Məhkəmə qərarları › İş №2-1(103)-1520/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1520/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1520/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X3 vəkili Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh Bakı şəhəri X4 Departamentinə qarşı xx.xx.2019 tarixli **********187403 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********187403 saylı qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlanılmışdır. Səyyar vergi yoxlaması aktından da göründüyü kimi, yoxlama vergi orqanının müvafiq qərarları ilə xx.xx.2019-cu il tarixdən 29 gün, xx.xx.2019-cu il tarixdən 30 gün, xx.xx.2019cu il tarixdən 29 gün, xx.xx.2019-cu il tarixdən 15 gün və xx.xx.2019-cu il tarixdən 34 gün müddətinə, ümumilikdə 5 dəfə olmaqla 137 gün müddətinə dayandırılmışdır. Hazırda mübahisələndirilən səyyar vergi yoxlaması cəmi 137 gün olmaqla və Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən dayandırılmışdır, bu halda vergi orqanı tərəfindən müddətin hesablanması baxımından heç bir pozuntuya yol. verilmədiyi açıq-aşkar görünməkdədir. Həmçinin yoxlamanın xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə uzadılması ilə əlaqədar bildiririk ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1888/2022 saylı, 24 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümaəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini (nümayəndəsi) dinləyib, iiş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, həmçinin hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında hüquqi mövqeyi olaraq qeyd edilmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yoxlamanın müddətlərinə riayət edilməməsinin qərarın qəbuluna təsir edib-etməməsi halını yoxlamalı və qiymətləndirməli, qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. Eyni zamanda, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, mübahisələndirilən qərarla iddiaçıya yalnız icarə haqqına görə ödəmə mənbəyində vergi deyil, sadələşdirilmiş vergi də hesablanmış və kassator şikayətində verginin hesablanma səbəbi kimi dövriyyənin bəyannamədə düzgün əks etdirilməməsini göstərmişdir.Lakin, sadələşdirilmiş verginin hesablanması aşağı instansiya məhkəmələrinin araşdırma predmetini təşkil etməmişdir. İşin bu halı apellyasiya instansiyası məhkəməsi üçün əsas verir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (qısaldılmış halda İPM) 87.7-ci maddəsini rəhbər tutaraq, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərsin. Belə ki, İPM-in 87.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan (qeyd olunan formal əsasın qərarın ləğvi üçün kifayət olmadığı nəticəsinə gəldiyi halda, təkrar ekspertiza keçirməklə (notarial müqavilələr əsasında keçirilməsi məqsədəmüvafiqdir) icarə haqqı ilə bağlı məsələni həll etməlidir. Eyni zamanda, mübahisələndirilən qərarla iddiaçıya yalnız icarə haqqına görə ödəmə mənbəyində vergi deyil, sadələşdirilmiş vergi də hesablanmış və kassator şikayətində verginin hesablanma səbəbi kimi dövriyyənin bəyannamədə düzgün əks etdirilməməsini göstərmişdir.Lakin, sadələşdirilmiş verginin hesablanması aşağı instansiya məhkəmələrinin araşdırma predmetini təşkil etməmişdir.) barəsində şikayət verilmiş məhkəmə qərarı ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərilməlidir: İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-102/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar