Məhkəmə qərarları › İş №2-1(103)-152/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-152/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-152/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri XDS İK-nın 9-333 №li, xx.xx.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-816/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş, İddiaçı Bakı şəhəri XDS İKnın 9-333 №li, xx.xx.1989-cu il tarixli qərarına uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 207b/8 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəməyə ərizə ilə müraciət edərək onun üçüncü şəxs qismində icraata cəlb edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə X3 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra X3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-152/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2023 nömrəli, 02 mart 2023cü il tarixli qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Hazırda üçüncü şəxs X3 Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-152/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin aparılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün işin baxışdan çıxarılaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Xİ fəsli ilə müəyyən edilən qaydaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və kassasiya şikayəti həmin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 90, 94 və 95-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar