Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1524/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı İmdad oğlunun iştirakı ilə, İddiaçı İmdad oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6585/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı İmdad oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Xocavənd rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılaraq 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonradan Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq xx.xx.N2-ci ildə hərbi xidmətə getmiş, xx.xx.N2-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona məxsus H3 seriyalı ******* nömrəli hərbi bilet verilmişdir. Həmin vaxtdan N saylı hərbi hissənin komandirinin N iyun N2-ci il tarixli 11 №-li əmri ilə 4cü rotanın 1-ci tağımına sürücü vəzifəsinə təyin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin komandirinin N sentyabr N2-ci il tarixli N №-li əmri ilə həmin hərbi hissənin 5-ci rotasının sürücüsü təyin edilmişdir. İddiaçı xx.xx.N2-ci ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən tərxis olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman minanın partlaması nəticəsində yaralanmaqla, bədəninin sol çiyin (kürək) nahiyyətinin qapalı sınığı və kürək nahiyyəsində sümüklərin yerdəyişməsi xəsarəti almışdır. Xəsarətlə əlaqədar 15 oktyabr N2-ci il tarixdən 02 noyabr N2-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi hərbi klinik hospitalında stasionar müalicədə olmuşdur. Bundan sonra xx.xx.N3-cü il tarixdə Xocavənd rayon Polis şöbəsinin polis nəfəri vəzifəsinə düzəlmiş, polisdə xidmət etdiyi müddətdə xx.xx.N3-cü il tarixədək erməni quldur birləşməsinə qarşı gedən döyüşlərdə iştirak etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi öz təsdiqini tapır. Belə ki, iddiaçının hərbi biletində onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi, hərbi hissə komandirinin cəbhə bölgələrinə ezam olunmağı barədə əmrdən, həmçinin DİN Xocavənd rayon polis şöbəsi tərəfindən verilmiş arayışdan, MN-nin mərkəzi hərbi klinik hospitalının tibb hissə rəisinin və tibb arxivinin müdiri tərəfindən imzalanan xəstəlik vərəqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cаvаbdеhin məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Mərkəzi Arxivin arayışına əsasən N nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəznində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” 28 fevral 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6585/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
5. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi biletində onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi, hərbi hissə komandirinin cəbhə bölgələrinə ezam olunmağı barədə əmrdən, həmçinin DİN Xocavənd rayon polis şöbəsi tərəfindən verilmiş arayışdan, MN-nin mərkəzi hərbi klinik hospitalının tibb hissə rəisinin və tibb arxivinin müdiri tərəfindən imzalanan xəstəlik vərəqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə AR Daxili İşlər Nazirliyi tərəfindən ona “müharibə veteranı” vəsiqəsi verilmişdir.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6585/2024 nömrəli qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.
12. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
15. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20 fevral 2023-cü il tarixli 81 nömrəi qərarına əsasən Bakı şəhəri, Sabunçu RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun 10 dekabr 2022-ci il tarixli HP16/6827 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı İmdad oğlunun döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Mina partlayış travması. Bədəni, sol kürək sümüyünün qapalı sınığı, sümük fragmentlərinin cüzi yerdəyişməsi ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 1386 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 58 nömrəli arayışı, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP16/6827 nömrəli məktubu, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.N2-ci il tarixli çıxarış epikrizi, xx.xx.2023-cü il tarixli 369 nömrəli arayışı, MH MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 may 2023-cü il tarixli 4/3-4904 nömrəli imtina məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 13 fevral 2019-cu il tarixli 9/2-1783 nömrəli arayışına əsasən xx.xx.N2-ci il tarixdən sonra hərbi xidməti tam təsdiqlənmədiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
17. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 13 fevral 2019-cu il tarixli 9/2-1783 nömrəli arxiv arayışına əsasən İddiaçı İmdad oğlu N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 11 №-li əmrilə 4-cü bölüyün 1-ci tağımının sürücüsü vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 20№-li əmrilə sıravi İddiaçı İmdad oğlu 5-ci bölüyə sürücü vəzifəsinə təyin edilmişdir. Qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin oktyabrnoyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı İmdad oğlunun xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin N2ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
18. H3 nömrəli ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1987-xx.xx.1989-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur.
19. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli 750 nömrəli cavab məktubuna əsasən 831-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 11 №-li əmrilə İddiaçı İmdad oğlu 4-cü rotanın 1-ci tağımında sürücü vəsifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 20№li əmrilə sıravi İddiaçı İmdad oğlu 5-ci rotada sürücü vəzifəsinə təyin edilmişdir.Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. 702№-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 111№-li əmrində könüllü, müqavilə yolu ilə N №-li hərbi hissədən gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, xx.xx.N2-ci il tarixdən vəzifələrinin icrasına başlamış şəxsi heyətin siyahısında İddiaçı sürücü vəsifəsində adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Beyləqan ƏÖMB komandirininin xx.xx.N2xx.xx.N2-ci il, N №-li hərbi hissə komandirinin avqust-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır.
20. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Resubliksı Daxii İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 12 mart 2024-cü il tarixli 3-13-21/2-2264/2024 nömrəli məktuba əsasən DİN-in Arxiv-uçot şöbəsində saxlanılan İddiaçı arxiv şəxsi işində tağım komandirinin veridiyi xidməti xasiyyətnamədə onun Qarabağ bölgəsində dəfələrlə iştirakı barədə qeydiyyat aşkar edilmişdir. Həmin şöbədə İddiaçı Xocavənd rayon Polis Şöbəsinin polis nəfəri kimi xidmət edərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə aşkar edilməmişdir.
21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 517 nömrəli 23 dekabr 2022-ci il tarixli arayışına əsasən 1969-cu il təvəllüdlü baş çavuş İddiaçı həqiqətən N iyun N2-ci il tarixli N №li əmrlə N saylı hərbi hissəyə sürücü vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissənin oktyabr-noyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində sonrakı xidməti barədə məkumat aşkar olunmamışdır. Füzuli Hərbi Prokuroluğunun 10 dekabr N2-ci il tarixli HP 16/6827 nömrəli məktubuna əsasən barəsində hər hansı cinayət işi istintaq olunmayıb və təqsirləndirici material olmamışdır.
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 yanvar 2020-ci il tarixli İ-936 nömrəli arayışına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx 1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkuluğu yoxdur.
23. 20 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X4, X2, X5 , X3, X6 akt tərtib edərək, həqiqətən Muğanlı kənd sakini İddiaçı 06 iyul 1989-cu ildən 30 sentyabr N1-ci ilədək Xocavənd rayonu Muğanlı kənd könüllü özünümüdfiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldur birləşmələrinə qarşı Xocavənd rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
24. Azərbaycan Respublikası Hərbi xidmətinin vəsiqəsindən görünür ki, serjant İddiaçı 15 iyun N2-ci ildən 30 oktyabr N3-cü ilədək N №-li hərbi hissədə 4-cü rota sürücüsü vəzifəsində çalışdır.
25. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-İ-112441/112024 saylı 11 iyul 2024-cü il tarixli arxiv arayışına əsasən 1969-cu il təvəllüdlü sabiq polis baş serjantı İddiaçı xx.xx.N3-cü ildən xx.xx.2011-ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmişdir.
26. Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə 037946 №-li “müharibə veteranı” vəsiqəsi verilmişdir.
27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
28. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
29. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
30. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
31. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
34. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Odur ki, iddiaçıya artıq AR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixdə 037946 №-li “müharibə veteranı” vəsiqəsi verildiyindən iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir.
36. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6585/2024 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-6585/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı İmdad oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev