Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1524/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0.06 ha torpaq sahəsindən mərhum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bir milyon manat) real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2- 1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbi barədə 2-1(112)-12381/2021 saylı inzibati işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə 2-1(112)-203/2021 saylı iş üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. (hakim: A.Abdullayeva) Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, 2-1(112)-12381/2021 nömrəli inzibati iş üzrə icraatın dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-İi il tarixli 2-1(112)-12381/2021 nömrəli qərardadını ləğv edib 2-1(112)-12381/2021 nömrəli inzibati iş üzrə məhkəmə baxışının davam etdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı 28 iyun 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı inzibati-İqtisadi məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş 0,06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bir milyon manat) real zərərin iddiaçıya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon icra hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iyul 2019-cu il tarixli əlavə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0,06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması yaxud iddiaçıya vurulmuş ******* (bir milyon manat) ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra inzibati iş üzrə məhkəmə icraatının davam etdiyi dövrdə iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona qarşı münasibətdə qanunsuz hərəkətlərini davam etdirərək Binəqədi rayon icra hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamını 19 ildən sonra heç bir hüquqi və qanuni əsas olmadan 02 avqust 2019cu il tarixli 148 saylı sərəncamla ləğv etmişdir. Ona görə də tərəflərindən həmin məhkəməyə Binəqədi rayon icra hakimiyyəti başçısının 02 avqust 2019-cu il tarixli 148 saylı qanunsuz sərəncamının ləğv edilməsi barədə iddia tələbinin həcminin artırılmasına dair 19 sentyabr 2019-cu il tarixli iddia ərizəsi ilə müraciət olunmuşdur. Hesab etmişlər ki, İPM-nin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Ona görə də qeyd olunan iddia tələblərinə əvvəlcə sabiq hakim Elçin Məmmədov sonradan isə hakim Aygün Abdullayeva tərəfindən bir icraatda baxılaraq 2 il 5 ay müddətində məhkəmə araşdırması aparılmış, işə baxılması yekunlaşdırıldığı ərəfədə sonuncu hakim tərəfindən 02 noyabr 2021-ci il tarixli qərardadla vurulmuş ziyana görə kompensasiya tələbi və torpaqayırmaya dair sərəncamın ləğvi ilə bağlı tələblər qanunsuz və əsassız olaraq ayrıca icraata ayrılmışdır. İşlərin ayrılması barədə həmin qərardan 15 gün sonra növbəti məhkəmə iclası zamanı 17 noyabr 2021-ci il tarixli 2- 1(112)-203/2021 nömrəli qərarla icraat dayandırilmşıdır. Aşağıdakı əsaslara görə hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işin icraatının dayandırılması barədə qərardad qəbul olunarkən prosessual hüquq normaları pozulduğundan Bakı İnzibati məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-1(112)- 12381/2021 nömrəli qərardadı ləğv edilməli, iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya tələbi üzrə icraatın dayandırılması barədə qərar ləğv edilib məhkəmə baxışının davam etdirilməsi barədə qərar qəbul olunmalıdır. Əvvəla qeyd edir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ünvan 2 binanın qarşısında fərdi yaşayış evinin tikintisi 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən torpaq sahəsinin ətrafı daş hasarla hasarlanmışdır. Qeyd olunan torpaq sahəsində iddiaçı tərəfindən 2000-ci ildə 1 mərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər-əl damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikilmiş və iddiaçı həmin evə pasport qeydiyyatına düşmüşdür. İddiaçı 2000-ci ildən ünvan 3 ünvanda olan evdə yaşamaqla kommunal xərcləri ödəmişdir. Qeyd olunan torpaq sahəsi 2000-ci ildən fasiləsiz və mübahisəsiz olaraq onun istifadəsində olmuşdur. Lakin heç bir qanuni əsas olmadan özbaşınalığa yol verilərək iddiaçıya torpaqayırmaya dair verilmiş sərəncam cavabdeh tərəfindən ləğv edilməmişdən əvvəl 10 aprel 2019-cu il tarixdə iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər Binəqədi rayon icra hakimiyyətinin qanunsuz göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq iddiaçıdan alınmış və sonradan həmin torpaq sahəsi ictimai park salınması üçün ayrılmış əraziyə birləşdirilmişdir. Halbuki tərəflərindən məhkəmə prosesinin başlanğıcında iş üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilərək mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı hər hansı bir əməliyyatın (torpağın özkəninkiləşdirilməsi, icarəyə, istifadəyə verilməsi və yaxud torpaqla bağlı hər hansı bir mülki əqd bağlanması və yaxud da torpağa hər hansı bir hüquqla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması) aparılmasının cavabdeh Binəqədi rayon icra hakimiyyətinə və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyinə qadağan edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2965/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh tərəfindən uzun müddət mübahisələndirilmiş həmin qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1521/2020 saylı qərarı ilə qismən dəyişiklik edilərək torpaq sahəsi ilə bağlı hər hansı bir əməliyyatın aparılması cavabdeh Binəqədi rayon icra hakimiyyətinə qadağan edilmişdir. Lakin buna baxmayaraq cavabdeh məhkəmənin həmin qərarına məhəl qoymayaraq Binəqədi rayon icra hakimiyyətinin sərəncamı ilə mülkiyyətlərinə verilən torpaq sahəsi üzərində tikililəri şifahi olaraq verilmiş qanunsuz göstərişi əsasında həmin əraziyə cəlb edilmiş texnika və işçi qüvvəsi vasitəsi ilə sökdürərək torpaq sahəsi zorla boşaldılmışdır. Həmin tikililərin söküntüsünə və torpaq sahəsinin boşaldılmasına rəhbərliyi Binəqədi rayon icra hakimiyyətinin rəhbər işçiləri etmişlər və mülkiyyətlərində olan torpaq sahəsi üzərində tikililərin sökülməsi görüntülü qeydə alınmaqla, eyni zamanda fotoşəkilləri çəkilib inzibati məhkəmə icraatının aparıldığı birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. İddiaçıya dəymiş ziyanın hesablanması üçün iddiaçı tərəfindən Bakı şəhərində fəaliyyət göstərən “Qiymətləndirmə və Audit" MMCyə ərizə ilə müraciət olunmuş, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan məlum olmuşdur ki, torpaq sahəsindəki tikililərin sökülməsi və torpaq sahəsindən məhrum edilməsi nəticəsində iddiaçıya 1000000,0 (bir milyon) manat real maddi zərər dəymişdir. Hazırki vəziyyətdə hesab edir ki, kompensasiya tələbinə dair işin icraatının dayandırılması İPM-nin 37-ci maddəsinin tələblərinə əsasən tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, həmin normaya əsasən hər iki tələbə eyni vaxtda bir icraatda baxılmalı idi, bu tələblər törəmə olub biri-birindən irəli gələn tələblərdir, bu işlərin ayrılması və kompensasiya tələbinə ayrıca icraatda baxılması iş üzrə yenidən növbəti süründürməçiliyə səbəb olacaqdır, halbuki bundan əvvəl məhkəmə icraatı zamanı süni süründürməçiliyə yol verilmiş, məhkəmə iclasları dəfələrlə əsassız və lüzumsuz olaraq təxirə alınmış, subyektiv səbəblər üzündən işə baxılması süni olaraq uzadılmış, sübutların araşdırılması ağlabatan müddətdə təmin edilməmişdir. Bütün bunlardan sonra hazırki vəziyyətdə 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq iddia tələbləri üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Halbuki bu tələblər bir-biri ilə sıx bağlı olmuş, onlara ayrı-ayrılıqda baxllması iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə mənfi təsir göstərə bilər. Həmçinin onu da vurğulamaq lazımdır ki, bir halda ki, məhkəmə tərəfindən iddiaçının sərəncamın ləğv edilməsi tələbi təmin olunmamışdırsa, hesab edir ki, bu gün icraatı dayandırılmış kompensasiya tələbi üzrə məhkəmə icraatının davam etdirilməsinə heç bir ehtiyac qalmır. Halbuki İPM-nin 7.1-ci maddəsində qeyd olunur ki, iş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmış və mövqeyinin onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, iddiaçı digər inzibati məhkəmə icraatında “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi” barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamını mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hazırki iddia tələbinin predmetini isə həmin torpaq sahəsinin üzərindəki tikililər bərpa edilməklə ona qaytarılması və yaxud əvəzində ona dəymiş ziyan olaraq 1.000.000 (bir milyon) manat kompensasiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsi təşkil edir. Göründüyü kimi, hazırda digər inzibati məhkəmə icraatında iddiaçının ona qaytarılmasını və yaxud əvəzində kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamın ləğv edilməsinə dair sərəncamın qanuniliyi mübahisələndirilir. Hazırki iddia tələbi isə bir başa cavabdeh inzibati orqanın həmin torpaq sahəsi ilə bağlı qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan, iş üzrə icraat digər inzibati məhkəmə icraatında mübahisələndirilən “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işin həllindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. İşin tədqiq olunan hallarından görünür ki, iddiaçı hazırki tələblə ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsini xahiş etmiş, eyni zamanda “İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi” barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamını mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə qeyd olunan tələblərə ayrıca icraatda və yeni nömrə verilərək baxılması qərara alınmışdır. Hazırda digər inzibati məhkəmə icraatında iddiaçının ona qaytarılmasını və yaxud əvəzində kompensasiya ödənilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrılması barədə cavabdeh orqanın sərəncamın ləğv edilməsinə dair sərəncamın qanuniliyi mübahisələndirilir. Hazırki iddia tələbi isə bir başa cavabdeh inzibati orqanın həmin torpaq sahəsi ilə bağlı qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, hazırki iş üzrə icraat digər inzibati məhkəmə icraatında mübahisələndirilən inzibati işin həllindən asılıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamın ləğvi hazırki mübahisə üzrə məsələnin həllinə mühüm təsir göstərmiş olar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mahiyyətcə düzgün qərardadın ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1524/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1524/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver