Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-152/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « Məlumatlandırma icraatının tətbiq edilməsi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının və onun nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,02098 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müraciətinə cavab olaraq, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanaraq qeyd edilmişdir ki, Sizin yaşadığınız ünvanda fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılması ilə bağlı təqdim etdiyiniz eskiz layihəsinə Cavabdehndə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, layihədə fərdi evlər üçün nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsalları gözlənilməmiş, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”tn tələbləri pozulmuşdur. Belə ki, Qaydaların 5-ci bəndinə əsasən “Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır”. Qeyd olunanları nəzərə alaraq təqdim etdiyiniz eskiz layihəsinə müsbət rəy bildirilməsi mümkün deyil.
3. İş materiallarına əlavə edilmiş, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş X6 məxsus ərizədə qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsindəki sol qonşuluğundakı qonşum - İddiaçı mənim hasarıma yaxın ərazidə ara məsafəsi saxlanılmadan, özünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmasına (fərdi yaşayış evi tikməsinə) razıyam, etiraz etmirəm.
4. İş materiallarına əlavə edilmiş, 42 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş X2 məxsus ərizədə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.02098 ha torpaq sahəsi üzərində əsaslı tikinti və təmir işlərinin aparılmasına, tikintiyə əlavələr edilməsinə, tikintinin yenidən qurulmasına və onun adına sənədləşdirilməsinə, habelə həmin ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına, bağışlanmasına, kirayə verilməsinə, dəyişdirilməsinə, digər şəkildə özgəninkiləşdirilməsinə, ipoteka qoyulmasına və qanunla qadağan olunmayan digər əməliyyatlar aparılmasına etiraz etmirəm, razıyam.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyini cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı ev AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçının mülkiyytindədir. Uzun müddətdir ki. həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi evdə təmir-tikinti işlərinin aparılması üçün ilkin olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə lisenziyası olan "xxxx" MMC-yə müraciət etmiş, qanun çərçivəsində mülkiyyətində olan evə dair eskiz layihəsi tərtib olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2023-cii il tarixdə eksiz layihə onun tərəfindən Bakı Şəhər Cavabdehnə təqdim edilərək evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı müraciət edilmişdir. Lakin müraciətinə heç bir reaksiya bildirilməmiş, ərizədə qeyd olunmuş poçt ünvanına rəsmi şəkildə cavab göndərilməmişdir. İddiaçı qeyd edir ki, heç bir qanun pozmadan, qanun çərçivəsində müraciət ərizəsindən10 gün sonra tikintiyə başlamışdır. 6-7 kv.m hasar hörüldüyündə cavabdeh orqanın əməkdaşları tərəfindən ona heç bir məlumat verilmədən tikilmiş hasarı qanunsuz olaraq sökərək iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin söküntü işlərindən sonra O, Cavabdehnə müraciət etmişdir. Oradan iddiaçıya xx.xx.2023-cü il tarixli ərizə ilə 22 gündən sonra verilmiş xx.xx.2023-cü il tarixli, 5-21/2-S-89- 151/23 №li cavab məktubunu ona xx.xx.2023-cii il tarixdə, yəni 64 gün sonra təqdim etmişlər. Həmin cavab məktubunda müraciətindən imtina olunmuş, imtinanı layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsallarının gözlənilmədiyini ”ara məsafələri ilə bağlı müfəssəl qaydalar'ın tələblərinin pozulduğunu bildirmişlər.İddiaçı qeyd edir ki, "xxxx" MMC tərəfindən layihə tərtib olunarkən ona məxsus bir mərtəbəli evin ikinci mərtəbəsinin və digər tikili ilə bağlı plan çertyoj tərtib olunmuş, lazım olan ən incə məqamlar da həmin layihədə əks etdirilmişdir. Həmin plan -çertyoj lisenziya əsasında fəaliyyət göstərən tikinti-layihə işləri ilə məşğul olan, yuxarıda qeyd edilən, müəsisə tərəfindən ödənişli əsaslarla hazırlanmışdır. Hazırlanarkən də qanunun bütün normativləri qorunmuş, heç bir qanunsuzluğa yol verilməmişdir. Həmçinin qanuna əsasən, 10 gün ərzində həmin plan-çertyoja(layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanılması nəzərəd tutulmuşdur. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Cavabdeh təşkiatın istinat etdiyi iradlar qanun çərçivəsində deyildir. İddiaçı qeyd etmişdir ki, o mülkiyyətində olan evin üzərində tikinti aparır. Həmin tikintilərlə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmçinin belə mübahisələr Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Həmin qanunun 80-ci maddəsində qeyd olunan normativlər iddiaçı tərəfindən gözlənilmişdir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə" ‘’Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar" yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Göründüyü kimi, ara məsafəsi, tikintisinə icazə tələb olunan tikililərə aiddir, Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində “ara məsafəsi" ilə bağlı ümumiyyətlə heç bir müddəa yoxdur, iddiaçının tikinti ilə bağlı isə heç bir qanun pozuntusu yoxdur. Bundan başqa ona məxsus torpaq sahəsində sol qonşuluqda yaşayan qonşusu X8 və X4 hasarına yaxın ərazidə ara məsafəsi saxlanılmadan iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etiraz etməməsi ilə notarial qaydada öz razılığını bildirmişdir. Nazirlər Kabineti “Ərazilərin zonalaşdırılması tikintininn növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014- cü il 27 fevral tarixli 51 saylı Qərarında ərazi zonzalarında tikinti sıxlığı göstəricilərinin yeni yol verilən həddləri müəyyən edilib. Qərara əsasən, tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır: -ərazinin tikinti əmsalı-bina və qurğular altında olan sahənin plannlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; - ərazinin tikinti sıxlığı əmsalı-bina və qurğuların yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti; Yaşayış və ictimai işgüzar zonalar üçün ərazinin tikinti və tikinti sıxlığı əmsalları məhəllənin bütün ərazisi üçün zəruri olan xidməti idarə və müəssisələr, qarajlar, avtomobil duracaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilib. Qeyd: (məhəllə dedikdə bir şəhər və ya qəsəbənin bölündüyü hissələr nəzərdə tutulur).Beləliklə tikiliyə olan iradların heç biri onun tikilisinə şamil edilə bilməz. Bütün bunlara baxmayaraq, icra hakimiyyəti tərəfindən heç bir məhkəmə qərarı olmadan söküntü aparılmış, vəzifə səlahiyyətlərindən istifadə emişlər. Halbuki qanun buna yol vermir. Bundan başqa Azərbaycan Respublikasının qanunlarına görə ölkədə fərdi yaşayış evi tikmək üçün nə icazə, nə də hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyyət orqanına müvafiq sənədlər əlavə edilməklə “məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. İddiaçı hesab edir ki, qanunun tələblərinə riayət etməklə icra hakimiyyətinə müraciət etmiş, qanunda nəzərdə tutulan müddəti gözlədikdən sonra tikintiyə başlamışdır. Əsassız və qanunsuz əsaslarla cavabdeh təşkilat tərəfindən hüquqların məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü 0 səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1, 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15292 saylı xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən yerində müayinə təyin edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən İddiaçı məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər. Qeyd etmək lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə Təhüləksizliyə Nəzarət Dövlət Agentliyi yalnız tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir.
12. Məhkəmə qeyd edir ki, tikilinin yol qırağında yerləşməsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda hər hansı təmir işlərinin aparılmasına mane olmağa əsas vermir. Həmçinin yuxarıda istinad olunan normaların və tikintiyə nəzarətin məqsədləri baxımından, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığı hallarda nəzarət orqanı tikintiyə dövlət nəzarəti çərçivəsində həmin tikinti obyektinə müdaxilə etməyə, həmin obyektə münasibətdə müxtəlif nəzarət tədbirlərini, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirləri tətbiq etməkdə haqlı sayıla bilməz. Eyni zamanda, qeyd edilən məsələlərlə bağlı (mülkiyyətdə olan tikilidə təmir-tikinti işlərinin aparılması) yerli icra hakimiyyəti orqanın bilavasitə fiziki olaraq müdaxilə etməsi və ya maneçilik törətməsi kimi səlahiyyətlər qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz sayılmalı və ididaçının mülkyyətində olan fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılmasına maneçilik törətməmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti imtinanın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsalları gözlənilməmi ”ara məsafələri ilə bağlı müfəssəl qaydalar'ın tələbləri pozulmuşdur.Həmçinin, iddiaçının ona məxsus fərdi yaşayış evində təmir-tikinti işləri aparılması yox, ikinci mərtəbənin tikilməsi niyyəti olmuş və araşdırma zamanı birinci mərtəbənin dayaq betonları zəif olduğundan həmin evin üzərində ikinci mərtəbə qaldırılması mümkün olmadığı nəticəsinə gəlinmişdir.Belə ki, üzərində ikinci mərtəbə tikilməsi niyyəti olan bir mərtəbəli fərdi yaşayış evinin təyinatı faktiki dəyişdirilərək qeyri-yaşayış (ətriyyat mağazası) kimi istifadə olunmaqla uzun illər öncədən tikilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdirlər.
17. Həmçinin, iddiaçının hüquqi marağı inşa etmək istədiyi tikintiyə məlumatlandırma icraatının tətbiq edilməsi olması məhkəmə kallegiyasının iclasında müzakirə olunmuş və iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi məzmunda dəqiqləşdirilmişdir.Dəqiqləşdirilmiş ərizə protokol qaydasında icraata qəbul olunmuşdur.
18. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: ..... 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. ..... 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.
13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
26. İddianın mümkünlüyü ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə lisenziyası olan "xxxx" MMC-yə müraciət etmiş, mülkiyyətində olan evə dair eskiz layihəsi tərtib olunmuşdur. xx.xx.2023-cii il tarixdə eksiz layihə onun tərəfindən Bakı Şəhər Cavabdehnə təqdim edilərək evdə təmir-tikinti işlərinin aparılması ilə bağlı müraciət edilmişdir. Lakin müraciətinə heç bir reaksiya bildirilməmiş, ərizədə qeyd olunmuş poçt ünvanına rəsmi şəkildə cavab göndərilməmişdir. İddiaçı qeyd edir ki, heç bir qanun pozmadan, qanun çərçivəsində müraciət ərizəsindən10 gün sonra tikintiyə başlamışdır.6-7 kv.m hasar hörüldüyündə cavabdeh orqanın əməkdaşları tərəfindən sökərək iddiaçıya maddi ziyan vurulmuşdur.Bu hazırkı məhkəmə mübahisəsinin predmeti deyildir.
27. Belə ki, həmin söküntü işlərindən sonra iddiaçı Cavabdehnə müraciət etmişdir.İddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 5-21/2-S-89- 151/23 №-li cavab məktubunda müraciətinin təmin olunmasından imtina olunmuş, cavabdeh imtinanı layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsallarının gözlənilmədiyi, ”ara məsafələri ilə bağlı müfəssəl qaydalar'ın tələblərinin pozulduğu ilə əlaqələndirmişdir.
28. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı evdə yerləşən İddiaçı məxsus fərdi yaşayış evində təmir və tikinti işlərinin aparılmasına maneçlik törətməmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
29. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.Qeyd edilən məsələlərlə bağlı (mülkiyyətdə olan tikilidə təmir-tikinti işlərinin aparılması) yerli icra hakimiyyəti orqanın bilavasitə fiziki olaraq müdaxilə etməsi və ya maneçilik törətməsi kimi səlahiyyətlər qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz sayılmalı və ididaçının mülkyyətində olan fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılmasına maneçilik törətməmək öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
30. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovi küçəsi, 51 saylı fərdi yaşayış evinə dair təqdim edilən layihəyə uyğun “məlumatlandırma icraatı”nın tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir.
31. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, iddia tələbi əsassızdır.
32. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0298 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
33. Apellyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının ona məxsus qeyd olunan fərdi yaşayış evində təmir-tikinti işləri aparılması yox, ikinci mərtəbənin tikilməsi niyyəti olmuş və iddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma icraatı qaydasında tikinti aparması üçün Cavabdehnə müraciət etmişdir.İddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 5-21/2-S-89- 151/23 №-li cavab məktubunda müraciətinin təmin olunmasından imtina olunmuş, cavabdeh imtinanı layihədə nəzərdə tutulan tikinti və tikinti sıxlığı əmsallarının gözlənilmədiyi, ”ara məsafələri ilə bağlı müfəssəl qaydalar'ın tələblərinin pozulduğu ilə əlaqələndirmişdir.
34. Məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, cavabdehin digər dəlillərindən biri də birinci mərtəbənin dayaq betonları zəif olduğundan həmin qeyriyaşayış sahəsinin üzərində ikinci mərtəbə ev qaldırılması mümkün olmadığı nəticəsinə gəlinmişdir.Belə ki, üzərində ikinci mərtəbə tikilməsi niyyəti olan bir mərtəbəli fərdi yaşayış evinin təyinatı faktiki dəyişdirilərək qeyri-yaşayış (ətriyyat mağazası) kimi istifadə olunmaqla uzun illər öncədən tikilmişdir.
35. Həmin dəlilərlə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.(Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi)
36. İddiaçının isə fərdi yaşayış evinin deyil, faktiki qeyri-yaşayış (ətriyyat mağazası) obyektinin üstündə ikinci mərtəbə fərdi yaşayış evi tikmək onun hüquqi marağını təşkil etməsi müəyyən olunur.Bu halda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) iddiaçının aparmaq istədiyi tikintiyə şamil edilməsi həmin normanın tələblərinə zidd olar.
37. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza ilə bağlı Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş 10/6716 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və iddiaçının qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi tikilinin üzərində yarımçıq tikinti işləri aparılmışdır. 38.Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə əsasən:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.
13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.
39. İddiaçı isə faktiki qeyri-yaşayış (ətriyyat mağazası) obyektinin üstündə ikinci mərtəbə ev tikmək üçün hazırkı tələblə çıxış edir.
40. Beləliklə, hazırkı iş üzrə tətbiq olunmuş normalara, o cümlədən "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır.
41. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.
42. Bu halda cavabdeh inzibati orqana qarşı iddiaçının tələbinin də əsaslı olması müəyyən olunmur.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
45. Həmçinin, Azərbaycan Respublikası İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.
46. Göstərilənlərə əsasən iddiaçıdan aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X3, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. İddiaçıdan aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X3, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.