən pensiya məbləğinin 3 illik hissəsinin ödənilməsinə zərurət yaranmır. İddiaçının həm birinci (28 iyul 2021) həmdə ikinci (04 may 2023) müraciəti iş üçün o halda əhəmiyyət kəsb edə bilərdi ki, əmək pensiyasının təyin edilməsi üçün DSMF müraciət 2024-cü ilin iyul ayından sonra olmuş olardı. Belə olduğu tədqirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası 12 iyun 2021-ci ildən təyin edilməli və pensiya ödənişləri də (sosial müavinat üçün ödənişlər çıxılmaqla) həmin tarixdən ödənilməlidir.

40. Cavabdehin əmək kitabçasının doldurulma qaydası pozulması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməməsi ilə bağlı hər hansı bir əsaslı dəlil təqdim etməmişdir. Bu isə mötəbərlik prinsipinin tələbləri baxımından iddiaçının xeyrinə olan hal kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, əmək kitabçasının işəgötürən tərəfindən lazımi qaydada doldurulmamasında iddiaçının hər hansı bir təqsiri yoxdur. Yəni əmək kitabçasının lazımi qaydada işəgötürüən tərəfindən doldurulmaması iddiaçıya əmək pensiyasının təyin edilməməsi üçün əsas deyil. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən "xxxx" Kiçik Müəssisəsi xx.xx.1993cü il tarixdə dövlət qeydiyyatına alınması, işçilərinin siyahısında iddiaçının da adının qeyd edilməsi müəyyən edilir. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçının işə götürülməsi barədə 02/KŞ saylı xx.xx.2002-ci il tarixli əmr məhkəməyə təqdim edilmişdir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır.

41. Apellyasiya şikayətində göstərilən digər arqumentə, yəni xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə bağlı məhkəmə kolleqiyası qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 2-ci maddəsinə əsasən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Belə olduğu təqdirdə iddiaçının 2006-2018-ci illər üzrə pensiya kapitalının olmaması ilə bağlı cavabdeh tərəfindən gətirilən arqument heç bi hüquqi nəticə doğurmur. 42.Apellyasiya şikayətində göstərilən növbəti arqumentə, yəni İddiaçı tərəfindən təqdim edilmiş və müvafiq qurumlara edilmiş müraciətlərdə imzanın yeni çəkilməsi, müraciətdə möhürün sol künçdə vurulması, möhür vurulduqdan sonra qeydlərin aparılması, əmrin rus dilində yazılmasına baxmayaraq möhürün latın qrafikasında olması ilə bağlı olan qeydlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin çatışmamazlıqlar kargüzarlıq haqqında təlimatın pozulması kimi qəbul edilməli və həmin pozuntuların olması əmək pensiyasının təyin edilməsinə maneə kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, həmin müraciətlərdə imza və möhürün düzgün qaydada olmaması ilə bağlı müraciət olunan dövlət qurumları hər hansı bir mübahisə açmamış və müraciətə müsbət cavab vermişdir.

43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh qurumun gətirdiyi dəlil iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının iş stajı əmək kitabçası və müvafiq əmrlərlə və işlədiyi müəssisənin verdiyi 02/KŞ saylı xx.xx.2002-ci il tarixli əmrlə təsdiqlənir. Bundan başqa o da nəzərə alınmalıdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 45.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 46.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar