Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1523/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X12, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı, X17 və X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun və çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X17 və X18 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi-20207.5 kv.m, açıq torpaq sahəsi- 18335.2 kv.m ümumi tikinti altı sahəsi - 1340.4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfata dair onların adına texniki pasport və çıxarış verilməsi vəzifəsinin cavbadehə həvalə edilməsi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi-20207.5 kv.m, açıq torpaq sahəsi-18335.2 kv.m ümumi tikinti altı sahəsi-1872.3 kv.m olan qeyri-yaşayış sahəsi yardımçı təsərrüfata dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair onların adına texniki pasport və çıxarış verilməsi vəzifəsinin cavbadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhmdarları olduqları “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar cəmiyyəti xx xxxxxx 2008-ci il tarixli, 3 saylı protokola əsasən ləğvetmə balansının təsdiq edilməsi və əmlakın naturada bölüşdürülməsinə dair qərar qəbul etmişdir. Müvafiq bölgüyə əsasən “Bakı Qazan Meaniki” Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlaklar əsas səhm sahibləri İddiaçı, X13 və X8 natura şəklində digər səhmdarların əmlaklarının dəyəri isə pul şəklində ödənilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi – 20207.5 kv.m, açıq torpaq sahəsi – 18335.2 kv.m, ümumi tikili altı sahəsi – 1340.4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək İddiaçı, X13 və X8 verilmişdir. Həmçinin “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanında yerləşən ümumi sahəsi – 14644.5 kv.m, açıq torpaq sahəsi – 45414 kv.m, ümumi tikili altı sahəsi – 13954.4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək İddiaçı, həmçinin X13 və “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanında yerləşən ümumi sahəsi – 14558 kv.m, açıq torpaq sahəsi – 1.51324 kv.m, ümumi tikili altı sahəsi – 15132.4 kv.m olan qeyri-yaşayış sahəsi –yardımçı təsərrüfat sahəsi naturada bölünərək X8 verilmişdir. Azərbaycan Respublikası Dövlət X24 üzrə Dövlət Komitəsinin X1 Bürosu tərəfindən İddiaçı adına qeyd edilən qeyri-yaşayış sahəsi – yardımçı təsərrüfat sahəsinin xx xxx 2009-cu il tarixli, 003334 saylı “Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu” verilmişdir. Eləcə də, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, 00087753 saylı, xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdr Cəmiyyətinin balansında olan Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanında yerləşən ümumi sahəsi 14644.5 kv.m, açıq torpaq sahəsi – 4.5414 kv.m, ümumi tikili altı sahəsi – 13954.4 kv.m olan qeyri-yaşayış sahəsi yardımçı təsərrüfat sahəsi İddiaçı və X7 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 889 nömrəli vərəqində qeydiyyata alınmışdı. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsi, 1 ünvanında yerləlşən ümumi sahəsi – 14558 kv.m, açıq torpaq sahəsi – 1.51324 kv.m, ümumi tikili altı sahəsi – 15132.4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi X6 mülkiyyəti kimi Daşınmaz əmlakın Dövlət reyestrində 8 nömrəli reyestr kitabının 786 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət X24 üzrə Dövlət Komitəsinin X1 Bürosu tərəfindən onların adlarına qeyri-yaşayış sahəsi – yardımçı təsərrüfat sahəsinin xx xxx 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu verilməsi üçün İdarəyə aşağıdakı qeyd edilən sənədlər təqdim edilmişdir: 1) 259/V-05 saylı, xx.xx.2009-cu il tarixli sifarış məktubu; 2) Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 245 saylı Sərəncamı; 3) “xxxxxxxxxxxxxxxxxxx” ASC haqqında məlumat; 4) Qiymətli kağız sahiblərinin xx.xx.2008- ci il tarixli reyestri; 5) “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının xx.xx.2008-ci il tarixli ümumi yığıncaqlarının 01 saylı və xx.xx.2008-ci il tarixli, 03 saylı protokolları; 6) “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin daşınar və daşınmaz əmlaklarının əsas səhm sahibləri arasında bölüşdürülməsinə dair xx.xx.2008-ci il tarixli protokolu; 7) xx.xx.2008-ci il tarixli AKT; 8) Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqına Bakı şəhər Vergilər Departamentinin xx.xx.2009-cu i ltarilxi, **********57 saylı bildirişi; 9) Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasının xx.xx.2009-cu il tarixli, 6/1-027-379 saylı məktubu; 10) Bina və qurğuların texniki parametrləri. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərarzi İdarəsi müraciətlərinə cavab olaraq **********88 saylı, xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, ərizəyə əlavə olunmş sənədlər surətdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir və bu səbəblərdən ərizənin icrası tərəfindən mümkün olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia tələbinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatın əsasən (ciddi konfiqurasiya fərqi mövcuddur) ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və əlavə 14853.5 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bundan başqa torpaq sahəsində 48.5 kv.m əlavə köməkçi tikilinin inşa edildiyi və yaxınlıqdan qaz boru xəttinin keçdiyi müəyyən edilmişdir. Həmçinin bildirmişlər ki, iddiaçılar tərəfindən adlarına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-ci il tarixli, **********59 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi- 20207.5 kv.m, açıq torpaq sahəsi-18335.2 kv.m ümumi tikinti altı sahəsi-1872.3 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfata dair iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair İddiaçı, X6 və X7 adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq qeyri-yaşayış binasına dair iddiaçıların adlarına qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC ləğv edilərkən AR MM-nin 61-ci maddəsinin həmin dövrdə qüvvədə olan (xx xxxxxx 2013-cü il tarixinədək) tələblərinə əsasən hüquqi şəxsin (“xxxxxxxxxxxxxxxxxxx” ASC-nin) ləğvi barədə qərar, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarları barədə reyestrdən çıxarış və səhmdarlara ləğv edilmiş hüquqi şəxsin əmlakının verilməsi barədə təhvil-təslim aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı İdarəyə ünvanlanmış ərizəyə əlavə edilməmişdir. Bundan başqa müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı müəyyən edilmişdir ki, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 20207,5 kv.m olsa da, faktiki olaraq 37.349,2 kv.m-dir və 17.873,7 kv.m əlavə torpaq sahəsi zəbt olunmuşdur. Zəbt olunmuş torpaq sahəsinin şimal-şərq hissəsində 68,4 kv.m özbaşına tikili və cənub şərqində isə 6 kv.-luq yüksək gərginlikli elektrik qurğusu (transformator) mövcuddur. Lakin zəbt olunmuş əlavə torpaq sahəsinə və üzərində inşa edilmiş özbaşına tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin texniki pasportla faktiki sahə arasında ciddi konfiqurasiya və sahə fərqi mövcuddur. Həmçinin, müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-1523/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçıların vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi izahat verərək bildirdi ki, mübahisəli 20207,5 kv.m torpaq sahəsi dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 254 saylı sərəncamı ilə ləğv edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin tabeliyində olmuş, ünvan 3 ünvanında yerləşən X25 əsasında “xxxxxxxxxxxxxxxxxxx” ATSC yaradılmış və həmin səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. Qanunvericiliyin tələblərinə əsasən özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir və müəssisəni özəlləşdirmiş şəxsin onun istifadəsində olan torpaq sahəsini də satın almaq və ya satınalma hüququ ilə icarəyə götürmək hüququ vardır. “xxxxxxxxxxxxxxxxxxx” ATSCnın səhmləri özəlləşdirilsə də, həmin müəssisəyə məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi sahəsi 20207,5 kv.m olan torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Məhkəmə torpaq sahəsinin iddiaçıların mülkiyyətində olub-olmaması ilə bağlı heç bir araşdırma aparmamış, əsassız olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsini cavabdehin üzərinə qoymuşdur.Digər tərəfdən, məhkəmə iddia tələblərini dəqiqləşdirməmiş, tələblərin ifadəsində olan qeyri-müəyyənliyin iddiaçılar tərəfindən aradan qaldırılması üçün Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun tədbir görməmiş, aydın olmayan qərar qəbul etmişdir.İddiaçıların tələblərinin hansı əmlaka (qeyri-yaşayış, yoxsa torpaq sahəsi) aid olduğu aydın deyil və iddia tələblərində və buna uyğun çıxarılmış məhkəmə qərarında qeyd edilmiş ölçülər yalnız torpaq sahəsinə aiddir. Buna baxmayaraq iddia tələbində “qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat”a dair hüquqların qeydiyyata alınması xahiş edilir.Göründüyü kimi məhkəmə həm iddia tələbinin mahiyyətini, həm də hüquqi əsaslarını araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmaqla iddianın təmin edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) nümayəndəsi izahat verərək mübahisəli əraziyə baxış keçirdiyini, mübahisəli ərazinin Bakı şəhər X28 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 47/732 saylı qərarı ilə şəhərətrafı köməkçi kənd təsərrüfatı massivlərinin layihələndirilməsi məqsədilə ayrıldığını bildirdi və əlavə olaraq göstərdi ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X21 Limited” Şirkətinin istifadəsinə verilmişdir. Ona görə də hazırki halda “X21 Limited” Şirkətinin üçüncü şəxs qismində işə cəlb olunmasını məqsədəmüvafiq hesab etdiyini bildirdi, iddianın məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli,iş yenidən baxılması üçünBakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş Bakı şəhər X28 İcraiyyə Komitəsinin 47/732 nömrəli, xx xxxxxxx 1981ci il tarixli qərarı ilə Azərbaycan KP MK və Azərbaycan Respublikası Nazirlər Sovetinin 86 nömrəli, xx xxxxxx 1979-cu il tarixli Qərarına müvafiq olaraq “Yardımçı kənd təsərrüfatı müəsissələri, təşkilatları və idarələr haqqında və müəssisələrdən, təşkilatlardan və idarələrdən daxil olan ərizələrin təmin edilməsi məqsədilə” Bakı şəhər X28 şəhərin yardımçı kənd təsərrüfatı müəssisələrinin, təşkilatlarının və idarələrinin hazırda və kompleks yerləşdirilməsi üçün Orconikidze rayonunun ərazisində Hövsan qəsəbəsinin şimal-qərbində 170 ha sahəli torpaq sahəsi ayrılması, təşkilat və müəssisələrin xahişinin təmin edilməsi və Orconokidze rayonunun ərazisində Hövsan qəsəbəsinin şimali-qərbində yardımçı kənd təsərrüfatının layihələndirilməsinə SSRİ Energetika və Elektrofiksasiya Nazirliyinin Qazanxana-Mexaniki Zavoduna icazə verilməsi qərara alınmışdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx xxxxxxx 2000-ci il tarixli sərəncamı ilə X25 özəlləşdirmə planı təsdiq edilmiş, ləğv edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin tabeliyində olmuş Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 ünvanında yerləşən X25 bazasında “xxxxxxxxxxxxxxxxxxx” X34 Cəmiyyəti yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş 0107-P352-50067 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2008-ci il tarixdə Milli Depozit Mərkəzində reyestri aparılmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 8 Cəmiyyət xx xxxxxx 2000-ci il tarixdə, D-3132 nömrə ilə Azəbraycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının illik ümumi yığıncağının xx.xx.2008-ci il tarixli 1 saylı protokolundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2008-ci il tarixli illik ümumi yığıncağında iştirak edən səhmdarlarının səsvermələrinin nəticəsinə əsasən – cəmiyyətin 2007-ci il dövr ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə İdarə Heyətinin hesabatı təsdiq edilmiş, İdarə Heyətinin fəaliyyəti qeyri-kafi qiymətləndirilmiş, Cəmiyyətin maliyyətəsərrüfat fəaliyyəti haqqında hesabat və cəmiyyətin 2007-ci ilə olan balansı təsdiq edilmiş, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə xitam verilmiş, Ləğvetmə komissiyasının 3 nəfərdən – Nümayəndə, X14 və X9 ibarət tərkibdə seçilməsi, Nümayəndə ləğvetmə komissiyasının sədri seçilməsi qərara alınmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının xx xxxxxx 2008-ci il tarixli, 3 saylı protokolundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə balansı təsdiq edilmiş. “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin əmlakının əsas səhm sahibləri səhmdar İddiaçı, X15 və X16 natura şəklində, digər səhmdarların əmlaklarının dəyəri isə pul şəklində ödənilməsi qərara alınmışdır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin daşınar və daşınmaz əmlaklarının əsas səhm sahibləri arasında bölüşdürülməsinə dair” xx xxxxxx 2008-ci il tarixli aktdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin əsas səhm sahibləri-X19, İddiaçı və X20 bu aktı tərtib etmişlər ondan ötrü ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin daşınar və daşınmaz əmlakaları öz aralarında olan daxili razılaşmaya əsasən bölüşdürülmüşdür və qeyd edilən əmlakları bölüşdürülməsi zamanı və barədə hazırki akt tərtib edilərkən heç bir tərəfdən heç bir irad daxil olmamışdır. Aktın doğruluğunu X17, İddiaçı və X20 öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X4 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli, **********537300 nömrəli “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********57 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri X2 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi bildirmişdir ki, xx.xx.2000-ci il tarixdə, D-3132 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış “xxxxxxxxxxxxxxxxxxx” X34 Cəmiyyəti xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 14558 kv.m olan, 1.51324 ha torpaq sahəsində yerləşən əmlak kompleksi tam mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə X10 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 14644.5 kv.m olan, 4.5414 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ümumi birgə mülkiyyət hüququ üzrə X11 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Digər mülkiyyətçi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Dövlət X24 üzrə Dövlət Komitəsi X1 Bürosu tərəfindən xx xxx 2009-cu il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsiyardımçı təsərrüfata dair texniki pasport tərtib edilmiş, balans saxlayıcı və ya mülkiyyətçi kimi İddiaçı adı qeyd edilmiş, əmlakın təsnifatında ümumi tikinti altı əsas sahə: 1340.4 kv.m, açıq torpaq sahəsi 18335.2 kv.m ümumi torpaq sahəsi 20207.5 kv.m göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq verilmiş **********88 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair adlarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin əlavə torpaq sahəsinin istifadə edildiyi və əlavə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********38 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (yardımçı təsərrüfatı) dair İddiaçı adına X1 Bürosu tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli texniki pasportun və sözügedən texniki pasportun verilməsinə əsas olmuş müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba qoşma şəklində, İddiaçı ərizəsi, inşaat pasportu və yuxarıda iş materiallarında sadalanan sənədlərin surəti əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qanuni və əsaslı hesab edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, inzibati məhkəmə iddia tələbinə baxılarkən icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu halda bunu etmədiyindən qərar ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli torpaq sahəsinin kimə məxsus olduğu araşdırılmamışdır. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətində məxsus olduğu bildirilsə də, Dövlət Neft Şirkəti üçüncü şəxs qismində prosesə cəlb edilməmişdir. Apellyasiya məhkəməsində araşdırma aparılarkən Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilmiş, onun təqdim etdiyi sənədlərə əsasən mübahisəli torpaq sahəsinin Bakı şəhər X28 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 47/732 saylı qərarı ilə şəhərətrafı köməkçi kənd təsərrüfatı massivlərinin layihələndirilməsi məqsədilə ayrıldığını, daha sonra Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X21 Limited” Şirkətinin istifadəsinə verilməsi müəyyən edilmişdir. Hazırki halda “X21 Limited” Şirkətinin üçüncü şəxs qismində zəruri cəlb edilməsi və iş üzrə əlavə sübutların araşdırılması zərurəti ortaya çıxmışdır. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmədə iddia tələbinə baxılarkən icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu halda bunu etmədiyindən hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1370/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1523/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1523/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver