Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1524/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi (Abbasova (Mirzəyeva) Nigar Mirzalı qızının və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4044/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “hüququmun yarandığı 03 iyun 2017-ci il tarixdən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: xx.xx.1961-ci il tarixdə Quba rayonunda anadan olmuş, ilk dəfə 1980-ci il tarixdə əmək fəaliyyətinə başlamış, orta məktəbi bitirdikdən sonra 1980-1982-ci illər ərzində Hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra 1982- 1983-cü illərdə Quba rayonu S.Vurğun adın sovxozda fəhlə kimi işləmişdir. xx.xx.1983-cü ildən 1984-cü ilə kimi Bakı şəhəri 22№-li Texniki məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmiş və 1984-cü ildən 1997-ci ilə kimi Abşeron Quraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı işində çalışmışdır. xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə kimi əvvəlki adı X6 və İstirahət evində çilingər işində çalışmış, xx.xx.2003-ci ildənxx.xx.2007-ci ilə kimi Bos Şelf LTD-də əl ilə elektrik qaynaqçısı peşəsində çalışmışdır.xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi 6 saylı "Neftqaztikinti" Quraşdırma idarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Bu günə kimi ümumilikdə 28 il əmək stajı var.Güzəştli şərtlərlə pensiya təyin olunması ilə əlaqədar olaraq cavabdeh orqana rəsmi müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış cavab məktubları (20 sentyabr 2022-ci il tarixli və ə 31 oktyabr 2022-ci il tarixli) ilə əsasız olaraq imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 13 il 14 gün (xx.xx.1980 - xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982 xx.xx.1983-ci il, xx.xx.1984 - xx.xx.1985-ci il, xx.xx.1997 – xx.xx.2003-cü il, xx.xx.2003 xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir və və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Güzəştli iş stajı isə 3 il 11 ay 10 gün (xx.xx.2003 - xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İşin mübahisələndirilən halı İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1997ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4044/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajının 25 ildən az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 13 il 14 gün (xx.xx.1980 - xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982 xx.xx.1983-ci il, xx.xx.1984 - xx.xx.1985-ci il, xx.xx.1997 - 21,04.2003-cü il, xx.xx.2003 xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil e dir və və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Güzəştli iş stajı isə 3 il 11 ay 10 gün (xx.xx.2003 - xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərdir. Onun təqdim etdiyi "xxxx" ASC-nin arayışına əsasən onun xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı alması barədə məlumat mövcud deyildir.Vətəndaş əməkhaqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Bundan əlavə iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda xx.xx.1985 xx.xx.1997-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci hissəsində nəzərdə tutulan vəzifəyə aid olduğu qeyd edilmişdir. Lakin, məhkəmə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cıi il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli SiyahısT’na uyğunlaşdırmışdır. Əlavə olaraq, iddiaçının sözügedən müəssisədə ona əmək haqqı ödənilməsi barədə məlumat mövcud olmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, iddiaçı isə onunla razılaşmamış, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının xx.xx.1961-ci il tarixdə il tarixdə doğulduğu nəzərə alınmaqla , onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamamlanır (şəxsiyyət vəsiqəsinin mömrəsi: o0*******) Həmin vaxt, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədən qüvvəyə minən redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsi isə nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçı iş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletinə, Г 601296 nömrəli, xx.xx.1984-cü il tarixli diplomuna və ИТ-İ ******* nömrəli, xx.xx.1983-cü il tarixli əmək kitabçasına (surətlərinə), Azərbaycan Respublikasının Əmək və Əhalminj Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin X1 müəssisəsi PHŞ-in 02 nömrəli, 29 sentyabr 2022- ci il tarixli Arayışına, habelə, X6 və istirahət əvinin (hal-hazırda Əlilliyi olan Şəxslərin X1) əmrlərinə əsasən xx.xx.2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1980 - xx.xx.1982: müddətli hərbi xidmət- 2 il 1 ay 5 gün; xx.xx.1983 - xx.xx.1984: 22 nömrəli Bakı Peşə-texniki peşə məktəbində elektrik qaynaqçısı ixtisası üzrə təhsil müddəti -7 ay 9 gün; xx.xx.1982 - xx.xx.1983: S.Vurğun adına sovxozda fəhlə - 1 il 24 gün; xx.xx.1984-xx.xx.1985: "Qafqazenergomontaj" tresti Mingəçevir quraşdırma idarəsində elektrik qaynaqçısı – 1 il 1 ay; xx.xx.1985-20.02.97: "Qafqazenergomontaj" tresti Abşeron quraşdırma idarəsində elektrik qaynaqçısı – 11 il 8 ay 10 gün; xx.xx.1997-xx.xx.2003: Əlilliyi olan şəxslərin X1 müəssisəsində slesar-sanitexnik - 6 il 9 ay 16 gün. xx.xx.2003-xx.xx.2005: "xxxx" LTD-də elektrik qaynaqçısı – 2 il 8 ay 9 gün. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2023-cü ildə təqdim olunmuş "xxxx" ASC-nin Arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1997-ci il tarixinədək Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Abşeron quraşdırma idarəsi fəaliyyəti dayandırlaraq, onun nəznində "xxxx" ASC açılmışdır (əmr 24k, xx.xx.2001, həmin vaxtı arxiv sənədləri ASC tətil verilməyib). AB Milli Arxiv idarəsi tərəfindən sənədlərin saxlanılması müddəti müəyyən edilib (12 aprel 2016-cı il tarixi 3/1 nömrəli əmr). Həmin sənədə əsasən mühasibat uçotu sənədlərin saxlanılması müddətli 5 il, kadr uçotu sənədlərinin saxlanılma müddəti isə 75 il müəyyən edilmişdir. Eyni zamanda, "xxxx" MMC isə məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli, C-2023/BOSS/BAC/GHA/L-806 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək BOS Şelf MMC- də “Əl ilə Qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsində çalışmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə “Ümumi peşələr” öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 3 il, 11 ay, 12 gün iş stajı yaranmışdır. İşçi ilə olan əmək münasibəti dövründə zərərli işlə bağlı verilmiş güzəştlər (əlavə əmək məzuniyyəti, əmək haqqına əlavələr) nəzərə alınmışdır. Eyni zamanda, məhkəmə sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli **********976400 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnaməsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Nazirliyi tərəfindən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin “Azəristilikenerjiquraşdırma” X3 İdarəsinin bazasında təsis edilmiş və onun hüquqi varisidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası sayılırdı. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda yalnız “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda, əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ qanunvericilikdə tələb də mövcud deyildir. İddiaçıya aid əmək kitabçasına xx.xx.1985 ci ildə "Qafqazenergomontaj" tresti Abşeron quraşıdırma idarəsi "KEM" Volqodonsk quraşdırma trestindən keçirilməklə BQİnə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilməsi, xx.xx.1987-ci ildə kursların bitirməsindən sonra İİİ kateqoriyalı boru kəmərlərinin REDS-nə buraxılması və dördüncü dərəcə verilməsi, 20.02.97-ci ildə işdən azad edilməsi barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Əmək kitabçasında əmək fəaliyyəti qeydlərinin, səhifələrin ardıcıllığı pozulmamışdır. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə müəyyən olunur ki, "xxxx" Dövlət Şirkətinin Qafqaz enerjiquraşdırma X3 idarəsi özəlləşdirilmiş və yenidən təşkili nəticəsində "xxxx" ASC yaradılaraq xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçının adının "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında olmaması onun həmin müəssisədəki əmək fəaliyyətini şübhə altına almağa əsas vermir. Belə ki, adıçəkilən idarə Əmlak Komitəsinin sərəncamı ilə özəlləşdirilərkən və bazasında 2000-ci ildə ASC yaradılarkən iddiaçı 1997-ci ildən həmin idarədən işdən azad edilmiş idi və onun adının özəlləşdirmədə iştirak hüququna malik müəssisənin mövcud işçilərinin siyahısında aşkar olunmaması mümkündür. Eyni zamanda, “Qafqazenerjitəmir” X3 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. “Qafqazenerjitəmir” X3 İdarəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində idarənin arxiv sənədləri saxlanılmasa da həmin ASC hüquqi varis olaraq təqdim etdiyi arayışda İddiaçı həqiqətən də xx.xx.1985-ci ildən №154 xx.xx.1997-ci il tarixli əmr Pr/10/k tarixinədək Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynaqçısı peşəsində işləməsi faktını təsdiq edir. Eyni zamanda qeyd edilməlidir ki, “Qafqazenerjitəmir” X3 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. “Qafqazenerjitəmir” X3 İdarəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində idarənin arxiv sənədləri saxlanılmasa da həmin ASC hüquqi varis olaraq təqdim etdiyi arayışda İddiaçı həqiqətən də xx.xx.1985-ci ildən №154 xx.xx.1997-ci il tarixli əmr Pr/10/k tarixinədək Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynaqçısı peşəsində işləməsi faktını təsdiq edir. Qeyd olunanlar nəzərə alınmaqla, birinci instansia məhkəməsi haqlı olaraq sadalanan sübutlara əsasən hesab etmişdir ki, iddiaçının xx.xx.1985- ci ildən xx.xx.1997-ci ilədək işlədiyi dövrün təsdiq edilməsi üçün əmək kitabçası qeydləri yetərli və mötəbərdir. İddiaçının işlədiyi dövrlə bağlı sənədlərin arxivə təhvil verilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz və ya həmin dövrlə bağlı həddindən artıq sübut etmə yükü iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh iddiaçının mübahisələndirilən dövr ərzində əmək haqqı almaması, dolayısı ilə işləmədiyini iddia etsə də, bunu sübut edən təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. Ən azından, qeyd edildiyi kimi, iddiaçının əmək kitabçasının tamlığı pozulmamış, mübahisəlndirilən dövrün qeydlərin səlist yazılmış, işə qəbul və azad olunma tarixləri, işəgötürənin adı və əmrlər qaralama və düzəlişlər olmadan təsbit olunmuş, məsul şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının çalışdığı mübahisəli müəssisə fəaiyyətdə olan müəssisələr olmuş, sadəcə olaraq burada cavabdeh iddiaçı barəsində inzibati icraat aparmaqdan yayınaraq onun xeyrinə olan bütün bu məlumatları toplamaq əvəzinə, məsələnin həllinə daha rahat üsulla, məhkəmə qaydasında nail olmağa çalışır. Halbuki, sözügedən Qanunun 24-cü maddəsinin tələblərinə görə inzibati orqan olaraq inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması xidməti vəzifəsindən irəli gəlir.Maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.1-24.4). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası id hesab edir ki, iddiaçının əmək kitabçası üzrə əmək fəaliyyətinə dair qeydləri, o cümlədən, “Sovetlər” dövründən başlanan 1985-1997-ci illəri əhatə edən fəaliyyəti onun sığorta stajı kimi nəzərə aınmalıdır. Belə olan halda iddiaçının qeyd olunan iş stajı toplandıqda xx.xx.2006-cı il tarixinə qədər onun 26 il 13 gün stajı toplanır ki, həmin stajın da 12 il 6 aydan da çoxunu (15 il 4 ay 20 gün) əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlmişdir. Belə ki, "xxxx" ASC-nin işə əlavə olunmuş arayışında qeyd olunur ki, iddiaçı Abşeron quraşdırma idarəsinə xx.xx.1985-ci il tarixindən (əmr №154k) xx.xx.1997-ci il tarixinə kimi əl ilə elektirik qaynaqçısı işində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pcnsiyyası hüquqi verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahsında 35-ci hissədə ( ümumi peşələr ) öz əksini tapmış, əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı Seytəl oğlunun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Beləliklə də, iddiaçının 25 ildən çox ümumi və onun 12 il 6 aydan da çox işlədiyi əl ilə elektrik qaynaqçıları peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin: -keçmiş 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısı”nın XXİİİ bölməsində (ümumi peşələr) 12100000— 19906 kodunda; 23 yanvar 2007-ci il tarixli qərarı 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin Siyahısı” nın, qüvvədə olan X2 35-ci bölməsində güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulur. Belə olan halda, onun 57 yaşından, yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajının nəzərə alınmasından imtina olunmaqla, ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi qaydasını müəyyən edən 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci madddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış, toplanmış sübutlara düzgün zhüquqi qiymət vermiş və iddiaçıya qanunun qeyd olunan tələblərinə müvafiq qaydada güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki hallarının aydınlaşdırılmadığı, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi bildirilmklə, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4044/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4044/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1524/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1524/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver