Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1521/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9492/2N24 saylı N9 dekabr 2N24-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə N9 aprel 2N25-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyətinə xx.xx.2N12-ci il tarixdə baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N13-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N14-cü il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M4N-M54 – Dorsopatiyalar => M5N-M54 – Digər dorsopatiyalar => M51 – Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr, Diaqnozun mətni: LS-S1 fəqərəarası diskin yırtığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. L4-L5 fəqərarası diskin pratruziyası. Diskogen mənşəli xroniki bel-oma radikuliti. Xroniki C virus hepatiti Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sümük əzələ sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N15-ci il tarixdə baxılmış və “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Pstkontuzion sindrom., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travmalar səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N16-cı il tarixdə baxılmış və “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Postkontuzion sindrom., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: travmalar səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N21-ci il tarixdə baxılmış və “Diaqnozun mətni: Baş beyin diffuz travması, Qəlpə yaralanmasından sonra başın sol gicgah, sol alın-gicgah, sol alın, ön alın nahiyəsində, sol burun qanadında, sol çənəaltı nahiyədə, sağ əl pəncənin arxa səthində, sol baldırın yuxarı 1/3-nin bayır səthində çapıq toxumaları” göndərişin natamam doldurulması, səbəb: Travmanın nəticəsində yaranan ağırlaşmalar bardə ətraflı məlumat qeyd edilsin” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2N22-ci il tarixli, **********78 nömrəli qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. İddiaçı barəsində tərtib edilmiş 2 nömrəli X2 xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli tibbi göndərişindən görünür ki, iddiaçının diaqnozu aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz FN7.N: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN7.8: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN6.7: Yüngül koqnitiv pozuntu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N23-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Yüngül kognitiv pozuntu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Radikulopatiya.” “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2N24-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Müdafiə Nazirliyində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.1996-cı ildən xx.xx.1999- cu il tarixədək BAHDM-də , xx.xx.1999-cu ildən xx.xx.1999 cu il tarixədək 3N9 saylı hərbi hissədə, 14.N8. 1999-cu ildən xx.xx.2NN2-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2NN2-ci ildən xx.xx.2NN7-ci il tarixədək 67N saylı hərbi hissədə, xx.xx.2NN7-ci ildən xx.xx.2N12-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2N12- ci il tarixli N46 saylı əmrinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata tərxis edilmişdir. 2N12-ci ildən ona İİ qrup əlillik təyin edilmişdir (hərbi xidmət dövründə xəstələnmə ilə əlaqədar). 2N15-ci ildə mənə təyin edilmiş əlilliyin səbəbi dəyişdirilmişdir. (Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır). Lakin 2N22-ci ildə ona təyin edilmiş əlillik ləğv edilmişdir. Bundan sonra dəfələrlə müraciət etməyinə baxmayaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. 29 yanvar 2N24-cü il tarixdə sonuncu əyani müayinədən keçmişdir. Hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş xəstəlik-diaqnoz: “Xroniki “C” virus hepatiti, natamam remissiya mərhləsində, qaraciyər funksiyasının mülayim dərəcədə pozulması.L5- S1 fəqərəarası diskin yırtığına görə aparılmış (2NN4) interlaminar L5 diskektomiya əməliyyatının nəticəsi, L4-S1 fəqərəarası diskin protrusiyası, L5-S1 fəqərəarası diskin ekstruziyası, funksiyanın cüzi dərəcədə pozulması ilə . Nadir hallarda kəskinləşən, residiv verən diskogen mənşəli, xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Burun tənəffüsünü cüzi pozulması ilə burun arakəsməsinin əyriliyi. Sol böyrəyin solitar kistası, ifrazat funksiyasının pozulmaması ilə. Düyünlü ur. (birinci) dərəcə, funksiyanın pozulmaması ilə“ (SQ BKH-dan verilmiş xx.xx.2N12-ci il tarixli 864 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” və xx.xx.1993-cü il tarixdə döyüş əməliyyatı zamanı aldığı, 28.N4.15 2N15-ci il tarixdə MN MTE və PAM-də canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: qəlpə yaralanmasından sonra başın sol gicgah, sol alın gicgah, sol alın, ön alın nahiyyəsində, sol burun qanadında, sol çənəaltı nahiyyədə, sağ əl pəncəsinin arxa səthində, sol baldırın 1/3-nin bayır səthində çapıq toxumaları (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Səbail rayon idarəsinin xx.xx.2N23-cü il tarixli 3-43- 8N/2-2N/2N23 nömrəli göndərişi, xx.xx.2N23-cü il tarixli 5 nömrəli arayışı, MN MTE və PAM-nın xx.xx.2N15-ci il tarixli 128 nömrəli Aktı, ilə təsdiq edilir) “Hərbi travmadı , Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” . Eyni zamanda iddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları , yaddaşın enməsi ilə, yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi , kobud davranış pozuntuları, yaddaşın enməsi ilə radikulopatiya və s. diaqnozu ilə xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Reepublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2N24-cü il tarixli, 17-4/2-Ə-1N365/2N24 saylı məktubla iddiaçıya imtina verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9492/2N24 saylı N9 dekabr 2N24-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, sırf ekspert rəyinə əsaslanaraq (ağırlaşmaların olubolmamasını aydınlaşdırmadan) şəxsdə sözügedən diaqnozun olmasını bildirərək əsassız qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2N22-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaş pozğunluğu, yuxusuzluq, əsəbilik, bu zaman yüksələn arterial təzyiqdən şikayətlənmiş, hepatit C xəstəliyindən əziyyət çəkdiyini, hardasa bir problemolduğu zaman özünü günahkar hiss etdiyini, televizorda sanki onun haqqında danışıldığını söyləmişdir. Baxış zamanı sol alın-gicgah və sağ əlin ovuc səthində çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Müayinə zamanı qarın boşluğunda assit qeyd edilməmişdir. Nevroloji müayinə zamanı defisit müəyyən edilməmişdir. Psixi statusunda ünsiyyətdə sərbəst olmuş, sualları qavramış, mahiyyətinə uyğun cavablar vermiş, koqnitiv fəaliyyəti, emosional reaksiyaları yaşa uyğun olmuş, patoloji affekt izlənilməmiş, hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntu əlamətləri izlənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2N22-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən sualların qeyd edilməsi əsassız və Ali məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X1N apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçı tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2N23-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona əlillik dərəcəsinin təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N2N-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N16-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N2N-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N2N-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 1N (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2N23-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Yüngül kognitiv pozuntu. Baş beyin üzvi xəstəliyi nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. Radikulopatiya.” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı barəsində tərtib edilmiş 2 nömrəli X2 xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli tibbi göndərişindən görünür ki, iddiaçının diaqnozu aşağıdakı kimi olmuşdur: -Əsas diaqnoz FN7.N: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN7.8: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN6.7: Yüngül koqnitiv pozuntu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi Tibbi-Sosial ekspert komissiyasının 15 fevral 2N24-cü il tarixli, 3-17-4/3-3-1218/2N24 nömrəli qərarından məlum olmuşdu ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2N24-cü il tarixində aşağıda adları göstərilən 22 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2N22-ci il tarixli 269NNN4AA7AL nömrəli ambulator kitabçadan çıxarışında diaqnoz “İnsulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X11 xx.xx.2N22-ci il tarixli kompüter EEQ müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin artması, diensefal disfunksiya əlamətləri, vegetativ paroksizlmlərə nəzərə çarpan meyilliyi və diffuz tipli səyişiklikləri müşahidə olunur” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. 2 nömrəli X2 xx.xx.2N23-xx.xx.2N23-cü il tarixli 8211/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular, yaddaşın enməsi ilə” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2N23-cü il tarixli 1528 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular, yaddaşın enməsi, tez-tez dekompensasiya halları” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Mərkəzi Klinikanın xx.xx.2N23-cü il tarixli Maqnitrezonans tomoqrafiya müayinəsinin nəticəsi Beynin orta dərəcəli diffuz atrofiyası. Beynin hər iki hemisferlərində (periventrikulyar subkortikal ağ maddədə, sentrum semiovalelərdə) kiçik postangiopatik glioz ocağları” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Psixi statusunda ünsiyyətdə sərbəst olmuş, sualları qavramış, mahiyyətinə uyğun cavablar vermiş, koqnitiv fəaliyyəti, emosional reaksiyaları yaşa uyğun olmuş, patoloji affekt izlənilməmiş, hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntu əlamətləri izlənilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2N24-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə - psixiatrik ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2N24-cü il tarixli 2833 saylı rəyində qeyd olunmuşdur ki, mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı canlı müayinə olunmaqla keçirilən instrumental müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1964-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: 2-ci sual: xx.xx.1964-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2N23cü il tarixli VNN146685RRM nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur. Cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu” (FN7.N) aşkar edilir. 3-cü sual: əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq) təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab: məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar(2 ildən az olmayaraq) təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ola bilər. Bununla bağlı birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli Forma 88-dəki xəstəliklər (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verməsinə istinad edərək iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2N12-2N16cı il tarixlərdə əlillik təyin edilmiş, sonuncu dəfə 2N16-2N21-ci illərdə “baş beynin diffuz travması, qəlpə yaralanmasından sonra başın, sol gicgahın, sol alın gicgah, sol alın ön alın nahiyəsində baldırın yuxarı 1/3 bayır səthində qəlpə yaralanmaların çapıq toxumalarının kəskin qalıq əlamətləri. Postkontuzion sindrom. Meyarı ilə ikinci dərəcə əlillik dərəcəsi verilmiş, sonuncu əlilliyin müddəti bitdiyi 2N21-ci il tarixdən iddiaçının yenidən müayinəsi aparılmış və iddiaçı barəsində tərtib edilmiş 2 nömrəli X2 xx.xx.2N23-cü il tarixli VNN146685RRM nömrəli tibbi göndərişində iddiaçıya FN7.N: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. - Ağırlaşma FN7.8: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) nəticəsində ifadəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaşın enməsi ilə. -Ağırlaşma FN6.7: Yüngül koqnitiv pozuntu, Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi nəticəsində alınmış travma) diaqnozu qoyulmuşdur. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2N24-cü il tarixli 2833 saylı rəyindən də görünür ki, iddiaçının sonuncu müayinəsindən sonra ona üzvi şəxsiyyət pozuntusu” (FN7.N) diaqnozu qoyulmuşdur. Göründüyü kimi, qeyd edilən ekspert rəyi ilə də iddiaçının barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əziyyət çəkdiyi xəstəliklə bağlı əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 1N3.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qiymətləndirilməsi aparılan zaman məhz yeni qaydalar qüvvədə olduğu üçün onda aşkar olunan xəstəliklər və ağırlaşmaları ekspert rəyində iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnoz kimi qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “FN7.N” XBT kodu ilə nəzərdə tutulmuşdur. Bundan əlavə işin faktiki hallarından görünür ki, iddiaçıya əllliyin təyin olunmasından sonuncu dəfə xx.xx.2N24-cü il tarixdə imtina edilsə də, məhkəmə qərarının nəticəvi hissəsində iddiaçıya məhz hansı tarixdən əlilliyin təyin edilməli olması dəqiq olaraq göstərilməmişdir. Lakin bu hal kobud prosessual pozuntu hesab edilmədiyi üçün məhkəmə qərarının bu əsasla ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq əlillik məhz sonuncu imtinanın verildiyi- xx.xx.2N24-cü il tarixdən təyin edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9492/2N24 saylı N9 dekabr 2N24-cü il tarixli qərarı “əlilliyin təyin edilmə tarixi -xx.xx.2N24cü il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 9N və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9492/2N24 saylı N9 dekabr 2N24-cü il tarixli qərarı “əlilliyin təyin edilmə tarixi -xx.xx.2N24-cü il tarix” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1521/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1521/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver