Məhkəmə qərarları › İş №2-1(103)-1521/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1521/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1521/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X34 Oruczadənin sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X20, vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli 09 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********7017 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “COVİD-19”la bağlı yoxlama adı ilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə X41 tədbiri həyata keçirilərək 11 nəfər haqqında əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi haqqında akt (seriya DVX № 005915) tərtib edilmişdir. Lakin X41 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmiş, vergi nəzarətinin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən “X41nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə iddiaçıya təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli akt tərtib olunduqdan sonra iddiaçıya “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə aktla birlikdə təqdim edilmişdir. Vergi əməkdaşlarının tələbi ilə iddiaçı onlara tələb olunan bütün sənədləri təqdim etmişdir. Obyektdə X41 keçirilən zaman iddiaçı orada iştirak etmiş, lakin ona izahat verməyə imkan verilməmiş, etiraz edəndə isə iddiaçı polislə hədələnmiş və 1600 manat cərimə olunacağını bildirilmişdir. Onlara İİ qrup əlil və xəstə olduğunu bildirsə də, iddiaçını danışmağa qoymamışlar. Orada olan adamları isə (qadınları) hədələyərək onlardan həqiqətə uyğun olmayan izahatlar alınmışdır. Belə ki, həmin 11 nəfərdən 2 nəfərin xidməti müqaviləsini (Şahid2 və Şahid4), 2 nəfər tələbənin tədris müqaviləsini (X12 və X7), 5 nəfərin əmək müqaviləsini vergi orqanı əməkdaşlarına təqdim etmiş, 3 nəfərin əmək müqaviləsinin (X22, X5 və X13) portala qeydiyyata düşməməsinin səbəbinin iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olması, 2 nəfərin isə (X14 və X15) əmək müqaviləsinin olmadığı və 01 fevral 2022ci il tarixdə bağlandığını bildirmiş, lakin təqdim etdiyi sənədlər nəzərə alınmamış, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbləri pozularaq mübahisələndirilən qərar qəbul olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi'' ÖVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən ÖVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyriməşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, “X41 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir”. Belə ki, ona məxsus obyektdə X41nin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən ‘‘X41nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə ona təqdim edilməmişdir. İddiaçının bu fikrinin əksinə olaraq bildirilir ki, ÖVN tədbiri gedişində tərtib edilmiş bütün sənədlər, o cümlədən “X41nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və sonuncu tərəfindən “tanış oldum" qeydi ilə imzalanmışdır. İddiaçının digər bir əsassız arqumenti ondan ibarət olmuşdur ki, “Cavabdeh tərəfindən “COVlD-19”la bağlı yoxlama adı ilə onun fəaliyyət göstərdiyi obyektdə X41 tədbiri həyata keçirilmiş və 11 nəfər haqqında əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi haqqında akt tərtib edilmişdir. Göstərilənlərin əksinə bildirilmişdir ki, X41 Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələblərinə tam əməl etməklə keçirilmişdir. Belə ki, həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X41ni həyata keçirirlər. Göründüyü kimi vergi orqanı qanunla ona verilən hüquqlardan istifadə etməklə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini keçirdiyi obyektdə tam qanuni əsaslarla OVN tədbiri həyata keçirmişdir. X8 xx.xx.2022-ci il tarixli izahatında X35 tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər işçi X11 da öz növbəsində X35 tərəfindən 10 gündür ki, stajçı “fizika müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər işçi X39 da iddiaçı tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər işçi X28 3 aydan çoxdur ki, X35 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı müəllimi’’ vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər işçi X40 da öz növbəsində X35 tərəfindən “qrafik dizayn” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər işçi X16 xx.xx.2022-ci il tarixdən X35 tərəfindən sınaq müddətinə “operator’ vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər işçi X29 xx.xx.2021-ci il tarixdən X35 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir. Digər işçi Şahid4 1 ildir ki, “Meridian" tədris mərkəzində X35 tərəfindən “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin müəyyən faizi həcmində müəyyən olunduğunu bildirmişdir. Digər işçi X30 1 aydır ki, “Meridian” tədris mərkəzində X35 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər işçi X31 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X35 tərəfindən “internet operatoru” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər işçi Şahid3 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X35 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müqaviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirmişdir. Göründüyü kimi, X41 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli, 2-1(112)-6928/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X41nin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən sənədlərin iddiaçının nümayəndəsinə verilməsi göstərilsə də, əslində həmin sənədlər akt tərtib edildikdən sonra təqdim edilmişdir. İddia ərizəsində göstərmişdir ki, X41 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, X41nin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən “X41nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə iddiaçıya təqdim edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli AKT tərtib olunduqdan sonra iddiaçının nümayəndəsinə yalnız “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilmişdir. Bundan əlavə qərarda göstərilir ki, iddiaçı iddia tələbinin əsasını onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Meridian kursu”nda 11 nəfər işçidən 2 nəfərin xidməti müqaviləsinin, 2 nəfər tələbənin tədris müqaviləsinin olması, 3 nəfərin əmək müqaviləsinin portala qeydiyyata düşməməsi və bunu iddiaçının Asan imzasının və şəxsiyyət vəsiqəsinin deaktiv olması ilə əsaslandırmağa çalışmış, 2 nəfərin isə əmək müqaviləsinin olmamasını bildirmişddir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi X35 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, iddiaçı X31, X30, Şahid4, X29, X16, X40, X28, X11, X24, X17, X39 ilə xidmət müqavilə əsasında onları rəhbərlik etdiyi tədris müəssisəsində tədris prosesinə cəlb etmiş, bununla da faktiki olaraq onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etmişdir. Halbuki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinə iddiaçı ilə 11 nəfər şəxs arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bundan başqa, X41 tədbiri zamanı 11 nəfər fiziki şəxsdən alınmış izahatlardan görünür ki, onlardan 9-u əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini, 1 nəfər onunla əmək müqaviləsi bağlanacağına söz verildiyini, 1 nəfər isə bağlandığını bildirmişdir. Məhkəmə nümayəndənin məhkəməyə təqdim etdiyi Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışını nəzərə almamışdır. Belə ki, həmin arayışda göstərilir ki, iddiaçının şəxsiyyət vəsiqəsi xx.xx.2021-ci il tarixdən qeyri-aktivdir. Həmin vaxt nümayəndəsi X20 şəxsiyyət vəsiqəsi də qeyri-aktiv olmuşdur. Bu səbəbdən də iddiaçı, əmək müqavilələrini qeydiyyatdan keçirə bilməmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir ki, 11 nəfərdən biri olan X7 “Meridian” kurslarında işləməsi təsdiq olunmadığından onun barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmişdir. Məhkəmə bu faktı nəzərə almamışdır. Vətəndaş Şahid3 istintaqa verdiyi izahatında bildirmişdir ki, o, göstərilən kurslarda işləməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş qeydiyyatdan keçməmiş əmək müqavilələrindən görünür ki, həmkin müqavilələr 2022-ci ilin yanvar ayının axırlarında, hətta 2 müqavilə bir gün əvvəl bağlanmışdır. Asan imza və şəxsiyyət vəsiqəsi qeyri-aktiv olduğundan həmin müqavilələri qeydiyyatdan keçirmək mümkün olmamışdır. Göründüyü kimi məhkəmə göstərilən faktlara tam aydınlıq gətirməmişdir. Bundan əlavə Qərarda göstərilir ki, qeyd olunan şəxslər vermiş olduqları izahatlarında fəaliyyətdə olan obyektlərin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini vergi orqanına bildirmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, həmin qərarın qəbul edilməsində iddiaçının izahatı məhkəmə hesab edir ki, həlledici olmuşdur. İddiaçı isə verilən izahataların məcburi olaraq alınması barədə iddiasında qeyd etsə də, məhkəmə araşdırması zamanı məcburetmənin nədən ibarət olması müəyyən edilməmişdir. Qeyd olunan hal isə iddiaçının dəlillərinin həqiqəti əks etdirmədiyini və vergi məsuliyyətindən yayınma ilə bağlı müdafiə xarakterli dəlil kimi məhkəmənin qiymətləndirmə aparması üçün əsas verir. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, göstərilən şəxslər tam təzyiq altında izahat vermişlər və onların təzyiqlə alınmış izahatları nəticəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə haqqında qərar qanuni hesab oluna bilməz. Məcburetmənin nədən ibarət olmasını müəyyən etmək üçün həmin şəxslərin məhkəmə tərəfindən ifadələri alnmalı idi, lakin həmin şəxslərin dindirilməsi cavabdehin nümayəndəsinin həmin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən baş tutmamışdır. Bu halı isə iddiaçının dəlillərinin həqiqiəti əks etdirmədiyi kimi qiymətləndirilməsi özü əsassızdır. Bundan əlavə qərarda göstərilir ki, izahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirmədiyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək digər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişlər. Buna görə də məhkəmə hesab edir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. Necə olur ki, məhkəmə psixoloji təsirlə bağlı iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatlarını sübut kimi qəbul etmir, lakin vergi orqanının işçilərinin təzyiq olmaması barədə izahatlarını sübut kimi qəbul edir. Məcburetmə ilə bağlı hansı əsaslı sübut təqdim edilməli idi ki, məhkəmə onu sübut kimi qəbul etsin. Hadisə qapalı məkanda baş vermiş və hər iki tərəf ayrı-ayrılıqda yuxarıda göstərilən izahatları vermişlər. Məhkəmənin mövcud vəziyyəti birtərəfli qiymətləndirməsini əsaslı hesab etmir. İddiaçının iddia tələbində işin faktiki hallarına dair halların mövcud olması öz təsdiqini tapmışdır. Mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında ” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmamış və əsaslandırılmamışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və məlumatlar tam göstərilməmişdir. Məhkəmənin iddia tələbinə münasibətdə gəldiyi nəticə səhvdir, iddia tələbinin təmin edilməməsi isə qanunsuz və əsassızdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2- 1(103)-1462/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli qərarı İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla X7 Şahin Əliyevin fəaliyyətinə rəhbərlik etdiyi «MERİDİAN» kurslarında çalışmadığı, onunla «MERİDİAN» kursları arasında bağlanmış Tədris müqaviləsinə əsasən həmin kursda tələbə olduğu, operator işini öyrənmək üçün kursa getdiyi müəyyən edilmişdir. Həmin qərarla X7, X1 fəaliyyəti göstərdiyi “Meridian" kurslarında işləməsi öz təsdiqini tapmadığından, qeyd olunan şəxs barəsində hesablanmış maliyyə sanksiyası ləğv edilmiş və qərarın surəti icra üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsi qalan hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2334/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1462/2023 nömrəli qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2334/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi inzibati icraat materiallarına əlavə edilmiş izahatlar ilə məhkəmə icraatında verilən ifadələr arasında olan ziddiyyətləri araşdırmamış, onları digər sübutlarla birgə qiymətləndirməmişdır. Belə ki, X18 izahatında xx.xx.2021-ci il tarixdən X35 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyi, onunla xidməti müqavilənin bağlandığı, lakin vergi orqanında qeydiyyatda olmadığı, adına sabit qəbzinin olmadığı qeyd olunsa da, məhkəməyə verdiyi ifadəsində VÖENni olduğunu bildirmişdir. Eləcə də, Şahid3 izahatında xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X35 tərəfindən “Azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müqaviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirdiyi halda, məhkəməyə verdiyi ifadəsində həmin müəssisəyə iş üçün müraciət etməyə getdiyini, lakin həmin kursda işləmədiyini bildirmişdir. Eyni zamanda, həmin müəssisədə menecer vəzifəsində çalışan Şahid1 ifadə verərək, yoxlama zamanı cavabdehin nümayəndələri tərəfindən 20 yaşlı tələbələrin işçi kimi qeydiyyata alınmasını bildirmişdir. Göründüyü kimi, həmin şəxslərin məhkəmə iclasında verdikləri qısa ifadələrində qeyd olunanlar inzibati icraat materiallarında olan izahatları ilə uzlaşmır. Yuxarıda işə cəlb olunduqları qeyd olunan digər şəxslərin izahatları həmin şəxslərin iştirakı ilə tədqiq olunmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti yoxlanılan hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə X41 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə X41nin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən X41 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X41 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X41nin müddəti və X41ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən X41 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X41ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən X41ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə X41nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X41 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə X41 Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X41 istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X41 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X41nin müddəti və X41ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə X41 tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən X41 tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X41 tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X41 istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən X41ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə X41nin nəticələrinin rəsmiləşdirilməsi və X41nin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə X41nin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən X41nin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər X41nin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X41nin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda X41 tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair X41 tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. X41 tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. X41 tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. X41 tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. X41 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. X41 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. X41 tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Apellyasiya şikayətinin dəlilinə münasibət: İnzibati işin faktiki hallarından görünür ki, cavabdehin “X41nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3667 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kurslarının fəailiyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********-13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələ(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) X41 tədbirinin keçirilməsi qərara alınmışdır. Cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli DVX seriyalı 005915 saylı akta əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7017 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 22.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hal-hazırda həmin qərarı mübahisələndirərək, ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-1462/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, həmin hissədə (yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunan 11 nəfər şəxsdən X9 aid hissədə) iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli qərarı İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Odur ki, hazırki apellyasiya baxışının predmetini digər 10 nəfərə münasibətdə cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********7017 nömrəli qərarının və həmin şəxslərə münasibətdə iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunan 10 nəfər şəxsdən Şahid2 və Şahid4 münasibətdə əsaslı hesab edərək ilk növbədə Şahid2 münasibətdə qeyd edir ki, X29 inzibati icraat zamanı verdiyi izahatında 2021-ci ilin noyabr ayından X35 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatdan keçdiyini bildirmiş, həmçinin məhkəməyə verdiyi ifadəsində VÖEN-nin olduğunu qeyd etmişdir. Sonuncu apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla X29 şahid qismində yenidən məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, izahatında qeyd etmişdir ki, əvvəl müəllim işləmiş, VÖEN açdıraraq xidməti müqavilə əsasında “Meridian kursu”nda müəllim kimi fəaliyyət göstərmişdir, yoxlama keçirilən zaman o da orda olmuşdur. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən şahid qismində dəvət edilərək dindirilmiş Şahid1 da izahatında qeyd etmişdir ki, hal-hazırda təhsil tədris mərkəzində işləyir, lakin mübahisələndərilən dövrdə isə “Meridian kursu”nda menecer kimi fəaliyyət göstərmişdir. Yoxlama keçirilən zaman orda olmuş, ilk öncə “covid” pasportlarının yoxlanılması məqsədilə gəldiklərini bildirən iki nəfər daxil olmuşdur. Pasportları yoxladıqdan sonra özlərini təqdim edərək vergi ilə bağlı yoxlama aparılması məqsədilə gəldiklərini bildirmişlər. Yoxlama zamanı kənar şəxslərin içəri daxil olmasına icazə verilmiş, lakin içəridəki şəxslərin çıxmasına icazə verilməmişdir. Abbasova Məsumə onlarla işləməmiş, sadəcə telefon vasitəsilə əlaqə saxlanılmış, müsahibəyə dəvət edilmiş, lakin Məsumə xanım dəqiq nə zaman müsahibəyə gələcəyini bildirməmişdir. Yoxlama keçirilən zaman isə Abbasova Məsumə təsadüfən orda olmuşdur, lakin Şahid2 isə onlarda VÖEN əsasında fəaliyyət göstərən müəllim olmuşdur. Həmçinin iş materiallarından görünür ki, digər işçi Şahid4 inzibati icraat zamanı verdiyi izahatında 1 ildir ki, “Meridian" tədris mərkəzində X35 tərəfindən “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, vergi orqanında qeydiyyatdan keçdiyini bildirmiş, sonuncu apellyasiya baxışı zamanı şahid kimi verdiyi izahatında “Meridian kursu”nda müəllim kimi fəaliyyət göstərdiyi dövrdə VÖEN açdırdığını və xidməti müqavilə əsasında işlədiyini, yoxlama keçirilən zaman orda olduğunu qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsində sonuncu icraat zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X41 və Uçotun Təşkili Baş İdarəsinə sorğu ünvanlanaraq Şahid4 (Fin-xxxxxxx) və Şahid2 ( Fin xxxxxxx) məxsus VÖEN-in olub-olmaması, əgər olmuşdursa hansı dövrlərdə VÖEN-in aktiv olması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 30 oktyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən Şahid2 xx.xx.2021-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Şahid4 vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X41 və Uçotun Təşkili Baş İdarəsinə yenidən sorğu ünvanlanaraq, Şahid4 (Fin-xxxxxxx) məxsus ********** nömrəli VÖEN-in hansı dövrlərdə aktiv olması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş vergi ödəyicisi barədə məlumatlara və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin siyahısına əsasən müəyyən edilmişdir ki, Şahid4 (Fin-xxxxxxx) məxsus ********** nömrəli VÖEN-in verilmə tarixi xx.xx.2021-ci il olmaqla, xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə isə qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, cavabdehin “X41nin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3667 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini (fəaliyyət növü: hazırlıq kursları fəaliyyəti) həyata keçirdiyi ünvan 1 ünvandakı obyektdə “Meridian kursu”nda (**********- 13001) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə X41 tədbirləri xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarix daxil olmaqla) olan dövrləri əhatə etmiş, X41 tədbirlərinin həyata keçirildiyi dövrdə Şahid4 VÖEN-i olmuşdur. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından da görünür ki, şahid qismində dindirilmiş iddiaçının nümayəndəsi X35 ifadəsində bildirmişdir ki, Şahid4 və X18 VÖEN-ni olmuş, vergi orqanında qeydiyyatda olmuşlar və onlarla xidmət müqaviləsi bağlanılmışdır. Odur ki, qeyd olunan şəxslərlə (Şahid4 və X29) əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Məhkəmə kollegiyası digər şəxslərə münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də ki apellyasiya şikayətinin dəlillərində xx.xx.2022-ci il tarixli **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 8 nəfərə münasibətdə qanunsuz olmasına dair sübutlar təqdim edə və əsaslandıra bilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara dair iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi X41 tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bu halın müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyinin əsassız olduğunu bildirir. Eyni zamanda iddiaçı tərəf vergi orqanına verdiyi izahatında həmin şəxslərlə əmək müqaviləsi bağlamadığını bildirmişdir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. Eyni zamanda cavabdeh tərəfindən həyata keçirilmiş X41 tədbiri zamanı izahatlar alınmışdır. Belə ki, işdə olan X41 zamanı alınmış iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X20 izahatından göründüyü kimi o, işçilərin sınaq müddətinə işə cəlb etdiyini, daha sonra uyğun işçilərlə xidməti müqavilənin bağlandığını bildirmişdir. X8 xx.xx.2022-ci il tarixli izahatında X35 tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X11 da öz növbəsində X35 tərəfindən 10 gündür ki, stajçı “fizika müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X39 da iddiaçı tərəfindən 1 aydır ki, “rus dili müəllimi” vəzifəsinə sınaq müddətinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X28 3 aydan çoxdur ki, X35 tərəfindən “azərbaycan dili və ədəbiyyatı müəllimi’’ vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X40 da öz növbəsində X35 tərəfindən “qrafik dizayn” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq gəlirin 40%-i həcmində müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X30 1 aydır ki, “Meridian” tədris mərkəzində X35 tərəfindən “ingilis dili müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi X31 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X35 tərəfindən “internet operatoru” vəzifəsinə işə cəlb edildiyini, onunla xidməti müqavilənin bağlandığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. Digər bir işçi Şahid3 xx.xx.2022-ci il tarixdən “Meridian” tədris mərkəzində X35 tərəfindən “azərbaycan dili və ədəbiyyatı” vəzifəsinə işə cəlb edildiyini, onunla əmək müqaviləsinin hələ bağlanmadığını, lakin bağlanacağını bildirmişdir. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən Şahid3 bir neçə dəfə şahid kimi izahatının alınması üçün məhkəmə iclaslarına dəvət edilsə də, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə göndərdiyi yazılı izahatında qeyd etmişdir ki, 2022-ci ilin yanvar ayında işləmək qərarına gəlmiş və iş yeri axtarmağa başlamışdır, 30 yanvar 2022-ci il tarixdə “MERİDİAN” təhsil kursuna işə düzəlmək üçün gəlmişdir, kursda olan adamlar ondan Covid pasportunu istəmiş və nə üçün gəldiyini soruşmuşlar, o isə təqaüdçü olduğunu, Azərbaycan dili və Ədəbiyyat müəllimi olduğunu və kursa işə düzəlmək üçün gəldiyini bildirmişdir, lakin onlar ona kursda işləməyi barədə akt yazmış, aktı imzalamasa, polis bölməsinə aparacaqlarını bildirmişlər, o, sadəcə kursa işə düzəlmək üçün gəlmiş, həmin kursda fəaliyyət göstərməmişdir. Halbuki iş materiallarında olan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 38 il Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmiş, sonuncu dəfə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 268 nömrəli məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində çalışmış, 2017-ci ildə təqaüdə çıxmışdır. 2022-ci ilin yanvar ayında işsiz olduğundan ünvan 4 ünvanda yerləşən “MERİDİAN” kurslarına işə qəbul olunmaq üçün müraciət etmiş, orada çalışan Şahid1 adlı xanıma yaxınlaşaraq təqaüddə olan Azərbaycan, dili və Ədəbiyyat müəllimi olduğunu, kursda çalışmaq istədiyini bildirmiş, Şahid1 bir neçə dəfə sınaq dərslərində iştirak etməli olduğunu, ondan sonra bəyənilərsə işə götürüləcəyi, 40 manata tələbəyə tədris keçirildiyini, həmin 40 manatın 40%-nin dərs keçən müəllimə verildiyini, həftədə 3 saat dərsi olacağını bildirmiş və o da razılaşmışdır. Lakin sınaq dərslərinin nəticəsi bilinmədiyi üçün onunla əmək müqaviləsi bağlanılmamışdır. Bundan sonra bir neçə dəfə sınaq dərsində iştirak etmişdir. 30 yanvar 2022-ci il tarixdə Şahid1 zəng edərək işə qəbulla bağlı sabah “MERİDİAN” kursuna gəlmək lazım olduğunu bildirmişdir. 31 yanvar 2022-ci il tarixdə günün ikinci yarısı "MERİDİAN" kursuna getmiş, ora daxil olduqda orada kənar şəxslər olduğunu görmüşdür. Onlardan biri Dövlət Vergi Xidmətinin əməkdaşı olduğunu bildirərək onun ad, soyad, ata adını soruşmuş, o da demişdir, ondan orada çalışıbçalışmadığını soruşmuş, o da orada çalışdığını bildirmişdir. Az sonra başa düşmüşdür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları X41 tədbiri keçirirlər. Tədbir zamanı orada olan işçilərin bir qisminin əmək müqaviləsi olmadığı müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmiş, həmin işçilərin, həmçinin onun izahatı alınmışdır. Kursa bir neçə dəfə sınaq dərsinə getdiyi üçün ona əmək haqqı ödənilməmişdir. O, həmçinin bildirmişdir ki, X25 X41 tədbiri keçirilən zaman tanımış və kursun rəhbəri olduğunu bilmişdir. Göründüyü kimi Şahid3 həm inzibati icraat zamanı izahatında, həm də vergi cinayətlərində cinayət işi materiallarında verdiyi ifadəsində yoxlama dövrünə qədər bir neçə dəfə dərslərdə iştirak etdiyini bildirmiş bu dərsləri isə sınaq dərsi adlandırmışdır. İddiaçı həmin şəxslər tərəfindən izahatların məcburi olaraq alınmasını, izahatların psixoloji təsir altında alınmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən həmin hallar öz təsdiqini tapmamışdır. İnzibati icraat zamanı alınmış ifadələrin isə özləri tərəfindən yazıldığı və heç bir təzyiqə məruz qalmadıqları imzaları ilə təsdiq edilmişdir. Həmçinin iş materiallarında olan Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla X26, X11, X39, X28, Şahid3 və X30 ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi müəyyən edilmişdir. X31 və X3 digər şəxslərin ərnək münasibətlərinin rəsmiləşdirilməsinə dair bildirişləri əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, X12 şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən və X40 müddətli həqiqi hərbi xidmətdə olduğundan onlarla əmək müqaviləsi bağlamaq mümkün olmamış, onların əvəzinə X10 və X19 ilə əmək münasibətləri rəsmiləşdirilmiş və buna dair bildirişlər əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: - 3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. - 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. - 3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. - 3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Qanunvericilik normalarının təhlilindən göründüyü kimi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, Şahid2, Şahid4 və X2 digər şəxslərə münasibətdə inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərdən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özü tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışdır), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərlə bağlanmış əmək müqaviləsini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı X41nin həyata keçirilməsi başlayan zaman vergi orqanı əməkdaşları tərəfindən ‘‘X41nin həyata keçirilməsi haqqında” qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış, “X41nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə ona təqdim edilmədiyini iddia etsə də, iş materiallarından görünür ki, həmin sənədlər vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilmiş və sonuncu tərəfindən “tanış oldum" qeydi ilə imzalanmışdır. Bundan başqa, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X41nin nəticəsi haqqında” tərtib edilmiş akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı hazırki apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı hazırki apellyasiya baxışı zamanı yoxlanılan hissədə qismən ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7017 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 4000 (dörd min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6928/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qərarı hazırki apellyasiya baxışı zamanı yoxlanılan digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar