Məhkəmə qərarları › İş №2-1(103)-1522/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1522/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1522/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (19.11.1984-cü il tarixində Kiyev şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası X1rşı “məlumatların Dövlət Reyestrinə daxil edilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsi barədə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1(112)-5739/2021 saylı qərardadına Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 03.12.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 03.03.2021-ci il tarixində iddiaçı ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə əvəz olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-320/2021 saylı 03.03.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-320/2021 saylı 03.03.2021-ci il tarixli qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 23.09.2019-cu (mətnə uyğun) il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş üzrə iddiaçı Azərbaycan Respublikası X1rşı iddia qaldırmışdır və cavabdehin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin yerləşdiyi ünvan ünvan 2ın 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir” İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5739/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 23.09.2019-cu il tarixdən (mətnə uyğun) 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia tələbinə dair iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, “hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) ünvan 3 hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisəyə İPMin 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.” Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə (AZEMİS elektron məhkəmə sistemindən çıxarış) əsasən onun yaşayış yeri (qeydiyyatda olduğu ünvan) ünvan 3 hesab edir ki, hazırkı iddia tələbi üzrə mübahisəyə İPM-in 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu yerin müvafiq məhkəməsində, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə iddiaçının iddia tələbini “23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında dövlət qulluqçusu münasibətlərinin olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi İPM-nin 8.1.4-cü maddəsinin əhatə dairəsinə düşdüyündən hazırkı işə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin yerləşdiyi ünvan ünvan 4ının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil olduğundan, hazırkı işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 8, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X2 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X3 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar