Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1521/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın dövlət ehtiyacları üçün əldə olunmasının təsdiq olunması, kompensasiya ödənilməklə mənzilin boşaldılması tələbinə dair“ inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2-1(81)- 1476/2019 №-li qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı şəhəri İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 229480 manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır. Həmin ev (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 229480 manat məbləğində kompensasiya (20 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2- 1(81)- 1476/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 229480 (iki yüz iyirmi doqquz min dörd yüz səksən) manat məbləğində kompensasiya ödənilərək cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iştirakı olmadan işə baxılmışdır. İddiaçı yaşadığı sahənin qiymətini düzgün hesablamamış, qiyməti aşağı hesablayıblar. Həyətin ümumi ölçüsü 289,3 kv.m olduğu halda 229480 manat kompensasiya verilmişdir. Real bazar qiyməti 1 kv.m 4000-5000 manat olduğu halda 8-9 dəfə aşağı qiymət təklif edilməsi mülkiyyətində olan daşınmaz əmlakın qanunsuz olaraq zəbt edilməsi anlamına gəlir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-2082/2019 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1476/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 1174/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyaya Məhkəməsində yenidən işə apellyasiya qaydasında baxılarıq, Məhkəmənin İnzibati Kollegiyanının 2-1(103)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2036/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı da ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. İşin üçüncü apellyasiya baxışında məhkəmə iclasları barədə məlumat verilmiş cavabdeh hər dəfə üzrlü səbəbəlri barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarının təxirə salınmasını və başqa vaxta keçirilməsini xahiş etmiş, o cümlədən, hazırkı məhkəmə iclasına da gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 mübahisəli ünvana yaxın ərazilərdə daşınmaz əmlakların alqısatqısı ilə bağlı notarial qaydada bağlanmış müqavilələrin elektron kabinet vasiətsilə məhkəməyə təqdim edildiyini bildirərək, iddiaçıya təklif olunan kompensasiya məbləğinin qiymətləndirmə hesabatına əsasən düzgün hesablandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, İPM-in 96.11-ci maddəsinə əsasən Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişlərini nəzərə alıb və iş materiallarını təkrar apellyasiya qaydasında araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. İddiaçının inzibati orqanın iddia ərizəsindən və onda şərh olunan faktiki hallarından göründüyü kimi, iddia tələbi - ünvan 3 ünvanında yerləşən mənzilə sahibliyin İddiaçı (alan orqan) tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması, yəni əmlak tələbi ilə bağlıdır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 52.2; 52.2.1-52.2.3-cü maddələrinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən - torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı dövlət ehtayacları alan orqan kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 572 saylı qərarına müvafiq olaraq, iddiaçı Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. İşdən görünür ki, Nazirlər Kabinetinin həmin Qərarın icrası məqsədi ilə İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici ("xxxx" MMC) cəlb edilərək sonuncu tərəfindən Nazirlər Kabinetinin 572 saylı, 29 dekabr 2018-ci il tarixli qərarının təsiri altına düşən iddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın - fərdi yaşayış evinin qiymətləndirilməsi aparılaraq hesabat tərtib olunmuşdur. İşə əlavə olunmuş həmin hesabata əsasənmüəyyən olunur ki, yaşayış sahəsinin əsas sahəsi - 82.86 kv. metr, köməkçi sahə - 33.52 kv.m, tavanı uçmuş giriş hissəsi - 15.7 kv.m, tavanın bir hissəsi uçmuş otağı - 15.93 kv.m, tavanı uçmuş dəhliz - 14.91 kv.m, istismara yararsız dəhliz - 4.23 kv.m, istismara yararsız san.qov.- 3.14 kv.m təşkil etmişdir. -əsas və köməkçi sahənin 116,38 kv.m (82.86+33.52) cəmi sahəsinin 1 kv.m 1250 manatdan olmaqla, həmin məbləğə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə (250 mana) də nəzərə alınaraq qiyməti 174570 manat; - giriş, umuş otaq, tavanı uçmuş dəhliz, istismara yararsız dəhliz san.qovşaqdan ibarət cəmi, 53,91 kv.m sahənin (15,7+15,93+14,91+4,23+3,14) 1 kv metri isə 833,33 manatdan, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə (1000) qiyməti 53910,00 manat - məbləbində hesabanmış; - ümumilikdə 170,29 kv.m sahəyə malik əmlakın dəyəri 228480,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə də həmin məbləğə 1000 manat 2 aylıq kirayə haqqı və köçmə xərci də əlavə edilməklə, iddiaçıya təklif olunacaq kompensiasiya 229480,0 manat məbləğində hesablanmışdır. Halbuki, evin işə əlavə olunmuş Texniki pasportunda (i.v.113) ümumi sahəsi 127,0 kv.m təsəbit olunmuşdur. Göründüyü kimi, yaşayış sahəsinə görə cavabdehə təklif olunan kompensasiya məbləği faktiki olaraq evin texniki pasportuna münasibtdə 43,29 kv.m (170,29-127) artıq hesablanmış olur. Belə olan halda, evin hesabatda təsbit olunan və işdə olan fotogörüntülərdə görünən faktiki vəziyyətini (yəni uçuq və istimara yarasız hissələrə malik olması və s.) nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdeh təklif olunan 229.480,0 (1000 manat kirayə və köçmə pulu da əlavə olunmaqla) manat məbləğində kompensasiya, həmin əmlakın həqiqi dəyərini əks etdirən məbləğ kimi qiymətləndirilməlidir. Həmin evin yerləşdiyi torpaq sahəsinə gəldikdə isə evin işə əlavə olunmuş qeydiyyat vəsiqəsindən görünür ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçsə də, evin yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmamış, iddiaçının icarəsinə və ya istifadəsinə verilməsinə dair hər hansı bir sənəd-sübut (sərəncam və qərar) da mövcud deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsi isə nəzərdə tutur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən təgəlləninorpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Hər bir halda, iddiaçının həmin torpaq sahəsində yerləşən evdə uzun muddət etirazsız olaraq yaşadığını və onun Mülki Məcəllənin 178.6-cı maddəsinin tələbi, habelə Avropa Məhkəməsinin qərarlarından irəli gələn məhkəmə təcrübəsi (“Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə) baxımından gələcəkdə “qanuni gözlənti hüququ” diqqətə alınmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, iş üzrə araşdırma aparıldıqda, evin 1965-ci il tarixdən götürülmüş Texniki pasportunda, evin yerləşdiyi torpaq(meydansçası) ümumilikdə 289,3 kv m təşkil edir ki, bunun da 203,1 kv.m hissəsi tikinti altına düşür, 85,8 kv.m hissəsi isə həyətdən ibarətdir (İş vərəqi 112,114). Azərbaycan Respublikasının - Mülki Məcəlləsinin 245-ci, habelə, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Eyni zamanda, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki istifadəsində olan, evin tikintialtı hissəsinə düşən 203,1 kv.m hissəsi, alan orqan tərəfindən satın alındıqda, evlə birlikdə mülkiyyət hüququ həmin əldə edənə keçməsi nəzərə alınmaqla, həmin hissə yaşayış evinə görə iddiaçıya hesablanan 228.480,0 manat məbləğində kompensasiya məbəlği ilə əhatə olunmuş hesab edilməlidir. Yaşayış evinin digər 85,8 kv.m sahəsi olan həyətinə münasibətdə isə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 58-ci maddəsinə müvafiq olaraq, həmin torpağın - mübahisəli ünvanda yerləşən həmin yaxın ərazidə yerləşən daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması zamanı notarial qaydada alan orqan iddiaçı ilə mülkiyyətçilər arasında bağlanmış alqı-satqı müqavilələrinə (Bakı şəhəri - 53 saylı Notariat Kontorunda bağlanmış reyestr xx.xx.2018-ci il tarixli 4Ə-981 nömrəli, 41 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-605 nömrəli və 4Ə-850 nömrəli - reyestr qeydiyyatı olan) və həmin müqavilələrə əlavə olunmuş qiymətləndirmə cədvəlllərinə əsasən müəyyən olunur ki, 1 kv.m-nin bazar qiyməti, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə də nəzərə alınmaqla, 500 manat təşkil etmişdir. Belə olan halda, iddiaçının faktiki istifadəsində olan 85,8 kv.m həyətyanı torpaq sahəsinin, 20 faiz əlavə ilə 500 manatdan hesalanan qiyməti 42.900,0 manat təşkil etmiş olur ki, bu məbləğin də üzərinə yaşayış evinə görə hesablanmış 228.480,0 manat kompensasiya məbəlği əlavə edildikdə, cavabdehə ödəniləcək kompensasiyanın ümumi məbləği 271.380,0 manat təşkil edir. Həmin 271.380,0 manat ümumi kompensasiya məbləğinə də, iddiaçının 10 ildən artıq həmin evdə yaşadığı nəzərə alınmaqla, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.6-cı maddəsində nəzərdə tutulan çətinliklə bağlı 10 faiz əlavə -yəni, 27.138,0 (271380,0 x10%) manat hesablandıqda ona ödəniləcək kompensasiyanın ümumi məbləği, ( 1000 manat karayə haqı və köçmə pulu da nəzərə alınmaqla, - 299.518,0 (228.480,0+42.900,0+27.138,0+1000) manat məbləğində müəyyən olunur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3cü maddəsinə istinadən qeyd olunan torpağın könüllü qaydada verilməsinə görə 10 faiz əlavə ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının belə bir tələbi yoxdur, digər tərəfdən işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən torpağın könüllü verilməsi halı da mövcud deyildir. Odur ki, yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, 299.518,0 məbləğində kompensasiya mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları alınmasına görə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan qanunvericiliyə uyğun hesablanmış ədalətli kompensasiya məbləği kimi qimətləndirilməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin ona məxsus evin qiymətinin real bazar qiymətindən 8-9 dəfə aşağı hsablandığını vurğulayaraq birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunu 12 iyul 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.” Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı və: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2- 1(81)-1476/2019 №-li qərarı ləğv edilməsi, iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı 299.518,0 (iki yüz doxsan doqquz min beş yüz on səkkiz) manat məbləğində kompensasiyanın Cavabdeh ödənilməsi təmin edilməklə, həmin daşınmaz əmlakın boşaldılması, qalan hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2- 1(81)-1476/2019 №-li qərarı ləğv olunsun. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı alan orqan Bakı şəhəri İddiaçı tərəfindən 299.518,0 (iki yüz doxsan doqquz min beş yüz on səkkiz) manat kompensasiya məbləği Cavabdeh ödənilməklə, həmin daşınmaz əmlak boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1521/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1521/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver