Məhkəmə qərarları › İş №2-1(103)-1522/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1522/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1522/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinədairiş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11306,7 manat dəymiş maddi ziyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının DƏK-dən aksiyon yolu ilə almış olduğu ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 6 kv.metr olan qeyri-yaşayış sahəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 598/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi icra edilərkən yanlışlıqla və ya qəsdən Nəsimi rayon İcra Şöbəsinin məmuru kapitan X1 iştirakı ilə sökülmüşdür. İddiaçı ona dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququna malikdir. Vergi Nazirliyinin verdiyi arayışlara görə iddiaçının sahibkarlıq fəaliyyətindən dəymiş ziyan aşağıdakı kimidir: 2013-cü il üçün vergi bəyənnaməsindən illik dövriyyə 6958 AZN təşkil edir. Kiçik xırdavat mağazalar üçün gəlir dövriyyənin 25- 30%-ni təşkil edir. İllik gəlir 6958x0,25=1739,5 AZN, aylıq gəlir isə 1739,5/12=144,95 AZN. 2013-2018-ci illər üçün 1739,5x6= 10437 AZN. 2019-cu ilin ilk altı ayı üçün 144,95x6=869,7AZN. Onda sahibkarlıq fəaliyyətindən dəymiş ziyan 10437+869,7=11306,7 AZN təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinədair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verib Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun məhkəmə iclasında iştirakı təmin olunmamış, o, iş üzrə topladığı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Onun əldə etdiyi vergi bəyannamələri üzrə 2013-cü il üçün üçün dövriyyə 5970 man: 12 ay=497,5 AZN. təşkil edir. Nəzərə alınsa ki, sadələşmiş vergi üçün 4%-vergi tutulur onda 497,5x0,04%=19,9 AZN təşkil edir. Onda dövriyyə 497,5-19,9=477,6 AZN. Nəzərə alınsa ki, xırdavat mağazanı üçün pərakəndə satış üzrə gəlir dövriyyənin (25-30) %-ni təşkil edir, onda 477,6x0,25=119,4 AZN. 1 ayda gəlir təşkil edir. 2014-cü il üçün dövriyyə 6500 AZN təşkil edir və 1 ay üçün 6500:12=541 AZN. Nəzərə alınsa ki, sadələşmiş vergi üzrə 4% gəlir vergisi tutulur onda 541x0,04=21,66 AZN olur. Onda dövriyyə 541-21,66=519,34 AZN olur. Xırdavat mağazalar üzrə gəlir dövriyyənin (25-30) %-ni təşkil edir .Onda 519,34x0,25=129.8 AZN 1 ayda təşkil edir. 2015-ci il üçün döviyyə 19225-6500=13425 AZN təşkil edir. 1 ay üçün 13425:12=1118,75 AZN olur. Sadələşmiş vergi üçün 4% vergi tutulur nəzərə alınsa ki, xırdavat mağaza üçün gəlir pərakəndə satışın (25-30)%-ni təşkil edir. Onda dövriyyədən gəlir 1074x0,25=268,5 AZN olur. Onda 3 ildə dövriyyədən orta aylıq gəlir 119,4+129,8+268,5=517,7 ; 517,7:3=172,56 olur. Topladığı ödəniş qəbzlərindən və vergi orqanlarından əldə etdiyi məumatlardan müəyən etmək olur ki, işıq pulu üçün ödəniş 1 ayda-16 AZN olur, 1 ildə 16x12=192 AZN, kommunal xidmətləri, məişət tullantılarının daşınması ayda 6 AZN,1 ildə 6x12=72 , əmlak vergisi (Nəsimi Bələdiyyəsi) 1 ildə-25 47N. Cəmi illik ödəniş xərcləri =192+72+25=289 AZN olur. 1 ildə dövriyyədən əldə olunan gəlir 172,56x12=2070,72 AZN onda 1 ildə xalis gəlir 2070,72-289=1781,72 AZN olur. 1 ayda xalis gəlir 1781,72:12=148,47. Odur ki, ona dəymiş ziyan 2016-cı ilin yanvar ayından 2020-ci ilin iyul ayına qədər 55 ay təşkil edir ki, bu da ona dəymiş ziyanın 148,47 x55=8165,85 manat olduğunu deməyə əsas verir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq o, izahatında bildirdi ki, o, illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, buna görə də ona xeyli miqdarda ziyan dəymişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının hazırki tələbindən görünür ki, o, ona məxsus əmlakın söküldüyü müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyini, bu səbəbdən həmin dövr ərzində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq vergi bəyənnamələrinə istinad etmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1994-cü il tarixdə keçirilmiş auksionda Kaveroçkin küçəsi 21 ünvanda yerləşən “Balaton” TTM-in sahəsi 6 kv.metr olan 18 nömrəli radio-televizor təmiri emalatxanasını satın almışdır. Həmin qeyriyaşayış sahəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-598/2012 saylı, xx xxx 2012-ci il tarixli qətnaməsi icra edilərkən yanlışlıqla sökülmüşdür. Daha sonra sözügedən əmlakın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-717/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının öz hesabına bərpa edilməsi qət edilmişdir. İddiaçı əmlakı söküldüyü dövrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar ona ziyan dəydiyinə istinad edərək, həmin ziyanın ödənilməsi ilə bağlı ərizə ilə cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Vergilər Nazirliyinə sorğu göndərilərək, İddiaçı tərəfindən (VÖEN **********) ünvan 1 ünvanında yerləşən ticarət obyektinin fəaliyyəti ilə bağlı 2015-ci ilin oktyabr ayınadək son üç ildə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinin məhkəməyə təqdim edilməsini tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********625600 saylı məktubla İddiaçı tərəfindən (VÖEN **********) 2015-ci ilin oktyabr ayınadək son üç ildə təqdim edilmiş sadələşdirilmiş vergi bəyənnamələrinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 2012-ci ilin 4-cü rübündən 2015-ci ilin 3-cü rübünədək sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən İddiaçı məxsus ticarət obyektinin göstərilən dövr ərzində orta aylıq xalis mənfəətinin nə qədər olmasının müəyyən edilməsi məqsədilə məhkəmənin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş 9/953 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 96, 97, 98, 99, 100, 101, 218, 219, 220-ci maddələrinə istinad olunaraq, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 2012-ci ilin 4-cü rübündən 2015-ci ilin 3-cü rübünədək sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən İddiaçı məxsus ticarət obyektinin göstərilən dövr ərzində orta aylıq xalis mənfəətinin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində müəyyən edilənlərdən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərindən göründüyü kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 2012-ci ilin 4-cü rübündən 2015-ci ilin 3-cü rübünədək sadələşdirilmiş vergi bəyənnamələrinə əsasən İddiaçı məxsus ticarət obyektinin göstərilən dövr ərzində orta aylıq xalis mənfəəti nə qədər olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, sadələşdirilmiş verginin hesablanmasında və bəyənnaməsində yalnız hasilata (əldə olunmuş ümumi gəlirə) görə ümumi dövriyyə nəzərə alınır. Yəni xərclərlə bağlı məlumatlara istinad edilmir. Gəlirin (xalis mənfəətin) müəyyən edilməsi üçün isə xərc sənədlərinin olması zəruridir. Həmçinin qeyd edilir ki, xərclərə dair məlumat və sənədlər iş materiallarında mövcud deyildir. Beləliklə aparılmış ekspertiza nəticəsində iddiaçıya məxsus ticarət obyektinin göstərilən dövr ərzində orta aylıq xalis mənfəəti nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Buna əsas olaraq isə sadələşdirilmiş verginin hesablanmasında və bəyənnaməsində yalnız hasilata (əldə olunmuş ümumi gəlirə) görə ümumi dövriyyə nəzərə alındığı, gəlirin (xalis mənfəətin) müəyyən edilməsi üçün isə xərc sənədlərinin olmasının zəruri olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etməyərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda əldə olunmuş ümumi gəlirin məbləği iddiaçıya dəymiş maddi ziyanın məbləğinin göstəricisi deyildir. Belə ki, maddi ziyanın müəyyən edilməsi üçün xalis mənfəətin, yəni əldə olunmuş ümumi gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğ əsas götürülərək, iddiaçıya dəymiş maddi ziyanın məbləği hesablana bilərdi. İddiaçı tərəfindən isə xərclərə dair məlumat apellyasiya şikayətində göstərilsə də, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı ona maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iddiaçının ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-173/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar