Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1520/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2021 saylı xx.xx.2021cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2013-xx.xx.2014-cü illərdə X2 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq etməklə, ona xx.xx.2021-ci il tarixdən 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir ( İPM m. 33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…xx xxxxxx 1961-ci ildə anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1976- 1980-ci illərdə Sumqayıt Kimya-Texnologiya Texnikomunda təhsil almış və təyinatla Sumqayıt “Üzvi-Sintez” İstehsal Birliyinə işə göndərilmişdir. Ümumin iş stajı 46 ildir. Halhazırda Sumqayıt Texnologiyalar Parkında işləyir. Oktyabr 1980-ci ildən noyabr 1982-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. xx.xx.2001-ci ildə "xxxx" ATSC-də işə qəbul edilmiş və xx.xx.2005-ci ildə işdən azad edilib(5-ci dərəcəli qaz kəsicisi).2)xx.xx.2005-xx.xx.2005-ci il "xxxx" MMC-də 5-ci dərəcə qaz qaynaqçısı işləyib. ("xxxx" ASC) 3) xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də 5ci dərəcə qaz qaynaqçısı (“Azenco“ ASC-də) 4) xx.xx.2009-xx.xx.2010-cu il "xxxx" ASC-də qaz kəsicisi 5) xx.xx.2013-xx.xx.2014-cü il "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı 6) xx.xx.2015-xx.xx.2016-cı il "xxxx" MMC-də 3-cü dərəcə qaz kəsicisi 7) xx.xx.2018xx.xx.2019-cu il “STP”-də 4-cü dərəcəli qaz kəsicisi 8) Hal-hazırda “Sumqayıt Texnologiyalar Parkında” qaz kəsicisi işləyir. 9) xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər "xxxx" MMC-də xidməti müqavilə əsasında qaz kəsicisi (23-t-xidmət/2020 saylı müqavilə) 10) xx.xx.1982-xx.xx.1983-cü il cü illərdə “Azərkiyma” İB-də qaynaqçı . Adıçəkilən müəssisədə həm qaz qaynaqçısının, həm də elektrik qaynaqçısının işlərini əl ilə icra edib. Ümumi iş stajı 46 ildir. Həmin iş dövrünün 13 ili güzəştli pensiya təyin edilməsi üçün əsas verən iş stajına aiddir ...” Cavabdeh, iddiaçının güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin olunması barədə ərizəsini 10 mart 2021-ci il tarixli məktubu ilə təmin edilməsindən imtina edərək bildirmişdir ki, xx.xx.2013-2901.2014-cü illər ərzində “Avro-Asiya” inşaat korporasiyası Evracon” ASCdə işlədiyi qaynaqçı vəzifəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəziəfəsinə uyğun deyildir. Bu səbəbdən iş stajı 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil edir. İddia ərizəsinə etirazında da cavabdeh həmin əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə çəkişmə prinsipinə riayət etməmiş, hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, onun qanunla qorunan hüququnu pozmuşdur. Məhkəmə qanunvericiliyi səhv tətbiq etməklə, əsaslandırılmamış qərar qəbul etmişdir. Ona görə də qərar qanunsuz və əsassızır...” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş və İddiaçı xx.xx.2013-xx.xx.2014-cü illərdə X2 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq etməklə xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1933/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərparında qeyd etmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda, ona 13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişiklik həmin Qanun qüvvəyə mindiyi andan tətbiq edilə və həmin tarixdən pensiya təyin edilə bilərdi. Lakin apelyasiya instansiyası məhkəməsi 13 may 2022-ci il tarixli Qanunun keçid müddəaları ilə müəyyən edilmiş qaydaların tələbini pozaraq, bu qanunun qüvvəyə mindiyi vaxtdan əvvəlki münasibətlərə tətbiq etmişdir. İşin təkrar apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddia tələbini dəqiqiləşdirərək, ona 29 iyun 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qəralının ləğv edilməsini və onun dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış birinci instansiya məhkəmsinin qərarının qüvvəsində saxlanmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, təkrar apellyasiya qaydasında iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubundan göründüyü kimi, iddiaçının 2021ci ilə kimi qanunla tələb olunan azı 25 il ümumi iş stajının mövcudluğu mübahisələndirilmir. Mübahisələndirilən hal, yalnız güzəştli pensiya hüququ verən stajı ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının 11 il 10 ay 6 gün güzəştli pensiya hüququ verən staja malik olduğu etiraf olunsa da, onun xx.xx.2013-2901.2014-cü illər ərzində “Avro- Asiya” inşaat korporasiyası Evracon” ASC-də “elektrik qaynaqçı” kimi işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində nəzərdə tutulan göstəricilərə aid edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Həmin “Qayda”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının işə əlavə olunumuş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1980 - xx.xx.1980: Sumqayıt kimya texnologiya texnikumunun təyinatı üzrə 4-cü dərəcə üzrə avadanlıqların təmiri üzrə əhəng südünün alınması sexinə çilingər – 2 ay 25 gün; xx.xx.1982- xx.xx.1983: Sumqayıt Mexaniki-təmir zavodu Qazan qaynaq sexinə 3-cü dərəcə ilə qazançı – 10 ay 28 gün; xx.xx.1983- xx.xx.1984: Buzuluk tikinti yolları Tikinti-quraşdırma qatarı, 2-ci dərəcə ilə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə montajçı – 2 ay 24 gün; xx.xx.1984-xx.xx.1984: “Kazaxstroymexanizasiya” tresti Mexaniki kolon N-17 1-ci dərəcə ilə çilingər - 6 ay 29 gün; xx.xx.1984-xx.xx.1984: həmin kolonda sürücü - 3 ay 21 gün; xx.xx.1984- xx.xx.1985: “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 Sumqayıt superfosfat zavoduna texnoloji avadanlıqların təmiri üzrə usta – 3 ay 14 gün; xx.xx.1985 -xx.xx.1986: həmin təşkilatda çilingər-montajçı (xx.xx.1985-ci ildə “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 adı “Kuybışev Kimya təmir” tresti TTQİ-4 dəyişdirilib. xx.xx.1985-ci ildə isə həmin ad “Kuybışev Kimya təmir tresti TTQİ-3 3 saylı sahəyə dəyişdirilib) - 11 ay 13 gün; xx.xx.1986-xx.xx.1986: Metallurgiya zavodlarının təchizatı üzrə 5-ci dərəcə ilə çilingərmontajçı – 2 ay 24 gün; xx.xx.1986-xx.xx.1997: 3 saylı Təmir-Tikinti Quraşdırma Sahəsi “Kuybışev Kimya təmir” tresti 3 saylı sahədə, “Kuybışev Kimya təmir” trestinin Sumqayıt təsərrüfat hesabatlı təmirtikinti quraşdırma sahəsində, TTQİ5 adı “Servis” MKM-də, “Azərmetaltəmirtikinti” İB Bakı İxtisaslaşdırılmış tikinti quraşdırma idarəsində çilingər-montajçı (xx.xx.1987-ci ildə keçirilmiş, xx.xx.1989-cu ildə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingərmontajçı –10 il 11 ay 29 gün; xx.xx.1999-xx.xx.1999: 1 saylı sahədə gəmi gövdəsinə təmirçi - 1 ay xx.xx.2001-xx.xx.2005: “Sumqayıt-Elektrik-Dəstləşdirmə” ATSC EHP və m/k sahəsinə 5-ci dərəcəli qaz kəsicisi – 3 il 7 ay 8 gün; xx.xx.2005-xx.xx.2005: "xxxx" MMC Sumqayıt sahəsində 5-ci dərəcəli qaz qaynaqçısı 3 ay 22 gün; xx.xx.2005-xx.xx.2010: Azərenerjitikinti” MMC Sumqayıt sahəsində, Tİ və Xİ 1 №-li tikinti sahəsində (xx.xx.2008-ci ildə Azərenerjitikinti MMC "xxxx" ASC adlandırılmış), Tikinti Məmulatlarının İstehsalı İdarəsi 1 №-li tikinti sahəsində, Tikinti məmulatlarının İstehsalı İdarəsi Metal kəsmə sexi, 5-ci dərəcəli qaz kəsicisi və qaz qaynaqçısı – 5 il 10 ay 21 gün; xx.xx.2013-xx.xx.2014: “X2 "xxxx" ASC-də 5-ci dərəcəli elektrik qaynaqçıısı – 11 ay 19 gün; xx.xx.2015-xx.xx.2016: Azərbaycan Respublikası "xxxx" MMC İstehsalat sexinə 3-cü dərəcəli qaz kəsicisi - 1 ay 14 gün; xx.xx.2016-xx.xx.2017: "xxxx" MMC “Sokar Karbonit” zavodunda çənlərin quraşdırılması sahəsində quraşdırıcı çilingər – 6 ay 16 gün; xx.xx.2017-xx.xx.2018: "xxxx" ASC Metal konstruksiyaların montajı üzrə quraşdırıcı -9 ay 4 gün; xx.xx.2018-xx.xx.2019: "xxxx" MMC Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstalıtökmə sahəsinə 4-cü dərəcəli qaz kəsicisi - 1 il 3 ay 26 gün; İşə əlavə olunmuş “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 nömrəli, xx.xx.2021-ci il tarixli arayışında bildirilir ki, İddiaçı: - xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi (10 ay 28 gün ) tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexində qazançı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 14-cü bölməsinin 2150300a- 13144 ilə təsdiq olunmuş siyadıa şifrinə əsasən 2 saylı siyahısında sadalanan qazançılar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir (Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda həmin göstərici 11.6-cı “fəhlələr” bölməsinin 6cı qrafasında yer almışdır). Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01-FA/59 saylı, xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı: - xx.xx.2005-ci ildə "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilib; xx.xx.2005-ci ildə "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib, xx.xx.2008-ci ildə həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsinin 1 №-li Tikinti sahəsinə keçirilib və xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj 05 il 10 ay 21 gün təşkil edir. (Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il, 323 N-li sərəncamına əsasən "xxxx" MMC "xxxx" ASC adlandırılıb.) Eyni zamanda ,"xxxx" MMC tərəfindən verilmiş 03 nömrəli, 28 yanvar 2021-ci il tarixli güzəştli arayışda bildirilir ki, 1961-ci il təvəllüdlü İddiaçı: - xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-nin Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstah tökmə sahəsinin 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 1(bir) il, 3(üç) ay, 26 (iyirmi altı) gün təşkil edir. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" ATSC tərəfindən verilmiş 01 №li xx.xx.2021-ci il tarixli arayışında da bildirilir ki, İddiaçı: - xx.xx.2001-xx.xx.2005-ci illərdə (3 il 7 ay 8 gün) "xxxx" ASC-də EHQ-MK sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında nəzərdə tutulan güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsinin 25-26-cı qrafalarından görünür ki, “qazla kəsicilər” və “qaz qaynaqçıları” güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, madam ki, tədqiq olunan izahlı arayışlara əsasən “qazla kəsicilər” peşəsində çalışan şəxslər güzəştli pensiya hüququ verən göstəricilərə aid olunmuşdur iddiaçının əmək kitabçasının tədqiq olunan göstəriciləri üzrə onun xx.xx.2015xx.xx.2016 dövründə Azərbaycan Respublikası "xxxx" MMC İstehsalat sexinə 3-cü dərəcəli “qaz kəsicisi” kimi işlədiyi 1 ay 14 gün stajı da onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmalıdır. Beləliklə, tədqiq olunan arayışlar üzrə iddiaçının qazla kəsici (və qaz qaynaqçısı ) kimi 11 il 10 ay toplanır ki, bu da cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, onun güzəştli stajı kimi qəbul edilir. Cavabdeh tərəfindən iddiaçının güzəştli stajı kimi qəbul edilməyən xx.xx.2013-xx.xx.2014ci illərdə (11 ay 19 gün) “X2 "xxxx" ASC-də 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işlədiyi dövrə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin dövr də iddiaçının güzəştli stajı kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsinin 18-ci qrafasında da 68-ci qrafasında da “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” güzüştli pensiya hüququ verən peşələrə aid edilmişdir. Sözügedən “X2 "xxxx" ASC-nin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli arayışından da görünür ki, iddiaçının həmin müəssisədə 11 ay 19 gün elektrik qaynaqçısı peşəsi sözügedən Siyahının 35-ci bölməsində nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə praktikasında da çoxsaylı qanuni qüvvəsini almış məhkəmə qərarları ilə istehsalat və inşaat sahəsində “elektrik qaynaqçısı” kimi çalışan fəhlərin bu peşə üzərə əmək fəaliyyəti “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” kimi qiymətləndirilmişdir. Beləliklə də, iddiaçının tələb olunan 25 il ümumi stajı ilə yanaşı, onun tələb olunan 12 il 6 aydan da artıq (11 il 10 ay+ 11 ay=12 il 9 ay) güzəştli pensiya hüquq verən stajı da mövcud olur. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyası nəzərə olunmaqla, xx xxxxxx 1961-ci il təvəllüdlü iddiaçıya 29 iyun 2022-ci il tarixdən (yəni, 61 yaş 6 ayından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərədə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini düzgün nəticə kimi qiymətləndirmir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2021 saylı xx.xx.2021-cü il tarixli qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin olunmalı, iddianın təmin edilməsi və ona 29 iyun 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5502/2021 saylı xx.xx.2021-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı - 29 iyun 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1520/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1520/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver